Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə18/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   ...   14   15   16   17   18   19   20   21   ...   37

 
 
81 
hələ  yox.  Sabah  Şəkiyə  gedirəm.  Dönəndə 
görüşərik...  Səndən  zövq  alıram.  Sıradan  biri 
deyilsən.  Bəlkə  də  ailəli  insanla  bu  qədər 
yaxınlaşmağım  səhvimdir,  amma  olsun.  Özümü 
sənlə  rahat,  güvəndə  hiss  edirəm…  Çıxıram. 
Gecən xeyrə qalsın. Görüşərik, sağlıq olsa. 
Rəssam:  Mən  də  Sənlə  rahat  oluram.  Hüzur 
tapıram.  Başımı  dizlərinə  qoyacaq  qədər  doğma-
san.  Ayılıb  yenə  görəcək,  sevinəcək  qədər  xoş-
bəxtəm.  Mütləq  görüşək.  İlk  görüşə  də  elə  bu 
şəkildəki  ağ  paltarı  geyinərsən.  Ağ  paltarlı  qız! 
Yuxun şirin olsun, qəddar Qadın! Get yat! 
Qadın: Əsla! Öpdüm! 
 
 
Səninlə yazışmaq telefonla danışmaqdan daha 
xoşdu.  Ola  bilər  yanılıram,  amma  telefonda  çox 
uzaq, soyuq idin dünən. Mesajlarında daha yaxın-
san,  əllərinin  soyuqluğunu,  nəfəsinin  istiliyini, 
hətta  dodaqlarının  nəmliyini  duyacaq  qədər 
yaxınsan, doğmasan. 
 
 
Əziz  dostum!  Sənə  nə  qədər  rəğbət  bəslə-
diyimi  deməyəcəm,  ona  görə  yox  ki,  uzaqdasan, 
yaxud  mən  kənardayam.  Sadəcə  nə  qədər  yaxın 
olduğunu  özünün  başa  düşməyini  istəyirəm. 
Telefonda soyuq, lap laqeyd də duyula bilərəm – 
telefonla  danışmağı  xoşlamıram.  Əslində  soyuq 
adam  deyiləm...  Səndən  qorxmuram,  sadəcə  bəzi 


 
 
82 
əngəlləri  aşa  bilmirəm.  Qəlbin  çox  kövrək  bir 
uşağın qəlbinə bənzəyir, tozlu ayaqqabılarla içinə 
girmək istəmirəm. Orada yaralar da var, tapdayıb 
yenidən  qanamasına  razı  olmaram.  Sən  mənim 
xoş  xatirəmsən,  istəmirəm  xatirə  olaraq  qalasan, 
amma 
kim 
olaraq 
qalacağını 
da 
zaman 
göstərəcək.  
 
 
Hər  an  arzulanan  əzizim!  Bu  gün  müxtəlif 
vaxtlarda  yaranmış  problemlər  bir  gündə  boy 
qaldırdı,  yaxamdan  yapışdı.  Sinirlərimi  gərib 
üzülənədək uzatdı. Sakitləşmək üçün Sənin  mək-
tubundan  yaxşı  həb  ola  bilməzdi,  ona  görə 
Tanrıya  şükür  eləyirəm.  Sənin  bu  retrovari 
şəklindən  baxan  gözlərinin  sehri 
meşənin 
dərinliklərində, heç bir canlının əli çatmayan ağac 
oyuğundakı arı pətəyindən süzülən bal qədər şirin 
sözlərinə qarışıb damarlardan axıb sürətlə bədənə 
dinclik  gətirən  morfi  kimi  mənə  ilahi  məstlik 
verdi.  Sağ  ol  buna  görə.  Deyəsən,  mən  bu 
məstliyi çoxdan, lap çoxdan unutmuşdum. 
 
 
Son üç gündə başım yaman qarışıq oldu, sənə 
yaza  bilmədim.  Bəzən  iş  mənə  hörümçək  torunu 
xatırladır.  İşin  sonunda  baxıram  ki,  tora  düşən 
kəpənəyəm,  çırpınıb  ordan  çıxmaq  istəyirəm. 
Lakın o qədər yoruluram ki, azad olanda da artıq 
uçmağa  taqətim  qalmır.  Amma  sən  fərqlisən. 


 
 
83 
Daha  mübarizsən.  Bəzən  səni  partizanlara  bən-
zədirəm. Çox sakitsən, amma bu sakitliyin içində 
nə  qədər  təlaş,  nə  qədər  zəfər  arzusu  var,  onu 
bilirəm. Bəzən də şahin kimi göylərdən hər xırda 
nöqtəni görüb ona doğru uçmaq ehtirasın içindəki 
bütün hisslərə hakim kəsilir.  
 
 
Olar ki, sən belə eləməyəsən? Heç olmasa bir 
cümlə  yazasan,  ya  zəng  vurasan?  Mesajlarım 
havadan asılı, zəngim  boşluğa söylənən söz kimi 
cavabsız  qalır.  Mən  Səni  qaçırmaq  istəyirəm  bu 
qədər  işin  əlindən,  Sənsə  məndən  qaçırsan. 
Məktubuma cavab vermirsən. İki-üç gün sonra isə 
cavab  yox,  yeni  səhifədən,  yeni  abzasdan 
başlayırsan  yeni  mövzunu.  Çox  yorğunsan,  zorla 
dincəlməyə məhkum edilməlisən.  
 
 
Yorulmaqdan  yazırsan.  Dünən  axşam  Maykl 
Ceksonla bağlı bir verilişə baxdım. O, öləndə pis 
olmuşdum.  Fanatı  olmamışam.  Amma  deyilən 
kimidir, həqiqətən musiqi kralıydı. Daim oksigen 
vurulan  otaqda  yatar,  özünə  xüsusi  diqqət 
edərmiş. Müsahibələrinin birində demişdi ki, yüz 
ildən artıq yaşayacaq. İndi bax, əlli yaşında öldü. 
Təbabət  aciz  qaldı,  yardım  edə  bilmədi.  …Belə 
talelər  qəlbimi  ağrıdır...  İnsan  Tanrının  yaratdığı 
ən  dərkolunmaz  varlıqdı.  Taleyə  qalib  gələn 
olmayıb  hələ.  Təsəvvür  edirsən,  dünyayla  bir 


 
 
84 
adın,  milyonlarla  fanatın  ola,  o  da  sənin 
xoşbəxtliyinə yetməyə. Bəxtindən küsəsən rəngin 
qaradı  deyə.  Ağ  olmaq  istəyəsən!  Guya  rəngi 
ağlar  bəxtəvərmişlər...  Taleyini  lənətləyəsən 
dünyaya qara gəldiyin üçün.  
 
 
Amma  mən  başqa  bir  qaradərili  tanıyıram, 
Amare, eritreyalı rəssamdı. Misir sərgisində tanış 
olmuşduq.  Bir  ingilislə  mübahisəsi  düşmüşdü. 
Londonda  sərgisinə  mane  olurdu.  Bilirsənmi  ona 
nə dedi? Dedi ki, insanda əsas dərinin yox, qəlbin 
rəngidi.  Sənin  dərin  ağ  olsa  da,  qəlbin  qaradı. 
Mənimsə  rəngimin  qaralığına  baxma,  qəlbim 
ağdı,  molbertdə  hələ  üstünə  rəng  çəkilməyən 
kətan  kimi...  Onun  bu  sözləri  təsirsiz  ötüşmədi, 
növbəti il Londonda böyük bir sərgiyə dəvət aldı. 
 
 
Şəklini  nahaq  dəyişdin.  Burda  narahat 
görünürsən.  Sanki  fikrini  çatdıra  bilməyəcəyin 
adamların  əhatəsindəsən…  Bu  gün  mənə  boş 
mesaj göndərmişdin, mənası bəlli idi, amma mən 
susmağı  tərcih  etdim. Bəzən  dəcəlliyim  tutur. 
Dəcəllik – uşaqlıqdır, mən də hərdən uşaq olmaq 
istəyirəm,  xüsusən  də  sənin  yanında...  Salamat 
qal. Böyük  arzuların  böyük  insanı,  özünə  yaxşı 
bax! Görüşərik, sağlıq olsa. 
 


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə