Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə16/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   ...   12   13   14   15   16   17   18   19   ...   37

 
 
71 
“Привези,  привези  мне  коралловые  бусы, 
Мне коралловые бусы из-за моря привези.”.
4
 
 
Qadın:  İsrar  etmə.  İşim,  həqiqətən,  çoxdur. 
Sabaha çatdırmalıyam. 
Rəssam:  Sənin  Kəsəmənlinin  belə  misrası  da 
var: 
 
“Getmək istəyirsən, bəhanəsiz get, 
Oyatma mürgülü xatirələri…” 
 
Mən  yarım  saat  istəyirəm…  yaxşı,  20 
dəqiqə… 15 olsun... 
Qadın:  Boynumdakı  mirvarini  rəhmətlik  nə-
nəm  Məkkədən  gətirib.  Daş-qaşla,  ümumiyyətlə 
qadını  bəzəyən,  gözəl  göstərən  əşyalarla  aram 
yaxşıdı.  Hər  libasımın  öz  bijuteriyası,  zinəti  var. 
Gətirərsən, mən də həvəslə taxaram. 
Rəssam: Sən özün daha maraqlısan. 
Qadın: Tamam, olsun. Sənə qurbandır. 
Rəssam: Nəyi qurban elədin mənə? 
Qadın: Nə istəyirdin onu!!! 
Rəssam:  Mənə  əziz  olanları  diri,  dipdiri 
görmək istərəm. O qədər diri ki, onu sevənlərə də 
dirilik  verə  bilsin.  De  görüm  musiqimə  qulaq 
asdınmı?  Bəyəndinmi?  Monitordan  Sənə  dikilən 
                                                
4
 
Alla  Puqaçovanın  oxuduğu  mahnıdan:  “Gətir,  mənə 
mərcan  boyunbağı  gətir!  Mənə  mərcan  boyunbağı  gətir, 
dənizin o üzündən”.
 


 
 
72 
gözlərimə  göndərdiyim  musiqiylə  bax.  Məncə, 
daha  aydın  duyacaqsan  bu  axşamkı  israrımın 
səbəbini. 
Qadın: Puqaçovanı mən də bəyənirəm. Amma 
indiki gənclik onu o qədər də sevmir. 
Rəssam: Sevmək üçün gərək tanıya. Üç qadın 
səsinə  aşiqəm  –  bizdən  Flora  Kərimova, 
türklərdən Sezen Aksu, ruslardan Alla Puqaçova. 
Üçü də nəhəngdi! 
Qadın: … 
Rəssam: Eeeyy! 
Qadın: … 
 
 
Dünən  sağollaşmadan  çıxdım,  bağışla!  Bilir-
sən,  yüz  il  izzətsiz  danışmaqdansa  bir  gün 
hörmətli  susmağı  üstün  bilirəm.  Sənə  olan 
hisslərimdən  danışmayacam,  özün  bunları  analiz 
edərsən.  Bilirəm  ki,  hər  şeyi  öz  istədiyin  kimi 
qavrayacaqsan.  Sən  qadınların  fikrinə  qulaq  asıb 
bildiyini  edən  kişilərdənsən,  amma  atdığın  hər 
addımda  qadını  düşünəcəksən,  onu  anlamağa 
çalışacaqsan.  Bəlkə  bu  üzdən  sənə  marağım 
böyükdür.  Kim  bilir?  ...Səni  mənim  üçün 
başqalarından 
fərqləndirən 
məşhur 
rəssam 
olmağın  deyil,  məhz  səni  öyrənmək,  duymaq 
istəyimdi.  Bəzən  qədim  bir  qaladan  tapılan 
mücrüyə  bənzədirəm  səni.  Qapağını  qaldırmağa 
ürək  eləmədiyim  mücrüyə.  İçində  zinət  də  ola 


 
 
73 
bilər,  çürümüş  yarpaqlar  da.  Amma  fal  açmağı 
sevmədiyim  üçün  çalışıram  səni  özüm  öyrənim. 
Lazım 
olmasa, 
mücrünü 
açmayım, 
bəlkə 
başqasına  qismət  olar  deyə  götürdüyüm  yerə 
qoyum. 
 
 
Bilirsən, mənim də “mücrü” adamlarla təmas-
dan  xoşum  gəlir.  “Mücrü”  olduğunu  bildiyindən 
ona  dəyər  verirsən,  hətta  içindəkini  görməsən, 
bilməsən  də.  Belə  mücrünü  yavaş-yavaş  açmaq 
ayaq  altındakı  minanı  ustufca  zərərsizləşdirmək 
kimidi,  yaşam  ehtirası  ölümlə  həyat  arasındakı  o 
qısa  zamanda  daha  aydın  duyulur,  həyatın 
dəyərini  anladır.  İçində  nə  olur  olsun,  təki  əlin-
dəki Pandora mücrüsü olmasın... Məni  yenə hey-
ran  qoyursan.  Sənə  yüngülcə  toxundum,  təmas-
dan  qığılcım  qopdu  sanki.  Bu  təması  qorumaq 
üçün  zamanı  dayandırardım.  Mikelancelo  ilahi 
təması “Adəmin yaranması” əsərində dondurduğu 
kimi. Göndərirəm o rəsmin linkini, bax!  
 
 
Zamanın  anları  narın  qum  dənələri  kimidir. 
Bir  qum  dənəsi  bir  andır.  Birinə  qum  saatındakı 
zaman  yetmir,  başqasına  bir qum dənəsi –  bir an 
belə  bəsdir.  O,  bu  qum  dənəsindən  özünə  saray 
tikəcək, bir ana bütöv bir ömrü sığdıracaq. İstəsə 
bir ana sığan ömrü həmişəlik donduracaq, zamanı 
durduracaq.  Özümü  bunların  heç  birinə  aid 


 
 
74 
etmirəm.  Sadəcə,  hər  anın  dəyərini  bilməyə 
çalışıram. Yetər ki, zaman məndən yana qaçmasa 
belə  içində  olum.  Təklik  Allaha  xasdır.  Mən 
istəsəm  belə,  tək  qala  bilmirəm.  Bir  də  təkliyi 
xoşlamıram,  sənin  o  gün  bəhs  etdiyin  Rilke 
demiş:  “Tənhalıq  yağışla  doludur”...  Həyat  pay-
laşdıqca gözəldir. Paylaşmaq üçün biri vardı. Onu 
qəlbimin  ən  qaranlıq  köşəsində  saxlamışam.  O, 
özü  bu  otağı  seçib.  Mən  də  onun  seçimiylə 
razılaşmışam. 
 
 
Tənhalıqdan  yazırsan.  O  da  cürbəcür  olur. 
Biri  var  tənhalığı  özün  seçirsən,  çıxıb  gedirsən, 
hamını  tərk  edirsən.  Biri  də  var  hamı  səni  tərk 
edir,  tək  qalırsan  –  bu,  daha  dəhşətlidi.  ...Bilmi-
rəm  niyə, amma deyəsən, səni  “qəlbinin qaranlıq 
köşəsində”  gizlətdiyinə  qısqanmağa  başlayıram 
axı! Sənin yerini tutacaq birisi yoxdu, məni əhatə 
edənlərdən  çox  fərqlisən.  Demək  istədiklərimin 
kəsərini  azaldıram  güclə.  Amma  daha  artığına 
layiqsən.  İmkan  vermə  qısqanım.  Zəhləm  gedir 
bu duyğudan. Bəzən ona  zəiflik də deyirlər,  mən 
bu  fikri  paylaşmıram.  Heç  vaxt  qısqanmamışam, 
yəqin indi də olmaz. 
 
 
Adam  bəzən  tək  qalmaq  istəyir.  Hərdən 
fikirləşirəm,  elə  bir  imkan  ola,  özünü  də  qoyub 
gedəsən,  palto  kimi  çıxarıb  asılqanın  qarmağına 


 
 
75 
keçirib  gedəsən.  Özünü  tərk  edəsən.  Təəssüf, 
olmur  belə  şeylər.  ...Qısqanclıq!  O,  tonqal  tək 
əvvəl  səni  istisinə  çəkər,  sonra  ağuşuna  alıb 
yandırar.  Üstünə  su  töksələr  belə  sönməzsən. 
Buna  imkan  vermə!  ...Bir  vaxt  taleyimə  üsyan 
edib,  ona  qarşı  çıxdım.  Məni  ağır,  çox  ağır 
cəzalandırdı.  Ancaq  peşman  deyiləm.  Üsyan 
cəzadan  şirindirsə,  peşmanlığa  yer  yoxdur. 
Qısqandığın  isə  buna  layiq  deyil.  Tanısan 
qısqanmayacaqsan. Gecən xeyrə qalsın! 
 
 
Qucaqlayıb bağrıma basmaq, alnından öpmək 
istədim…  
 
 
Rəssam: 
Səni 
təbrik 
edirəm! 
Bayram 
hədiyyən var, sürpriz eləmək istəyirdim.  
Qadın:  Salam!  Çox  sağ  ol,  amma  mən  bu 
bayramı  qəbul  etmirəm.  “8  mart”  solçu  bir 
hərəkata bağlıdır. Paris fahişələrinin öz hüquqları 
üçün  küçələrə  çıxdığı  gündür,  Roza  Lüksem-
burqun  təklifi  bəhanədir.  Ondan  mənə  nə? 
Qadınların  bir  gün  yox,  həmişə  sevilməsini 
istəyirəm.  Qadını  bir  gün  yox,  hər  gün  sevən 
kişilərə ehtiramım var.  
Rəssam: Ta bu sözdən sonra nə sürpriz?!. 
Qadın:  Amma  hədiyyəni  görmək  maraqlı 
olardı. 
Rəssam: O daha sürpriz deyil. 


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə