Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə24/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   ...   20   21   22   23   24   25   26   27   ...   37

 
 
108 
 
 
Bilmirəm kimin sözüdü, deyir: “Kişilər qoyun 
kimidi,  elə  bilirlər,  gördükləri  ot  yediklərindən 
dadlıdı”. Bu deyimi dəyişib  başqa anlamlar üçün 
də  istifadə  etmək  olar,  məsələn:  “İnsan  onu  se-
vənləri  öz  sevdiklərinə  qurban  etməyə  hazırdır”. 
Bu, əvvəl-əvvəl şirin olsa da, sonda faciədi, morfi 
məstliyi və morfi faciəsi kimi.  
 
 
Rəssam:  Dünən  axşam  telefonun  bağlı  idi. 
Zəng  eləmişdim.  Bu  axşam  ”İbrus”da  maraqlı 
tamaşa  var.  Deyəcəkdim  gəl  birlikdə  baxaq. 
Amma  Sən  bu  məktubu  oxuyanda  artıq  tamaşa 
bitmiş olacaq yəqin. Güman edirəm, ilk görüş və 
ilk  söhbət  üçün  bu,  bir  aralıq  mövzusu  olar.  Sən 
axı nədən danışacağımızı bilmirsən... 
Qadın:  Salam!  Qubadan  qayıdırıq.  Tədbir 
uzandı bir az. Amma tamaşaya çatacam. 
 
 
“İbrus” teatrında Rüstəm İbrahimbəyovun “O 
və  onlar”  tamaşasının  premyerası  oldu.  Tək 
getdim.  Fəxrəddin  Manafov,  Mehriban  Zəki 
rollarını  usta  oynadılar.  Belə  tamaşadan  sonra 
teatrı  sevməmək  olmur!  Görsəydin  Səni  necə 
həyəcanla  gözlədim  ötən  axşam  –  ürəyin 
ağrıyardı,  qıymazdın  mənə,  ayaqyalın  qaçardın! 


 
 
109 
Elə inanmışdım ki gələcəyinə. Bütün tamaşa boyu 
gözüm qapıda qaldı. 
 
 
Çatmışdım,  əzizim.  Maşını  Nərimanovun 
heykəli  yanında  saxlatdım.  Burdan  teatra  kəsə 
yolla,  pilləkənlə  də  düşmək  olur.  Amma  düş-
mədim,  eləcə  oturdum  heykəlin  yanındakı  skam-
yada. Bəlkə də tamaşa bitənəcən oturdum, düz iki 
saat.  Eləcə,  tək-tənha  oturdum  orda.  Gəlmədim, 
gələ  bilmədim.  Sən  Allah  bağışla,  gərək  gələcə-
yimi  yazmayaydım...  Bilirsən,  sənlə  danışanda 
rahat oluram. Mənə elə gəlir ki, məni təəccüblən-
dirmək istəyirsən, heç kəsə deyə bilmədiyini, heç 
bir  yerdə  yazmadığını  mənlə  paylaşmaq  istəyir-
sən.  Bunları  sevə-sevə  dinləməyə  hazıram.  Sən-
dən  zövq  alıram.  Sən  başqasan.  Ürəyin  gəncdir. 
Göründüyündən  də  sadəsən.  Gözlərin  çox  görüb, 
amma  gördüklərini  dilin  az  deyir.  Məncə,  sən 
demək  istədiklərini  tablolara  danışırsan.  Sənin 
tablolarını  görmək  istəyirəm.  ...Məni  sözlərinlə 
deyil,  davranışınla  da  göylərə  qaldırmısan. 
Hərdən  o  qədər  müəmmalısan,  bəzən  isə  elə 
bilirəm,  uzun  illərdir  tanıyıram  səni.  Bəlkə  məni 
özün  o  qədər  yüksəyə  qaldırırsan  ki,  səni  yuxa-
rıdan  daha  aydın  görüm... Mənim  üçün  çox 
dəyərlisən. Səni itirmək faciə olar. 
 


 
 
110 
 
Səndən  ötrü  çox  darıxıram!!!  Mənim  bu 
sözlərim  səni ucalda  bilər, amma  məni  alçaltmaz 
Sənin  yanında... Səmimiyyətinə  heyranam. Dəfə-
lərlə  sənə  hirslənmişəm,  bəzən  lap  ağ  eləmişəm. 
Bütün  hirsim  Sənin  səmimiyyətinin  qarşısında 
mum  kimi  əriyir.  Sən  həqiqətən  də  tapıntısan... 
Mənlik  bir  iş  yoxdu,  özün  ucalmısan  mənim 
dünyamın  ucalıqlarına.  ...Sən  axı  nə  vaxt 
tablolara baxmaq istədin, mən qoymadım? 
 
 
Sərt  davranış  əslində  kövrək  ürəyin  təza-
hürüdür. Ərk edib demisənsə, demək, məni əzizin 
sanmısan. Ondan böyük dəyər olarmı? Bizi ucal-
dan  bizim  əməllərimizdi.  Ağlına  gəlməyən  uca-
lıqdasan.  Oradan  yerə  enmək  ehtimalın  yoxdur. 
Ən  azı  ona  görə  ki,  mən  səni  olduğun  ucalıqda 
seyr etməkdən hədsiz zövq alıram. 
 
 
Görüşümüzə  hələ  çoxmu  var,  Səncə?  Bəlkə 
heç tələsməyək, necə ki, Sən tələsmirsən. Lap ilin 
sonunda,  yeni  il qabağı görüşərik. O  vaxta qədər 
də  bir-birimizi  daha  yuxarılara  qaldırarıq.  Yerə 
kosmosdan baxarıq. Nə fikirləşirsən? Bilirsən Yer 
kosmosdan  necə  doğma  görünür?  Çünki  sən 
qalxdıqca o kiçilir. Hər şeyin balacası doğma olur 
axı!  Məncə,  kosmosdan  Yerə  baxmaq  qədər 
maraqlı,  həyəcanlı  seyr  ola  bilməz.  Sənin  indi 


 
 
111 
qoyduğun  şəklinə  tamaşa  eləmək  buna  aid  deyil, 
bu,  başqa  zövqdü!!!  Yerə  ucsuz-bucaqsız  kəhkə-
şandan,  milyonlarla  ulduzun  arasından  baxanda 
burdakı  pisliklər  –  tanrılıq  iddiaları,  satqınlıqlar, 
yaltaqlıqlar – necə də cılız görünür! 
 
 
Кosmosu  istəmirəm,  bəlkə  də  özüm  Aydan 
gəlmişəm deyə... Yer kürəsini bəyənirəm. Mən də 
o  fikirdəyəm  ki,  Allahın  əlamətləri  göydəki  yox, 
yerdəki dünyadadır. O gün  bəhs etdiyimiz  Koelo 
öz  “Kimyagər”ində  dediyi  kimi:  “Dünya  sadəcə 
Tanrının  görünən  tərəfidir”.  Ona  görə  burada 
qalmaq  fikrim  var.  Burdan  sənə  baxmaq  daha 
maraqlıdır…  Hansı  şəklimi  daha  çox  bəyəndin 
yenilərin  içərisində?  Həyatda  heç  də  şəkildəki 
kimi  deyiləm.  Deyirlər  daha  sirliyəm.  “Bakalım” 
sən necə tapacaqsan məni. 
 
 
Açığı, çətinlik çəkirəm seçməyə. Sən bunların 
hamısı ilə bütövsən, tamsan. Birində barmaqlar, o 
birində  qamət,  digərində  baxışlar,  bir  başqasında 
dodaqlar.  Deyəsən,  dodaqlarının  gözəlliyindən 
yazmamışdım  heç.  İndiki  şəklini  hələ  dəyişmə. 
Qoy  barmaqlarınla  “oynayım”  bir  az da. ...Sabah 
Qırğızıstana  gedirəm.  İssık-Kul  sahilində  bir 
konfransa  qatılacam.  Türk  xalqları  rəssamlarının 
sərgisini  də  planladıq  bəlkə.  Üç  günə  qayıdıram. 


 
 
112 
Sonra görüşə bilərik – əlbəttə, istəsən. Hansı günü 
istəsən, görüşərik. 
 
 
Bu  vaxt  oralar  soyuq  olar.  Özündən  muğayat 
ol!  Zamanı  tələsdirməyə,  onun  əvəzinə  nələrsə 
etməyə  qalxma!  Vaxt  öz  vaxtında  gəlir  həmişə... 
Görüşərik, sağlıq olsa. Salamat qayıt! 
 
 
Sən  də  salamat  qal!  Ordan  –  “Tanrının 
görünən tərəfindən” sənə zəng vuracam. 
 
 
 


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə