Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə23/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   ...   19   20   21   22   23   24   25   26   ...   37

 
 
103 
 
Sözlərin  məni  valeh  elədi.  Məni  hər  gün 
yenidən  kəşf  edirsən,  bunun  üçün  nə  deyim 
sənə...  Təşəkkür  etməyəcəm,  sadəcə  olaraq 
“xoşuma  gəlir”  deyəcəm.  Bilirsən,  uşaq  vaxtı 
həkim  olmaq  istəyirdim.  Sonralar  alınmayanda 
qərara  gəldim  ki,  həkim  oğlanla  ailə  quracam, 
amma  həyat  yoldaşım  həkim  olmadı.  İndi 
deyirəm ki, qızım olacaq və mən onu göz həkimi 
edəcəm.  Barmaqlarıma  gəlincə  isə,  uzunluğu 
piano çalanda işimə yarayır. Bir də pis adamların 
gözünə soxmaq olar. 
 
 
Ax, bu qızım barmaqları, 
Barmaqlarıma dəymədi. 
Ürəyim ağrıyan gecə 
Gəlib qapımı döymədi.
6
 
 
“Verə  biləcəyimdən  artığını  istəmə”  yazmı-
san,  əməl  eləyəcəm.  Mən  də  nəfsim  və  istə-
yimdən  artıq  götürmürəm.  Amma  bunların  ölçü 
meyarı nədi, bilmirəm. Ritorik danışmıram, həqi-
qətən əməl etməyə çalışacam, çalışıram da. ...Hər 
gün  səni  kəşf  edirəm,  dönə-dönə.  Sən  də  Da 
Vinçinin  “Mona  Liza”sı  tək  yüz  illər  boyu  kəşf 
olunub  qurtarmayacaqsan,  deyəsən.  Səni  hər  gün 
yenidən  tapmaq  uşaq  sevinci  yaşamaq  qədər 
                                                
6
 
Şeir Ramiz Rövşənindir.
 


 
 
104 
gözəldi.  Yorulmaram.  ...Sənin  qızın  olacaqmış. 
Bu, böyük bir sürprizdi. Sən nə qədər sirlisən, ay 
qız! Yaz mənə, açıl mənə. 
 
 
Çox  gözəl  şeirdir.  Mənə  aldırdığın  kitabda 
oxumuşdum...  İnsanları  sınamıram,  onlara  etibar 
etmək  istəyirəm.  ...Qızımın  olmasını  arzulamı-
şam,  amma  bu  nə  zaman  olacaq,  olacaqmı? 
Bilmirəm! Əvvəl gərək onun atası ola... İstənilən 
halda  bilirəm  ki,  nə  vaxtsa  olacaq...  Qəlbimdən 
çox  şeyləri  atmışam.  Xəyallarımın  dalınca 
düşməmək  üçün  uzaqlara  getdim.  Getdim,  bu 
böyük  şəhəri  onlara  bağışladım.  Getdim,  onları 
burdakı  küləklərlə  baş-başa  qoydum.  Heç  burda 
da  qalmadılar.  Acı  xatirələrlə  dolu  şəhəri  mənə 
qaytarıb getdilər... 
 
 
Nə  yazacağımı  bilmirəm.  Başım  dumanlıdı. 
Anlamaq,  duymaq  üçün  yazışmalarımıza  bir  də 
baxdım,  dedim,  bəlkə  suallara  cavab  taparam. 
Amma  əksinə,  duman  daha  da  qatılaşdı.  Sən 
əvvəl  daha  aydın  idin.  Son  günlər  başa 
düşmədiklərimin  sayı  artır.  Görünür,  dərk  etmək 
qabiliyyətim  korşalıb,  ya  gözümü  pərdə  tutub. 
Bilmirəm.  Ola  bilər,  “mənə  açıl”  deməkdə 
yanılıram,  fikirləşirəm ki,  haqqında  nə qədər çox 
bilsəm, Sənə bir o qədər yaxın olaram. Sən bütün 
vücudunla,  bütün  keçmişinlə  tamsan,  bütövsən, 


 
 
105 
elə  beləcə  də  doğmasan.  Səndən  eşitdiyim  hər 
şeyi  qəbul  edə  biləcəyimi  düşünürəm.  Görünür, 
hələ  çox  şeyi  dərk  və  qəbul  edəcək  qədər  kamil 
deyiləm.  Bəlkə  də  bunun  başqa  səbəbi  var, 
bilmirəm.  ...Sən  qəzəblisən.  Qəzəbli  başda  ağıl 
olmaz.  Keçmişlə  yaşamazlar.  Amma  Sən  nəinki 
yaşayırsan, 
keçmişlə 
döyüşmək 
istəyirsən. 
Dünyada  hələ kimsə onunla döyüşü qazanmayıb. 
Döyüşü  gələcəklə  apararlar.  Sənin  “inamlıyam” 
sözündə  inamsızlıq  duyuram.  İnsan  inamsız 
yaşaya bilməz. O isə yalnız gələcəkdədi. Gələcək 
ona  görə  sevilir  ki,  ağzıbağlı  mücrüdü.  Hər  bir 
insan  həyatının  dönüş  anında  özü-özünə  hesabat 
verir. Qırx, əlli yaşı keçəndə məndə də belə oldu. 
“Əllinin”  sual-cavabı daha ağır  idi.  Amma  bütün 
hallarda  məni  bu  məşəqqətli  suallardan  gələcəyə 
olan  (bəlkə  də  mənasız)  inam  xilas  eləyib. 
Nəsihətə  qulaq  asmaqdan,  kiməsə  nəsihət  ver-
məkdən  zəhləm  gedir.  Deyəsən,  müdrik  görkəm 
alıb sənə nəsihət verirəm bayaqdan. Boş şeylərdi, 
fikir  vermə.  Ciddi  işlərlə  məşğul  ol!  ...Bilirəm 
doğum  günün  yaxınlaşır.  Aparıcı  müsabiqəsində 
sənin 
haqqında 
informasiyada  oxumuşdum. 
Yaxşısı  budu,  ad  günündə  mənimçün  çalacağın 
musiqini,  onu  dinləyəcəyim  günü  təyin  elə! 
Pianosu olan yer seçək.  


 
 
106 
 
Bilirsən, həyatımdakı insanları – istər dostlar, 
istər  ailə  üzvlərim  –  spartalılara  bənzədirəm. 
Eynən 300 spartalı kimi bir-birinə dəstək durmağı 
bacaranlar. Hamının bir amalı var, qalxanı ilə biri 
digərinin  kürəyini düşmən zərbəsindən qorumaq-
dan qürur duyur. Budur ətrafım. Orada çox adam 
yoxdur,  amma  olana  şükür  edirəm.  “Gələcək” 
yazırsan…  İnsan  öz  gələcəyinin  quludur.  Əsas 
zaman  deyil,  insandır.  İnsan  zamanın  mövcud-
luğunu  təsdiq  edən  sübutdur.  İnsansız  zaman 
yoxdur!  Folknerin  qəhrəmanı  kimi  düşünənlər-
dənəm  –  “Sabah elə  bu gündür!”  Keçmiş tanıyıb 
bildiyim, gələcək qorxduğumdur. Doğum gününə 
gəlincə, mənim üçün sıradan bir gündür. Mən ildə 
bir gün deyil, hər gün böyüyürəm! 
 
 
Rəssam:  Hara  gedirik  vuruşmağa,  silahdaş? 
Məni  də  spartalıların  sırasına  alarsanmı?  Mək-
tublarına  baxıram,  sanki  bir  yox,  bir  neçə  adam 
yazır  bunları.  Ya  da  bir  adamın  çox  müxtəlif 
ovqatlarında  yazılıb.  Bəzən  ayırd  eləyə  bilmirəm 
bunların hansıyla danışıram. Ətrafındakıları spar-
talılara  bənzətməyin  inandırıcı  gəlmədi  mənə. 
Məncə,  əksinədi,  sənə  zərbələr  elə  ətrafındakı-
lardan dəyib. 
 


 
 
107 
Qadın: 
Özünü 
psixoloq 
kimi 
aparma! 
Ondansa de görüm məni necə görmək istəyirsən? 
Sənə hansı halımda maraqlıyam? 
Rəssam:  Əvvəlki  nikbin,  umudlu  qızı  axtarı-
ram. Son vaxtlar kədərli və umudsuzsan. 
Qadın: Əsla yox! Ümid optimistlərin anasıdır! 
Əminəm ki,  hər şey  yaxşı olacaq... Bilirsən,  mən 
bilmirəm səninlə görüşəndə nədən danışacağıq! 
Rəssam:  Sənin  kimi  ağıllı  bir  qadının  söhbət 
üçün  mövzusu  yoxdu?  Bəlkə  obyekt  maraqlı 
deyil?  Pianoda  nə  çalırsan?  Sevimli  musiqin 
hansıdı?  Biz  heç  danışmaya  da  bilərik.  Sən 
çalarsan,  mən  dinləyərəm,  bu  da  olar  söhbət. 
Sükutun səsi! 
 
 
Son  vaxtlar  blyuzu  sevirəm.  Amerikanın 
qullar işləyən pambıq tarlalarında yaranıb. Qullar 
və arzular. İlk baxışda təzadlı səslənə bilər, amma 
belə deyil. O, qovuşuq kimidir, gecəylə gündüzün 
təmas  xətti,  alatorandır  sanki.  Qovuşuqda  doğuş 
var,  doğuşda  həyat.  Arzusuna  qovuşmaq  istəyən 
qul bununla yenidən doğulacağına inanır elə bil... 
Pianonu  da  özüm  üçün  çalıram.  Səninlə  görü-
şəndə  çalmayacam,  çünki  mən  səni  dinləməyə 
gələcəm.  Səni  eşitmək  istəyirəm.  Sənə  baxmaq 
istəyirəm,  mənim  üçün  çox  maraqlısan,  sirlisən, 
davranışın,  fikirlərin.  Mənə  elə  gəlir  ki,  heç  də 
göründüyün kimi deyilsən. 


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə