Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə22/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   ...   18   19   20   21   22   23   24   25   ...   37

 
 
99 
evinə dönürdü. Şəhər də, adamları da sükuta qərq 
olurdu.  Payız  yağışları  isə  bu  ovqatın  nisgilini 
daha da artırırdı. Yarpaqlar saralır, şəhərin başını 
duman-çən  alırdı.  Adamlar  növbəti  yayın  şux 
büsatını həsrətlə gözləyirdilər.  
Müəllim  ailəsində  böyümüşəm.  Şəkil  çək-
məyə  həvəsim  heç  məktəbə  getməmişdən  oyan-
mışdı. Atamgil məşhur şuşalı rəssam Mir Möhsün 
Nəvvabın  nəslindəndilər. Qabağıma  vərəq, rəngli 
karandaşlar  tökürdülər  ki,  cızma-qara  eləyim. 
Babam mənə “bala Nəvvab” deyirdi. Deyib-deyib 
axırda məni rəssam elədilər. 
  
*** 
 
Neçə  gündü  zəngini,  mesajını  hava-su  kimi 
gözləyirəm.  Sənsə  burdakı  şəklinlə  donmusan, 
daş  bütə  dönmüsən.  Mən  sənin  daş  bütünlə  can 
çəkdim bu bir həftəni. Sənin bütün də səsin qədər 
doğmadı.  Ağappaq  səs,  bir  də  bu  daş  büt  mənə 
uzun  müddət  bəsdi.  Öz  yoluma  davam  eləməyə. 
Sənlə,  ya  sənsiz…  Bugünkü  telefon  söhbətimiz 
çox sərt alındı. Günahkar axtarmaq fikrim yoxdu. 
Amma  mənim  üçün  çəkilən  xətti  basdığımın 
fərqindəyəm.  Bunun  günah  olub-olmadığını  bil-
mirəm.  Heç  vaxt  sərhədləri  yarmaqdan  çəkinmə-
mişəm.  Bu,  bir  hobbi  deyil,  bu,  sərhədlərə  olan 
nifrətimdəndi.  Xüsusilə  mənim  iç  dünyama  aid 
sərhədə  dözümüm  yoxdu.  Əlbəttə,  bu  sərhədi 


 
 
100 
keçəndə  gül-çiçəyə  umud  etməsəm  də,  top-
tüfəngi  də  arzulamıram.  Hər  nədirsə  xoşdu, 
Səndən  atılan  hər  şeyə  şadam;  istər  gül  olsun, 
istər  güllə.  Onu  dəqiq  tutmusan  ki,  mənim  orta 
çaplı  hissim  yoxdu  –  ya yüz  faiz  varam, ya yüz 
faiz  yox. Səni  tam  başa  düşürəm,  çox  gözəl 
anlayıram…  Qorxma,  Səni  incitməyəcəm…  Bir 
gün qəfil gəldiyim kimi, qəfil də gedəcəm... 
 
 
Salam,  mənim  əzizim.  Məktubunu  oxudum, 
bölüşdüklərin  səni  mənə  daha  da  yaxınlaşdırdı, 
doğmalaşdırdı.  Bu  yazdıqlarında  bir  nisgil  var, 
sanki sənə məxsus bir əşyanı, yox, adi əşya deyil, 
sənə  məxsus  bir  qiymətsiz  yadigarı  alırdılar 
əlindən.  Uzağa  baxırdın,  amma  hər  şey  o  qədər 
dumanlı  idi  ki,  orda  baş  verənləri  ayırd  edə 
bilmirdin,  sanki  buludların  arasında  ucalan  dağı 
görmək  istəyirsən,  havalar  qızmır,  qar  ərimir, 
bulud  çəkilmir,  sən  isə  yenə  ümidini  itirmirsən. 
“Oraya  mütləq  gələcəm,  bir  vaxtlar  getdiyim 
kimi”  deyib,  kənardan  öz  vaxtını  gözləyirsən. 
Zaman  insanı  necə  də  dəyişir!  Səninlə  tanışlı-
ğımdan bu günə çox dəyişmişəm, məni dəyişdirən 
sənsən,  mənə  olanlara  sənin  bucağından  baxa 
bilməyimdi.  
Bilirsən,  mənə  ən  doğma  olanları  itirdim, 
birini  Allahım  aldı,  o  biriləri  özləri  çıxıb  getdi, 
sonucda mənə acı xəyallar qaldı. 


 
 
101 
Ta  heç  kəsə  bağlanmayacağıma  söz  vermi-
şəm, daha bir ayrılığa dayana bilmərəm. Kiminsə 
qəlbinə  girib  sonra  “əlvida”  deməyin  anlamı 
yoxdur...  Qəlbim  o  qədər  kövrək  olub  ki, 
xatirələri qovuram. Bəzən mənə elə gəlir ki, artıq 
göz  yaşım  qalmayıb,  amma  o  yadıma  düşəndə 
gözüm  bir  çeşmə  olur.  Bu  səbəbdən  hisslərimi 
çox uzaqda gizlətmişəm. Sənə verə biləcəyimdən 
artığını  məndən  istəmə!  Məni  üzərsən,  gül  kimi 
solaram!  
 
 
Yazdıqlarının,  yaşadıqlarının  eskizini  sanki 
özüm  çəkmişəm.  Böyük  sevgi  yaşayan  kimiyəm. 
Bilirsən,  sevgi  həyat  dramının  ilk  və  son 
səhnəsidi.  Mən  o  səhnəni,  Sənin  sevginin  şəklini 
çəkəcəm,  mütləq  çəkəcəm.  Amma  bu  təəssüfü 
anlamıram. O böyük sevgi ər ola bilməz gedəsən, 
arvad ola bilməz alasan. Böyük sevgi həmişəyaşıl 
ağac  deyil.  Daimi  olan  şeyin  adı  sevgi  yox, 
vərdişdi,  məsuliyyətdi.  Tanrı  Sənə  hər  kəsə 
vermədiyini  verib.  Sən  onu  dadmısan.  Daha  nə 
istəyirsən?!  “O”  dediyin  sənlə  daim  qalsaydı, 
daha  “O”  olmazdı!  Səni  duyuram,  Sənə  sevi-
nirəm.  Həqiqətən  Sən  mənim  təsəvvürümdəki-
sənsə,  Yaradana  inamım  bir  baş  da  artır.  O, 
mümkünsüzü  mümkün  edəndi.  ...Səni  hiss 
edirəm,  içinə  girib  gəzirəm  hərdən,  ürəyin  nə 
boydadı,  hansı  havanı  udursan,  bilirəm.  Boyun, 


 
 
102 
çəkin də  bəllidi sanki. Sən qoynumda gizlədəcək 
qədərsən.  İnsan  bağrına  əzizini  sıxar.  …Sənin 
için  ümmandı.  Mən  burada  qalmaq  istəyirəm, 
fərqi yoxdu, istər balıq, istərsə də yosun kimi. 
 
 
Qadın: Balıq olsun, ya yosun, fərq etməz, əsas 
odur ki, öz dənizində olasan. Başqası sənin deyil. 
Qadın  da  eləcə,  kişi  də  həmçinin.  Başqası  elə 
başqasınındır.  Dul  qadını  sevmək  “second 
hand”dən  palto  alıb  geyinmək  kimidir.  Beynini 
belə  şeylərlə  yorma,  gecdir,  yataq!  Röyalarda 
görüşək! Gecən xeyrə qalsın! 
Rəssam: Ehtiras sevgi çırağının yağıdı! Sevgi 
üçün bakirə, subay, dul, qoca, cavan yoxdu. Sevgi 
bütün  mövcud  olanları  təzələyə  bilən  enerjidi, 
onun  reinkarnasiya  qabiliyyəti  var.  Sevgi  ağ 
varaqdı,  təzə  sətirdi,  doğuluşdu.  Onun  “second 
hand”i olmur. ...Sənin də gecən xeyrə qalsın! 
 
 
Bu  gecə  çatdaydım,  dedim  bəlkə  görərəm 
Səni. Görmədim. Amma əvəzində yenə nəsə kəşf 
elədim.  Budəfəki  kəşfim  Sənin  barmaqlarındı. 
Yeni  qoyduğun  şəkildəki  nazik,  uzun  barmaq-
ların. Kim nə deyir, desin, nazik, uzun barmaqlar 
gözlərdən  sonra  qadın  gözəlliyinin  ikinci  əsas 
şərtidi. Barmaqların mübarək! 
 


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə