Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə17/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   ...   13   14   15   16   17   18   19   20   ...   37

 
 
76 
Qadın: Yenə incidin... 
Rəssam: Yox! 
Qadın: ... 
 
 
Rəssam: Bu gün bir neçə dəfə Sənin nömrəni 
yığmaq istədim. 
Qadın:  Nömrəmi  yığmaq  istədin,  bəs  niyə 
yığmadın? 
Məni 
eşidincə 
nə 
deyəcəyini 
bilmədiyin  üçünmü?  Yaxud  “Mən  nə  edirəm” 
sualına hələ də cavab axtarırsan? 
Rəssam:  Səni  eşidincə  boğazımın  quruyaca-
ğından qorxdum... 
Qadın: Hımm… Sən dedin, mən də inandım. 
Rəssam: Bəs nə! 
Qadın: 
Boğazın 
işi 
asandır, 
təki 
dil 
qurumasın… 
Rəssam: Burda dilə heç ehtiyac da yoxdu. Biz 
ki  danışmırıq,  yazışırıq.  Odu  ki,  barmaq 
qurumasın!  
Qadın: Ürək… Qəlb… Ruh … qurumasın!  
Rəssam:  Onda  yaz,  danış  mənimlə.  Səninlə 
ünsiyyət mənə rahatlıq verir. 
Qadın:  Sən  mənim  üçün  hələ  də  bağlı  müc-
rüsən.  Əsdirib,  o  üz-bu  üzünü  çevirib,  rentgen 
şüası  ilə  içindəkinə  baxmaq  mənə  düşməz.  Mən 
səni  seyr  edirəm.  Bəzən  parlayırsan,  bəzən  də 
qapqara  bir  sirr  olursan.  Bilirsən,  sirli  mücrünü 


 
 
77 
qaranlıq  sükutda  açanda  yaxşıdır;  bilinməyən, 
duyulmayan, görünməyən ...  
Rəssam:  Yəni  bu  müddətdə  heç  duyulma-
dımmı? O mücrüdən səs olub çıxardım, işıq olub 
sızardım,  su  olub  süzülərdim,  ətir  olub  qoxu-
yardım,  təki  Sən  məni  duyasan.  Əgər  Sənin 
mücründə  bunların  heç  olmasa  biri  yoxsa,  məni 
bağışla, mən orada deyiləm, mücrün boşdu. 
Qadın:  Mücrüm  boş  deyil,  əsla.  Sadəcə, 
işığından  kor,  ətrindən  bihuş  olmaqdan,  suyuna 
qarışıb itməkdən çəkinirəm. Bəlkə də o üzdən bu 
mücrünü  açmağa  ehtiyatlanıram.  Mənim  müc-
rümü  boş  gördünsə,  demək,  məni  heç  tanımadın. 
Sənə  uğur  diləməkdən  başqa  bir  şey  qalmadı 
mənə bu gecə. Salamat qal. 
Rəssam:  Sən  öz  mücrünə  inanmırsan.  Su 
stəkanda  ya  var,  ya  yoxdu.  Onu  yarıboş,  ya  da 
yarıdolu  adlandırmaq  əhəmiyyətsizdi.  Boş  olana 
mücrü  yox,  qutu  deyərdim.  Mücrünü  mücrü 
eləyən  içindəkidi.  Özünə  inan.  İnansan,  mücrün 
boş çıxmaz. 
Qadın: ... 
 
Növbəti  gün  ilk  dəfə  aralarında  intim  söhbət 
oldu.  Söhbətin  axarı  məni  də  özüylə  apardı. 
Başqalarının  intim  yazışmasını  oxumaq  elə 
onların sevişmə səhnəsinə baxmaq kimi bir şeydi. 
Özüm  də  hiss  eləmədən  voyerizmə  keçmişdim, 
yəni  sekslə  məşğul  olanları  gizlincə  izləməkdən 


 
 
78 
həzz alan birinə oxşayırdım, amma qəribədi, ayıb 
hissim  yox  idi.  Özümü  Rəssamın  yerində  zənn 
edirdim.  Fantaziyalarım  onun  elədiklərindən  də 
qabağa  qaçırdı.  Qadının  fotolardan  süzülən 
təbəssümü,  məlahəti  məni  də  tilsimləmişdi. 
Rəssamın  Qadına  bağlanma  səbəbini  indi 
anladım.  Ondakı  adamı  maqnit  tək  özünə  çəkib 
sehrləmək gücünü bütün qəlbimlə duydum. 
 
 
Rəssam: Bu şəkli nə vaxt çəkdirmisən? 
Qadın:  Bir  həftə  olar,  işdə  uşaqlar  xəbərim 
olmadan çəkib. Bəyəndinmi? 
Rəssam:  Əladı!  Neçə  vaxtdı  Səndən  bir  şey 
soruşmaq  istəyirəm,  amma  bilmirəm  necə  soru-
şum.  
Qadın:  Oooo!  Dünyaları  bir-birinə  qatan, 
göydə  mələklərlə,  yerdə  “əcinnə”lərlə  əlləşən, 
hamısına  dil  çatdıran  adam  məndən  söz  soruş-
mağın yolunu bilmir? 
Rəssam:  Məndən  nə  gözlədiyini  yaza  bilər-
sən? Təbii ki, həmişəki kimi açıq, səmimi…  
Qadın:  Səndən  heç  nə  gözləmirəm.  Səni 
olduğun kimi görüb qəbul etmişəm, bu da mənim 
bəsimdir.  
Rəssam: Məni necə görürsən? Görürsənmi?  
Qadın:  Səni  “görməsəm”,  heç  kəlmə  də 
kəsməzdim. Mən kabusla, xəyalla danışmıram. 


 
 
79 
Rəssam: Deyəsən, heç vaxt Sənə “Gözəlsən!” 
yazmamışam  axı.  Nəsə  yadıma  gəlmir.  Niyə, 
bilmirəm.  İncimə,  deyəsən  axı  həqiqətən  həm  də 
gözəlsən.  Mən  indiyədək  Sənin  yalnız  daxilini 
görməyə çalışmışam. Elə bil üzünü indi görürəm. 
Şok oldum. Barıtı bu qədər eləmə birdən-birə. Bu 
şəkillərin hardaydı belə... 
Qadın:  Bunlar  yenidir.  İndi  qoyuram  bura, 
bir-bir.  Necədi?  İndi  görürsən  məni?  İndiyədək 
görməmişdin, eləmi? Səni dəli edim, sən də bax... 
Rəssam:  Bu  gecə  ağlımı  almaq  istəyirsən? 
Yox,  Sənlik  bir  şey  yoxdu,  o  özü  çıxıb  gedib 
Sənin  yanına.  Özüylə  ruhumu  da  aparıb.  Onları 
duyursanmı? Gör necə sarılıblar Sənə… Ruhumu 
nəfəsinlə  çəkirsən  içinə,  ağlım  da  arxasınca 
sürünür, qorxuram yarı yolda qala… 
Qadın:  Qoy  qalsın!  Mənə  o  yox,  ruhun 
lazımdır!!! 
Rəssam:  Onu  nəfəsinlə  necə  isitdiyini 
duyuram!  Ruhumun  son  dəfə  nə  vaxt  belə 
dincəldiyini xatırlamıram.  
Qadın: Onu öz ruhumla görüşdürdüm. 
Rəssam: Hə… hə... 
Qadın: Sarıldılar bir-birinə. Öpüşürlər, sifətlər 
bir-birinə  qarışır,  cizgilər  itir.  İndi  ağız  alında, 
qulaq burundadır. 
Rəssam: Görürəm, duyuram… Sənin ruhunun 
dodağı mənim ruhumun gözü üstədi...  


 
 
80 
Qadın:  Dodaqların  sinəmdə  gül  ləçəyi  tək 
açılır... 
Rəssam:  Sinəndəki  bir  cüt  zirvə  sərtləşib 
bərkisə də üz-gözümə qu tükü sığalı çəkir. Zirvə-
lərin ucu ox təki gözümə batsa da gözüm dincəlir, 
uyuyur...  Qollarımı  belinə  dolayıb  Səni  özümə 
qandallayıram.  Başım  qoşa  zirvən  arasındadı, 
ayaqların ayağıma dolanıb. Ruhum Sənə qovuşur, 
bir  canda  birləşirik.  Bilirsən,  Səni  ruhuma  da 
qısqanıram. 
Qadın:  Çıx  get!  Göndərdim  özünə  ruhunu. 
Mənim qısqanclardan xoşum gəlmir... Bir də belə 
yazma! Doğrudan elə bildim yanımdasan... 
Rəssam: Monitordan atılımmı qucağına? 
Qadın:  Ruhuna  baxma,  sən  ağırsan,  saxlaya 
bilmərəm. 
Rəssam: Səni görmək istəyirəm! Elə bu an... 
Qadın: İndi? Elə evdəkilər də onu deyir. 
Rəssam:  Səni  hər  gün  bir  nəfəs  daha  artıq 
arzulayıram.  Sən  getdikcə  gözəlləşirsən.  Bu, 
kompliment  deyil.  Mən  kompliment  deməyi 
bacarmıram. 
Qadın:  Bir  gün  bir  qadın  kişisinə  deyir  ki, 
uzun  illəri  bir  yerdə  yola  saldıq,  ancaq  sən  heç 
vaxt  məni  tərifləyib  kompliment  demədin.  Kişi 
gülümsəyib  qadına  deyir:  “Komplimenti  yalnız 
çirkin  qadınlara  deyərlər.  Sən  gözəl  olduğundan 
buna  ehtiyac  duymadım”.  Belə  tez  alışma!  Tez 
alışan,  tez  də  sönər...  İnşallah  görüşərik.  Amma 


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə