Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə28/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   ...   24   25   26   27   28   29   30   31   ...   37

 
 
126 
başqa  aləmdi.  Tələbəliyimizin  Vilnüs  günlərini 
yaşadıq  yenidən.  Kirayələdiyi  birotaqlı  kasıb 
evində səhəri bir başqa ovqatla açdım. ...O, tələbə 
vaxtı hamımızdan istedadı ilə seçilirdi. Yeniliklər 
eləməkdə  hamıdan  ürəkli  idi.  Müəllimləri  də 
heyran  qoyurdu.  Sonra  tale  onu  haralara  gətirib 
çıxartdı!  Bir  dəfə  də  həyatından  gileylənmədi. 
Bilirsən,  bax o “adi küçə rəssamı”  ilə keçirdiyim 
iki  günü  ömrümə  bəzək  günlərdən  sayıram. 
Gündüzü körpü altında şəklini çəkdiyin adamların 
iç  dünyasına  baş  vurmağa  cəhdlə  keçən,  axşamı 
bir  kafe  küncündə  səni  anlayan  köhnə  dostunla 
baş-başa  qalmaqla  ötən  gün.  Qayğılardan  uzaq 
xoşbəxt bir gün. 
 
 
Svarovskini  mən  də  sevirəm.  Bu  gün  çox 
qəribə bir şəkildə hədiyyə aldım. Özünü nə qədər 
poçtalyona  oxşatmağa  çalışsa  da,  kiminsə  dost 
xahişini  yerə  salmayıb  özəl  missiyası  hər  hərə-
kətindən  açıq  görünən  yaraşıqlı  bir  “poçtalyon” 
mənə  Svarovski  firmasının  xüsusi  bağlamasında 
gözəl  boyunbağı  və dəniz üfüqündə doğan günəş 
tablosu  gətirmişdi.  Tablonun  arxasında  bu  sözlər 
yazılmışdı:  “Günəş  də  hər  səhər  “sıradan  bir 
gündə”  doğur”.  Sonra  tarix  və  imza...  Bu 
“poçtalyon”un  mənim  iş  yerimi  necə  tapması  da 
sürpriz  oldu.  Çünki  bunu  heç  onu  göndərən  də 
bilmirdi axı. Səncə, bunu kim göndərə bilər?  


 
 
127 
...Mən  deyim  kim  göndərib.  Bunu  son  aylar 
həyatıma  internet  fəzasından  gələn  birisi  gön-
dərib.  Mən  onu  nə  vaxtsa,  dünyanın  hansı 
dənizindəsə  doğmuş  günəş  tablosuna  atdığı 
imzasından  və  mənim  ona  dediyim  “Ad  günləri 
mənim üçün sıradan bir gündür” sözlərimi özümə 
qaytarmasından tanıdım... Sən məni heyrətləndir-
məyi  bacarırsan.  Hələ  heç  kim  bunu  sənin  kimi 
edə  bilməyib.  Boyunbağın  aləmdir.  Onu  sənin 
boynuma  dolanan  qolların  bilib  bağladım.  Alışıb 
yanır.  Hər  qaşı  mənə  deyəcəyin  sözlərin 
anonsudur sanki. Bir rəssamın  haldan-hala düşən 
ovqatının  min  bir  çalarıdır  elə  bil.  Onu  sinəmdə 
sən  deyib  daşıyacam.  Tablona  isə  söz  tapmıram 
yazım.  Dəniz  sularında  barmaq  izlərin  aydın 
sezilir,  azan  səyyahlara  yol  göstərirmiş  kimi 
durur. Sən çox istedadlı rəssamsan, dahisən.  
...Günəşə isə sənə baxırmış kimi baxacam hər 
sabah.  Ömrümə  təzə  doğan  günəş  kimi.  Sənə 
sevinirəm,  mənim  əzizim.  Təşəkkür  edirəm 
hədiyyələrin üçün. 
 
Açığını  deyim,  bu  yazışmaları  birinci  dəfə 
oxuyanda  daha  çox  sevişmə  yerlərinə  rastla-
şacağıma  ümid  edirdim.  Uşaq  vaxtı  “Min  bir 
gecə”  nağıllarını  oxuyanda  onun  intim  yerlərini 
səbirsizliklə gözləyirdik ey, bax, burda da seksual 
səhnələr  gəzirdim.  Karın  könlündəki  məsəli 
olmasın,  demirəm  ha,  fikrim-zikrim  elə  bu  idi. 


 
 
128 
Amma kişiylə qadın təklikdə, özü də gizlində ta nə 
etməlidir ki?! Belə deyilmiş. Yazışmaları bir neçə 
dəfə oxuyanda anlayırsan ki, onların bir-birindən 
gözlədikləri  intim  həyat  yox,  başqa  istəklər  imiş. 
Məndə bu yazışmaları topalayıb ortaya çıxarmaq 
həvəsini də elə bu duyğu yaratdı. 
 
 
Nəhayət,  biz  görüşdük...  “Poçtalyon”  özüylə 
Sənin  qoxunu  gətirdi.  Tək  qoxunu  yox,  Sənin 
ruhunu,  özünü  gətirdi  elə  bil.  Qayıdanda  onun 
simasında  dünyanın  ən  doğma  varlığını  gördüm 
sanki.  Qeybdən  gələn  səs  kimiydi,  o  dünyadan 
müjdə gətirən mələk üzlüydü o. Onu Sən bildim, 
istədim sarılam boynuna. Bəs necə? Sənin yanın-
dan  gəlirdi  axı...  Bilirsən,  nə  qədər  sorğu-suala 
tutdum onu?! Axşamacan ayrılmadım ondan. 
 
*** 
Hörmət  etdiyim  kəslərə  iltifat  göstərməyə 
çalışıram,  onları  daha  çox  sevmək  istəyirəm, 
amma  mənə  öz  “eqo”m  da  əzizdi.  Bu  da  mənim 
xasiyyətimdi.  Ad  günündən  sonra  nə  baş 
verdiyini,  Səndəki  bu  dəyişikliyi,  soyuqluğu 
anlamağa  çalışıram.  Hiss  edirsənmi,  son  telefon 
danışıqlarımız  sərt  keçir.  Könlünə  dəyən  nəsə 
etdimsə,  hansısa  sözüm  qəlbinə  toxundusa,  bunu 
mənə  başqa cür də duydura bilərsən. Bəlkə  məni 
özündən  uzaqlaşdırmaqdı  qəsdin?  Sanki  özüm 


 
 
129 
getməyimi  istəyirsən,  “get”  deməyə  dilin  gəlmir. 
Bu  axşamkı  sms-lərim  sərt  idi,  indi  bir  də 
oxudum.  İnan,  bunu  qəsdən  eləmədim,  sadəcə 
etinasızlığa  dözümüm  yoxdu.  Çünki  heç  kimə, 
özəlliklə  sevdiklərimə  etinasiz  ola  bilmirəm. 
Onlardan  laqeydlik  görəndə  isə  dəli  oluram.  Hər 
an  Səni  düşündüyümü  anlatmaq,  hiss  etdirmək 
istəyirəm.  Sənin  də  belə  olduğunu  bilməyə, 
duymağa  haqqım  yoxdumu?  Mənə  sarı  gəl... 
Məni uzaqlarda axtarma... Çox yaxındayam... Lap 
pəncərənin dibində, qapının ağzındayam… 
 
*** 
 
“Sənə  sonsuz  hörmət  və  ehtiram  hissi 
duyuram.  Bu  hisslər  nə  zaman  ehtiyaca  dönsə,  o 
saniyədən  dostlar  siyahısından  çıxacaqsan”.  Bu 
gün yazdığın mesajdı bu. Sənin dostlar siyahında 
olmaqdan  fəxr  duyuram,  ordan  çıxmaq  nədi, 
qayalara çapılan ad kimi ismimi qəlbinə yazmağa 
iddialıyam.  Amma  “ehtiyac”  sözünü  niyə  belə 
hörmətdən  saldın,  bilmirəm.  Sənə  olan  ehtiyacı-
mın miqyasını bilsəydin, əminəm, bu sözə hörmət 
edərdin. Sənə ehtiyacım var! 
 Mən  bu  sözləri  Sənin  də  ciddi  ünsiyyətə 
ehtiyacın  olan  vaxtı  yazıram.  Söhbətdən  qaçsan 
da,  duyuram  ki,  ünsiyyətə,  danışmağa,  ağlayıb 
boşalmağa gərəyin var. Özü də heç vaxt olmayan 
kimi. Əsl səbəbini bilməsəm də...  


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə