Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com


§ 3. İqtisadi idarəetmənin funksiyaları…………………………………….241



Yüklə 6,62 Mb.
səhifə2/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   40

§ 3. İqtisadi idarəetmənin funksiyaları…………………………………….241


§ 4. İqtisadi idarəetmənin prinsipləri……………………………………….242

§5. İqtisadi idarəetmə mexanizmi……………………………………… ….245

§6. İqtisadi idarəetmə metodları……………………………………………247

§7. İqtisadi idarəetmə sistemində planlaşdırma, proqramlaşdırma

və proqnozlaşdırma…………………………………………………......248

§8. İqtisadi idarəetmə sistemində intizam, məsuliyyət, nəzarət və uçot…..250

§9. İqtisadi idarəetmə sistemində menecment………………………………253

§10. Marketinq: mahiyyəti, funksiyaları və idərəetmədə rolu………………256

§11. İqtisadi idarəetmə sistemində dövlətin rolu……………………………260



Bölmə 5. Ümumdünya təsərrüfatı
XVII fəsil. Ümumdünya təsərrüfatı və beynəlxalq iqtisadi münasibətlər

§1. Ümumdünya təsərrüfatı: məzmunu, yaranması amilləri ………………267

§2. Beynəlxalq iqtisadi münasibətlərin əsas formaları……………………..272

§3. İqtisadi inteqrasiya və onun formaları………………………………....280

§4. Beynəlxalq valyuta sistemi.Valyuta bazarı…………………………….281

§5. Tədiyyə balansı və onun quruluşu……………………………………..286

§6. İqtisadi qloballaşma…………………………………………………….288
Bölmə 5. Keçid dövrü və milli iqtisadiyyat

XVIII fəsil. Azərbaycanın keçid dövrü iqtisadiyyatı və onun formalaşdırılması

§1. Keçid dövrünün zəruriliyi və mahiyyəti ……………………………….291

§2. Keçid dövrü iqtisadiyyatının məzmunu və əsas cəhətləri……………..293

§3. Keçid dövrü iqtisadiyyatının çoxukladlı xarakteri ……………………294

§4. Keçid dövrü iqtisadi münasibətlər sistemi, təsərrüfat

mexanizmi və ziddiyyətləri …………………………………………….296

§5. Azərbaycanın keçid dövrü iqtisadiyyatı, onun məzmunu

və qarşıda duran vəzifələr və formalaşmasında dövlətin rolu……….298


XIX fəsil. Müstəqil milli iqtisadiyyat və milli bazar: məzmunu və formalaşdırılması

§1. Milli iqtisadiyyat: məzmunu və xarakterik cəhətləri ……………….307

§2. Müstəqil milli iqtisadiyyatın formalaşdırılmasının əsas

şərtləri və istiqamətləri ………………………………………………..310

§3. Milli bazar və milli valyuta…………………………………………..315

§4. Müstəqil milli iqtisadiyyatın formalaşması və sabit

inkişafının təmin edilməsində dövlətin rolu. ……………………….318
İqtisadi terminlərin müxtəsər izahl lüğəti ............................................320
İqtisadiyyat elmi sahəsində Nobel mükafatı laureatları.........................354
Azərbaycanın 1995 və 2000-2006-cı illərdə sosial-iqtisadi

inkişafına dair statistik göstəriciləri…………………………………….356

MÜQƏDDİMƏ
Bakı Dövlət Universitetinin “Ümumi iqtisadiyyat” kafedrasında hazırlanmış İqtisadiyyat (İqtisadi nəzəriyyə) dərsliyi Azərbaycanın müstəqillik əldə etdiyi vaxtdan keçən dövr ərzində Azərbaycan dilində yazılmış növbəti dərslikdir.

Dərslik tədris olunan fənnin adına uyğun olaraq «İqtisadiyyat» adlanır. Ancaq çoxsahəli olan iqtisadiyyatın bütün tərəfləri və problemlərini, ayrılmış saat çərçivəsində, əhatə etmək mümkün olmadığı üçün başlıca diqqət iqtisadiyyatın ümumi və nəzəri problemlərinin öyrənilməsinə yönəldilir və bunu nəzərə alaraq dərsliyin adındakı «İqtisadi nəzəriyyə» məfhumu mötərzə içərisində verilir.

Belə bir dərsliyin yazılmasında məqsəd qeyri-iqtisadiyyat fakültələrində təhsil alan tələbələrin iqtisadi biliklər əldə etmələrinə, bazar iqtisadiyyatı sistemində tələb olunan davranış qaydalarına yiyələnmək və onlara uyğun fəaliyyət göstərmələrinə lazımı istiqamət verməkdir.

BDU-nun “İqtisadiyyat” kafedrası tərəfindən, qeyri-iqtisadiyyat fakültələri üçün hazırlanmış və 2002-ci ildə nəşr edilmiş “İqtisadi nəzəriyyə” dərsliyi tələbələrin iqtisadi təfəkkürünün formalaşmasında müsbət rol oynamışdır. Bu dərslik 2004-cü ildə təkrar nəşr edilsə də, hazırda onu əldə etmək çətindir. Bu səbəbdən də tələbələrin istifadə edə biləcəyi və müasir tələblərə cavab verən yeni dərsliyin yazılmasına ehtiyac yaranmışdır.

Bununla belə, haqqında danışılan dərsliyin çapından keçən dövr ərzində ali təhsilin yeni standarta uyğun tədris olunması tövsiyyə edilmiş və BDU-nun “Ümumi iqtisadiyyat” kafedrası, standartın tələbləri nəzərə alınmaqla, 2004-cü ildə təsdiq edilmiş, yeni proqram üzrə “İqtisadiyyat” fənnini tədris etsə də, tələbələr yeni dərslik və dərs vəsaitləri ilə lazımı dərəcədə təmin olunmamışdır.

Digər tərəfdən, yaşadığımız dövrün iqtisadi reallıqları sürətlə dəyişir, keçid vəziyyətində olan iqtisadi sistemlər əsaslı surətdə yeniləşir, bazar münasibətləri daha açıq formalarda özünü büruzə verir və iqtisadi həyatda üstün mövqelərə çıxır. Azərbaycan iqtisadiyyatı əsaslı şəkildə dəyişir, sürətlə inkişaf edir və öz müstəqilliyini daha da möhkəmləndirir.

Belə bir şəraitdə baş verən hadisə və prosesləri nəzərə almaq, dərk etmək və cəmiyyətin iqtisadi həyatında nələr olduğunu gənc nəslə çatdırmaq tələb olunur və bu tələb yeni dərsliklər olduğu halda ödənilə bilər.

Bütün bunlarla yanaşı, BDU-nun “Baloniya” təhsil sisteminə keçməsi, “İqtisadiyyat”ın seçmə fənnlər qrupuna daxil edilərək onun tədrisinə cəmi 30 saat vaxtın ayrılması da yeni dərsliyin yazılıb tələbələrin ixtiyarına verilməsini zəruri edır.

BDU-nun “Ümumi iqtisadiyyat” kafedrası ortaya çıxan ehtiyacı nəzərə alaraq “Bakalavr pilləsi üçün İqtisadiyyat fənninin proqramı” (2004-cü il) üzrə tədris sahəsində əldə edilmiş təcrübəni ümumiləşdirərək “İqtisadiyyat” (İqtisadi nəzəriyyə) kursu üzrə yeni dərsliyin hazırlanmasını lazım bilmişdir.

Yeni dərslik özünün quruluşu, məzmunu və bəzi cəhətlərinə görə əvvəlki dərslikdən fərqlənsə də, müəllif onun orjinal bir əsər olduğunu iddia etmək fikrindən uzaqdır.

Müasir “İqtisadi nəzəriyyə klassik siyasi iqtisadın və marjinalizm nəzəriyyələrinin sintezi olmaqla”1 yeni yanaşma tələb edir və bunu nəzərə alaraq mövcud dərslik özünün quruluşu, məzmunu və bir çox cəhətləri ilə fərqli şəkildə yazılmışdır. Birincisi, dərslik əsasən müasir iqtisadiyyatın öyrənilməsinə yeni yanaşma tələb edən nəzəri-metodoloji bazaya istinad edilməklə hazırlanmış və əvvəlki dərslikdə olmayan bəzi mövzular yeni dərsliyə salınmışdır. İkincisi, humanitar fakültələrin tələbələrinin riyazi biliklərinin yetərincə olmadığını nəzərə alaraq, dərslikdə riyazi formula və qrafiklərdən az, məntiqi sxemlərdən isə geniş istifadə olunmuşdur. Bu sxemlərin verilməsi özlüyündə məqsəd deyil, ayrı-ayrı məsələləri başa düşmək üçün bir vasitədir. Üçüncüsü, Azərbaycanda bazar iqtisadiyyatının formalaşdırılması ilə bağlı həyata keçirilən islahatlar prosesi aidiyyatı olan mövzularda əks etdirilmiş Azərbaycan Respublikası üzrə 1995-ci və 2000-2006-cı illərə aid əsas sosial-iqtisadi göstəricilər əlavə şəklində dərsliyə salınmışdır. Dördüncüsü, şərhinə ehtiyacı olan çoxsaylı iqtisadi terminlərin müxtəsər izahlı lüğəti və iqtisadiyyat elmləri üzrə Nobel mükafatı laureatları haqqında məlumatlar verilmişdir.

Dərslik 5 bölmədən ibarətdir:

“İqtisadi nəzəriyyəyə giriş” adlanan birinci bölmədə, İqtisadi nəzəriyyənin əsas anlayışları, iqtisadiyyat və cəmiyyətdə onun rolu, iqtisadi nəzəriyyə nəyi öyrənir iqtisadi sistemlər və onların tipləri, mülkiyyət və mülkiyyət hüququ, bazar iqtisadiyyatı, onun ümumi əsasları, qanunları və modelləri şərh olunur.

İkinci bölmə “Mikroiqtisadiyyat” adlanır. Burada mikroiqtisadiyyatın məzmunu və təşkili formaları, bazar və onun fəaliyyət mexanizmi, bazar infrastrukturu, mikroiqtisadi sistemdə firma (müəssisə) və onun təşkili formaları, firmanın istehsal xərcləri və mənfəəti şərh olunur. Bu bölmədə bazar rəqabəti və inhisar, istehsal və onun amilləri, istehsal amilləri bazarı, renta münasibətləri geniş şərh edilir.

“Makroiqtisadiyyat” adlanan üçüncü bölmədə, vahid tam halında götürülən milli iqtisadiyyatın problemləri önə çəkilir və öyrənilir. Burada, cəmiyyət miqyasında gəlirlər və xərclərin dövriyyəsi, makroiqtisadi göstəricilər sistemi, ümumidaxili məhsulun hesablanma üsulları, Ümumi milli məhsul və milli gəlir, təkrar istehsal və iqtisadi artım, əhalinin məşğulluğu problemi, pul-kredit və maliyyə sistemi, gəlirlər və onların bölgüsü, həyat səviyyəsi və əhalinin sosial müdafiəsi məsələləri, habelə iqtisadi idarəetmə sistemi və dövlətin iqtisadi fəaliyyəti ilə bağlı məsələlər şərh olunur.

Dördüncü bölmə “Ümumdünya təsərrüfat” adlanır və burada milli iqtisadiyyatların sintezi olan beynəlxalq iqtisadiyyat haqqında müxtəsər şərh verilir.

Beşinci bölmədə, keçid dövrü iqtisadiyyatı və müstəqil milli iqtisadiyyatın formalaşdırılması ilə bağlı problemlər və onların həlli yolları şərh olunur. Burada müstəqil milli iqtisadiyyat formalaşdırmaq sahəsində Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərin şərhinə xüsusi diqqət verilir.

Dərsliyin yazılması zamanı xarici ölkə müəlliflərinin rus dilində nəşr olunmuş dərsliklərindən, o cümlədən Mokkonell K.R., Bruy S.L. (ABŞ) 2 cildlik “Ekonomiks” dərsliyindən, Azərbaycan dilində nəşr edilmiş bütün dərsliklərdən müəyyən dərəcədə istifadə olunmuşdur.

Oxucu bu dərslikdən müasir iqtisadiyyata dair müəyyən qədər məlumat ala bilər.

Dərslik mövcud standart nəzərə alınmaqla, 2004-cü ildə bakalavr pilləsi üçün təsdiq edilmiş iqtisadiyyat fənninin proqram mövzularına uyğun hazırlanmışdır.

BÖLMƏ 1. İQTİSADİ NƏZƏRİYYƏYƏ GİRİŞ VƏ ÜMUMİ PROBLEMLƏR


Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə