Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com


Базарын нормал фяалиййятинин шяртляри



Yüklə 6,62 Mb.
səhifə9/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   ...   5   6   7   8   9   10   11   12   ...   40

Базарын нормал фяалиййятинин шяртляри






Игтисади ресурсларын мювъудлуьу

Рягабят мцщитинин мювъудлуьу
Ən zəruri şərtlər: Zəruri əlavə şərtlər:


Сярбяст гиймятляр

Ресурсларын щярякятинин чевиклийи



Инфраструктуранын йарадылмасы вя инкишафы



Мцлкиййят формаларынын мцхтялифлийи

Базар инщисарларынын олмамасы



Сосиал мцдафия тяминаты



Хцсуси мцлкиййят щцгугуну мцщафизя едян ганунларын фяалиййяти

Эизли игтисадиййатла мцбаризя


Дцнйа базары иля ялагя



Сярт малиййя , кредит, банк системи




Sxem 1. Bazarın normal fəaliyyətini təmin edən şərtlər
§2. Bazar qanunları və bazar mexanizmi. Bazar əlaqələrinin tipləri.

Bazar mürəkkəb münasibətlər sistemidir bu münasibətlər bazara xas olan qanunlarla onların fəaliyyət mexanizmləri ilə tənzimlənirlər. Bu qanunlara aiddir: tələb qanunu, təklif qanunu, rəqabət qanunu, dəyər qanunu, mənfəət qanunu s. Bu qanunların hər birinə xas olan fəaliyyət mexanizmi vardır onlar məcmu halda bazarın fəaliyyət mexanizmini təşkil edir.

Öz konkret növündən asılı olmayaraq, hər bir bazar aşağıdakı əsas ünsürlərə söykənir, onlara əsaslanır: qiymət, tələb və təklif, rəqabət. Bazar mexanizminin bu ünsürlərini ətraflı şərh edəcəyik. Məhz bazar mexanizminin bu ünsürlərinin fəaliyyəti sayəsində əvvəlki mövzuda göstərilən üç əsas vəzifə – nə istehsal etmək? necə istehsal etmək? kimin üçün istehsal etmək? – həll olunur. Bunu dərsliklərdə verilmiş belə bir misalla izah edirlər: fərz edək ki, əhalinin gəliri artıb və istehlak etdiyi kartofu azaldıb ət almağa üstünlük verir. Belə olduqda kartofa olan tələbat azalır və ətin alınması çoxalır. Belə olduqda ətin qiyməti artır və kartofun qiyməti aşağı düşür. Nəticədə kartof istehsalçısı əlavə gəlir götirə bilmir və sahəyə əlavə kapital qoymur. Heyvandarlıq gəlirli sahə olduğundan başqa sahibkarların diqqətini cəlb edir və sahəyə əlavə kapital qoyulur. Kartof istehsalçıları mənfəətin bir hissəsini itirdiyinə görə daha gəlirli sahə axtarırlar.

Müəyyən bir dövr ərzində qiymətlərin nisbətindəki dəyişiklik ət istehsalını artırır kartofun istehsalını azaldır. Bazarda ətin müxtəlif növlərinin qiymətləri müxtəlif olacaq əhalinin hər bir təbəqəsi gəlirinə uyğun olan qiymətlərlə ət alacaq. Bu proses bazarda tarazlıq yaradır. Bu tarazlığı yaradan birinci qiymət olduməhz qiymət istehsalçını istehsalın istiqamətini dəyişməyə məcbur etdi. Qiymətin dəyişməsi istehsal texnologiyasını seçməyə təsir etdi. Nəticədə gəlirlərin mövcud səviyyəsində məhsulu kimlər tərəfindən istehlak edəcəyini qiymət müəyyən etdi.

Tələb – (alıcılıq qabiliyyəti) bazarda əmtəələrə olan tələbatdır ki, istehlakçı bazar qiymətindən və pul gəlirindən asılı olaraq ala bilər, yəni ala biləcəyi əmtəənin miqdarıdır.

Təklif – bu mövcud qiymətlərlə satılmaq üçün bazarda olan əmtəə və xidmətlərin miqdarıdır.

Tələb və təklifin nisbətindən asılı olaraq, qiymət «tarazlı» adlanan qiymət ətrafında enib-qalxır. Kənarlaşma nəticəsində qiymətin elə bir səviyyəsi qərarlaşır ki, bu da tələb və təklifin tarazlığına səbəb olur, istehlak və istehsal arasında tarazlıq yaranır.

Rəqabət – bazar mexanizmində hərəkətverici «mühərrik» rolunu oynayır. Belə ki, hər bir sahibkarın məqsədi maksimum mənfəət əldə etməkdir. Buna görə o, təsərrüfat fəaliyyətinin miqyasını genişləndirir. Bu zaman hər bir sahibkar daha əlverişli istehsal şəraitinə malik olmağa, əmtəələrini satmağa, istehsalını genişləndirməyə çalışır. Nəticədə, sahibkarların münasibətləri bəhsləşmə, rəqabət forması alır. Əgər təklif tələbdən çoxdursa, bu zaman həmin əmtəənin satıcıları arasında rəqabətə başlayır. Öz əmtəələrini satmaq üçün hər bir satıcı qiyməti aşağı salmaqla müştərini özünə cəlb etməyə çalışır. Prosesin uzun çəkdiyi bir şəraitdə həmin əmtəənin istehsalı azalır. Tələb təklifdən çox olduqda isə rəqabət alıcılar arasında baş verir. İmkanlı alıcı daha yüksək qiymət təklif edir. Qıt olan həmin əmtəəyə tələb artdığına görə onun istehsalı genişləndirilir. Bazar mexanizmi bu qayda ilə fasiləsiz fəaliyyət göstərir.

Lakin bazarda əlaqələrin tipləri müxtəlifdir. Məlum olduğu kimi natural təsərrüfatda istehsal olunmuş məhsul bilavasitə bölgü sferasına daxil olur və bölünür. Bu zaman istehlakçı arzusu ilə seçim edə bilmir. Bazar təsərrüfatı şəraitində isə onun subyektləri iqtisadi cəhətdən azaddırlar.

Alıcının azadlığı –əvəzedici və sərbəst nemətlərdən istədiyini seçmək azadlığı, ən yaxşı xidmət göstərən və əmtəəsini əlverişli şərtlərlə satanı tapmaq azadlığıdır.

Satıcının azadlığı – daha münasib alıcı tapmaq, satışdan əldə etdiyi pula öz arzusuna uyğun sərəncam vermək azadlığıdır.

Alıcı və satıcı üçün azadlıq ticarət sövdələşmələrində istədiyi qədər seçim etmək imkanında olmasıdır. Bazar şəraitində mümkün olan azadlığı iqtisadçılar üç tipə ayırırlar: 1. azad bazar; 2. qeyri-leqal bazar; 3. tənzimlənən bazar.

Azad bazar tipi şəraitində maksimum iqtisadi azadlıq var. Başqa sözlə burada kortəbiilik, inkişafın nəticələrinin bilinməməsi, idarəolunmazlıq hökm sürür ki, bu da tədavül sferasında klassik kapitalizmin əsas cəhətlərində ifadə olunur. Bu cəhətlər aşağıdakılardır:

  1. bazarda bir o qədər də böyük olmayan firmanın fərdi mülkiyyətçisi sərbəst davranır;

  2. istehsalçı alıcı ilə əvvəlcədən sövdələşməmiş istehsal edir;

  3. istehsalçı istehsal etdiyi məhsulun əhaliyə pərakəndə satışı ilə özü məşğul olur.

Bu bazar tipində hər iki bazar subyekti iqtisadi suverenliyə malikdir. Dövlət bu bazarı möhkəm qanunlarla tənzim etmir. Ancaq bazarın bu dərəcədə azad olması onun agentlərinin özbaşınalığına, qaydalara əməl etməməsinə gətirib çıxarır. Buna görə onu «vəhşi bazar», «sivil olmayan bazar» adlandırırlar.

Qeyri-leqal bazar tipi öz subyektlərinin davranışına görə azad bazar tipinə yaxındır, ancaq ondan köklü fərqləri vardır. Bu bazırın iki növü var: gizli bazar qara bazar.

Cizli bazar – adından göründüyü kimi qanunla icazə verilməyən, patent və lisenziya olmadan, vergi ödəmədən fəaliyyət göstərir. Bu cür ticarət forması çox vaxt möhtəkirlik xarakteri alır, az tapılan əmtəələrlə gizli alverçilik edilir.

Qara bazar – burada satışına icazə verilməyən əmtəələrin gizli ticarəti həyata keçirilir. Qanunvericilikdə (Azərbaycanda) silah satışı, partlayıcı maddələr, partlayıcı qurğular, narkotik vasitələr satışı qadağandır. Gizli çap üsulu ilə məşğul olmaq, parnoqrafik xarakterli material çap edib yaymaq da qadağandır.

Azad bazar və qeyri-leqal bazar dövlət ticarətindən kənarda fəaliyyət göstərir. Bazar kortəbiiliyi, qeyri-leqal bazarlar inkişaf etmiş bazar ölkələrində də mövcuddur. Əsas bazar tipi «tənzim olunan bazar»dir.

Tənzim olunan bazar – bu dövlət tərəfindən dəstəklənən müəyyən qaydalar əsasında fəaliyyət göstərən bazardır. Belə bir bazara keçid XX əsrdə baş vermişdir. Bu bazar əlaqələrinin mütəşəkkil olması və idarə edilməsi meylinin güclənməsi sayəsində mümkün olmuşdur. Artıq, müasir dövrdə iri müəssisələr qeyri-müəyyən alıcı üçün istehsal etmir. İri firmalar əvvəl müştərisini (alıcısını) tapır, yaxud dövlətdən sifariş qəbul edir, sonra istehsala başlayır. Məsələn, dəzgahlar sifarişlə satılır və bazar yeni cəhətlərlə zənginləşir. Tənzim olunan bazarın əsas cəhətləri bunlardır:

1. əmtəələrin əsas kütləsi böyük təsərrüfat birlikləri tərəfindən reallaşdırılır.

2. məhsulun böyük hissəsi əvvəlcədən bağlanmış kontraktlar, firmalırın və dövlətin sifarişləri əsasında hazırlanır.

3. böyük bir ticarət vasitəçiləri ordusu əmtəələrin istehsalçılardan istehlakçılara çatdırılması ilə məşğuldur.

4. iri istehsalçılar əvvəl bazarı öyrənir və alıcıların tələbini formalaşdırır.

5. dövlət bazarda qanunla «oyun qaydaları»nı müəyyən edir.

XX əsrin ikinci yarısından etibarən bazar əlaqələri xeyli mürəkkəbləşir. Əgər keçmişdə istehsalçı özü məhsulunu birbaşa satırdısa, müasir dövrdə çoxsaylı vasitəçilər fəaliyyət göstərir. Bir çox əmtəələr onların vasitəçiliyi ilə müxtəlif xidmət sahələrində uzun müddət qalır, yenidən alqı-satqı vasitəsi olur (servis xidməti, təmir işi və s.).

Müasir dövrdə tənzimlənən bazar özünün yüksək zirvəsinə çatır sosial instituta çevrilir. Bazar münasibətlərinin tənzimlənməsində qanunlar, məhkəmələr, sanitar epidemioloji nəzarət, vergi orqanları, audit xidməti s. kimi institutlar fəaliyyət göstərir. Hətta ticarət qaydalarını pozanlar, antiinhisar qanunvericiliyinə əməl etməyənlər cinayət məsuliyyətinə cəlb edilirlər.

Qəbul edilmiş qaydalar çərçivəsində fəaliyyət göstərdiyinə görə müasir bazar «sivil bazar» adlandırılır. Azərbaycanda belə bir bazarın formalaşdırılmasına nail olmaq lazımdır.

§3. Tələbə təsir edən amillər. Tələb qanunu. Fərdi və bazar tələbi.

Tələbin elastikliyi.
Bazarın fəaliyyət mexanizmində qiymətin xüsusi rolu vardır. Tələb mexanizmi də, təklif mexanizmi də bilavasitə bazar qiymətləri ilə bağlıdır, onun vasitəsilə fəaliyyət göstərirlər.

Tələb – tədiyyə qabiliyyətli tələbatdır, yəni alıcının ala biləcəyi əmtəə və xidmətlərin məcmusudur. Başqa sözlə, alıcıda olan pulun miqdarıdır ki, həmin pulla özünə lazım olan əmtəələri ala bilər. Əgər pul yoxdursa, alıcılıq qabiliyyəti də yoxdur, yəni tələb də yoxdur.

Tələbə müxtəlif amillər təsir edir. Bu amillərdən ən başlıcası qiymətdir. Qiymət alıcının tələbinə birbaşa təsir göstərir. Qiymətin dəyişməsilə eyni miqdar pula alınacaq eyni adlı əmtəənin miqdarı müxtəlif olacaqdır. Məsələn, alıcının 10000 manat pulu var. Bazarda soğanın 1 kq.ı 1000 manat olduqda, o, 10 kq. soğan alacaq, soğanın qiyməti 500 manat olduqda 20 kq. alacaq, 250 manat olduqda isə 40 kq. soğan alacaq. Deməli, əmtəənin qiyməti yuxarı olduqda, eyni miqdar pula alınacaq əmtəənin miqdarı az olacaq və əksinə, qiymət aşağı olduqda alınacaq əmtəənin miqdarı da çox olacaq.

Göründüyü kimi, əmtəənin bazar qiyməti ilə eyni miqdar pula alınmış əmtəənin kəmiyyəti arasında müəyyən asılılıq var və bu asılılıq tələb qanununu ifadə edir, tələb qanunu elə bu deməkdir. Deməli, qiymətin dəyişməsi ilə tələb də dəyişir. Bu tələb əyrisində belə ifadə olunur. Burada tərs mütənasib asılılıq mövcuddur.

P




P1

D

P2





O

Q1 Q2 Q



Tələb əyrisi
P – qiymətin hərəkəti,

Q – əmtəənin miqdarı – bazardan alınmış,

D – tələb əyrisi.

Qanunu başqa cür də ifadə etmək olar: bazara daxil olan eyniadlı əmtəələrin miqdarı çox olarsa, bərabər şəraitdə həmin əmtəə daha aşağı qiymətlə reallaşacaq.

Tələbə təsir edən digər amil əhali gəlirlərinin artmasıdır. Eyni qiymətlər şəraitində gəlir artırsa alıcılıq qabiliyyəti də yüksək olur.

Gəlirin eyni qaldığı şəraitdə qiymətlər aşağı düşərsə, alıcı digər əmtəələr

də ala biləcək. Bu, gəlir effekti adlanır. Qiymətlər aşağı olarsa, az gəlirli əhali də yaxşı yaşayar.

Əvəzləmə effekti – eyni tələbatı ödəyən iki əmtəədən ən ucuzunu aldıqda daha çox əmtəə almaq mümkün olur və alıcının tələbi daha dolğun ödənilir. Deməli, tələbə təsir edən amillərdən biri də qarşılıqlı əvəzlənən əmtəələrin olmasıdır (kərə yağı marqarinlə əvəzlənə bilər).

Tələbin dəyişməsi onun artıb azalmasında özünü göstərir. İstehlakçıların hər hansı mümkün olan qiymətlə daha çox əmtəə almaq istəyi və almaq imkanları olursa, biz bunu tələbin artımı kimi qəbul edirik. Qrafikdə tələbin bu artımı tələb əyrisinin sağ istiqamətli sürüşməsilə özünü göstərəcək və əksinə, tələbin azalmasını izah etmək üçün biz qrafikdə tələb əyrisinin sol istiqamətdə sürüşməsini göstərə bilərik.



P P








D2 D3

D1 D4

O Q O Q

Tələbin artması Tələbin azalması
Qiymətlərin dəyişməsilə tələbin kəmiyyətcə dəyişməsi dərəcəsi tələbin elastikliyini xarakterizə edir. Qiymətin dinamikasından asılı olaraq tələbin dəyişməsi dərəcəsi tələbin elastikliyi adlanır. Tələb o zaman elastik olur ki, onun kəmiyyəti qiymətə nisbətən daha çox dəyişsin. Məsələn, maşının qiyməti 1 % artdıqda, ona olan tələb 2 % azalır, az satılır.

Deməli, məhsulun qiyməti artdıqca tələbin həcmi aşağı düşür əksinə, qiymətlərin aşağı düşməsi tələbin həcmini artırır. Tələbin qiymət elastikliyi tələbin həcminin qiymət dəyişməsinə dərəcədə cavab verdiyini göstərir. Əgər qiymət dəyişməsinə cavab olaraq tələbin həcmi çox dəyişirsə, bu əmtəəyə olan tələbin elastik olduğunu göstərir. Əgər qiymət dəyişməsinə cavab olaraq tələbin həcmi az dəyişərsə, bu tələbin qeyri-elastik olduğunu göstərir. Beləliklə, elastiklik istehlakçıların zövqünü müəyyən edən bir çox iqtisadi, sosial psixoloji amilləri əks etdirir. Tələbin qiymət elastikliyi (Ed) tələbin həcmindəki dəyişikliyin qiymətdəki dəyişikliyə faizlə nisbəti ilə hesablanır.

Yəni Ed = tələbin həcmindəki dəyişiklik (faizlə)

Qiymətdəki dəyişiklik (faizlə)
Tələbin qiymət elastikliyi




P P

D1

D

D2



O Q O Q

Ed= ∞ Tam elastik tələb Ed= 1 Vahid elastik tələb


P P P

D1

D1 D1

D2 D2
D2

O Q O Q O Q
Ed= ∞ Tam qeyri- Ed > 1 Tələb elastikdir Ed < 1 Qeyri-elastik

elastik tələb tələb

Fərdi tələblə bazar tələbini fərqləndirmək lazımdır. Fərdi tələb hər bir ayrıca alıcının ala bilmək qabiliyyətidir. Ayrı-ayrı adamların gəlirləri eyni olmur, biri kasıb, digəri varlı olur. Buna görə də tələblər müxtəlif olur. Bazar tələbi bütün alıcıların məcmu tələbidir, yəni bazara çıxarılan və əmtəələrin alınmasına sərf olunan pulun miqdarıdır. Bazarın tələbi də qiymətlərdən asılı olaraq dəyişir.

Tələbə təsir edən qeyri-qiymət amilləri: gəlirlərin səviyyəsi, başqa əmtəələrin qiyməti və faydalılığı, əvəzləyici əmtəələr, dəb alıcıların zövqü reklam, kreditlə alma və s.

Bütövlükdə tələbə təsir edən amilləri sxematik olaraq aşağıdakı kimi göstərmək olar.


Тялябя тясир едян амилляр







Гиймят амили

Гейри-гиймят амилляри


базарын щяъми



Истещлакчыларын эялири


Алыъыларын зювгц, милли хцсусиййятляри



ялагяли,бир-бирини явяз едян ямтяялярин вя бир-бирини тамам-

лайан ямтяялярин мювъудлуьу




Гиймятлярин дяйишилмяси иля ялагядар эюзлямяляр

алычыларын сайы



Sxem 2. Tələbə təsir edən amillər

§4. Təklif və ona təsir edən amillər. Təklif qanunu. Təklifin elastikliyi.

Təklif – bu satıcıların satmaq üçün bazara çıxardıqları əmtəələrin miqdarıdır.

Bazarda əmtəənin qiyməti yüksək olduqda satıcılar təklifi artırırlar ki, daha çox satsınlar. Ancaq hər bir satıcının təklif etdiyi əmtəənin qiymətinin dəyişməsindən asılı olaraq təklifin həcmi də dəyişəcək. Belə ki, qiymət artanda təklif də artır və əksinə, qiymət azalanda təklif də azalır. Məsələn, bazarda kartofun 1 kq.nın qiyməti 1500 manat olanda 20 ton, 500 manat olanda isə 3 ton təklif edilə bilər. Burada qiymətlə təklif arasında asılılıq düz mütənasibdir. Təklif qanunu da bu asılılığı xarakterizə edir. Belə ki, qiymət qalxandə təklif də artır və əksinə, qiymət aşağı düşdükdə, təklif də azalır. Bunun qrafik təsviri aşağıdakı kimi olacaq.




P S



P2
P1

O Q1 Q2 Q

Təklif əyrisi
P – qiymətin səviyyəsi,

Q – təklifin miqdarı,

S – təklif əyrisi.

Təklifin dəyişməsinə qeyri-qiymət amilləri də təsir göstərir.

  1. təklifin dəyişməsi tələblə bağlıdır, tələb artarsa, təklif də artır və əksinə, tələb azalanda təklif də azalır.

  2. təklifə təsir edən başlıca amil istehsal xərcləridir. İstehsal xərclərini aşağı salmaq mümkün olduqda təklif artır və əksinə.

  3. vergiqoyma – vergilər artanda istehsal azalır, vergilər azalanda istehsal artır və deməli, təklif də artır.

  4. proqnoz da təklifə təsir göstərir və s.

Təklifə təsir edən amilləri ümumi şəkildə, sxemdə aşağıdakı kimi göstərmək olar.

Тяклифя тясир едян амилляр


гиймят амилляри



гейри-гиймят амилляри


Ресурсларын дяйяри



Верэи вя дотасийа


Ямтяя истещсалчыларынын мигдары


рягабят вя сатышын щяъми






технолоэийа



истещсалчы эюзлямяляри


Qiymətlərin qalxmasına cavab olaraq təklifin həcminin dəyişməsi dərəcəsi təklifin elastikliyini xarakterizə edir. Elastiklik dedikdə qiymətlərin dinamikasından asılı olaraq təklifin dəyişməsi dərəcəsi başa düşülür. Tez xarab olan məhsulların təklifi elastik olmaya bilər.
Təklifin artıb azalmasının qrafiki təsviri aşağıdakı kimi olacaq.



P P

S3



S2 S4



S1

O Q O Q

Təklifin azalması Təklifin artması
Təklif qanununa görə yüksək qiymətlər təklifin həcminin artmasına səbəb olur. Təklifin qiymət elastikliyi təklifin həcminin qiymətin dəyişməsi nəticəsində necə dəyişdiyini göstərir. Təkliyin həcmi qiymətin dəyişməsi nəticəsində çox dəyişərsə, təklif elastik olar. Təklifin həcmi qiymət dəyişmələri nəticəsində az dəyişərsə, təklif qeyri-elastik olar. Təklifin qiymət elastikliyi (Es) təklifin həcminin dəyişməsinin qiymətin dəyişməsinə faizlə nisbəti ilə hesablanır.
Yəni: Es= Təklifin həcminin dəyişməsi (faizlə)

Qiymətin dəyişməsi (faizlə)
Təklifin qiymət elastikliyinin qrafik təsviri.
P P P

S2 S1

S1 S2




S1 S2



O Q O Q O Q

Es= ∞ Es = 1 Es = 0

Tam elastik təklif Vahid elastik təklif Tam qeyri- elastik

təklif

§5. Qiymətin əmələ gəlmə mexanizmi. Bazar tarazlığı.

Subyektiv qiymətləndirmə. Faydalılıq həddi.

Qiymət bazar mexanizminin ən fəal və dəyişkən komponentidir. Qiymətə müxtəlif təriflər verirlər. Marksist təlimə görə qiymət dəyərin pulda ifadəsidir, mübadilə dəyərinin çevrilmiş formasıdır. Qiymətin pulla bağlı olması şübhəsizdir. Bunu hamı bilir ki, qiymət alıcının müəyyən əmtəəni almaq üçün satıcıya verdiyi pulun miqdarıdır.

Əmtəənin istehsalına və reallaşdırılmasına çəkilən bütün xərclər qiymətdə öz əksini tapır və qiymət vasitəsilə ödənilir.

A.Marşalla görə qiymət istehsal xərcləri, tələb və təklifin qarşılıqlı təsirindən yaranır.

Qiymətin iqtisadi cəhətdən müəyyən edilməsində onun obyektiv məzmunu əsas götürülür. Əmtəələrin istehsalına çəkilən xərclərin artması qiymətlərin qalxmasına səbəb olur və əksinə, istehsal xərcləri azalırsa, qiymətlər aşağı olur. Vergilərin artırılması da qiymətlərin qalxmasına səbəb olur.

Bazar qiymətlərinə təsir edən başlıca amillərdən biri tələbin artmasıdır. Belə ki, əhalidə olan pulun miqdarının artması qiymətlərin qalxmasına səbəb olur. Ancaq tələb qiyməti artırmaya da bilər.

Tələb qiyməti – alıcının təklif etdiyi qiymətdir. Bu qiymətin yuxarı həddi alıcıda olan və xərcləmək istədiyi pulun miqdarıdır. Alıcı öz pulunu nəzərə alaraq qiymət təklif edir. Tələbə təsir edən amillərin hamısı qiymətə təsir edir.

Bazar qiymətlərinin formalaşması həmçinin əmtəələrin təklifi ilə bağlıdır.

Təklif qiyməti – əmtəələrin istehsalına çəkilən xərclər və mənfəətlə bağlıdır. Təklif qiymətinin ən aşağı həddi istehsala çəkilən xərclərdir. İstehsalçı əmtəəsini elə bir qiymətə satmalıdır ki, qoyduğu xərcləri ödəsin və mənfəət də əldə etsin. Ən pis halda qiymət istehsal xərclərini ödəməlidir.

Bazarda tələb və təklifin təsiri altında qiymətlərdə dəyişiklik baş verir və nəticədə tarazlı qiymətlər yaranır. Bu o zaman baş verir ki, bazarda tələb və təklif uyğun gəlir, yəni tələb olunan əmtəələrin miqdarı təklif olunan əmtəələrin miqdarına bərabər olur.

Tarazlıq nöqtəsi

P

S



P1 E


O Q1 Q

Tələb təklif əyrisinin kəsişmə nöqtəsinə, tarazlıq nöqtəsi, yaxud müvazinət qiyməti deyilir. Bu halda E nöqtəsində tələb təklifə bərabər olur (Q), qiymət isə (P1) tarazlaşdırıcı formada çıxış edir.

Bazar qiymətlərinə təsir edən amillərdən biri də rəqabətdir. Rəqib tərəf bazarı ələ almaq, müştərini özünə cəlb etmək üçün qiyməti aşağı salır.

Qiymət nəzəriyyələri sırasında subyektiv qiymətləndirmə-yə dair nəzəriyyə Avropa ədəbiyyatında daha geniş şərh olunur və populyardır. Bu qiymətləndirmə Avstriya məktəbinin «faydalılıq həddi» nəzəriyyəsi ilə bağlıdır (onun baniləri K.Menger, O.Bem-Baverk və F.Vizerdir). Əmək-dəyər nəzəriyyəsinə görə dəyər istehsalda yaranır və mübadilə dəyəri şəklində bazarda meydana çıxır, yəni dəyər qiymətə çevrilir. Avstriya məktəbinə görə alıcı əmtəəni dəyərinə görə deyil, onun üçün faydalı olduğuna görə alır ki, müəyyən tələbatını ödəsin və alıcı həmin əmtəənin onun üçün nə dərəcədə faydalı olduğunu nəzərə alaraq qiymətləndirir.

«Qiymətlilik» - bu subyektiv münasibətdir, belə ki, subyekt onu faydasına görə qiymətləndirir. Avstriya məktəbinin təliminə görə dəyər (qiymətlilik) müəyyən bir şeyə daxilən xas olan obyektiv xassə deyildir. Ancaq subyektiv qiymətləndirmə nəticəsində bazarda alıcının nəzərində dəyər xassəsi alır. Yəni almq istədiyi əmtəə onun üçün dəyərlidir (qiymətlidir), yaxud ona lazım deyilsə dəyərsizdir.

Faydalılığa görə qiymətin müəyyən edilməsi «faydalılıq həddi» nəzəriyyəsinə əsaslanır. Bu nəzəriyyəyə görə:

1.Faydalılıq – subyektiv qiymətləndirmədir və hər bir alıcı alacağı əmtəənin onun şəxsi tələbatını ödəyəcəyi dərəcəsinə əsasən qiymətli hesab edir. Yəni bu şey ona çox lazımdırsa qiymətlidir (dəyərlidir), az lazımdırsa, az qiymətlidir. K.Mengerə görə təsərrüfatçı subyektin şüurundan kənarda qiymət (dəyər) mövcud deyildir.

2.Nemətin faydalılığı iki cür olur:

a) miqdarı məhdud olmayan (su, hava və s.) nemətləri insanlar özləri üçün qiymətli hesab etmir. Çünki, bunlar insanın tələbatını ödəmək üçün lazım olduğundan çoxdur;

b) bu nisbətən az və kifayət qədər çatışmayan nemətlərdir ki, onlara olan tələbatı ödəmək (doyuzdurmaq) üçün azlıq edir. Məhz bu nemətləri təsərrüfatçı subyektlər qiymətli hesab edirlər.

Belə bir sual yaranır: necə olur ki, insanın həyatı üçün zəruri olan su qiymətsiz, insanın həyatı üçün lazım olmayan almaz daha qiymətli hesab edilir? K.Menger bunu suyun çoxluğu və almazın azlığı ilə izah edir. A.Smit isə onların istehsalına sərf olunmuş əməyin miqdarındakı fərqlə izah edir. Təcrübədə istehsal olunan məhsulların qiymətləri müəyyən edilərkən onların azlığı və çoxluğu nəzərə alınmalıdır.

  1. Bu nəzəriyyəyə əsasən insanın tələbatı əhəmiyyətlilik dərəcəsinə görə, əldə olan nemətin miqdarından asılı olaraq, azalan xətt üzrə ödənilir. Bu zaman hər bir nemətin qiymətliyi: 1. onun tələbatın ödənilməsinin əhəmiyyətliliyindən və 2. ondan doyma dərəcəsindən asılı olaraq müəyyən edilir. Məsələn, ərzağa olan tələbatın yüksək dərəcədə ödənilməsi insanın həyatının saxlanılması mənasında əhəmiyyətlidir. Sonrakı mərhələdə ərzağın istehlakı sağlamlığı saxlamaq üçün lazımdır. Daha sonrakı istehlak həzz almaq üçün lazımdır ki, getdikcə bu həzzalma azalır. Onun sonrakı qəbulu o həddə çatır ki, insan tamamilə doyur və həzzalma yox olur, yeməkdən imtina olunur. Fasiləsiz yemək sağlamlıq və hətta həyat üçün təhlükə yaradır. Buradan o nəticə çıxır ki, nemətin faydalılığı getdikcə azalır, yəni istehlak olunduqca faydası aşağı düşür. Deməli, şəxsi istehlak prosesində faydalılığın azalması qanunu fəaliyyət göstərir. Eyni bir nemət çox istehlak edildikcə insan doyur və onun sonrakı istehlakı faydasız olur. Deməli, onun subyektiv qiyməti az olur, yaxud qiymətsiz olur. Faydalılığın son həddi bazarda bitir, «sonuncu nüsxə» faydalılığın son həddini və qiymətliyin dərəcəsini müəyyən edir. Bunu izah etmək üçün Bem-Baverk 5 kisə buğdası olan və meşədə yaşayan qocanın davranışını misal gətirir. 5 kisənin faydası azalan ardıcıllıqla düzülür. 1-ci kisə ən vacib tələbatı – yeməyi ödəyir, 2-ci kisə qidalanmanı yaxşılaşdırmaq üçündür, 3-cüsü ev quşlarını yemləmək üçündür, 4-cü pivə hazırlamaq üçündür, 5-cisi isə tutuquşunu yemləmək üçündür. Əgər bunların hansından imtina etmək zərurəti yaransa, qoca ən az tələbatı ödəyən 5-ci kisədən imtina edərdi. Qalan kisələrin qiyməti 5-ci kisənin qiymətilə (qiymətliliyi ilə) müəyyən olunur.

Eyni bir məhsulun həddən artıq istehlakı onu ziyanlı bir nemətə çevirir.

Faydalılığın son həddi və deməli, nemətin qiymətliliyi həmin nemətin ehtiyatından və ona olan tələbatdan asılıdır. «Ehtiyat» azalanda və tələbat artanda qiymətlilik və faydalılıq artır. Deməli, bazar qiyməti faydalılığın son həddindən asılıdır.

Bu subyektiv qiymətlindirməyə bulaq başında suyun faydasını səhrada bir stəkan suyun faydası ilə müqayisə edirlər. Ancaq faydalılıq nəzəriyyəçiləri müxtəlif nemətlərin faydasını ölçmək üçün vahid ölçü tapa bilmədilər. Subyektiv-psixoloji qiymətləndirmə ancaq istehlakçının müəyyən etdiyi qiymətdir və birtərəflidir. Çünki bu zaman istehsalçının, onun çəkdiyi xərclər nəzərə alınmır. Bu çatışmazlığı görkəmli ingilis iqtisadçısı A.Marşall aradan qaldırdı.

Qiymətin bir neçə növü vardır:

Topdan satış qiymətləri; pərakəndə satış qiymətləri; müqavilə qiymətləri; tənzimlənən qiymətləri (yuxarı həddini dövlət müəyyən edir); qeydə alınmış möhkəm qiymətlər (planda əvvəlcədən göstərilir); inhisar qiymətləri; xidmət tarifləri və s.

Qiymətlər müəyyən funksiyaları yerinə yetirir:

  1. Bazar subyektlərini məlumatlandırmaq – informasiya çatdırmaq funksiyası;

  2. İstehsal məsrəflərinin uçota alınması funksiyası;

  3. Stimullaşdırıcı funksiya;

  4. Bölüşdürücülük funksiyası;

  5. Tənzimləyici funksiya. O bazar mexanizminin tərkib ünsürü kimi bu funksiyanı yerinə yetirir.


§6. Bazar infrastrukturu. Birja.
«İnfrastruktur» termini latın mənşəlidir. O, infra –«aşağı, alt» və struktur – «yerləşmə» sözlərindən əmələ gəlmişdir. Başlıca təyinatı əsas sahəyə xidmət göstərməkdir. Müstəqil bir termin kimi «infrastruktur» leksikona hərbi sahədən keçmişdir. Ədəbiyyatda göstərilir ki, silahlı qüvvələrin normal fəaliyyətini təmin edən bütün köməkçi sahələr onun infrastrukturunu təşkil edir və bir anlayış kimi ikinci dünya müharibəsi zamanı işlədilmişdir.

Öz konkret təyinatına görə infrastrukturlar istehsal infrastrukturuna, sosial infrastruktura və bazar infrastrukturuna ayrılır. Burada bazara xidmət edən infrastruktur sahələri haqqında danışılır. Bazar infrastrukturuna aşağıdakılar daxildir:

Birjalar: əmtəə, əmək, fond, valyuta, resurs, opsion, banklararası, universal birjalar; marketinq və onun elmi-tədqiqat mərkəzləri; kredit və bank sistemi; vergi sistemi; yarmarkalar, hərraclar; sığorta sistemləri; ticarət palataları; ticarət-sərgi kompleksləri; informasiya və kommunikasiya vasitələri; auditor kompaniyaları; sahəyə aid ixtisaslı kadrların hazırlanması; xüsusi məsləhətxana xidməti; azad iqtisadi-ticarət zonaları və s.

Bu infrastrukturlarsız bazarın normal fəaliyyətindən danışmaq olmaz.

Bu infrastrukturda birjaların xüsusi yeri vardır. Birja özü bazardır. Ancaq o, mütəşəkkil bazardır. «Birja» latın sözü olub, mənası «koşelyok» (pul kisəsi) deməkdir. Əmtəə birjalarının tarixi XVI əsrdən başlayır (1531-ci il). Birja əsasən topdansatış ticarəti formasında fəaliyyət göstərir satılacaq əmtəələrin nümunələri alıcılara nümayiş etdirilir.

Əmtəə birjalarında sövdələşmələr həm pulla, həm də əmtəələrin qarşılıqlı mübadiləsi formasında aparılır.

Birja tələb və təklifə əsasən qiymətlərin qoyulması, əmtəələrin çəkisi, həcmi, keyfiyyəti üzrə standartların müəyyən edilməsi ilə də məşğul olur. Birjada alqı-satqı sövdələşmələri üzrə müqavilələr bağlanır. Satılacaq əmtəələr, onların qiymətləri, miqdarına dair məlumat bülletenləri buraxılır.

(Birjaların qalan növləri haqqında «İqtisadi nəzəriyyə» dərsliyi 158-166- səhifələrdə oxumaq olar).

YII Fəsil.

MİKROİQTİSADİ SİSTEMDƏ FİRMA (MÜƏSSİSƏ).

İSTEHSAL XƏRCLƏRİ VƏ MƏNFƏƏT
1. Firmanın (müəssisənin) məzmunu və təşkili formaları.

2. Firmanın sahibkarlıq fəaliyyəti və istehsal funksiyası. Məhsuldarlıq və məhsuldarlıq həddi.

3. Firmanın istehsal xərcləri. Firmanın istehsal fondları, onların dövranı, dövriyyəsi və amortizasiyası.

4. Firmanın gəlirləri və mənfəəti. Mənfəətin bölgüsü.

5. Firmanın idarə edilməsi. Menecment.
§1. Firmanın (müəssisənin) məzmunu və təşkili formaları
Hər bir ölkənin iqtisadiyyatı təsərrüfat fəaliyyəti ilə məşğul olan, cürbə-cür əmtəə və xidmətlər istehsal edən çoxsaylı subyektlərdən ibarətdir. Onların bir çoxu insanların həyatı üçün zəruri olan yaşayış vasitələri istehsal edir. Digər firmalar istehsal vasitələri (investisiya əmtəələri): dəzgahlar, maşınlar, metallar və s. istehsal edirlər.

Bəzi firmalar isə istehsala xidmət edir (məhsulu daşıyır, saxlayır, rabitə xidməti göstərir). Nəhayət, elə firmalar da var ki, əhaliyə müxtəlif xidmətlər göstərir.

Hər bir firma istehsal vasitələrinin onları hərəkətə gətirən istehsal edən insanların məcmusudur. Onlar müstəqil fəaliyyət göstərən hüquqi şəxsdir bazarın subyektidir. O əmtəə xidmətlərin istehsalçısıdır.

Beləliklə, firma – texniki-iqtisadi və sosial kompleks olub cəmiyyət üçün faydalı nemətlər istehsal edən təsərrüfat vahididir.

Bir-biri ilə qarşılıqlı münasibətdə olan firmalar mikroiqtisadi sistemdə fəaliyyət göstərən əsas təsərrüfat vahidləridir. Onlar makroiqtisadi sistemdə ilk özəklərdir bütün milli təsərrüfatın vəziyyəti bu özəklərin, bütövlükdə götürülən fəaliyyətindən, onların vəziyyətindən asılıdır.

Bazar mühitində fəaliyyət göstərən firmanın bütün komponentləri dəyər forması alır, pulla qiymətləndirilir, nəticələri pulla hesablanır və bazarın prinsiplərinə uyğun olaraq istifadə olunur. Firmaya daxil olan bütün resurslar pul ifadəsinə malikdirlər, onun fəaliyyətinin nəticələri də pul formasında çıxış edir.

İqtisadi fəaliyyətin səmərəlilik, qənaətcillik və effektivlik kimi baza prinsipləri ilk növbədə firma səviyyəsində həyata keçirilir.

Bazar iqtisadiyyatının «mühərriki» olan rəqabət məhz firmalar səviyyəsində öz subyektini tapır və fəaliyyət göstərir.

Firmanın istehsal fəaliyyəti, məqsədi ikili xarakter daşıyır: istehsal etdiyi məhsulu reallaşdırmaq və mənfəət əldə etmək, onu daha da artırmaqdır, - bu onun fəaliyyətinə təkan verən əsas amildir; mənfəət ancaq tələbata cavab verən məhsullar istehsal etməklə əldə oluna bilər. Deməli, firmanın ikinci məqsədi istehlakçıların tələbini ən yaxşı şəkildə ödəməkdən ibarətdir. Firma istehlakçısını tapmalı və onun üçün istehsal etməlidir.

Hər bir firmanın məqsədi, vəzifələri, fəaliyyətinin əsas istiqaməti onun «nizamnaməsində», «təsis sənədlərində» öz əksini tapır.

Firmalar təşkili formalarına, fəaliyyət istiqamətlərinə, həcminə görə fərqli olurlar.

    1. Firmalar ilk növbədə fəaliyyət sferasına görə fərqlənirlər:

1. Maddi istehsal sferalarında fəaliyyət göstərən firmalar (sənayedə, kənd təsərrüfatında, nəqliyyatda, tikintidə, rabitədə);

2. Qeyri-maddi istehsal sferasında fəaliyyət göstərən firmalar – bunların başlıca vəzifəsi xidmət göstərməkdir;

3. Vasitəçilik fəaliyyəti ilə məşğul olan firmalar. Onların vəzifəsi istehsalçı ilə istehlakçı arasında əlaqə yaratmaqdır.

II. Firmalar istehsal etdikləri məhsulların növlərindən asılı olaraq ixtisaslı və çoxprofilli firma kimi də fərqləndirilir. Belə ki, ixtisaslı firma məhdud sayda məhsul istehsal edir. Çoxprofilli firma isə müxtəlif cür əmtəələr istehsal edir.

  1. Firmalar öz həcmlərinə görə də fərqlənirlər: ən kiçik, kiçik, orta, iri və ən iri. Məsələn, ABŞ-da hasilat sənayesindən başqa, qalan sahələrdə çox kiçik firmalara 20-ə qədər işçisi olanlar aid edilir. Kiçik firmalara 100-ə qədər, orta firmaya – 500-ə qədər, iri firmalara – 500-dən yuxarı, ən iri firmalara isə daha çox işçisi olanlar daxil edilir. ABŞ-da bütün firmaların 80 %-i kiçik firmalar təşkil edir, ancaq onlar ÜDM-un yalnız 20 %-ni istehsal edirlər. İri korporasiyalar 20 %-dir. Ancaq onlar ÜDM-in 80 %-ni iətehsal edirlər. Göründüyü kimi bütün firmaların 1/5-i təşkil edən iri müəssisələr (firmalar) məhsulların əsas hissəsini istehsal edir.

Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə