Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com



Yüklə 6,62 Mb.
səhifə12/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   ...   8   9   10   11   12   13   14   15   ...   40

Ə (miqdarı)

Firmanın ümumi gəliri satılan məhsulun miqdarının artması ilə çoxalır.


Hər bir firmanın məqsədi öz fəaliyyətinin nəticəsi olaraq mənfəət əldə etməkdir.

Mənfəətfirmanın əmtəə (xidmət) satışından əldə etdiyi gəlirin istehsal xərclərindən artığıdır. Yaxud əmtəələrin topdansatış qiyməti ilə istehsal xərcləri (maya dəyəri) arasındakı fərqdir.

Mənfəətin iki mühüm funksiyası vardır:

1. Firmanın pul yığımının (maliyyəsinin) həcmini xarakterizə edir;

2. Mənfəət firmanın istehsal və sosial inkişafına xərclərin maliyyələşdirilməsinin başlıca mənbəyidir. Mənfəət həm də vergi mexanizmi vasitəsilə, büdcə gəlirlərini formalaşdıran əsas mənbədir.

Firmanın fəaliyyətinin əsas prinsipi mənfəəti maksimum səviyyəyə çatdırmaqdır. Bu səbəbdən mənfəət istehsalın effektivliyinin əsas göstəricisi hesab olunur.

Maksimum mənfəətfirmanın daxili xarici fəaliyyətinin qarşılıqlı əlaqələndirilməsi sayəsində əldə olunur. Mənfəətin maksimuma çatdırılması o zaman mümkündür ki, buraxılan hər bir məhsul vahidi mənfəətli olsun.

Mənfəətin kəmiyyəti o halda maksimuma çatır ki, məhsulun buraxılışına çəkilən son xərclər mənfəətin son həddinə uyğun gəlsin. Başqa sözlə, istehsalı o həddə qədər artırmaq lazımdır ki, mənfəətin həddi xərclərin son həddinə bərabər olsun.

Mənfəətin növləri. Təsərrüfat subyektlərinin səviyyəsinə uyğun olaraq mənfəətin müxtəlif növləri mövcud olur. Bunlara aiddir: ümumi (balans) mənfəəti; məhsulun reallaşdırılmasından mənfəət; reallaşdırılmamış əməliyyatlardan mənfəət; xalis mənfəət.

1.Ümumi (balans) mənfəəti - firmanın əldə etdiyi bütün mənfəətlərin cəmidir.

2.Məhsulun reallaşdırılmasından mənfəət – məhsulun reallaşdırılmasından əldə edilmiş (əlavə dəyər vergisiz və aksizlərsiz) gəlirlə məhsulun maya dəyəri arasındakı fərq kimi meydana çıxır.

3. Reallaşdırılmamış əməliyyatlardan mənfəət. Bu firmanın satışdan kənar yollarla əldə etdiyi mənfəətdir. Buraya 1) başqa firmaların fəaliyyətində payçı kimi iştirakından; 2) əmlakın icarəyə verilməsindən; 3) firmaya məxsus səhmlərdən, istiqrazlardan və digər qiymətli kağızlardan gəlirlərdən; 4) məhsulun istehsalı və reallaşdırılması ilə bağlı olmayan gəlirlər; məsələn, sanksiyalara görə ödəmələr və s. daxildir.

4. Xalis mənfəət – ümumi mənfəətdən vergilər və digər məcburi ödəmələr çıxıldıqdan sonra yaranır, yəni yerdə qalanıdır.

Mənfəətin bölgüsü. Firmanın illik mənfəəti ölkənin qanunvericiliyinə və daxili nizamnaməsinə uyğun olaraq bölüşdürülür.

İlk növbədə mənfəətdən dövlət büdcəsinə və yerli büdcələrə vergi ödənilir. Büdcəyə vergi ödəmələri dərəcələr üzrə hesablanır.

Hazırda firmalar (müəssisələr) ümumi mənfəətdən aşağıdakı vergi və ödəmələri həyata keçirirlər:

- mənfəətdən dövlət büdcəsinə vergi (22 faiz);

- əmək haqqı fondunun artırılmasına görə vergi;

- əmlakın orta illik dəyərindən əmlak vergisi;

- mənzil fondlarına və sosial-mədəni obyektlərin saxlanılmasına vergi;

- vahid yerli vergi və s.

Mənfəət vergiyə cəlb olunan zaman vergi güzəştləri nəzərə alınır. Güzəştlər isə müxtəlif olur.

Firmalar mənfəətdən vergi ilə yanaşı aşağıdakı gəlir mənfəət növlərindən vergi ödəyirlər:

- firmalar özlərinə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlara görə aldıqları dividend və faizdən;

- ölkə ərazisində yaradılmış başqa müəssisələrdə iştirakına görə aldığı gəlirdən;

-icarəyə görə gəlir də daxil olmaqla, kazinolardan, oyuncaq bazalarından, video salonlarından, prokata verməkdən və s. əldə olunan gəlirdən.

Hər bir təsərrüfatçı subyekt xalis mənfəətdən istifadə qaydalarını özü müəyyən edir. Məsələn, səhmdar cəmiyyətin mənfəəti bu sxem üzrə bölüşdürülür:

Xalis mənfəət = ehtiyat fondu + yığım fondu + təsisçilər arasında bölüşdürülən mənfəət.

Xarici inhisarçıların iştirakı ilə olan firmaların xalis mənfəəti = ehtiyat fondu + yığım fondu + istehlak fondu + təsisçilər arasında bölüşdürülən mənfəət.

Firmalarda ehtiyat fondu istehsal fəaliyyətinin dayanmaması və kreditor borcları ödəmək üçün yaradılır. Yığım fondu isə əsas fondlar almaq, dövriyyə vəsaitini formalaşdırmaq, yeni avadanlıqlar almaq üçün yaradılır. İstehlak fondu sosial inkişaf tədbirləri və maddi həvəsləndirmə məqsədilə yaradılır.

Rentabellik. Firmanın məsrəflərinin effektivliyini rentabellik göstəricisi ilə müəyyən edirlər. Rentabellik birdəfəlik və cari məsrəflərin effektivliyi göstəricisidir. Ümumi şəkildə rentabellik mənfəətin birdəfəlik və cari məsrəflərə nisbəti kimi müəyyən edilir.

İstehsalın rentabelliyi məhsulun rentabelliyindən fərqləndirilir. İstehsalın rentabelliyi firmanın vəsaitindən nə dərəcədə səmərəli istifadə edildiyini göstərir. İstehsalın rentabelliyi illik mənfəətin əsas fondların orta illik dəyəri və dövriyyə vəsaitlərinin məbləği cəminin faizlə nisbətinə bərabərdir.

Məhsulun rentabelliyi – cari məsrəflərin nə dərəcədə səmərəli olduğunu göstərir. Məhsulun rentabelliyi əmtəəlik məhsulun reallaşdırılmasından əldə edilmış mənfəətin məhsulun maya dəyərinə nisbəti ilə müəyyən edilir.

Рентабеллийя тясир едян амилляр






Истещсал васитяляриня гянаят

Капиталын дювриййя сцряти


Мянфяятин кцтляси



Истещсалын мигйасы

Bazar iqtisadiyyatı şəraitində firmaların işinin vəziyyətini müəyyən etmək üçün digər göstəricilərdən də istifadə olunur.
§5. Firmanın idarə edilməsi. Menecment
Firma təsərrüfat fəaliyyəti ilə məşğul olan sosial-iqtisadi orqanizmdir və onun da idarə olunmağa ehtiyacı vardır. Təsərrüfatın idarə edilməsi təşkilati-iqtisadi münasibətlərin bir formasıdır. Sahibkarlıq fəaliyyəti və biznesin təşkili üçün bu münasibətlərdən istifadə edilir.

Təsərrüfatı idarə etmək ictimai əmək prosesinə məqsədyönlü təsir etmək, onu qaydaya salmaq deməkdir. İdarə etmək əvvəlcədən nəzərdə tutulmuş nəticələri əldə etmək üçün hər bir işçinin firmanın təsərrüfat fəaliyyətini təşkil etməyi, razılaşdırmağı, tənzim etməyi nəzarət etməyi nəzərdə tutur.

Sivilizasiyalı cəmiyyətdə idarəetmə iki vəzifəni yerinə yetirməlidir:

  1. O əmək fəaliyyətini təşkil edib qaydaya salmalı;

  2. Sahibkarın mülkiyyətini iqtisadi cəhətdən reallaşdıraraq onun gəlirinin yaranmasını təmin etməlidir.

İdarəetmənin obyekti bilavasitə maddi nemətləri və xidmətləri istehsal edən əmək kollektividir.

İdarəetmə əməyi iki növ fəaliyyəti əhatə edir: 1) idarəetməni və 2) idarəetməyə hazırlığı.

Bilavasitə idarəetmə ilə təsərrüfatın rəhbərləri – firmanın direktoru, onun müavinləri, baş mütəxəssislər, şöbə rəisləri, sex müdirləri, dispetçer və b. məşğul olurlar.Bunların əsas vəzifəsi optimal qərarlar qəbul edib qarşıya qoyulmuş vəzifəni yerinə yetirmək işini təşkil etməkdir.

İdarəetməyə hazırlıq işlrini planlaşdırıcılar, mühasiblər, iqtisadçılar, hesabdarlar, katibələr, makinaçılar və b. həyata keçirirlər. Onlar idarəetmə üçün lazım olan məlumatları toplayır, təhlil edir və əsas qərarların qəbul edilməsi üçün təqdim edirlər.

Korporasiyaların yaranması ilə «fəaliyyətdə olan kapitalist», yəni istehsalı istiqamətləndirən mülkiyyətçi (kapitalın bir hissəsinin sahibi), borc verib faiz əldə edən pul kapitalı sahibliyindən (mülkiyyətçilərdən) ayrılır. Eyni zamanda fəaliyyətdə olan kapitalistlərdən muzdla işləyən qulluqçular, idarə edənlər ayrılır. Bu onunla bağlıdır ki, mülkiyyət və idarəetmə prinsipcə müxtəlif iqtisadi münasibətləri ifadə edir. Müxtəlif səviyyəli idarəçilər meydana gəlir.

XX əsrin 30-cu illərində Qərb sosioloqları və iqtisadçıları «idarəetmə inqilabı» nəzəriyyəsini yaradırlar. Bu nəzəriyyəyə görə səhmdar müəssisəsi forması geniş yayıldığı bir şəraitdə banklar və korporasiyalar üzərində sahibkar kapitalistlərin hakimiyyəti direktorların, texnoloqların (yüksək ixtisaslı mütəxəssislərin – alimlərin, mühəndis-texnoloqların, menecerlərin), inzibatçı məmurlardan ibarət olan mütəxəssislərin əlinə keçir. Nəhəng korporasiyaları idarə edənləri, əsasən direktorlar şurası seçir.

Mikroiqtisadi səviyyədə istehsalın idarə edilməsi fərdi kapital sahibləri tərəfindən deyil, səhmdarların seçdiyi idarə orqanları tərəfindən həyata keçirilir. Ancaq səhmlərin böyük bir hissəsini ələ keçirən mülkiyyətçilər birləşərək güclü maliyyə qrupuna çevrilir və korporasiyanın fəaliyyətinə müdaxilə etmək imkanlarına malik olurlar. İri sahibkarlıqla məşğul olan korporasiyalar inhisarçı vəziyyətində olur və planlı fəaliyyət göstərir. Müasir iri maşınlı istehsalı idarə etmək planlı xarakterdə olmaqla yanaşı həm də elmi xarakter daşıyır. Müasir firmaları güclü potensialı olan elmi apparat idarə edir. İdarəetmə sahəsində baş verən dəyişikliklər elmin yeni sahəsinin – menecmentin meydana gəlməsinə səbəb olmuşdur.

Menecment (ing.idarəetmə) – nəzəri və praktiki biliklər sistemidir. O, istehsalı idarə etməyin prinsipləri, metodları, vasitələri və formaları haqqında elmdir. Menecment istehsalın effektivliyinin yüksəldilməsinə və yüksək mənfəətin əldə edilməsi məqsədinə xidmət edir.

Menecment istehsalın elə idarə olunmasını və təşkilini nəzərdə tutur ki, nəticədə əmək məhsuldarlığı yüksəlsin, istehsal xərcləri azalsın, az vaxtda və az məsrəflərlə daha yüksək nəticələr əldə edilsin, mənfəət artsın.

Buna nail olmaq üçün firma sahibləri yüksək ixtisaslı idarəçiləri – menecerləri işə qəbul edir və idarəetmə funksiyasını onlara həvalə edir. Bunlar muzdlu işçilərdir və yüksək biliyə, idarəetmə qabiliyyətinə malik olan insanlardır.

Fəsil YIII.

BAZAR RƏQABƏTİ VƏ İNHİSAR. ANTİİNHİSAR TƏNZİMLƏNMƏSİ
1. Azad rəqabət: məzmunu və formaları. Sağlam və qeyri-sağlam rəqabət.

2. Təkmil rəqabət bazarı və onun effektivliyi. Rəqabətin iqtisadi rolu.

3. Qeyri-təkmil rəqabət bazarı və bazar hakimiyyəti (ağalığı).

4. İnhisar: mahiyyəti, yaranma səbəbləri və formaları. İnhisarçı rəqabət. Oliqopoliya.

5. Rəqabət və inhisarın sintezi. Antiinhisar tənzimlənmə tədbirləri.
§1.Azad rəqabət: məzmunu və formaları. Sağlam və qeyri-sağlam rəqabət
Bazar subyektləri öz aralarında daima qarşılıqlı əlaqədə və bir-birinə təsir etmə halında fəaliyyət göstərirlər ki, bu əlaqə formalarından biri azad rəqabətdir.

Rəqabət (lat.concureo – üz-üzə gəlmək, toqquşmaq) bazar təsərrüfatının yarandığı vaxtdan etibarən onun iştirakçıları arasında daim mövcud olan iqtisadi bəhsləşmə formasıdır. Bu bəhsləşmə əmtəələrin və xidmətlərin daha yaxşı istehsalı, alqısı, satqısı şərtlərinə sahib olmaq uğrunda gedir. Hər bir bazar subyekti bazarı öz əlinə almağa, istehlakçıları öz tərəfinə çəkməyə və yüksək mənfəət götürməyə çalışır.

Rəqabət azad bazar şəraitində, çoxsaylı əmtəə sahiblərinin müstəqil fəaliyyət göstərdiyi və bazar qiymətlərinin sərbəst formalaşdığı bir şəraitdə azad şəkildə aparılır. Bu zaman bazarda çoxsaylı alıcılar və satıcılar mövcuddur. Onların hər biri sərbəst şəkildə bazarı tərk edib digər bazara daxil ola bilərlər. Azad bazarda alıcı və satıcı bazar qiymətlərindən asılıdır. Azad rəqabət şəraitində hər bir rəqabət aparan şəxs ancaq öz gücünə arxalanır, bazar məkanında özünə yer tutmağa çalışır, iqtisadi cəhətdən güclü olmaq və daim mövcud olmaq uğrunda mübarizə aparır. Rəqabət bazarın, bazar iqtisadiyyatının mövcudluğunun zəruri şərtidir, onun inkişafının hərəkətverici «mühərriki»dir. «Rəqabət – bazarın iqtisadi qanunudur»

Kapitalizmə qədərki dövrlərdə rəqabət Avropada mövcud olmuş (XI – XVIII əsrlərdə) sex qanunları ilə məhdudlaşdırılırdı. Kapitalist sahibkarlığı formasının meydana gəlməsi, bazar iqtisadiyyatının formalaşması ilə rəqabət mühiti yaranır və azad rəqabət genişlənir.

Azad rəqabətin iki əsas formasını göstərirlər: 1. sahədaxili rəqabət; 2. sahələrarası rəqabət.

Sahədaxili rəqabət – eyni sahədə fəaliyyət göstərən sahibkarlar arasında baş verir. Bu, əmtəə istehsalının və satışının daha əlverişli şərtləri, əlavə mənfəət əldə etmək uğrunda aparılan rəqabətdir. Eyni əmtəəni istehsal edən çoxsaylı istehsalçıların istehsal şəraiti eyni olmadığından, müxtəlif müəssisələrdə istehsal edilmiş məhsulların da fərdi dəyərləri müxtəlif olacaq. Bu məhsullar isə bazarda ictimai zəruri məsrəflərə uyğun olan qiymətlə satılacaqdır. Bu zaman fərdi məsrəfləri bazar qiymətindən çox olan sahibkar itirəcək, fərdi məsrəfləri bazar qiymətindən az olan sahibkarlar isə əlavə mənfəət götürəcəklər. Nəticədə sahibkarların bir qismi müflisləşib sıradan çıxacaqdır.

Sahələrarası rəqabət. Bu, müxtəlif sahələrdə çalışan kapital sahiblərinin öz kapitallarını daha gəlirli sahələrə qoymaq uğrunda apardıqları rəqabətdir. Kapital həmişə mənfəət norması az olan sahədən mənfəət norması yüksək olan sahələrə axır. Nəticədə müxtəlif sahələrdə yaranmış mənfəət bazar mexanizmi vasitəsilə bölünür və eyni miqdar kapital sahibləri bərabər mənfəət əldə edirlər (orta mənfəət). «…yalnız müxtəlif istehsal sahələrindəki kapitalların rəqabəti istehsal qiymətini yaradır ki, bu da müxtəlif sahələr arasında mənfəət normasını tənləşdirir» (K.Marks).

Rəqabət əmtəələrin, kapitalların, iş qüvvəsinin sərbəst hərəkət etdiyi, qeyri-iqtisadi maneələrin olmadığı bir şəraitdə baş verirsə, bu sağlam rəqabətdir və normal bazara xasdır.

Ancaq həyatda qeyri-sağlam rəqabət forması da mövcud olur. Bu, başqalarının reklamından, adından, markasından, dövlət məmurlarının himayəsindən istifadə etməklə mümkün olur. Qeyri-sağlam rəqabət bir çox hallarda cinayətlə nəticələnir. Rəqabətin bu üsullarla aparılması qanunla qadağan olunmalıdır.


§2.Təkmil rəqabət bazarı və onun effektivliyi. Rəqabətin iqtisadi rolu



Azad rəqabəti səciyyələndirən başqa bir cəhət də göstərilir ki, bu onun xarakterini daha tam ifadə edir. Qərb iqtisad ədəbiyyatında bu xalis rəqabət adlandırılır. Çünki, bazarın bu modeli dövlətin müdaxiləsindən və inhisarçılıqdan azaddır. Bu bazarın iştirakçıları əmtəələrin keyfiyyəti, qiymətləri və alış-verişindən əldə edəcəkləri xeyir haqqında mükəmməl informasiyaya malikdirlər. Bunlara əsasən də rəqabətin bu növünü təkmil rəqabət adlandırırlar.

Təkmil rəqabət şəraitində istehsalçı bazar qiymətlərinin səviyyəsinə təsir etmək gücündə deyil. Ancaq istehsal xərclərinin həcmi mənfəətin miqdarına və istehsalı genişləndirməyə imkan verə bilər. Firmanın taleyi də onun istehsala qoyduğu xərclərin səviyyəsindən asılıdır. Çünki, təkmil rəqabət şəraitində qiymət rəqabəti əsas rol oynayır. İstehsalçı üçün əmtəənin qiyməti istehsal xərcləri və mənfəətə bərabər olmalıdır. Ancaq istehsal xərclərini azaltmaqla bazarda aşağı qiymətlər təklif edib bazarı ələ almaq olar. Bu zaman alıcı eyni keyfiyyətli məhsuldan aşağı qiymətə olanını almağa üstünlük verəcəkdir. Rəqabətin bu metodu qiymət rəqabəti adlanır. Qiyməti aşağı salmaqla rəqibindən iqtisadi cəhətdən güclü olan istehsalçı qalib gələ bilər.

Bəzi hallarda rəqibinə qalib gəlmək üçün dempinqdən istifadə olunur. Dempinq bazarı ələ almaq üçün qiymətlərin həddən artıq aşağı salınmasıdır. Bazara bu yolla sahib olan istehsalçı (satıcı) sonradan qiymətləri qaldırır itirdiyinin yerini doldurur.

Təkmil rəqabət bazarında qeyri-qiymət metodlarından da istifadə olunur. Onlardan əsası keyfiyyət vasitəsilə alıcını özünə cəlb etməkdir. Bu zaman əmtəələrin, xidmətlərin keyfiyyəti yaxşılaşdırılır. Alıcını ilk növbədə keyfiyyət maraqlandırdığına görə qiyməti eyni olan əmtəələrdən ən keyfiyyətlisini almağa, keyfiyyətli xidmətdən istifadə etməyə üstünlük verir. Buna misal olaraq Azərbaycanda olan yanacaqdoldurma məntəqələrini göstərmək olar.

Bazar təsərrüfatında rəqabətin əhəmiyyətli rola malik olduğu demək olar ki, hamı tərəfindən qəbul olunan bir faktdır. Biz əvvəl göstərdik ki, «rəqabət bazar iqtisadiyyatının mühərrikidir». O böyük gücə malikdir. Bu güc tələblə təklifin nisbətini, bazar qiymətlərinin səviyyəsini, bazarın strukturunu dəyişməyə və onun inkişafına təsir göstərməyə qadirdir. Rəqabət bir çox funksiyaları yerinə yetirir və bu funksiyalar aşağıdakı sxemdə göstərilmişdir.

Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə