Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com



Yüklə 6,62 Mb.
səhifə13/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   ...   9   10   11   12   13   14   15   16   ...   40

Рягабятин функсийалары


уйьунлашма- адаптасийа

тянзимлямя







нязарят



инновасийа

аллоккасийа

бюлэц

Sxem 1. Rəqabətin funksiyaları
Rəqabət bazar iqtisadiyyatının qanunudur və müxtəlif istiqamətlərdə fəaliyyət göstərir.

Onun birinci istiqaməti: - rəqabət qiymətlərin tarazlaşmasına səbəb olur. Bazar qiyməti tarazlıq qimətindən yuxarı ola bilər. Bu halda təklif tələbdən çox olur, bazarda əmtəə artıqlığı yaranır. Bütün satıcılar baha satmağa çalışırlar. Bu rəqabətdə əmtəəsini ucuz satan qalib gəlir. Belə olduqda bütün satıcılar qiyməti aşağı salmağa məcbur olurlar və qiymət tarazlıq nöqtəsinə doğru hərəkət etməyə başlayır. Qiymətlər kütləvi surətdə aşağı düşdüyündən artıq məhsullar alınır, məhsul çatışmazlığı yaranır.

Digər tərəfdən alıcılar arasında rəqabət kəskinləşir. Hamı ucuz qiymətə çox almağa çalışır. Bu rəqabətdə daha baha alan qalib gəlir, o daha çox alır. Bunun ardınca digər alıcılar da baha almalı olurlar və nəticədə qiymət yenidən tələb tərəfdən tarazlıq qiymətinə yaxınlaşır. Qiymətlərin qalxması ilə əmtəə təklifi artır. İstehsal üçün stimul yaranır, əmtəə çatışmazlığı aradan qalxır. Tarazlıq qiymətinin yaranması ilə tələb və təklifin bərabərliyi yaranır.

Bütün bunlar o deməkdir ki, rəqabət təklif və tələbi bərabərləşdirən və tarazlıq qiymətinə nail olmaqda güclü bir vasitədir.

İkinci istiqamət: rəqabət əmtəələrin istehsalı və reallaşdırılması üçün ictimai normal şəraitin yaranmasına təsir göstərir. Belə ki, rəqabət sayəsində istehsalın istənilən sahəsində istehsal olunmuş yekcins, keyfiyyətcə eyni olan əmtəələr üçün eyni qiymət müəyyən edilir (mövcud anda). Bu bütün əmtəə istehsalçılarını «oyun qaydaları»na uyğun hərəkət etməyə məcbur edir. Yəni obyektiv iqtisadi qanunların tələblərinə əməl etmələri tələb olunur.

Tarazlı qiymətlərin səviyyəsi əmtəə istehsalçıları üçün səmərəli təsərrüfatçılıq etmələri üçün norma olur. Daha çox mənfəət götürmək üçün normadan yüksək qiymət qoyan istehsalçı ağır vəziyyətə düşə bilər.

Rəqabət ictimai normal şəraitə məhəl qoymayanları cəzalandlırır. Buna görə də istehsalçılar əmtəələrin istehsalı və reallaşdırılması zamanı ictimai normal şəraitə uyğun hərəkət etməlidirlər.

Üçüncü istiqamət: rəqabət elmi-texniki tərəqqini və istehsalın effektivliyini yüksəltməyi stimullaşdırır.

Artıq bilirik ki, fərdi istehsal xərcləri daha az olan istehsalçılar çox gəlir götürürlər. Çünki, fərdi əmtəələr daha yüksək olan bazar qiymətinə satılır. Fərdi istehsal xərcləri isə yeni texnikanın tətbiqi, texnologiyadan istifadəsi, əməyin səmərəli təşkili, istehsalın elmi əsaslarda qurulması sayəsində resurslara qənaət etməklə mümkün ola bilir. Bununla da rəqabət hamını elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə etməsinə sövq edir iqtisadi tərəqqi üçün yol açılır.

Dördüncü istiqamət: rəqabət sosial-iqtisadi təbəqələşməni gücləndirir. Rəqabətin nəticəsində iqtisadi cəhətdən zəif olanlar sıradan çıxır, güclülər isə daha da varlanır, güclənir. Məsələn, ABŞ-da 80-ci illərin əvvəllərində 1,5 milyon fermer rəqabətə davam gətirməyərək öz fəaliyyətini dayandırmışdır.

Beşinci istiqamət: rəqabət bazar iqtisadiyyatını inhisarçılığa doğru aparır. Azad rəqabət nəticədə inhisarların yaranmasına gətirib çıxarır. Sonrakı paraqrafda bu haqda geniş danışılacaq.
§3. Qeyri-təkmil rəqabət bazarı və bazar hakimiyyəti (ağalığı)
Təkmil rəqabət bazarı haqqında yuxarıda dediyimiz üstünlüklərin bir çoxu real həyatda reallaşmır. Əslində azad rəqabət yəni təkmil rəqabət bazar modeli xalis şəklində az-az sahələrdə olur. Ancaq bəzi bazarlar öz xarakteristikasına görə (məsələn, xarici valyutalar bazarı, taxıl bazarı) təkmil rəqabətə bazar modelinə yaxın ola bilər. Bununla belə bazar mexanizminin mahiyyətini başa düşmək üçün elmi cəhətdən bu modelin öyrənilməsi əhəmiyyyətlidir.

Qeyri-təkamül rəqabət bazarının nə demək olduğunu başa düşmək üçün təkmil (azad) rəqabətli bazarının əsas cəhətlərini bir daha yada salmaq lazımdır. Bunlar aşağıdakılardır: alıcıların və satıcıların çoxsaylı olması; istehsal amillərinin yüksək mobilliyi; daxil olmaqda və bazardan çıxmaqda heç bir maneənin olmaması; satılan məhsulların yekcins olması; bütün bazar iştirakçılarının eyni dərəcədə məlumatları olmaq imkanının olması;

Əgər bu göstərilən cəhətlərdən hər hansı biri belə olmasa onu təkmil rəqabət bazarı adlandırmaq olmaz. Göstərilən beş cəhətdən biri yoxdursa bu qeyri-təkmil rəqabətli bazardır. Bu o deməkdir ki, bazar öz mexanizmləri ilə tam fəaliyyət göstərə bilmir və ona kənar müdaxilələr vardır.

Qeyri-təkmil rəqabət bazarının üç əsas növü mövcuddur:

  1. Xalis inhisar – bu o zaman olur ki, bazarda yalnız bir firma əmtəənin yaxud xidmətin yeganə satıcısı olsun. Burada firma ilə sahə eyniləşir. Bu bazarda rəqib tərəflər olmur, alıcı satıcının təklif etdiyi qiymətlə razılaşmağa məcburdur.

  2. Oliqopoliya. Müəyyən bir sahədə bir neçə firma fəaliyyət göstərir, duopoliya – isə sahədə iki firmanın mövcud olduğu vəziyyətdir.

  3. İnhisarçı rəqabət – bu şəraitdə bazarda nisbətən çoxsaylı firmalar olur və onlar fərqli differensiallaşmış məhsullar istehsal edirlər.

Bu bazarlar haqqında sonrakı paraqrafda ətraflı şərh verilir.

Qeyri-təkmil rəqabət bazarına daxil olmaqda bir çox maneələr vardır:

1.Dövlət müəyyən bir firmaya xüsusi hüquq verir (məsələn, poçt xidməti, nəqliyyat xidməti, kabel televiziyası). Başqa formaların həmin sahələrdə fəaliyyət göstərmək hüququ olmur. Bu cür maneələrin çoxu təbii inhisarların fəaliyyəti ilə bağlıdır.

2.Təkrar istehsal olunmayan və az tapılan resurslar üzərində mülkiyyətin olması (məsələn, almaz bazarında «De Birs» kompaniyasının ağalığı).

3. Müəlliflik və patent hüququ. Hüququ patentlə müdafiə olunan firma lisenziya satışı ilə məşğul olur və inhisar üstünlüyünə malik olur. Belələri bağlı inhisar adlanır, onun rəqibi olmur.

4. İri istehsalın üstünlüyü – bu cür istehsal sahələri istehsal xərclərini aşağı salıb, istehsal olunan məhsulun həcmını artıra bilir. Çox kapital tələb olunduğundan bu cür sahələrə girmək çətindir. Məsələn, iri kapitalı olmayan avtomobil istehsalı sahəsinə girə bilməz.

5. Bəzi sahələrə daxil olmağa mafioz qruplar mane olur.

Bütün bunlara əsasən müxtəlif sahələrdə bazarların təmərküzləşməsinin və az əvvəllərdə cəmləşməsinin səbəblərini başa düşmək olar.



Digər firmaların daxil ola bilmədiyi bütün sahələrdə bazarın ağalığı yaranır, rəqabət mühiti olmur, qiymətlər sərbəst şəkildə formalaşmır.



§4. İnhisar: mahiyyəti, yaranma səbəbləri və formaları.

İnhisarçı rəqabət. Oliqopoliya
İnhisar nədir? sualına cavab verməzdən əvvəl «inhisar» termininin özünün mənasını bilmək lazımdır. İnhisar (monopoliya) iki mənada işlədilir: birinci halda müəyyən bir obyektə şəriksiz sahib olmaq, onu mənimsəmək (məsələn, torpaq mülkiyyəti üzərində inhisar). İkinci halda isə müəyyən bir istehsal sahəsi üzərində, bazarda inhisarçılıq. Burada söhbət bazar inhisarçılığından gedir.

İnhisar (monopoliya) – yunan mənşəli sözdür – «mono» - bir, «poleo» - satıram deməkdir. Bu mənada fiziki yaxud hüquqi şəxsin bazara sahib olub, onun üzərində ağalığını təmin etməsi elə inhisar deməkdir. Ancaq «xalis inhisar»ın olması ifadəsi də şərtidir, elmi abstraksiyadır. Reallıqda tam mənada «azad rəqabət»in olmadığı kimi «xalis inhisar» bazarı da yoxdur. Elə buna görə də bəzi tədqiqatçılar «xalis inhisar» terminini «qeyri-təkmil rəqabət» termini ilə əvəzləməyi təklif edirlər. Ancaq almaz kimi əvəzi olmayan əmtəələrin istehsalında və satışında «xalis inhisardan» danışmaq olar.

Məlum olduğu kimi, bazarın geniş miqyasda inhisarlaşması XIX-XX əsrlərin hüdudlarında (qovuşağında) baş vermişdir. Azad rəqabət İngiltərədə, klassik kapitalizm dövründə müəyyən qədər özünü göstərsə də (XIX əsrdə), müasir dövrdə «azad rəqabətə» az hallarda (qiymətli kağızlar bazarında, kənd təsərrüfatı məhsulları bazarında) rast gəlmək olur. Bununla belə azad rəqabətin dərinləşməsi inhisarların yaranmasına gətirib çıxardı. Korporativ və maliyyə kapitalının meydana gəlməsi ilə azad rəqabəti inhisarçılıq əvəz etdi.

İqtisadiyyatın inhisarlaşması istehsalın və kapitalın təmərküzləşməsi və mərkəzləşməsinin nəticəsində baş vermişdir. Burada elmi-texniki tərəqinin xüsusi rolu olmuşdur. Təmərküzləşmə və mərkəzləşmə hər ikisidə istehsalın və kapitalın iriləşməsi, daha böyük həcmə çatması, daha az əvvəllərdə toplanması prosesidir ki, nəticədə inhisarlaşmaya səbəb olur.

İnhisarlaşma sahibkarların inhisarçıların sövdələşməsinə imkan yaradı. Sövdələşmə: 1. istehsal ediləcək məhsulun miqdarı haqqında; 2. əmtəələrin satış qiymətləri haqqında; 3. xammal mənbələri haqqında; 4. bazarları öz aralarında bölmək haqqında və s. üzrə olur.

İnhisarların aşağıdakı növləri vardır:

  1. Ticarət sövdələşməsinin yerinə görə. Bunun da iki növü vardır: a) çoxsaylı alıcılara müəyyən əmtəəni satan müəssisələrin birliyi – inhisar (monopoliya); b) bütün satıcılardan hər hansı bir məhsulu almaq üzrə təsərrüfatcı birləşmə - monopsoniya. Məsələn, nəhəng bir yeyinti-sənaye korporasiyası bütün kənd təsərrüfatı məhsullarını fermerlərdən öz istədiyi qiymətə satın alır.

  2. Bazara sahib olmağın miqyasına görə. Bu da öz növbəsində müxtəlif inhisar növlərinə bölünür: a) ancaq bir sahənin bazar fəaliyyətini əhatə edən - xalis inhisar. Burada bir satıcı fəaliyyət göstərir, satış üçün nəzərdə tutulan əmtəələrin miqdarı və onun qiymətinə tam nəzarət edir. Başqa birisi buraya daxil ola bilməz. b) milli təsərrüfat səviyyəsində mütləq inhisar yaratmaq olar. Bu dövlətin yaxud onun bir təsərrüfat orqanının əlində olur (məsələn, xarici ticarət inhisarı və s.). eynilə də cəmiyyət miqyasında mütləq monopsoniya fəaliyyət göstə bilər, məsələn dövlət yeganə alıcı kimi çıxış edir.

  3. Meydana gəlməsinin xarakteri və səbəblərinə görə. Bu əlamətlərinə görə aşağıdakı inhisar birlikləri fərqlənir:

a) Təbii inhisar. Bu inhisara öz sərəncamında nadir və sərbəst təkrar olunmayan istehsal ünsürləri olan mülkiyyətçi və təsərrüfat orqanı aiddir (məsələn, az tapılan metal, pambıq yaxud üzüm yetişən torpaq sahəsinə malik olan). Texnoloji xüsusiyyətinə görə analoqu olmayan istehsal sahəsi də təbii inhisara aiddir. Bu inhisar şəraitində istehsal olunan əmtəənin əvəzləyicisi olmur.

v) Açıq inhisar. Bu qanuni əsasda yaradılır. İnhisarın bu növü rəqabətdən qorunmaq üçün yaradılır. Bunlara aiddir: patent sistemi, müəlliflik hüququ, əmtəə nişanları.

  1. Süni inhisar. Şərti süni adlandırılan bu inhisar yüksək mənfəət götürmək məqsədilə yaradılır. Bu zaman başqalarının bazara daxil olmasına maneə yaradılır (məsələn, xammal mənbələrini ələ keçirir, enerjidən məhrum etdirir, bankdan kredit almasına mane olur və s.); rəqibinə nisbətən daha yüksək texnologiya tətbiq edir; daha böyük həcmdə kapital qoyub səmərə əldə edir; keyfiyyətli reklam vasitəsilə rəqibini sıxışdırır.

İnhisarın aşağıdakı formaları vardır: kartel, sindikat, trest və konsern,konqlomerat.

Kartel – bir sahənin bir neçə sənaye müəssisəsinin ittifaqıdır. Onun iştirakçıları istehsal vasitələri və məhsul üzərində mülkiyyətini saxlayır, yaradılmış məhsulu bazarda özü satır. Fəaliyyət kvota əsasında (istehsal olunan məhsulda hər kəsin payı, qiymət, satış bazarı haqqında razılaşma və s.) həyata keçirilir.

Sindikat – yekcins məhsullar istehsal edən bir neçə müəssisənin birliyidir. İstehsalın maddi şərtləri üzərində iştirakçıların mülkiyyəti saxlanılır. İstehsal olunmuş məhsul ümumi orqan tərəfindən reallaşdırılır.

Trest – qrup müəssisələrin inhisar birliyidir ki, buraya daxil olan firmalar (kapitalistlər) həm istehsal, həm də satış müstəqilliyini itirirlər.

Konsern – formal müstəqilliyə malik müəssisələrin ittifaqıdır. Bu ittifaqa sənayenin müxtəlif sahələri, ticarət, nəqliyyat və banklar daxil olur. Baş firma qalanlarının fəaliyyətinə maliyyə nəzarəti həyata keçirir. Müasir dövrdə konsernlər geniş miqyas almışdır.

Konqlomerat – aralarında istehsal və digər funksional əlaqə olmayan bir çox firmaların iri bir inhisar birliyi tərəfindən özünə tabe edilməsi yolu ilə udulmasıdır. Burada firmalara vahid mərkəzdən maliyyə rəhbərliyi həyata keçirilir. Təsisçilər təsis mənfəəti əldə edirlər. Bu birliyə daxil olan firmalar müxtəlif əməliyyatları icra edirlər.

Bazarın inhisarlaşdırılması bazar məkanını rəqiblərdən təmizləyir. Bu, nəticədə inhisar qiymətləri qoymağa və yüksək inhisar mənfəəti götürməyə imkan yaradır.

İnhisar qiymətləri. – Qiymətlərin yaranmasının inhisara məxsus öz xüsusiyyətləri vardır.

1.Başlıca xüsusiyyət. Azad rəqabət şəraitində istehsalçı və istehlakçılar tamamilə bazar qiymətlərindən asılıdır və iştirakçıların heç biri qiymətə təsir etmək gücündə deyil. Ancaq inhisarçı firma istehsal etdiyi məhsula özü qiymət qoyur. Onun istehsal etdiyi məhsulun miqdarı qiymətə təsir etmir. Tələbdən isə öz xeyirlərinə istifadə edirlər. Firma inhisar qiymətilə məşğul olur.

İnhisar qiyməti – bazar qiymətinin xüsusi növüdür və ictimai dəyərdən ya aşağı, yaxud da yuxarı müəyyən edilir. O tarazlı qiymət səviyyəsində də ola bilər. Əsas məqsəd inhisar mənfəəti əldə etməkdir. Qiymətin o səviyyəsi müəyyən edilir ki, inhisar gəliri əldə olunsun. ABŞ iqtisadçıları S.Fişer, R.Dornbuş və R.Şmalenzi «İqtisadiyyat» dərsliyində göstərirlər ki, inhisarçı qiyməti də, buraxılışın həcmini də özləri müəyyən edir. İnhisar qiyməti ilə buraxılışın səviyyəsi arasında heç bir qarşılıqlı əlaqə yoxdur. Buna görə də inhisarçı üçün təklif əyrisi mövcud deyildir.

2. İnhisar qiymətqoymasının ikinci xüsusiyyəti. Məmulatı istehsal edən kompaniya öz məhsuluna yüksək inhisar qiyməti qoyur və bu ictimai dəyərdən yüksək olur. Bunu etmək üçün inhisarçı istehsalın həcmini azaldır, qıtlıq yaradır və bununla da süni yolla tələbi artırır və bundan istifadə edərək qiyməti qaldırır.

3. Bazarı ələ almış firma başqa cür hərəkət edir. Bu elə bazardır ki, xırda əmtəə istehsalçılarıda öz məhsullarını burada satırlar. İnhisarçı aşağı qiyməti müəyyən edir və əmtəələri autsayderlərdən alır. Süni surətdə məhsulların qiymətlərini ictimai qiymətdən yaxud tarazlıq qiymətindən aşağı salır və əmtəələri alaraq süni qıtlıq yaradır. Onların təklifi inhisarçı tələbdən çox olur. Bir qayda olaraq Qərb ölkələri Asiya, Afrika və Latın amerikası ölkələrindən aşağı inhisar qiymətilə xammal alırlar (bu monopsoniyadır).

4. Digər bir xüsusiyyət ondan ibarətdir ki, xırda istehsalçılara qarşı eyni vaxtda inhisar və monopsoniya fəaliyyət göstərir. Biri yüksək qiymətə satır, digəri isə aşağı qiymətə alır. Qiymət «qayçısı» işə düşür. Nəticə: 1.İnhisar birlikləri tarazlıq qiymətləri və onun tənzimləyici rolunu heçə endirir. Onun yerini yüksək inhisar qiymətləri tutur.

5. İnhisar qiymətləri inhisara daxil olmayanların gəlirlərinin bir hissəsinin inhisarçıların xeyrinə yenidən bölünməsini təmin edir.

6. İnhisar qiymətləri vasitəsilə yüksək mənfəət əldə edən inhisarçılarda elmi-texniki nailiyyətləri istehsala tətbiqinə marağı azaldır. Ancaq rəqabətin təsiri altında yeni texnika tətbiq edilir.

İnhisarçı rəqabət – Bu fərqli (ancaq oxşar) məhsullar istehsal edən firmalar arasında mövcud olan rəqabət formasıdır və qeyri-təkmil rəqabət bazarının bir tipidir (növüdür). Bazarın bu növü, oliqapoliq bazara nisbətən, rəqiblərin çoxsaylı olması ilə fərqlənir. Ancaq onların sayı azad rəqabət bazarındakından azdır. Burada iştirak edən firmaların hər biri bazarda bir o qədər də böyük olmayan paya malikdir. Eyni yox, bir-birinə oxşar məhsullar istehsal edən bu firmalar bazar qiymətlərinə az da olsa nəzarət edə bilirlər. İnhisarçı rəqabət şəraitində iştirakçı firmaların sayca bir o qədər də çox olmasalar da, istehsalın həcmini azaltmaq və qiymətləri süni surətdə qaldırmaq üçün razılığa gəlmələri asan olmur. Onlar çoxsaylı olduğundan nisbətən müstəqil siyasət yeridirlər və bir-birinin marağını nəzərə almırlar.

İnhisarçılığın bu modellərində, nisbətən məhdud sayda olan rəqiblər, məhsulun differensiasiyasına əsaslanırlar. Burada eyni bir məhsulun müxtəlif növləri istehsal edilir. Məsələn, kompüterlər cihazların gücünə görə, proqram təminatına görə, qrafiki nəticələrinə görə bir-birindən fərqlənə bilər.

Məhsulun differensiasiyasına əsaslanan rəqabət, qeyri-qiymət amillərindən geniş istifadə olunmaqla onun keyfiyyəti, satışının təşkili, xidmətin keyfiyyəti vasitəsilə də aparıla bilər. Burada reklamın, ticarət nişanlarının, qablaşdırmanın, ticarət markalarından da istifadə olunur. Bütün bunların hamısında məqsəd rəqibi qabaqlamaq və yüksək mənfəət götürməkdir.

Oliqopoliya – qeyri-təkmil rəqabət bazarının bir tipidir. Bu məhsulun əsas hissəsinin bir neçə iri firma tərəfindən istehsal edildiyi bazar strukturudur və bazarda az sayda firma fəaliyyət göstərir. Oliqopoliyanın mühüm cəhəti bazarda satıcıların az sayda olmasıdır.

Oliqopolist istehsal sahələrində firmaların sayı azad rəqabət bazarındakından az, inhisar şəraitindəkindən çoxdur. Bu o demkədir ki, oliqopolist bazar qiymətlərinə nəzarət etmək imkanına malikdir, ancaq inhisara nisbətən qiymət üzərində ağalıq zəifdir.

Oliqopoliyanın xüsusi bir halı duopoliyadır. Bu bazarın iki istehsalçı arasında bölündüyü halda olur. Oliqopoliya üç nəfərdən çox iştirakçı olduğu halda mövcuddur. Bazarı inkişaf etmiş iqtisadiyyatlı ölkələrdə oliqopoliya istehsalı tipi üstünlük təşkil edir və əsasən emal sənayesi üçün xarakterikdir. Məsələn, ABŞ-da qurğuşunun ilkin emalı dörd ən iri istehsalçı arasında bölünmüşdür: pivə, siqaret, soyuducu və paltaryuyan maşınlar istehsalının 90 %-i, ilkin aliminium və təyyarəqayırma məhsulları istehsalının 64 %-i-də dörd istehsalçı tərəfindən emal olunur.

İngiltərə və Almaniyada siqaret bazarının 94 %-i üç istehsalçının əlindədir. Fransada siqaret və soyuducu istehsalı 100 % üç istehsalçının əlindədir.

Beləliklə, oliqopoliya şəraitində bazar ya bir neçə istehsalçı arasında bölünmüşdür, yaxud da bazarın bir hissəsi iri firmaların əlindədir, qalan hissəsi isə çoxsaylı xırda istehsalçıların (inhisarçı rəqabətçilərin) ixtiyarındadır. Nə qədər az sayda istehsalçı bazarı öz aralarında bölürsə, orada inhisarçılıq güclüdür. Miqyas effekti ilə bağlı olan istehsal texnologiyası oliqopoliyanın meydana gəlməsi səbəblərindəndir və sahəyə daxil olmağın təbii maneəsidir. Oliqopolist bazara daxil olmağın çətinliyinin başqa bir səbəbi patentləşdirmə və lisenziyalaşdırmadır. Resurslar üzərində nəzarət, reklam üçün böyük məbləğdə maliyyə vəsaiti tələb olunması da oliqopolist sahəyə daxil olmağı çətinləşdirir.

Oliqopolist firmalar sabit mənfəət əldə edirlər.

Oliqopoliyanın mühüm cəhətlərindən biri sahə firmalarının qarşılıqlı asılılığıdır. Onlar rəqib olsalar da partnyordurlar. Biri iş görmək istədikdə başqalarının marağını da nəzərə almalıdır. Çünki, onun mənfəətinin miqdarı digər partnyorların müəyyən etdikləri istehsalın həcmindən və qiymətlərdən asılıdır. Məsələn, əgər oliqopolist firma çox az istehsal edirsə, onda məhsulun qiyməti yuxarı olacaq, əksinə çox istehsal edərsə qiymətlər sahənin qiymətinin səviyyəsindən aşağı olacaq. Bu isə başqalarının mənfi reaksiyasına səbəb olacaqdır. Hər iki halda firmanın mənfəəti aşağı düşə bilər. Buna görə də, oliqopolist sahə iştirakçıları qiymətlə qarşılıqlı asılı olurlar.

Oliqopolistlər öz aralarında sövdələşə bilməzlər. Çünki, antiinhisar qanunvericiliyi buna icazə vermir. Gizli sövdələşmə isə risklidir, üstü açıla bilər.


§5. Rəqabət və inhisarın sintezi. Antiinhisar tənzimlənmə tədbirləri



İnhisarların ağalığı rəqabəti aradan qaldıra bilmir və iqtisadiyyatda inhisarçılıqla yanaşı rəqabət də mövcud olur. Əgər hər hansı bir bazarda rəqabət zəifləyirsə, bütün cəmiyyətə öz təsirini göstərir. Çünki, cəmiyyətdə inhisarlarla yanaşı inhisara daxil olmayan xüsusi mülkiyyətçilər və payçılıq əsasında fəaliyyət göstərən kooperativlər də mövcuddur. İnhisar ağalığı şəraitində aşağıdakı rəqabət formaları mövcud olur:

1) inhisarların daxilində (istehsal şərtlərinin gəlirin bölgüsü zamanı), 2) inhisar ittifaqları arasında (bazarda tutulan yer üstündə), 3) inhisarlarla autsayderlər arasında.

Ancaq inhisar rəqabəti öz metodları cəhətdən azad rəqabət üsullarından fərqlənir. İnhisarlar rəqabətdə qalib gəlmək üçün həm iqtisadi və həm də qeyri-iqtisadi metodlardan istifadə edirlər. Ən çox istifadə olunan metodlar bunlardır: rəqibini xammal, enerji resursları, kredit, yeni texnika və texnologiya almaqdan məhrum etmək; rəqibinin istehsal sirrlərini öyrənmək; inhisarçı kriminal vasitələrdən də istifadə edir (rəqibinin binasını yandırmaq, terror əməliyyatı və sifarişlə öldürmək).

Bütün istehsalın bazarın dövlətin əlində cəmləşməsi yolu ilə yarana biləcək inhisarçılıq dövlətin özü üçün təhlükəlidir, onun varlığını sarsıda bilər.

Demokratik hüquqi dövlətlərdə inhisarların təhlükəli addımları inhisarlar əleyhinə mübarizəyə səbəb olur.

İnhisarlar əleyhinə mübarizə aparan qüvvələr:

1.Çoxsaylı xırda istehsalçılar istehlakçılardır. Onlar inhisarlar tərəfindən qarət olunur.

2.Dövləthüquq, iqtisadiyyatda mövcud olan bu münaqişələrin həllində mühüm rol oynayır.

Dövlət inhisarçı fəaliyyəti tənzimləməyə çalışır. Bu onunla bağlıdır ki, XIX əsrin sonlarında ABŞ-da inhisarçı bazar geniş vüsət alır. Bu zaman inhisarların zorakılığına qarşı istehlakçıların, xırda və orta sahibkarların geniş mübarizəsi başlayır. Bu prosesi tənzimləmək üçün dövlət inhisarlar əleyhinə qanunlar qəbul etməli olur. 1890-cı ildə amerika konqresi trestlər əleyhinə «Şerman aktı»nı qəbul edir.

Tənzimləmə dörd istiqamətdə həyata keçirilir:

1.Bazarın inhisarlaşdırılması məhdudlaşdırılır. Şerman qanununa görə 60 %-dən çox paya malik olmaq bazarın inhisarlaşması hesab olunur. Qanun bazarda başqasının ziyanına ola bilən inhisarçılığı qadağan edir. İnhisarçı məhsulunun artıq hissəsini xarici bazarda sata bilər.

1914-cü ildə Kleyton aktı qəbul edilir.

2.Tənzimləmənin ikinci istiqaməti – rəqabət aparan kompaniyaların birləşməsini qadağan etməkdir. Kleyton aktına görə kompaniyaların qovuşması inhisarçılığı gücləndirir və rəqabəti zəiflədir. Bu qanun birləşmənin qarşısını ala bilmir, ancaq onların az bir hissəsinə dövlət nəzarət edir.

3.Tənzimləmənin üçüncü istiqaməti – inhisar qiymətlərinin qoyulmasını qadağan edir. Bu prosesə 1914-cü ildə yaradılmış Federal Ticarət Komissiyası nəzarət edir. 1914-cü ildən 1977-ci ilə qədər komissiya inhisar qiymətlərdə sövdələşməyə dair 1400 əmr vermişdir.

4. Tənzimləmənin dördüncü istiqaməti – rəqabətin saxlanılması və onun milli formasının müdafiə edilməsidir. Bu qanun qeyri-sağlam rəqabət əleyhinə yönəldilmişdir (rəqibin məhsullarını saxtalaşdırmaq, patentə əməl etməmək, əmtəə və firma nişanlarından istifadə etmək, istehlakçıları aldatmaq). XX əsrin 90-cı illərinin sonlarında 40-dan çox ölkə antiinhisar qanunvericiliyi aktı qəbul etmişdir. Azərbaycanda da belə bir qanun qəbul edilmişdir.

Antiinhisar qanunvericiliyi bazar iqtisadiyyatının əsaslarının qorunub saxlanılmasına yönəldilmişdir, ancaq o inhisarçılığı aradan qaldırmağa da qadir deyildir. müasir bazar iqtisadiyyatı demək olar ki, inhisarçılıqla rəqabətin sintezindən ibarətdir. Biz bunu inhisarçı rəqabət oliqopolik bazar modellərində aydın şəkildə görə bilərik bu haqda əvvəlki suallarda ətraflı danışıldı.

Amerikan iqtisadçısı Edvard Çemberlin 1933- ildə yazdığı «İnhisarçı rəqabət nəzəriyyəsi» kitabında yazır ki, rəqabət inhisarın uyğunluğuna inhisarçı rəqabətdə nail olunur. Burada inhisarla rəqabət sintez halındadır, biri digərinə təsir göstərir. «Rəqabət inhisarı doğurur, inhisar da rəqabəti».

IX Fəsil

İSTEHSAL: MAHİYYƏTİ VƏ AMİLLƏRİ.

İSTEHSAL AMİLLƏRİ BAZARI
1. İstehsalın məzmunu və məqsədi. İstehsal amilləri və onlara olan tələb (tələbat).

2. Resurslar, onlardan istifadə qaydaları normaları. Resursların qarılıqlı əvəzlənməsi.

3. Əmək istesal amili kimi. İş qüvvəsi və əmək. İş qabiliyyətli əhali. Əmək bazarı, əməyə olan tələb və təklif. Əmək haqqı və məşğulluq.

4. Kapital istesal amili kimi. Kapital bazarı. Kapitala olan tələb və təklif.

5. Kapital və investisiya qoyuluşları. İnvestisiya qoyuluşlarının səmərəliliyi.
§1.İstehsalın məzmunu və məqsədi. İstehsal amilləri və

onlara olan tələb (tələbat)
Cəmiyyətin və onun tərəqqisinin əsasını istehsal təşkil edir. Ona görə ki, insanın yaşayışının ən adi, ancaq başlıca şərti olan nemətlər məhz istehsalda yaranır.

İstehsal – cəmiyyətin yaşaması və inkişafı üçün zəruri olan maddi və mənəvi nemətlərin yaradılması məqsədilə insanın təbiətin cism və qüvvələrinə təsir göstərmə prosesidir, insanla təbiət arasında mübadilə prosesidir.

Bu prosesdə təbiət cisimləri və qüvvələri insanların tələbatlarına yğun olan və mənimsənilə bilən şəklə salınır.

İstehsal hər şeydən əvvəl fərdi istehsaldır, yəni ayrı-ayrı fərdlərin istehsalıdır. Ancaq fəaliyətin hansı formasından asılı olmayaraq istehsal həmişə ictimai xarakter daşıyır. Çünki insanlar qarşılıqlı əlaqədə fəaliət göstərirlər, istesal etdikləri məhsulları mübadilə edirlər, bir-biri üçün işləyirlər. Deməli, əmək də, istehsal da ictimai xarakter alır.

Bütövlükdə götürülən istehsalın məqsədi cəmiyyətin daim artmaqda olan bütün tələbatlarını ödəmək üçün lazım olan məhsulları (nemətləri) istehsal etməkdir.

Ancaq istehsal etmək üçün onun amilləri və istehsal üçün şərait lazımdır. Hər bir istehsal üsulu şəraitində istehsalın baş verməsi üçün, ilkin olaraq, üç başlıca amil olmalıdır: 1. İnsanın iş qüvvəsi (əməyi); 2. Əmək vasitələri (alətləri); 3. Əmək predmetləri (cisimləri). Əmək vasitələri və əmək cisimləri birlikdə istehsal vasitələri adlanır və istehsalın maddi amilini təşkile dir. İş qüvvəsi və istehsala sahiblik edən şəxs onun şəxsçi amilidir.

İstehsalın inkişafı bu amillərin keyfiyyətindən, inkişaf səviyyəsindən, onların qədərindən, kombinasiyasından və istifadəsinin səmərəli təşkilindən asılıdır.

İstehsalın inkişafı həm də onun enerji təminatından, texnologiyaların inkişafından, informatikadan və təbii şəraitdən asılıdır. İstehsalın davamlı amilləri bu sxemdə əks edilmişdir.

Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə