Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com



Yüklə 6,62 Mb.
səhifə21/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   ...   17   18   19   20   21   22   23   24   ...   40

Дювлят малиййяси


Сыьорта малиййяси

Кредитляшмя системинин малиййяси

Бейнялхалг малиййя

Мцяссися, идаря вя тяшкилатларын малиййяси

Dövlət maliyyəsinə dövlət büdcəsi, büdcədənkənar fondlar və dövlət krediti daxildir.

Müəssisə, idarə və təşkilatların maliyyəsinə kommersiya və biznes fəaliyyəti əsasında fəaliyyət göstərən müəssisələrin, dövlət müəssisələrinin, təşkilat və idarələrin, ictimai birliklərin maliyyəsi daxildir.

Sığorta maliyyəsinə dövlət, beynəlxalq və kommersiya bankları vasitəsilə kredit əməliyyatları daxildir.

Beynəlxalq maliyyə sisteminə ölkələrarası xarici investisiya qoyuluşu, idxal, ixrac, kredit, yardım və digər maliyyələşmə əməliyyatları daxildir.

Dövlət və qeyri-dövlət müəssisələri (firmalar) və təşkilatlar mikroiqtisadiyyatın strukturları kimi pul vəsaitləri fondlarının yaranmasının ilkin əsasını təşkil edirlər. Yəni, müəssisələrdə mülkiyyət və kapital sahibləri istehsal fəaliyyəti nəticəsində ilkin gəlirlərini bödüşdürərək, bir hissəsini dövlət maliyyəsinin formalaşmasına yönəldirlər. Deməli, mikroiqtisadi səviyyədə yaradılan pul vəsaitləri fondları, makroiqtisadi səviyyədə dövlət maliyyəsinin formalaşmasının maddi əsasını təşkil edir.

Maliyyə sisteminin subyektləri arasında maliyyə münasibətləri aşağıdakı istiqamətlərdə baş verir:

  1. Dövlətlə müəssisələr arasında maliyyə münasibətləri. Burada həm dövlət, həm də müəssisələr maliyyə subyektləri kimi öz aralarında müxtəlif maliyyə əməliyyatlarını həyata keçirirlər (büdcəyə ödəmələr, xərclərin maliyyələşməsi, müxtəlif növ ayırmalar və s.).

  2. Müəssisələr, təşkilatlar, firmalar arasında maliyyə münasibətləri. Bunlara təsərrüfat müqavilələri, qarşılıqlı ödənişlər, cərimə ödəmələri, alqı-satqı münasibətləri və s. üzrə münasibətlər daxildir.

  3. Müəssisələrlə (firmalarla) banklar və qeyri-bank təşkilatları arasında maliyyə münasibətləri. Buraya kredit əməliyyatları, bank ödənişləri, kassa hesablaşmaları, köçürmələr və s. üzrə münasibətlər daxildir.

  4. Müəssisə (firma) daxilində təsərrüfat əlaqələrinə xidmət edən maliyyə münasibətləri. Buraya əməyin ödənilməsi, maddi həvəsləndirmə və s. ilə bağlı olan pul münasibətləri aiddir.

  5. Dövlətlə dövlətsizləşdirilmiş və özəlləşdirilmiş müəssisə (firma) və təşkilatlar arasında maliyyə münasibətləri. Bunlar əmək haqqının, faiz və rüsumların ödənilməsi, vergi verilməsi və s. ilə bağlı olan münasibətləri əhatə edir.

  6. Dövlətlə büdcə və büdcədən maliyyələşən təşkilatlar arasında maliyyə münasibətləri. Buraya elm, təhsil, səhiyyə, idman, xidmət və digər sosial problemlərlə bağlı olan pul münasibətləri daxildir.

  7. Dövlətlə əhali arasında maliyyə münasibətləri. Buraya ödəmələr, rüsumlar, vergilər üzrə münasibətlər daxildir.

  8. Dövlətlə xarici ölkələr, beynəlxalq təşkilatlar arasında maliyyə münasibətləri. Bunlar kreditlərin alınması, idxal və ixrac əməliyyatları, xarici investisiya qoyuluşları, xeyriyyə fondları və s. üzrə münasibətləri əhatə edir.

Maliyyə sisteminin obyektlərinə maliyyə sisteminə daxil olan qrup həlqələrin bütün növ pul resursları qiymətli kağızları daxildir. Həmin pul fondları vasitəsilə maliyyə sisteminin subyektləri məqsədəuyğun surətdə öz funksiyalarını yerinə yetirir.

Bazar münasibətlərinə keçid şəraitində Azərbaycanın yeni məzmunlu maliyyə sistemi formalaşdırılır onların fəaliyyətindən ölkənin sosial-iqtisadi problemlərinin həllində geniş istifadə olunur.

Maliyyə sistemində ölkə iqtisadiyyatını tənzimləyən və maliyyə təminatı yaradan başlıca alətlərdən biri dövlət büdcəsidir.
§2. Dövlət büdcəsi. Büdcənin gəlirləri və xərcləri. Büdcə kəsiri:

səbəbləri və tənzimlənməsi.
Dövlətin sosial-iqtisadi funksiyalarının həyata keçirilməsində dövlət büdcəsinin xüsusi rolu vardır.

Dövlətin siyasi, iqtisadi, sosial və digər çoxşaxəli vəzifələrinin yerinə yetirilməsi yalnız dövlət büdcəsi vasitəsilə maliyyələşir. Büdcə anlayışı müxtəlif mənalarda işlədilir, dövdət, ailə, yerli, şəxsi və s. ümumiyyətlə, büdcə pul gəlirləri hesabına formalaşır.

Büdcə müəyyən dövr ərzində dövlətin, müəssisə və təşkilatın, ailə və ayrı-ayrı şəxslərin pul gəlirləri və xərcləri balansıdır (planıdır).

Yaradılan hər bir büdcənin öz həcmi, mənbələri, məqsədi və yerinə yetirdiyi funksiyası vardır. Bunlar içərisində formalaşma mənbələrinə, həcminə və xərc istiqamətlərinin səviyyəsinə görə dövlət büdcəsi mühüm əhəmiyyət kəsb edir.

Dövlət büdcəsi öz maddi məzmununa görə dövlətin başlıca mərkəzləşmiş pul vəsaitləri fondudur. Yəni, dövlət büdcəsi müəyyən dövr ərzində (məsələn, bir il ərzində) ölkədə geniş təkrar istehsalı təmin etmək, insanların maddi və mənəvi tələbatlarını, dövlətin zəruri ehtiyaclarını ödəmək üçün yaranan mərkəzləşdirilmiş pul vəsaitləri fondudur. Dövlət büdcəsi dövlətin əsas maliyyə planıdır.

Dövlət büdcəsinin geniş məzmunu onun yerinə yetirdiyi funksiyalarda öz əksini tapır. Onlara aşağıdakılar daxildir:

  • Ümumi milli məhsulun və milli gəlirin yenidən bölgüsünü həyata keçirir;

  • Ölkə miqyasında pul vəsaitləri toplanır və cəmiyyətin ən zəruri ehtiyaclarını ödəmək üçün istifadə olunur;

  • İqtisadiyyatın dövlət tənzimlənməsinə və stimullaşdırılmasına xidmət edir;

  • Sosial siyasətli maliyyə təminatını yerinə yetirir;

  • İnvestisiya qoyuluşları üçün vəsait mənbəyi rolunu oynayır;

  • Mərkəzləşdirilmiş pul vəsaitləri fondunun yaranmasını təmin edir və istifadəsinə nəzarət edir.

Azərbaycanda keçid dövrü iqtisadiyyatı şəraitində dövlət büdcəsinin əsasən aşağıdakı istiqamətlərə yönəldilməsinə üstünlük verilir:

  • İqtisadiyyatda əsaslı islahatların və struktur dəyişikliklərin maliyyələşdirilməsinə;

  • Uzunmüddətli proqram və proqnozların maliyyələşdirilməsinə;

  • Elmi-texniki və kadr potensialının maliyyələşməsinə;

  • Sosial-iqtisadi inkişafa;

  • Ölkənin müdafiə sisteminin möhkəmləndirilməsinə və s.

Dövlət büdcəsi öz təşkilati strukturuna görə Respublika dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsindən və yerli (bələdiyyə, şəhər, rayon) büdcəsindən ibarətdir. Həmin büdcələr öz hüquqlarına, maliyyələşmə mənbələrinə və istifadə mexanizmlərinə görə bir-birindən əsaslı surətdə fərqlənirlər. Göstərilən büdcələr birlikdə büdcə sistemi adlanır.

Respublika dövlət büdcəsi funksional quruluşuna görə gəlir (mədaxil) və xərc (məxaric) hissələrdən ibarətdir.

Respublika dövlət büdcəsinin gəlirləri dövlət və qeyri-dövlət bölməsində yaranır.

Dövlət büdcəsinin gəlirlərinə (mədaxilinə) aşağıdakılar daxildir:

-fiziki şəxslərin gəlir vergisi; hüquqi şəxslərin mənfəət vergisi; torpaq vergisi; aksizlər; mədən vergisi; gömrük rüsumları; yol vergisi; birdəfəlik və dövlət rüsumları; dövlət əmlakının satışı və icarəsindən gəlirlər; vergi olmayan gəlirlər; xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan alınan kreditlər və qrantlar; pul-şey lotereyaları üzrə daxilolmalar; krreditlər üzrə faizlər; məqsədli büdcə fondlarının gəlirləri, neft fondundan ayırmalar və s.

Respublika dövlət büdcəsinin xərc (məxaric) istiqamətlərinə aşağıdakılar daxildir:

Azərbaycan Respublikasının dövlət və idarəetmə aparatının saxlanması, elm xərcləri, müdafiə xərcləri, hüquq-mühafizə orqanlarının xərcləri, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat xərcləri, mədəniyyət, incəsənət, idman, mənzil-kommunal xərcləri, dövlət investisiya xərcləri. İqtisadi fəaliyyətlə bağlı olan xərclər, beynəlxalq təşkitlatlara üzvlük haqqı, dövlətin xarici borcları üzrə xərclər, banklarla hesablaşma xərcləri, ekologiya ilə bağlı xərclər və s.

Dövlət büdcəsinin xərcləri mərkəzləşdirilmiş və yerli xərclərə bölünür. Onlar Respublika dövlət büdcəsi haqqında qanun müzakirə və təsdiq olunarkən müəyyənləşdirilir.

Dövlət büdcəsinin gəlir və xərc hissəsinin tarazlı (mütənasib) olması hər bir ölkənin sosial-iqtisadi inkişafına birbaşa təsir göstərir. Lakin büdcə kəsiri ölkədə maliyyə hadisəsi kimi labüddür və bir sıra səbəblər nəticəsində meydana çıxır. Dünyanın bütün ölkələrində pul vəsaitlərinin normal hərəkəti və istifadə olunması zamanı büdcənin gəlir və xərc hissələri arasında nisbət pozula bilir və büdcə kəsiri yaranır. Bəzi hallarda büdcənin formalaşması prosesində gəlirin xərclərdən artıqlığı vəziyyətinə də rast gəlinir. Belə artıqlıq dövlətin xəzinəsinin daha da artmasına təsir göstərir. Bu halda həmin büdcə profisitli büdcə adlanır. Məsələn, Azərbaycan Respublikasının 2006-cı il üçün dövlət büdcəsi gəlirləri - 3868,8 milyon manat, xərcləri 3790,1 milyon manat olmuşdur. Beləliklə, büdcə profisiti 91,9 milyon manat təşkil etmişdir.

Büdcə kəsiri (defisiti) dövlət büdcəsinin xərclərinin gəlirindən artıq olması deməkdir.

Büdcə kəsiri ölkənin sosial-iqtisadi inkişaf səviyyəsindən bilavasitə asılıdır və ölkənin hər il planlaşdırdığı maliyyə xərclərinin yerinə yetirilməsinə mənfi təsir göstərir. Dünya ölkələrinin təcrübəsi göstərir ki, büdcə kəsiri ölkənin ümumi milli məhsulunun 3-4 faizindən çox olduqda iqtisadiyyata daha güclü mənfi təsir göstərir.

Büdcə kəsirinin əmələ gəlmə səbəbləri aşağıdakılardır:

1. Ölkə iqtisadiyyatına və sosial sferaya böyük həcmdə dövlət vəsaitlərinin xərclənməsi;

2. Fövqəladə təbii və iqtisadi hadisələrlə bağlı olan xərclərin artması;

3. İqtisadiyyatda uzun müddət baş verən böhranla əlaqədar dövlət xərclərinin artması;

4. Ölkədə müdafiə xərclərinin artması.

Hər bir ölkədə iqtisadtiyyatın qeyri-sabitliyinin baş verməsi, iqtisadi fəaliyyət sahələrindən daxil olan vergilərin azalması gizli iqtisadiyyat sferasının vergilərdən yayınması, dövlət idarəetmə strukturları xərclərinin çoxalması halları büdcə kəsirinin artmasına ciddi təsir göstərir.

Dövlət büdcəsinin kəsirinin tədricən aradan qaldırılmasında daxili və xarici mənbələrdən istifadə edilir.

Dövlət büdcə kəsirinin örtülməsini həyata keçirmək üçün ilk növbədə yerli mənbələrdən: vergilərin sayının və vergi daxilolmalarının həcminin artırılması, gömrük rüsumları, əhalidən daxil olan vergilər və ödənişlər, özəlləşdirmədən daxil olan gəlirlər, bank ödənişləri, sığorta gəlirləri, uduş istiqrazları və s.dən istifadə edilir.

Dövlət büdcə kəsirinin aradan qaldrılmasında yerli mənbələrin təsiri zəif olduqda xarici mənbələrdən istifadə edir. Onlardan ən başlıcası xarici ölkələrdən, beynəlxalq banklardan alınan dövlət kreditləri və investisiya vəsaitidir. Azərbaycan Respublikası keçid iqtisadiyyatı dövründə dünyanın bir sıra ölkələrindən xeyli məbləğdə uzun müddətli və güzəştli faizlə kreditlər almış, xarici investisiyalardan istifadə edərək sosial-iqtisadi inkişafda mühüm irəliləyişlərə nail olmuşdur. Lakin bəzi hallarda kreditlərdən, xarici sərmayələrdən əsassız və səmərəsiz istifadə olunduğuna görə, onlar büdcənin gəlirlərinə o qədər də müsbət təsir etmir. Xüsusilə, dəqiq iqtisadi inkişaf proqramı olmadan büdcə xərclərinin süni olaraq artırılması və subsidiyaların ayrılması son nəticədə büdcə kəsirinin daha da artmasına və dövlət borcunun əmələ gəlməsinə səbəb olmuşdur.

Ümumiyyətlə, dövlət büdcəsinin kəsiri mənfi haldır. Lakin onun süni,. əsassız yollarla aradan qaldırılması daha böyük problemlər doğurur. Eyni zamanda əsassız emissiya etmək, süni olaraq dövlət borcunun əmələ gəlməsinə yol vermək məqsədəuyğun sayılmır.

Büdcə kəsirinin aradan qaldırılması tədbirlərinə əsasən aşağıdakılar daxildir:

1. Daha yüksək gəlirlərin əldə olunması məqsədilə büdcə vəsaitlərinin ən səmərəli sahələrə yönəldilməsi;

2. Maliyyə güzəştləri və sanksiyalardan daha çevik istifadə etməklə ictimai istehsalın stimullaşdırılması;

3. Dövlət büdcəsi hesabına maliyyələşdirilən sahələrin nisbətən ixtisar edilməsi;

4. Hərbi xərclərin azaldılması;

5. Daha vacib sosial proqramların maliyyələşdirilməsi;

6. Dövlət idarəetmə xərclərinin azaldılması;

7. Dövlət kreditlərindən və xarici sərmayələrdən səmərəli istifadə olunması, banklardan alınan kredit faiz dərəcələrinin artırılması;

8. Dövlət uduşlu istiqrazların və digər qiymətli kağızların buraxılmasına üstünlük verilməsi və s.

Dövlət büdcəsinin xərclərinin gəlirlərdən daha çox olması bir sıra sosial-iqtisadi problemlərin yaranmasına və dövlət borclarının əmələ gəlməsinə səbəb olur. Borcun alınması və qaytarılması borclanma adlanır. Dövlət borcları dedikdə, ölkənin deyil, yalnız hökumətin borcları nəzərdə tutulur. Dövlətin borclanması əslində dövlətin gələcəkdə haradansa əldə edəcəyi gəlirlərin sərf edilməsidir.

Dövlət borclanmasının səbəbləri bunlardır:

1.Müharibələrin, təbii fəlakətlərlə əlaqədar xərclərin maliyyələşdirilməsi;

2.İnvestisiyaların maliyyələşdirilməsi;

3.Büdcə tarazlığının təmin olunmaması;

4. Əvvəlki borcları qaytarmaq üçün borclanma.

Dövlət borcları müddət, mənbə, məcburiyyət əlamətlərinə görə təsnifləşdirilir.

Müddət əlamətlərinə görə dövlət borcları uzunmüddətli və qısamüddətli borclara bölünür. Belə borclara investisiyaların maliyyələşdirilməsi üçün kredit və kapital bazarlarından götürülən borclardır. Dövlət uzunmüddətli borclar almaqla uzunmüddətli dövlət istiqrazları buraxır.

Qısamüddətli borclar əsasən xəzinənin cari ehtiyacını ödəmək məqsədilə alınır.

Dövlət borclarının mənbəyinin bir hissəsini daxili maliyyə bazarlarından dövlət istiqrazları və qiymətli kağızların alqı-satqısı hesabına yaranan daxili borc təşkil edir. Bu borcları milli pul vahidi ilə asanlıqla ödəmək mümkündür. Bununla yanaşı daxili borcların mənbəyinə dövlətin əhaliyə (əmək haqqı), müəssisə və təşkilatlara, təqaüdçülərə, sosial müdafiəyə, kompensasiya məqsədlərinə və s. maliyyə borcları da daxildir.

Dövlətin daxili borclarının yaranması və daha da artması ölkə iqtisadiyyatında mövcud sosial-iqtisadi çətinliklərə səbəb olur. Xüsusilə, bu proses ölkə əhalisinin həyat səviyyəsinin aşağı düşməsinə ciddi təsir göstərir.

Daxili bazardan borc almaq imkanı olmadıqda dövlət xarici mənbələrdən borc almaq məcburiyyətində qalır. Xarici mənbələrdən borc, qiymətli kağızların satışı və ya birbaşa borc alınması yolu ilə əldə edilir. Həmin qiymətli kağızlar xarici ölkələrin valyutalarına uyğun olaraq buraxılır.

Xarici dövlət borcları aşağıdakı mənbələrdən əldə edilir:

  • xarici dövlətlərdən;

  • xarici dövlətlərin banklarından;

  • xarici dövlətlərin müəssisə və vətəndaşlarından;

  • beynəlxalq maliyyə-kredit təşkilatlarından.

Xarici borclanma kimi alınan kreditlərin əsas formaları bunlardır: investisiya, ixracat kreditləri və tədiyyə balanslarının tənzimlənməsi üçün verilən kreditlər. Xarici dövlət borcunda normal hal borcların və faizlərin vaxtında ödənilməsi hesab olunur.

Dövlət borclarının idarə olunmasında mühüm cəhətlərdən biri də dövlət borclarının möhkəmləndirilməsi və borcların əvəz olunması əməliyyatlarıdır.

Dövlət borclarının möhkəmləndirilməsi dedikdə borc məsrəflərinin azaldılması başa düşülür. Bunun üçün qısa və uzunmüddətli borcların uzunmüddətli və davamlı borclara çevrilməsi tədbirləri həyata keçirilir. Məqsəd borcun əsas məbləğlərinin ödəmə müddətini uzatmaq və borc məsrəflərinin məbləğlərini azaltmaqdır. Dövlət borclarının əvəz olunması əməliyyatlarının əsasını əsas məbləği eyni olan köhnə borcların aşağı yeni borclarla əvəz edilməsi durur. Dövlət borcları alternativsiz, könüllü və məcburi formalarda həyata keçirilir.

Borcların alternativsiz əvəzetmə formasında yüksək faizli qiymətli kağızın sahibi onun əvəzində aşağı faizli yeni qiymətli kağızlar qəbul etməlidir.

Könüllü əvəzetmə zamanı qiymətli kağız sahibi köhnə qiymətli kağızları saxlamaq və ya onu eyni borc məbləği dəyərinə daha aşağı faizli yeni qiymətli kağızlarla dəyişmək imkanına malikdir.

Dövlət borclarının məcburi əvəz edilməsi zamanı qiymətli kağız sahiblərinə birbaşa deyil, dolayı təzyiq göstərilir, dəyişiklikt haqqında xəbərdarlıq edilir.

Maliyyə sistemində dövlət büdcəsi ilə yanaşı büdcədənkənar xüsusi məqsədli fondlar fəaliyyət göstərir. Bu fondlar sosial-iqtisadi xarakter daşıyır və ciddi məqsədli təyinata malikdir. Büdcədənkənar fondların başlıca məqsədi əhaliyə sosial xidmət göstərilməsi, infrastruktur sahələrinin inkişafına təkan verilməsi və həvəsləndirilməsi, iqtisadiyyatın aparıcı sahələrinin intensiv fəaliyyətinə əlavə yardım göstərilməsi, yardımçı ehtiyat fondunun yaradılması və s. ibarətdir.

Azərbaycan Respublikasında mövcud qanunvericiliyə uyğun olaraq aşağıdakı büdcədənkənar xüsusi dövlət fondları fəaliyyət göstərir: Dövlət Yol Fondu, Sahmibkarlığa Kömək Milli Fondu, Neft Fondu, Təbiəti Mühafizə Ehtiyat Fondu, Meşələrin Qorunub Saxlanılması və Təkrar İstehsalı Fondu.

Azərbaycan Respublikasının 6 mart 1996-cı il tarixli qanununa əsasən büdcədənkənar dövlət fondlarının vəsaitlərinin xərclənməsinə nəzarəti gücləndirmək məqsədilə onlar Azərbğaycan Respublikasının Maliyyə Nazirliyi nəzdində baş dövlət Xəzinədarlıq idarəsində cəmləşdirilmişdir. Büdcədənkənar dövlət fondlarının gəlirləri müəssisə, idarə və təşkilatların məcburi tədiyyələri (ödənişlər) hesabına formalaşır.

Bunlarla yanaşı, respublikada əhalinin sosial müdafiəsi, sosial təminat, pensiya, məşğulluq, əlillərin sosial müdafiəsi üzrə büdcədənkənar fondlar da fəaliyyət göstərir ki, onlar dövlət büdcəsinin xərclərinin bir hissəsi hesabına formalaşır. Həmin fondlardan dövrü olaraq əhalinin müxtəlif kateqoriyalı təbəqələrinin sosial ehtiyaclarının ödənilməsi məqsədilə istifadə olunur.
§3. Yerli büdcələr: mahiyyəti və formalaşma mənbələri.
Dövlətin maliyyə sisteminin mühüm tərkib hissələrindən biri də yerli büdcələrdir. Yerli büdcələr yerli hakimiyyət və idarəetmə orqanlarına məxsus olan şəhərlərdə, rayonlarda, vilayət və ştatlarda yerli pul vəsaitləri fondları hesabına formalaşan büdcələrdir. Bir qayda olaraq yerli büdcələr dövlət büdcəsinin tərkibinə daxil olmur və nisbi müstəqilliyə malikdir.

Cəmiyyətdə yerli büdcələrin rolu ikinci dərəcəli hesab olunsa da, bütün dövlətlərin maliyyə sistemində onların payı 30-60 faizə qədər (ABŞ, AFR, Yaponiyada 50-60 faiz, Böyük Britaniya, Fransada – 30 faizdən yuxarı) təşkil edir. Yerli büdcələrin xərcləri hesabına ilk növbədə mənzil-kommunal obyektləri, yol tikintisi, məktəb, rabitə vasitələri, istilik sistemləri, mənzil tikintisi, bələdiyyə idarəetmə sistemi və s. maliyyələşdirilir. Bununla yanaşı yerli büdcələr hesabına yerli inzibati idarəetmə, polis, məhkəmə və prokurorluq orqanları maliyyələşir.

Yerli büdcələrin xərclərinin digər hissəsi şəhərlərin, rayonların, kəndlərin sosial-mədəni ehtiyaclarının ödənilməsinə, səhiyyənin və ekoloji tarazlığın qorunub saxlanılmasına yönəldilir.

Müasir dövrdə bütün ölkələrdə mərkəzləşmiş dövlət maliyyəsi ilə müqayisədə yerli maliyyə fondlarının da üstün artmasına xüsusi diqqət yetirilir. Belə ki, yerli idarəetmə orqanları cəmiyyətin siyasi və iqtisadi inkişafında mühüm rol oynayır ki, bu da yerli büdcələrin həcminin artmasından daha çox asılıdır. Yerli maliyyə sisteminin mühüm tərkib hissələrindən biri də xüsusi təyinatlı yerli fondlar (sosial xarakterli) və bələdiyyə fondlarıdır. Onlar müxtəlif yollarla formalaşır və təyinatı üzrə istifadə olunur. Hazırda Azərbaycanda bələdiyyə sisteminin daha da inkişaf etməsi və bələdiyyə fondlarının yaradılması və səmərəli istifadə olunması hesabına yerli büdcələrin pul vəsaitləri fondu daim artır.

Yerli büdcələrin gəlir hissəsi yerli gəlir daxilolmaları, yerli orqanlara məxsus olan müəssisələrin mənfəətindən vergilər hesabına, mərkəzi büdcədən subsidiya, dotasiya və bələdiyyə istiqrazlarının satışından əldə olunan pul vəsaitləri əsasında formalaşır.

Yerli vergilər bir neçə qrupa bölünür. Birinci qrup vergilər bütün ölkələrdə əsasən yerli büdcələrin formalaşmasına yönəldilir. Onlara torpaq vergisi, avtomobillərdən istifadə vergisi, qaz və elektrik enerjisindən istifadə haqqı və digərləri aiddir. İkinci qrup vergilər ölkənin vergi sisteminin xüsusiyyətindən asılıdır. Bəzi ölkələrdə vergilərdən büdcənin gəlir hissəsinin formalaşması üçün istifadə olunur. Digər ölkələrdə isə, məsələn, ABŞ-da gəlir və korporasiyaların mənfəət vergilərindən əsasən digər məqsədlər üçün istifadə olunur.

Yerli büdcələrə daxil olan xüsusi qrup vergilərdən biri də ticarətlə məşğul olan və onlara lisenziya verən təşkilatların vergiləridir.

Yerli hakimiyyət orqanları öz sərəncamlarında olan mülkiyyətdən istifadə edir və yerli büdcəyə əlavə pul vəsaitləri cəlb etmək imkanı əldə edirlər. Bir sıra ölkələrdə onlar torpaqları, əmlakı icarəyə verir və ondan icarə haqqı formasında gəlir əldə edirlər.

Yerli büdcələrin gəlir hissəsinə eyni zamanda cərimə ödənişləri, məhkəmə, notarius rüsumları, müxtəlif yardımlar daxildir. Qeyd etmək olar ki, yerli büdcələr hesabına yerli idarəetmə orqanlarının tam surətdə maliyyələşdirilməsi mümkün deyildir. Belə ki, yerli idarəetmə orqanlarının öhdəçiliyi təkcə yerli vəzifələrin yerinə yetirilməsi ilə deyil, hökumətin, ümumi dövlət proqramlarının həyata keçirilməsi ilə də bağlıdır.

Buna görə də, dövlət büdcəsi yerli büdcələrə kömək məqsədilə subsidiya və ya subvensiya formasında maliyyə yardımı ayırır. Həm subsidiya həm də subvensiya yerli büdcəyə dövlət dotasiyası hesab olunur.

Subsidiya – elə dotasiya növüdür ki, yerli idarəetmə orqanları ondan ümumi təyinatlı məqsədlər üçün istifadə edə bilərlər.

Subvensiya – elə dotasiya növüdür ki, ondan yerli idarəetmə orqanları yalnız xüsusi təyinatlı məqsədlər (körpülərin, məktəb binalarının tikintisi) üçün istifadə edə bilər. Yerli büdcənin gəlirlərində subsidiyanın payı 20-40 faizə qədərdir. Yerli idarəetmə orqanlarına məxsus olan yerli büdcələr nisbi müstəqilliyə malik olsalar da öz fəaliyyətində mərkəzi hakimiyyət orqanlarının qərarlarına istinad edirlər. Əks halda onlar tez bir zamanda subsidiya və subvensiya növlü mərkəzi büdcə dotasiyalardan azad ola bilərlər. Yerli büdcələrin kəsirli olması da xroniki haldır. Belə ki, yerli büdcələrin gəlirləri nəzərdə tutulan sosial-iqtisadi məqsədləri tam ödəyə bilmir. Ona görə də bələdiyyə istiqrazlarının buraxılışından və qiymətli kağızlar bazarında onların satışından istifadə olunur. Yerli orqanların qiymətli kağızlarla apardıqları əməliyyatlara mərkəzi hökumət daim nəzarət edir. Çünki, qiymətli kağızlarla əməliyyatların aparılması pul tədavülünün vəziyyətinə bilavasitə təsir edir. Yerli istiqrazların fəaliyyət müddəti 10 ildən 60 ilədək müəyyən olunur.


§4. Vergilərin mahiyyəti, növləri və funksiyaları. Vergilərin dərəcələri

Dövlətin sosial-iqtisadi vəzifələrinin yerinə yetirilməsində dövlət büdcəsinin gəlirlərinin mühüm hissəsini təşkil edən vergilər xüsusi yer tutur. Vergi qədim tarixi olan dövlət gəliridir. Vergilərin yaranma tarixi dövlətlərin təşəkkül tapması və cəmiyyətli siniflərə bölünməsi dövrünə təsadüf edir.

İlkin inkişaf dövrlərində vergilər əsasən natural formada mövcud olmuş və sonralar isə əmtəə-pul münasibətlərinin inkişafı ilə bağlı olaraq vergilərin pul formasında ödənilməsi zərurəti meydana çıxmışdır. İlk mütəşəkkil vergi sistemlərindən biri qədim Romanın vergi sistemidir. Roma vətəndaşları öz əmlakları və ailə vəziyyətlərinə görə təqdim etdikləri ərizəyə əsasən vergiyə cəlb olunmuşlar. Ümumiyyətlə, qədim Romada vergilərin sayı 200-dən artıq olmuşdur. Eramızdan əvvəl IV-III əsrlərdə vergi sisteminin inkişafı həm ümumdövlət, həm də yerli vergilərin yaranmasına gətirib çıxardı.

XVII əsrin əvvəllərindən başlayaraq vergilər büdcənin gəlir hissəsinin əsas mənbəyinə çevrilmişdir. XIX əsrdən başlayaraq vergilər öz inkişafında yeni bir mərhələyə qədəm qoymağa başladı. Yəni, bu dövrdə vergilərin sayı azalmış və onun hüquqi bazası yaranmışdır. Bu dövrdə hər bir ölkənin iqtisadi inkişafında vergilərin mühüm rol oynaması görkəmli iqtisadçıları da ciddi surətdə düşündürməyə başladı.

XX əsrin əvvəllərindən başlayaraq dünya ölkələrinin vergi sistemində əsaslı dönüş yarandı və dövlət büdcəsinin gəlirlərində birbaşa və dolayı vergilərin xüsusi çəkisi artmağa başladı. Beləliklə, vergi sistemi zaman keçdikcə inkişaf etmiş və insanların düşüncə tərzinə çevrilmişdir.

Vergilər dövlətin öz vəzifələrini yerinə yetirmək məqsədilə qanunvericilik əsasında fiziki və hüquqi şəxslərdən məcburi qaydada tutulan rüsumlardır.

Vergilərin iqtisadi funksiyası stimullaşdırmaq cəhətləri daha güclüdür. Belə ki, vergilər haqqında qəbul olunmuş qanun və qanunvericilik aktlarının məqsədəuyğun surətdə nəzərə alınması vergilərin stimullaşdırıcı rolunu daha da artırır. Vergilər maliyyə sisteminin mühüm tərkib hissəsi olmaqla dövlətin sosial-iqtisadi vəzifələrinin yerinə yetirilməsinə xidmət edir.

Azərbaycan Respublikasında vergi məcəlləsinə uyğun olaraq aşağıdakı vergi növləri tətbiq olunur. Bunlar birbaşa və dolayı vergi növlərinə bölünür.

Birbaşa vergilər vergi ödəyicilərinin dövlətə gəlirdən, əmlakdan və sərvətdən istifadəyə görə ödədikləri vergilərdir. Belə vergilərin obyekti kimi vergi ödəyicilərinin gəlirləri (əmək haqqı, mənfəət, faiz və s.) və əmlakın dəyəri (torpaq, bağ, mənzil, maşın, binalar və s.) çıxış edir.

Birbaşa vergilərə aşağıdakılar daxildir:

Müəssisələrdən mənfəət vergisi; əhalidən gəlir vergisi; torpaq vergisi; əmlak vergisi; royalti vergisi; mədən vergisi; birdəfəlik rüsum; təbii sərvətlərdən istifadəyə görə haqq və s.

Dolayı vergilər əmtəələrin, tariflərin və xidmətlərin qiymətlərinə əlavə olaraq qoyulmuş vergilərdir.

Dolayı vergilərə bunlar daxildir:

Əlavə dəyər vergisi; aksizlər; ixracat vergisi; gömrük rüsumu; istehlak vergisi; yol fonduna daxil olan vəsaitlər; yenidən qiymətləndirmədən daxil olan vəsaitlər; patentləşdirmədən daxil olan vəsaitlər və s.

Birbaşa vergilər üzrə:

  • mənfəətdən vergi – müəssisənin (firmanın) əldə etdiyi mənfəətdən dövlət büdcəsinə normativ əsasında ayrılan vergilərdir;

  • torpaq vergisi – torpaqdan istifadə ilə bağlı vergidir;

  • gəlir vergisi – fiziki şəxslərin və bütün vergi ödəyicilərinin gəlirlərindən tutulan vergidir. Gəlir vergisinin aylıq və illik vergi dərəcələri qəbul olunmuş qanunvericiliklə müəyyən olunur;

  • əmlak vergisi – bütün əmlak növlərindən istifadəyə görə ödənilən vergilərdir və s.

Dolayı vergilər üzrə:

  • əlavə dəyər vergisi – hüquqi və fiziki şəxslərin fəaliyyəti prosesində yaranan dəyər artımının qanunvericiliklə müəyyən olunan hissəsinin dövlət büdcəsinə ayrılan hissəsidir (hazırda bu vergi 18 % təşkil edir).

  • aksizlər – fransızca – aqrise, latınca aqriqere sözündən götürülmüş «kəsmək» deməkdir. Aksiz vergisi ölkə ərazisində kütləvi istehlak əmtəələrinə (qənd, çay, tütün, duz, kibrit, spirtli içkilər və s.), həmçinin kommunal, nəqliyyat və mədəni xidmət növlərinə (telefon, nəqliyyat yük daşımaları, avia və nəqliyyat biletləri, kinofilmlərin nümayiş etdirilməsi və s. üzrə) görə ödənilən vergidir.

  • gömrük rüsumu – ölkənin sərhədlərini keçən idxal, ixrac və tranzit əmtəələrinə görə ödənilən vergidir. Bu rüsumlar dövlət tərəfindən qanunvericiliklə müəyyən olunur;

  • nəqliyyat vergisi – bütün növ nəqliyyat vasitələrindən istifadəyə görə tutulan vergidir və s.

Vergilər sosial-iqtisadi təyinatından asılı olaraq iki başlıca funksiyanı yerinə yetirir.

1.Fiskal funksiya – onun köməyilə dövlətin bütün pul gəlirləri vergilər hesabına toplanır;

2.İqtisadi funksiya– onun vasitəsilə vergilər stimullaşdırıcı, məhdudlaşdırıcı və nəzarətedici formalarda iqtisadi fəaliyyətə təsir edir, cəmiyyətin sosial-iqtisadi problemlərinin həllində və bütövlükdə ictimai təkrar istehsal prosesinin hərəkətində başlıca rol oynayır.

Vergilərin tənzimləyici funksiyası onu ifadə edir ki, dövlət vergi aləti vasitəsilə bütün iqtisadi prosesi tənzimləyir və özünün iqtisadi siyasət tədbirlərini həyata keçirir.

Vergilər sistem halında olub fəaliyyət göstərir. Vergi sistemi ölkədə istifadə olunan bütün vergi növlərinin məcmusuna deyilir. Ümumiyyətlə dörd cür vergi sistemindən istifadə olunur:

  1. Proqressiv (mütərəqqi) vergi sistemi;

  2. Reqressiv (qeyri-mütərəqqi) vergi sistemi;

  3. Qarışıq vergi sistemi;

  4. Proporsional vergi sistemi.

Proqressiv vergi sistemi şəraitində vergi ödəyicilərinin gəlirləri artdıqca gəlirə tətbiq edilən verginin dərəcəsi də artır.

Reqressiv vergi sisteminə görə vergi ödəyicilərinin gəlirləri artdıqca tətbiq edilən vergi dərəcəsi aşağı salınır.

Qarışıq vergi sisteminə görə gəlirlərin artıb-azalmasından asılı olmayaraq vergi faizi ya dəyişmir, ya da müəyyən həddə qədər artır və sonra azalır, yaxud bunun əksinə olur.

Proporsional vergi sistemi şəraitində gəlirlərin artıb-azalmasından asılı olmayaraq eyni vergi dərəcəsi müəyyən olunur.

Vergiqoymanın əsas prinsipləri aşağıdakılardır:

1.Vergilərin məcburi ödənilməsi prinsipi, yəni bütün vergilərin ödənilməsi məcburi xarakter daşıyır.

2.Nemətlərin əldə olunması ilə əlaqəlilik prinsipi – yəni birbaşa vergilər əsasən nemət və sərvətlərdən istifadəyə görə müəyyən olunur.

3.Sosial ədalət prinsipi, yəni vergi növlərinin və vergi dərəcələrinin müəyyən olunmasında sosial ədalət prinsipi nəzərə alınmalıdır.

4.Dövlətlə təsərrüfat subyektlərinin mənafelərinin əlaqələndirilməsi prinsipi. Belə ki, bütün iqtisadi fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər vergi tələblərini vaxtlı-vaxtında yerinə yetirməli və dövlətin sosial-iqtisadi funksiyalarının yerinə yetirilməsinə kömək etməlidir.

5.Vergiqoymada səmərəlilik prinsipi, yəni vergilərin faydalılığının, möhkəmliyinin, elastikliyinin, davamlılığının qorunub saxlanmasıdır.

6.Vergiqoymada yığım prinsipi – yəni vergi ödəyicilərinin büdcəyə ödədikləri pul məbləği ilə onların öz gəlirləri arasında fərqin azalmasına xüsusi diqqət yetirilməlidir. Bu gəlir hesabına vətəndaşların yığımlarının artması baş verir.

Vergi dərəcəsi – hər bir vergi obyektinə görə (əmək haqqının, daşınmaz əmlakın hər vahidinə düşən verginin miqdarı) hesablanan vergi ayırmalarının kəmiyyətidir. Vergi daxilolmalarının həcmi vergi dərəcəsinin kəmiyyətindən daha çox asılıdır.


Amerika iqtisadçısı artur Laffer vergi dərəcələrinin kəmiyyəti ilə dövlət büdcəsinə daxil olan vergi vəsaitləri arasındakı asılılığı aşağıdakı qrafiki təsvir əsasında göstərmişdir.

Y

Yo







Y1 Y2



X Xo X2

0 X
Vergi dərəcəsi (Laffer əyrisi)

Burada: X - vergi dərəcələrinin səviyyəsi (faizlə);

Y - büdcəyə vergi daxilolmalarının orta illik həcmi;

X0 - optimal vergi dərəcəsi, yəni büdcəyə daxil olmaların maksimum həddi;

Qrafiki təsvir əsasında A.Laffer göstərmişdir ki, heç də daimi olaraq vergi dərəcələrinin artması dövlətin vergi gəlirlərinin çoxalmasına təsir etmir. Bəzi hallarda vergi dərəcələrinin öz həddini ötməsi halları büdcə daxilolmalarının səviyyəsinə bu və ya digər dərəcədə mənfi təsir göstərir. A.Lafferin tədqiqatı nəzəri və praktiki cəhətdən bir daha sübut edir ki, vətəndaşlar nə qədər varlı olarlarsa, dövlət də daha çox varlanar.
§5. Dövlətin fiskal siyasəti

Bazar iqtisadiyyatı şəraitində dövlətin sosial-iqtisadi funksiyalarının həyata keçirilməsində dövlətin fiskal siyasəti xüsusi rol oynayır. Belə ki, dövlət fiskal (vergi) siyasətini həyata keçirməklə iqtisadi proseslərə müdaxilə edir və dövlət büdcəsinin gəlirlərinin formalaşmasına bilavasitə təsir göstərir.

Dövlətin fiskal siyasəti dövlət büdcəsinin gəlir hissəsinin tam surətdə yerinə yetirilməsi məqsədilə vergi qoyuluşu sferasında həyata keçirilən tədbirlər sistemidir.

Dövlətin fiskal siyasətinin həyata keçirilməsi ölkədə iqtisadiyyatın bütün sahələrinin inkişafına, iqtisadi artımın təmin olunmasına, əhalinin məşğulluğunun təmin edilməsinə, inflyasiyanın səviyyəsinin tənzimlənməsinə birbaşa təsir göstərir.

Fiskal siyasətin nəzəri əsasları görkəmli ingilis iqtisadçısı C.M.keyns tərəfindən işlənib hazırlanmış və məcmu tələblə məcmu təklif amillərinin reallaşmasında dövlətin rolunun artması mexanizmi göstərilmişdir.

Müasir dövrdə dövlət fiskal siyasətin əsas istiqamətlərini həyata keçirməklə maddi və pul resurslarının daha çox hissəsini öz əlində cəmləşdirir və ölkə iqtisadiyyatının ən vacib problemlərinə sərf edir.

Azərbaycanda keçid iqtisadiyyatı şəraitində dövlət vergi siyasətini daha da gücləndirməklə fiskal siyasətin həyata keçirilməsinə güclü baza yaradır.

Artıq respublikada ümumi daxili məhsulun 45 faizi dövlət büdcəsi vasitəsilə yenidən bölüşdürülür. Xüsusilə, respublikada son dövrdə birbaşa və dolayı vergilərin dərəcələri tənzimlənmiş və onların büdcəyə daxil olması mexanizmi təkmilləşdirilmişdir.

Azərbaycanda dövlət büdcəsi kəsirli olsa da dövlət büdcəsinin gəlirləri ilə xərcləri arasında nisbətin tənzimlənməsində fiskal siyasət mühüm rol oynayır. Fiskal siyasət maliyyə büdcə siyasəti kimi də səslənir və qiymət, pul-kredit və digər siyasət formaları ilə qarşılıqlı surətdə əlaqədardır.

Azərbaycanda dövlətin fiskal siyasətinin həyata keçirilməsində vergi sisteminin təkmilləşdirilməsi xüsusi rol oynayır.

Azərbaycanda büdcəyə vergi daxilolmalarının həcmini aşağıdakı qaydada artırmaq olar:

1. Vergi ödəyicilərinin sayını artırmaqla;

2. Dolayı vergi ödəyən obyektlərin sayını artırmaqla;

3. Birbaşa və dolayı vergi qoyuluşunda vergi dərəcələrini artırmaqla.

Azərbaycanda vergi sisteminin təkmilləşdirilməsində yuxarıda göstərilən istiqamətlərin xüsusi rolu vardır. Xüsusilə, dövlətin fiskal siyasətinin reallaşmasında vergi ödəyicilərinin sayının artırılması olduqca zəruridir. Bunun üçün dövlət və özəl bölmələrdə fəaliyyət göstərən təsərrüfat subyektlərinin sayı daim artırılmalı, onlar üçün əlverişli şərait yaradılmalı və gəlir səviyyəsi çoxalmalıdır. Belə bir şəraitdə vergi ödəyicilərinin sayının artması hesabına vergi daxilolmalarının kəmiyyəti də artacaqdır.

Bununla yanaşı dolayı vergiləri ödəyən fəaliyyət növlərinin sayının artırılmasına da xüsusi diqqət yetirilməlidir. Yəni respublikada sahibkarlıq fəaliyyətinin bütün formalarına şərait yaradılmalı, onlara kömək məqsədilə uzun müddətli və güzəştli kreditlərin ayrılması təcrübəsi daha da gücləndirilməlidir.

Eyni zamanda dolayı vergi ödəyicilərinin fəaliyyətinə güclü nəzarət olunmalıdır. Vergi rejimi nisbətən tənzimlənməli, vergi yükü azaldılmalı, proqressiv və proporsional vergi sisteminə üstünlük verilməlidir.

Vergi sisteminə aid göstərilən tövsiyələr vaxtında nəzərə alınarsa, dövlətin fiskal siyasətinin həyata keçirilməsində müsbət irəliləyiş baş verər.

XY Fəsil

Gəlirlər, onların bölgüsü və yenidən bölgüsü. Həyat səviyyəsi.

Əhalinin sosial müdafiəsi.
1. Gəlirlər və onların bölgüsü.

2. Əhali gəlirlərinin formalaşması mənbələri və onların qeyri-bərabərliyi. Lorens əyrisi

3. Həyat səviyyəsi və onun göstəriciləri

4. Yoxsulluq və onun müəyyən edilməsi səbəbləri

5. Əhalinin sosial müdafiəsi
§1. Gəlirlər və onların bölgüsü
Gəlirlər bütün tarixi dövrlərdə iqtisadiyyatın inkişafı, ölkənin iqtisadi potensialının artırılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsinin daim fəaliyyət göstərən vacib istiqaməti kimi çıxış etmişdir və edir. Bazar iqtisadiyyatına keçidlə xarakterizə olunan hazırkı dövrdə kifayət qədər gəlirə və onun artım tempinə nail olmadan hər hansı bir mühüm sosial – iqtisadi problemi müvəffəqiyyətlə həll etmək mümkün deyildir. Odur ki, gəlirlər və onunla əlaqadar olan sosial-iqtisadi problemlər öz aktuallığı və əhəmiyyəti baxımdan həmişə diqqət mərkəzində olmuşdur.

Hələ vaxtı ilə merkantilizmin nümayəndələri A.Monkretyen,T.Mann, fiziokratların nümayəndələri F.Kene və J. Türqo, klassik siyasi iqtisadın nümayəndələri U.Petti, A.Smit, D. Rikardo, marksizmin nümayündələri K.Marks, F.Engels öz əsərlərində gəlir və onun formalarını mənsub olduqları siniflərin və məktəblərin mənafelerindən izah etmişlər. A.Smit “Xalqlar sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat ” əsərində ölkənin bütün illik məhsulunu üç hissəyə: torpaq rentasına, əmək haqqına, mənfətə bölmüş və onları xalqın üç müxtəlif sinfinin gəlirləri kimi xarakterizə etmişdir. K.Marks “Kapital əsərinin 3- cü cildində gəlirə müəyyən vaxt ərzində (bir il) yaradılan bütün yeni dəyər və ya onunla ölçülə bilən məhsul kimi baxmışdır. Həmçinin o, torpaq rentasından, əmək haqqından, mənfətdən və faizdən bəhs etmiş və onları yeni yaradılan dəyərdə ayrı-ayrı siniflərin, qrupların və ayrıca şəxsin mənimsədiyi pay kimi ifadə etmişdir.

Bazar iqtisadiyatı şəraitində istehsalın nəticəsi əmtəə forması alır və təkrar istehsal prosesində onların hərəkəti gəlirlərin formalaşması, bölgüsü və istifadəsi vasitəsilə həyata keçir. İstehlak şeylərinin natural bölgüsü baş verməzdən əvvəl pul gəlirlərinin bölgüsü baş verir. Cəmiyyət üzvləri öz təlabatlarını ödəmək üçün Ümumi Daxili Məhsuldan (ÜDM) onlara çatmalı olan payları ilk növbədə pul gəliri formasında əldə edirlər və sonra həmin pulu şəxsi istehlaklarını ödəmək üçün zəruri olan maddi nemətlərə və pullu xidmətlərə mübadilə edirlər. Buradan da iqtisadçılar gəlirlərə müəyyən məbləğ “pul”, “maddi nemət”, “xidmətlər axını “ kimi baxmışlar. Deməli, konkret formalarından asılı olmayaraq (xalis gəlir, şəxsi gəlir, əmək haqqı, mənfəət, renta, faiz) gəlir dəyərin bir hissəsini və ya dəyərin bu hissəsi ilə ölçülə bilən məhsulu ifadə edir və pul axını kimi üzə çıxır.

Gəlirlər kateqoriyasının mürəkkəb, geniş və əhatəli olması onun mahiyyətini başa düşməyi çətinləşdirdiyindən ona makro və mikro səviyyəsində yanaşmaq lazımdir. Makro səviyyədə gəlir dedikdə cəmiyyət miqyasında gəlir başa düşülür və bu zaman milli gəlir nəzərdə tutulur. Mikro səviyyədə gəlir dedikdə isə istehsal amilləri sahiblərinin gəlirləri - torpaq rentası, mənfəət, əmək haqqı və faiz nəzərdə tutulur.

Gəlirlərin bütün konkret formalari milli gəlirin ilkin və təkrar bölgüsü zamanı formalaşır. Milli gəlir cəmiyyətin hər bir üzvünün gəlirlərinin, eləcə də yaşayışının mənbəyidir. Milli gəlirin ilkin bölgüsü istehsal amillərinin sahiblərinin gəlirlərin yaranması ilə başa çatır və bölgünün birinci mərhələsini özündə əks etdirir. Lakin milli gəlirin ilkin bölgüsü ilə onun bölgüsü prosesi başa çatmır. Çünki gəlirlərin yalnız onu yaradanlar arasında bölüşdürülməsi cəmiyyətin bütün tələbatlarının ödənilməsi üçün kifayət etmir. Əhalinin bütün təbəqələrinin, qruplarının maddi və mənəvi tələbatlarının ödənilməsi, ölkənin müdafiə qüdrətinin möhkəmlənməsi və təhlükəsizliyinin təmin olunması, elmin, texnikanın inkişafı zərurəti milli gəlirin təkrar bölgüsünü zəruri edir.Bu bölgü maliyyə-kredit institutlarının, ictimai təşkilatların, qiymətli kağızların köməyi ilə baş verir və ayrı-ayrı şəxslərin, əhalinin bütün təbəqə və qruplarının gəlirlərinin formalaşması ilə başa çatır. Cəmiyyətdə təkrar bölgünün nəticəsi olan gəlirlər və ilkin gəlirlər fərqli kəmiyyətlərdir. Hazırda sosial demokrat bazar iqtisadiyyatı modeli ilə inkişaf edən ölkələrdə milli gəlirin bölgüsündə təkrar bölgünün xüsusi çəkisi getdikcə artır.

Milli gəlirin ilkin və təkrar bölgüsü əhalinin sərəncamında qalan gəlirlərinin formalaşması ilə başa çatır. Sərəncamda qalan gəlirlərin bir hissəsi şəxsi istehlaka gedir və qeyri – istehsal istehlakı üçün istifadə olunan maddi nemətlərdə reallaşır. Onun digər hissəsi isə gəlir sahibinin yaşayışının təmin edilməsinə gedir.

Bazar iqtisadiyyatı şəraitində milli gəlirlərin bölgüsü və onun insanların davranışına təsiri ilə bağlı iqtisadçılar arasında fikir ayrılığı mövcuddur. Bir qrup iqtisadçılar iqtisadi səmərəliliyi önə çəkərək milli gəlirin qeyri - bərabər bölgüşünü zəruri hesab edirlər. Digər qrup iqtisadçılar isə ümumi rifahı əsas götürərək milli gəlirlərin bərabər bölgüsünü vacib sayırlar.

İqtiadi sistemin bazar modelini sevən ölkələrdə milli gəlir bazar prinsipləri ilə bölüşdürülür. Bu prinsipə görə hər bir istehsal amilinin sahibinin gəliri həmin amildən əldə olunan son məhsula uyğun olmalıdır. Bu halda milli gəlir qeyri – bərabər bölünəcəkdir. Əgər tarixə nəzər salsaq görərik ki, inkişaf etmiş ölkələrdə milli gəlirin qeyri – bərabər bölgüsü cəmiyyətin bütün üzvlərinin gəlirlərinin, sərvətlərinin artmasının, onların gəlirləri arasında kəskin fərqlərin aradan qaldırılması və azalmasının, cəmiyyətin mövcudluğu və çiçəklənməsinin mühüm şərti və onun təsdiqi kimi çıxış edir. Beləliklə, milli gəlirin bölgüsü və yenidən bölgüsündən danışarkən bərabər bölgü ilə ədalətli bölgünü, qeyri- bərabərliklə ədalətsizliyi qarışdırmaq olmaz. Çünki, birincisi, burada cəmiyyətin iqtisadi inkişaf maraqları ilə insanların şəxsi maraqları kəsişir; ikincisi, qeyri - bərabər olan şey ədalətli, bərabər olan şey isə ədalətsiz ola bilər.

Milli gəlirin bölgüsündə ədalətlilik prinspi əmək qabiliyyətli bütün ölkə vətəndaşları əməyinə, mülkiyyət sahibləri mülkiyyətinə, sahibkarlar sahibkarlıq qabiliyyətinə, əmək və sahibkarlıq qabiliyyəti, mülkiyyəti olmayan əhali isə bir insan olaraq yaşamaq hüququna uyğun olaraq milli gəlirdən pay əldə etdikdə təmin edilmiş olur Şübhəsiz ki, burada gəlirlərin bərabər bölgüsü qeyri - mümkündür. Əmək sahibləri, mülkiyyət sahibləri, sahibkarlar da fərqli gəlirə malik olacaqlar, çünki onların həm gəlir əldə etməsi üsulu və forması, həm də qabiliyyəti və mülkiyyətin həcmi baxımdan bir - birindən fərqlənirlər. Deməli, milli gəlirin bölgüsü bərabər deyil, ədalətli ola bilər.

Bazar iqtisadiyyatı şəraitində milli gəlirin bölgüsü istehsalda iştirak və istehsalın nəticələrilə sıx əlaqələndirildiyindən, o əmtəə istehsalını, xidmətlər göstərilməsini və gəlirlərin həcmini müəyyən edən çox mühüm amil kimi çıxış edir. Doğrudur, bu əlaqənin güclənməsi labüdən milli gəlirin bölgüsündə qeyri-bərabərliyin dərinləşməsinə səbəb olur, lakin gəlirlərə görə qeyri-bərabərliyinin bu cür güclənməsi, iqtisadi baxımdan ədalət prinsipini daha da möhkəmləndirir. Odur ki, bu mühüm cəhəti nəzərə almadan bərabər bölgü dalınca qaçmaq cəhdi iqtisadi səmərəliliyi azalda bilər. İqtisadi səmərəliliyin azalması isə bir qayda olaraq iqtisadi artımın aşağı düşməsinə və iqtisadi tənəzzülə, ÜDM və şəxsi gəlirin azalmasına səbəb olar.

Gəlirlərin iqtisadi məzmunun başa düşülməsində nəzəri və praktiki baxımdan əhəmiyyət kəsb edən məsələlərdən biri də nominal və real gəlirlərin fərqləndirilməsidir. Bazar iqtisadiyyatı şəraitində istehsalın nəticəsi olan yeni yaradılan məhsul və ya yeni yaradılan dəyər pulla ifadə olunduğundan gəlirlər də ilk növbədə pul gəlirləri formasında üzə çıxır. Praktikada gəlirlər pul formasında üzə çıxdığından onlara hər şeydən əvvəl, nominal və real pul gəlirlər nöqteyi-nəzərdən yanaşılır. Yeni yaradılan dəyərin mövcud qiymətlərlə bu cür ifadə olunması nominal pul gəlirlər adlanır və cəmiyyətin illik pul gəlirlərinin səviyyəsini xarakterizə və ifadə edir. Lakin cari qiymətlərdə ifadə olunan nominal pul gəlirləri gəlirlərin real artımını tam və dəqiq əks etdirə bilmir. Ona görə də müqayisəli (dəyişməz) qiymətlərlə də ölkədə yeni yaradılan dəyəri qiymətləndirmək vacibdir. Bu yolla hesablanan gəlir real pul gəliri adlanır və o, qiymət dəyişiklərini nəzərə almaqla hesablanan nominal pul gəlirlərini özündə əks etdirir. Gəlirlərin göstəriciləri aşağıdakı sxemdə əks olunmuşdur.
Gəlirlərin əsas göstəriciləri


Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə