Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com



Yüklə 6,62 Mb.
səhifə22/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   ...   18   19   20   21   22   23   24   25   ...   40

Сярянъамында олан

эялир

Номинал эялир

Реал эялир


Müəyyən dövr üçün Vergilər və digər məcburi Əldə etdiyi gəlirə alacağı

alınmış əmtəə tədiyyələr çıxılan nominal əmtəə və xidmətlər.

pulun ümumi miqdarı gəlirlər

«Мал иля тямин олунмуш» эялир

«Халис» эялир

«щесабланмыш» эялир



Sxem 1. Gəlirlərin göstəriciləri
§2. Əhali gəlirlərinin formalaşması mənbəələri və onların qeyri-bərabərliyi.

Lorens əyrisi

Əhali gəlirləri dedikdə müəyyən vaxt ərzində milli gəlirin cəmiyyət üzvlərinin sərəncamına daxil olan və onların şəxsi gəlirləri formasında üzə çıxan hissəsi başa düşülür. Əhalinin istehlak səviyyəsini müəyyən edən bu gəlirlər pul və natural formada çıxış edir və insanların çox müxtəlif fəaliyyətinin nəticəsi kimi meydana çıxır. Bu fəaliyyət sahələri içərisində cəmiyyət üçün əhəmiyyətli olanı iqtisadi fəaliyyətdir. Odur ki, əhali gəlirlərindən danışarkən hər şeydən əvvəl, iqtisadi fəaliyyətdən əldə olunan gəlirlər əsas götürülür. Əhalinin pul gəlirlərinə əmək haqqı, mənfəət, pensiyalar, təqaüdlər, müxtəlif növ yardımlar, müavinətlər, faiz, renta, dvidend, kənd təsərrüfatı məhsullarının satışından gəlirlər və s. daxildir. Natural gəlirlərə isə ev təsərrüfatları tərəfindən şəxsi istehlak üçün istehsal olunan məhsullar aiddir.

Bazar iqtisadiyyatlı ölkələrdə əhalinin gəlirləri əsasən dörd başlıca mənbədən formalaşır:

- əmək gəliri ( əmək haqqı);

- mülkiyyətdən və sahibkarlıq fəaliyyətindən gəlir (dividend, faiz, renta, mənfəət);

- sosial transfertlər (pensiya, işsizliyə görə müavinət, yardımlar, köməklər və i.a.);

-şəxsi yardımçı və fermer təsərrüfatından gəlirlər.

Sxemdə pul gəlirlərinin strukturu təsvir olunmuşdur


Ясас эялирляр



Ямяк щаггы, рента, фаиз,мянфяят




Милли


эялир

Тягацд, мцавинят, пенсийа вя с.



Трансферт тядиййяляр

Диэяр дахил олмалар



Сящмляря эюря дивиденд, йыьымдан

фаиз вя с.





Sxem 2. Pul gəlirinin strukturu
Ölkələr əhalinin məcmu gəlirlərinin tərkibi baxımdan bir-birindən fərqlənirlər. Burada ölkənin hansı inkişaf modelinin seçməsi xüsusi rol oynayır. Liberal və sosial bazar iqtisadiyyatı modelini seçən ölkələrdə əhalinin məcmu gəlirlirində əmək gəlirləri, sosial – demokrat inkişaf modelini əsas götürən ölkələrdə isə sosial ödəmələr daha böyük, yüksək xüsusi çəkiyə malik olur. Azərbaycan da bu baxımdan istisna təşkil etmir. Azərbaycan sosial bazar iqtisadiyyatı modelini seçdiyindən müxtəlif illərdə əhalinin aylıq adambaşına pul gəlirlərində əmək gəliri 35-60 %, sosial transfertlər 6 -13 % , kənd təsərrüfatı məhsulları və s. satışlardan gəlir 8-19 %, digər gəlirlər (sahibkarlıq fəaliyyətinin, mülkiyyətin, qiymətli kağızların və s. gətirdiyi gəlirlər) 9-40 % arasında dəyişmişdir.

Əhali gəlirlərinin rəsmi statistikada göstərilən istiqamətləri, mənbələri ilə yanaşı, onun qeyri-leqal mənbələri də mövcuddur və bu gəlirlər iqtisadiyyatımızın hazırki vəziyyətində əhalinin həyat səviyyəsinə müəyyən dərəcədə təsir göstərir. Qeyri-leqal gəlirlərin əldə olunmasının iki mühüm istiqaməti mövcuddur. Birinci istiqamət, ümumi kriminal mənşəli əməksiz gəlir olub, reket, rüşvət, oğurluq, korrupsiya, narkobiznes, qaçaqmalçılıq, dillerlik və s. ilə əlaqədardır. Bu cür fəaliyyətin nəticəsində əldə olunan gəlirlər çox məhdud bir qrup adamın əlində toplanır. İkinci istiqamət isə birincidən fərqli olaraq keçid iqtisadiyyatı və onun doğurduğu gizli iqtisadiyyatı ilə bağlıdır. Buraya gizli sex, sahə, müəssisə, lisenziyası olmayan küçə ticarəti və digər fərdi əmək fəaliyyətindən gələn gəlirlər aıddır.

Gizli iqtisadiyyat bu və ya digər dərəcədə dünyanın bütün ölkələri üçün xarakterikdir. XX əsrin sonlarında inkişaf etmiş ölkələrdə gizli iqtisadiyyat ÜMM-in 3- 25 % səviyyəsində olmdur. Dağılma ərəfəsində olan SSRİ- də gizli iqtisadiyyat ÜMM-in 5 - 7 %-i həddində idi. Polşada və Macarıstanda isə dövlət bölməsində çalışan işçilərin 50-70 %- i gizli iqtisadiyyatın bu və ya digər növü ilə məşğul olmuşdur.

Dünyanın əksər ölkələrində əhalinin aylıq adambaşına pul gəlirlərində insan kapitalı üzərində mülkiyyətdən gələn gəlir - əmək haqqı daha çox xüsusi çəkiyə malik olduğundan onun üzərində nisbətən geniş dayanaq. Hazırda geniş tədris olunan “Ekonomiks” dərsliyində K.Makkonnell və S.Bryu əmək haqqı dedikdə əməyin istifadəsi, onun ödənilən qiyməti nəzərdə tuturlar. Əmək haqqının ödənidməsinin iki forması vardır: işə və vaxta görə əmək haqqı. Vaxta görə əmək haqqı işlənmiş vaxta görə verilir və adətən işçinin fərdi əmək payını müəyyən etmək mümkün olmayan sahələrdə tətbiq olunur. Hazırda vaxta görə əmək haqqı daha böyük xüsusi çəkiyə malikdir. Sənayecə inkişaf etmiş ölkələrdə işçilərin 70-80-%-i vaxta görə əmək haqqı alırlar. İşə görə əmək haqqı isə görülmüş işin miqdarına görə verilən əmək haqqıdır və bir qayda olaraq işçinin fərdi əmək payını müəyyən etmək mümkün olan sahələrdə tətbiq olunur. Sahibkarlar bu və ya digər əmək haqqı formasını tətbiq edərkən yuxarda qeyd olunan cəhətlə yanaşı daha çox mənfəət əldə etmək istəyini də reallaşdırmağa cəhd edirlər. Odur ki bəzən bir müəssisədə hər iki əmək haqqı forması eyni vaxtda tətbiq oluna bilər.

Əmək haqqı formaları bir çox sistemlərdə tətbiq olunur. Bura ənənəvi sistemlərdən (müstəqim, mükafatlı, akkord və s.) başqa, yaşa və staja görə əmək haqqı, mənfəətin artırılmasında roluna görə əmək haqqı, mənfəətdə iştiraka görə əmək haqqı və s. daxildir.

Əmək haqqından danışarkən nominal və real əmək haqqını da fərqləndirmək lazımdır. Nominal əmək haqqı fəhlənin pul formasında aldığı əmək haqqıdır. Lakin o, işçinin və ailəsinin necə yaşadığını qiymətləndirməyə imkan vermir. Odur ki praktikada işçinin necə yaşadığına, həyat səviyyəsinə qiymət verilərkən onun real əmək haqqından istifadə olunur. Real əmək haqqı yaşayış vasitələrində ifadə olunan nominal əmək haqqıdır. Onun səviyyəsi nominal əmək haqqından, vergilər və digər məcburi ödənişlərdən, istehlak şeylərinin qiymətlərindən asılıdır.

Bazar iqtisadiyyatlı ölkələrdə gəlirlər bazar prinsipləri əsasında bölüşdürüldüyündən, bazar və onun fəaliyyət mexanzmi daha çox iqtisadi vəzifələrin həllinə yönəldiyindən şəxsi gəlirləridən əldə etdikləri payın həcmi baxımından əhali qeyri - bərabər vəziyyətdə olur və bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Qeyd etmək yerinə düşər ki, əhali gəlirlərinin qeyri - bərabərliyinin abstrakt imkanı hələ şəxsi gəlir yaradılana və bölüşdürülənə qədər mövcud olur. İnsanların təhsili, peşə hazırlığı, risk etmək bacarığı, sosial-iqtisadi vəziyyəti müxtəlifdir, iqtisadi ehtiyyatlar, o cümlədən də, torpaq, kapital cəmiyyət üzvləri arasında qeyri-bərabər bölünmüşdür, ayrı-seçkilik amilindən bəşəriyyət hələ də xilas olmaq iqtidarında deyildir və s. Bu amillərin hər biri əhalinin gəlirləri formalaşarkən uyğun istiqamətlər üzrə öz təsirini göstərir və son nəticədə gəlirlərdə qeyri - bərabərliyə səbəb olurlar.

İstehsal resursları və onlardan istifadəyə görə gəlirlər





Капитал

ямяк

торпаг

сащибкарлыг (сащибкарлыг габилиййяти)

Resursların növləri

ямяк


щаггы

рента

мянфяят

фаиз



Gəlirin növləri



Sxem 2. İstehsal amilləri iştirakçılarının gəlirləri.
Əhali gəlirlərinin qeyri-bərabərliyıni əyani təsəvvür edərkən Lorens (Amerikan iqtisadçısı və statistiki, 1876-1959 - cu illər ) əyrisindən istifadə edilir. Qrafikdə OE xətti - gəlirlərin mütləq bərabər bölgüsünü və cəmiyyətdə hər 20 % əhalinin şəxsi gəlirdən 20% pay əldə etdiyini; F nöqtəsi isə şəxsi gəlirlərin mütləq qeyri-bərabər bölgüsünü və cəmiyyətdə 1 % əhalinin məcmu gəlirlərin hamısını mənimsədiyini göstərir. OabsdE - Lorens əyrisi isə əhalinin adambaşına gəlirlərin faktiki bölgüsünü göstərir ( Şəkildə 2005 – ci ildə Azərbaycanda əhalinin adambaşına gəlirlərinin faktiki bölgüsü əks olunmuşdur).




Şəkil 1

Lorens əyrisi.

Oabsd E əyrisi OE xəttindən nə qədər çox kənarlaşarsa əhalinin adambaşına gəlirlərinin qeyri - bərabərliyi də bir o qədər yüksək olur. Qrafikdən aydın göründüyü kimi əhali tərəfindən gəlirlərin mütləq bərabər və mütləq qeyri-bərabər bölgüsü yalnız nəzəri cəhətdən mümkündür. Lakin bir ölkədə əhali gəlirlərinin qeyri-bərabərliyınin yüksək, digər ölkədə isə az olması mümkündür. Əgər biz dünya ölkələrində əhalinin adambaşına düşən gəlirlərin həcminə görə qeyri-bərabərliyınə nəzər salsaq görərik ki, sosial-demokrat bazar iqtisadiyyatı modelini seçən ölkələrdə gəlirlərin qeyri-bərabərliyı daha aşağıdır və bir qayda olaraq bu siyahıda gənc dövlətlər öndə gedirlər.

Gəlirlərin qeyri - bərabərliyi dərəcəsini müəyyən edərkən Cinni əmsalından istifadə olunur. Bu məqsədlə İtalyan iqtisadçı - statistiki Korrado Cinni ( 1884-1945 – ci illər) Lorens əyrisilə mütləq bərabərlik xətti arasındakı sahəni OFE-in sahəsilə müqayisə etmişdir.

C = S1 : S

C - Cinni əmsalı; S1 - Lorens əyrisilə mütləq bərabərlik xətti arasındakı sahə; S - OFE-in sahəsidir.

Bu əmsal sonralar iqtisad elminə Cinni əmsalı adı ilə daxil olunmuşdur. Cinni əmsalı mütləq bərabərliklə ( OE ) mütləq - qeyri bərabərlik arasında (F ) yerləşir və 0 -1 arasında dəyişir. 1994 - 2005 – ci illərdə Azərbaycanda Cinni əmsalı azalan istiqamətdə dəyişmiş və hazırda 0,293 təşkil edir. 1992-ci ildə ABŞ-da 0,480, 1994-cü ildə Braziliyada 0,634, 1995-ci ildə Polşada 0,272, 1997-ci ildə Rusiyada 0,378 olmuşdur.

Əhalinin adambaşına gəlirlərinin diferensiallaşma dərəcəsinin müəyyən edilməsinin üsullarından biri də desil əmsalıdır. Desil əmsalında ən aşağı və ən yüksək gəlir desilləri müqayisə edilir. 2005- ci ildə Azərbaycanda desil əmsalı 3,3, bu ərəfədə ABŞ-da desil əmsalı – 6,0, İsveçdə – 3,0, Rusiyada – 16,0 olmuşdur. Azərbaycanda gəlirlərin differensiallaşması dünyanın inkişaf etmiş ölkələrindən və təhlükəsizlik həddindən (8,0 dəfə) aşağıdır.

Əhali gəlirlərin qeyri-bərabərliyınin müəyyən edilməsinin üsullarından biri də yoxsul, aztəminatlı, təminatlı və yüksək təminatlı əhali qrupları üzrə gəlirlərin diferensiallaşmasının müəyyən edilməsidir. Bu zaman hər bir ölkənin sosial-iqtisadi inkişafı ilə şərtlənən və xarakterizə olunan istehlak büdcəsindən istifadə edilir. İstehlak büdcəsi burada əhali üzrə gəlirlərin sərhəddinin müəyyənedicisi kimi çıxış edir.
§3. Həyat səviyyəsi və onun göstəricilər.
Cəmiyyət üzvlərinin necə yaşamasını xarakterizə etmək üçün həyat səviyyəsi kateqoriyasından və onun göstəricilərindən istifadə olunur. O, cəmiyyət üzvlərinin təkrar istehsalı ilə bağlı olub, insanların fiziki, sosial və mənəvi tələbatlarının ödənilməsi dərəcəsini ifadə edir.

Həyat səviyyəsindən danışarkən ilk öncə məhdud və geniş mənada həyat səviyyəsini fərqləndirmək lazımdır. Məhdud mənada həyat səviyyəsi ailənin real gəlirlərinin həcmini, əmtəə və xidmətlərin faktiki istehlakı səviyyəsini əks etdirir. Geniş mənada həyat səviyyəsi isə ailə üzvlərinin sosial-iqtisadi vəziyyətini və onun bütün tələbatlarının ödənilməsi səviyyəsini xarakterizə edir. Bu zaman onların ərzaq və qeyri-ərzaq məhsulları, tibbi xidmətlərlə təminatı, əmək və məişət şəraiti, asudə vaxtın miqyası və istifadəsi nəzərə alınır. Həmçinin müqayisə məqsədilə mikro, makro və qlobal səviyyədə həyat səviyyəsini də fərqləndirmək lazımdır. Mikro səviyyədə həyat səviyyəsi dedikdə müxtəlif əhali qruplarının, makro səviyyədə həyat səviyyəsi dedikdə bütövlükdə ölkə əhalisinin, qlobal səviyyədə həyat səviyyəsi dedikdə isə müxtəlif ölkələrdə həyat səviyyəsi nəzərdə tutulur.

XX əsrin sonlarana qədər ölkələrdə həyat səviyyəsini xarakterizə etmək üçün ümumi iqtisadi inkişaf səviyyəsini əks etdirən göstəricidən istifadə olunurdu. Belə bir göstərici ÜMM və ya ÜDM idi. Lakin bu göstərici ümumi olduğundan reallığı heç də düzgün əks etdirə bilmirdi. Belə ki, son məlumatlara görə ABŞ - da ildə 10,2 trilyon ABŞ dolları, Yaponiyada 4,3 trilyon ABŞ dolları, Almaniyada 2,4 trilyon ABŞ dolları, Çində 1,2 trilyon ABŞ dolları dəyərində ÜDM istehsal olunmasına baxmayaraq adambaşına düşən ÜMM həcminə, buradan da həyat səviyyəsinə görə ABŞ dünya ölkələri içərisində 3 - cü, Yaponiya 4-cü, Almaniya 9-cu yerdə, Çin isə inkişaf etməkdə olan ölkələrlə bir sırada gedir. Odur ki, qlobal miqyasda həyat səviyyəsini xarakterizə etmək üçün 1990-cı ildən başlayaraq BMT-nin təşəbbüsü ilə yeni göstərici - “insanın inkişafı indeksi” tətbiq edilməyə başlanmışdır.

“İnsanın inkişafı indeksi”- ni hesablayarkən üç mühüm göstəricidən istifadə olunur. Bu göstəricilərə adambaşına düşən real ÜDM, doğulandan ölənə qədər gözlənilən ömrün uzunluğu və təhsil səviyyəsi daxildir. BMT-nin müəyyən etdiyi normalara görə ölkədə “insanın inkişafı indeksi” 0,5- ə qədər olarsa o, aşağı, 0,5 - 0,8 arasında olarsa orta, 0,8-dən yuxarı olarsa yüksək həyat səviyyəli hesab olunur. “İnsanın inkişafı indeksi” göstəriciləri içərisində adambaşına düşən real ÜDM göstəricisi xüsusi rol oynayır. Ölkədə adambaşına nə qədər çox real ÜDM düşərsə, digər şərtlər dəyişməz qaldıqda əhalinin gəlirləri, buradan da həyat səviyyəsi bir o qədər yüksək olar. Son məlumatlara görə dünyada adambaşına düşən ÜDM-in həcminə görə Norveç, İsveçrə, ABŞ, Yaponiya, Danimarka, İsveç, Böyük Britaniya, Honq Konq (Çin), Finlandiya, Fransa, Almaniya və b. öndə gedirlər. Bu ölkələrdə adambaşına düşən ÜDM dünyanın zəif inkişaf etmiş ölkələrindən dəfələrlə yüksəkdir. Azərbaycanda 2005-ci ildə adambaşına 1518 ABŞ dollar məbləğində gəlir düşmüşdür.

“İnsanın inkişafı indeksi” göstəriciləri içərisində doğulandan gözlənilən ömrün uzunluğu da əhəmiyyətli rol oynayır. Bu göstərici həm əhalinin gəlirləri, həm də onların istehlak səviyyəsi ilə sıx bağlıdır. Dünyada ən uzun ömürlülər ölkəsi Niderlandiya, Norveç, Yaponiya, İsveç, İsveçrə, Finlandiya, Fransa, İtaliya, Böyük Britaniya, Belçika, Kanada, Avstraliya, Avstriya, Almaniyadır (orta ömür 78-82 il). 2005 - ci ildə Azərbaycanda bu göstərici 72,4 il, o cümlədən, kişilər üzrə 69,6 il, qadınlar üzrə 75,1 il olmuşdur. MDB-yə daxil olan ölkələr arasında Azərbaycan 2- ci yerdədir.

“İnsanın inkişafı indeksi” göstəriciləri içərisində əhalinin təhsil səviyyəsi də xüsusi rola malikdir. 2005- ci ildə Azərbaycanda əhalinin hər 1000 nəfərindən 911-nin (91,1%) ali və orta (tam və natamam) təhsili olmuşdur. Dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə (95-99 %) kəmiyyət baxımdan bu pis göstərici deyildir.

İnsanın inkişafı indeksi” ümumiləşdirici göstərici olub, qlobal səviyyədə müxtəlif ölkələrdə həyat səviyyəsini müqayisə etmək və ölkədə həyat səviyyəsində baş verən dəyişiklikləri müəyyən etmək baxımından qiymətli olsa da, ölkə daxilində həyat səviyyəsi haq­qında tam və dolğun təsəvvürə malik olmağa imkan vermir. Odur ki ölkədə həyat səviyyəsini dolğun xarakterizə etmək üçün istehlak səviyyəsi göstəricisindən də istifadə etmək lazımdır.

İqtisadiyyat inkişaf etdikcə əhalinin istehlak xərcləri artır və onların sturukturu əhəmiyyətli dərəcədə yaxşılaşır. İstehlak xərclərində baş verən bu müsbət dəyişikliklər həyat səviyyəsinin müəyyən edilməsində xüsusi rolu olan qida məhsullarının adambaşına istehlakında da əhəmiyyətli dəyişikliyə səbəb olur. Faktlar göstərir ki, 2001-2005-ci illərdə Azərbaycanda ÜDM iki dəfə, əhalinin istehlak xərcləri orta htsabla 1,63 dəfə artdığından əksər ərzaq məhsullarının istehlakı 1990 - cı il səviyyəsinə yaxınlaşmış, bəzi məhsullar üzrə isə (balıq və balıq məhsulları, çörək və çörək məhsulları, kartof, tərəvəz və bostan məhsulları) bu səviyyəni keçmişdir.

Həyat səviyyəsi ərzaqla yanaşı qeyri-ərzaq malları və xidmətlər istehlakı səviyyəsindən və mədəni ehtiyaclarını ödənilməsi dərəcəsindən də asılıdır. Bu baxımdan əhalinin mənzilə olan təlabatlnın ödənilməsi və onların abadlıq şəraiti xüsusi rol oynayır. 2005- ci ildə Azərbaycanda orta hesabla bir sakinə düşən yaşayış sahəsi ölkədə 12,5 kv. metr təşkil etmişdir. Ölkədə mənzillərin 16,8 %-nin mərkəzi isitmə sistemi, 54,0 %-nin telefonu, 90,7 %-nin kanalizasiyası, 64,6 %-nin vanna, duş, hamamı, 57,4 %-nin şəbəkə qazı, 52,2 %-nin isti su təhcizatı, 73,0%-nin su kəməri olmuşdır.

Həyat səviyyəsini əks etdirən göstəricilərdən biri də bir yaşına çatmamış uşaq ölümüdür. Ölkədə həyat səviyyəsi yüksək olduqca uşaq ölümü də az olur. Uşaq ölümü inkişaf etmiş ölkələr üçün ən böyük bəla hesab edilir və cəmiyyət ona qarşı bütün vasitələrlə mübarizə aparır. Azərbaycanda da uşaq ölümü son dövrlərdə azalmağa başlamışdır. Bir yaşına çatmamış ən çox uşaq ölümü 1993-cü ildə (28,2 nəfər) olmuşdur. 2005 -ci ildə isə bu göstərici 9,3 - ə enmişdir. Uşaq ölümünün yüksək olması əhali gəlirlərinin az olması və aşağı templərlə artması, qida çatışmazlığı, mənzillərin abadlıq şəraiti, səhiyyənin yarıtmaz vəziyyəti və s. ilə əlaqədardır. Faktlar göstərir ki, Azərbaycanda uşaq ölümünün 45,0%-dən çoxu qidalanma və mənzil şəraiti ilə bağlı olan tənəffüs orqanlarının xəstəliklərilə əlaqədardır.

Əhalinin həyat səviyyəsini əks etdirmək baxımından sosial-mədəni xidmət sahələrinin inkişafı və onların səmərəli yerləşdirilməsi də çox əhəmiyyətlidir. ölkəmizdə iqtisadi islahatların ilk dövrlərində əsas diqqət və maliyyə resursları iqtisadiyyatın maliyyə cəhətdən sağlamlaşdırılmasına və makroiqtisadi göstəricilərin stabilləşdirilməsinə yönəldildiyindən sosial sahə və onun problemləri arxa plana keçirilmişdir. Maliyyə vəsaitlərinin çatışmaması səbəbindən sosial-mədəni obyektlərin mövcud səviyyəsini qoruyub saxlamaq mümkün olmamış, bəzi xidmət sahələri, müəssisələri bağlanmış, fəaliyyətdə olan müəssisələrin göstərdiyi xidmətlərin keyfiyyəti aşağı düşmüş, təklif olunan xidmətlərin böyük əksəriyyətinin pullu olması ölkə vətəndaşlarının həyat səviyyəsinə mənfi təsir göstərmişdir. 1990 -2006- ci illərdə Azərbaycanda məktəbə qədər uşaq müəssisələri 421, kitabxanalar 601, klub müəssisələri 917 ədəd azalmışdır. Teatrların sayı (professional) 10 ədəd artdıgı halda teatra gələnlərin sayı isə 832 min nəfər azalmışdır. Bu sahədəki çatışmazlıqların aradan qaldırılması üçün lazımi dövlət tədbirləri həyata keçirilir.

Səhiyyənin inkişafı əhalinin həyat səviyyəsi göstəriciləri içərisində xüsusi rol oynayır. Ölkədə müasir tibb texnikası və yüksək ixtisaslı həkimlərlə təmin olunmuş nə qədər çox səhiyyə müəssisələri olarsa əhalinin sağlamlığı, onun təminatı da bir o qədər yüksək olar. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropada səhiyyənin vəziyyəti haqqında son hesabatında göstərilir ki, Almaniya, İsveçrə və Avropanın digər inkişaf etmiş ölkələrində səhiyyə sistemi və göstərilən xidmətlər yüksək səviyyədədir. Azərbaycanda 2005-c1 ildə səhiyyəyə çəkilən xərclər ildə adambaşına 20 ABŞ dolları olmuşdursa, bu göstərici İsveçrədə 2794 ABŞ dolları, Norveçdə 2612 ABŞ dollarına bərabərdir. Avstriya, Belçika, Almaniya, İslandiya, Fransa və İsveçrədə yalnız dərman preparatlarının alınmasına ildə adambaşına 300 ABŞ dolları xərclənmişdir. Səhiyyənin zəif inkişafı ölkədə yod çatışmazlığı ilə bağlı xəstəliklərin, eləcə də müxtəlif yoluxucu xəstəliklərin – vərəmin, difteriyanın, malyariyanın, dəmir çatışmazlığı anomiyası, qazanılan imunitet çatışmazlığı sindromunun (QİÇS) və mənşəyi bəlli olmayan onlarca başqa xəstəliklərin yayılmasına səbəb olmuşdur.

Həyat səviyyəsini qiymətləndirmək baxımından asudə vaxtın həcmi və ondan istifadə səviyyəsi də əhəmiyyətlidir. Ölkə sosial-iqtisadi cəhətdən nə qədər inkişaf edirsə asudə vaxtdan istifadənin səmərəliyi də bir o qədər yüksək olar. Keçid dövründə bir sıra müəssisələrin maliyyə, texniki və s. problemlərlə əlaqədar bağlanması, istehsal güclərindən tam istifadə edilməməsi, infrastrukturun pozulması, işsizlik, yaşayış minimunun bahalaşması adamları gecə-gündüz işləmək məcburiyyətində qoymuş, bayramlar və istirahət günləri arzuolunmaz etmiş, asudə vaxt problemi arxa plana keçmişdir.

БМТ бейнялхалг статистикасында щяйат сявиййяси эюстяриъиляр системи


Əhalinin doğum, ölüm və digər demoqrafik xaraterikstikası

Sanitar-gigyenik həyat səviyyəsi

Mənzil şəraiti

Təhsil və mədəniyyət

Əmək və məşğulluq şəraiti

Əhalinin gəlir və xərcləri

Həyat dəyəri və istehslak qiymətləri

İstirahətin təşkili

Nəqliyyat vasitələri

Sosial təminat

Şəxsiyyətin azadlığı
BMT-nin qiymətləndirməsinə görə hazırda Azərbaycan da həyat səviyyəsi baxımdan orta yaşayış səviyyəsinə (0,5-0,8) malik ölkələr sırasına çıxmışdır. MDB-yə daxil olan ölkələrdən yalnız Rusiya, Belarusiya, Ukrayna və Qazaxstan Azərbaycandan öndə gedirlər. Dünya üzrə ilk yerlərdə isə Norveç, İsveç, Avstraliya, Kanada və Niderland gedirlər.


§4. Yoxsulluq onun müəyyən edilməsi və səbəbləri
Dünyanın bütün ölkələri əhalinin adambaşına aylıq gəlirlərin və istehlak xərclərinin həcminə, quruluşuna, həyat səviyyəsinə görə əhəmiyyətli dərəcədə qeyri-bərabər vəziyyətdədirlər. Bir çox ailələr yoxsul və aztəminatlı olmaqla digər ailələrdən fərqlənirlər. Yoxsulluq və aztəminatlılıq inkişaf səviyyəsindən asılı olmayaraq bütün, xüsusilə də, inkişaf etməkdə olan ölkələr üçün səciyyəvidir və bu son onilliklərdə dünyada ümumbəşəri problemə çevrilmişdir.

Yoxsulluq ölkədə elmi cəhətdən müəyyən olunmuş minimum yaşayış normalarına malik olmayan cəmiyyət üzvülərinin sosial-iqtisadi vəziyyətini ifadə edən kateqoriyadır. Təcrübədə o yaşayış minimumu kimi müəyyən olunur. Yaşayış minimumu minimum istehlak səbətinin dəyərilə icbari ödənişlərin məcmundan ibarətdir. Minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri- ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusunu əks etdirir və sosial – demoqrafik qruplar, bir nəfər və ailələnin xərc maddələri üzrə formalaşdırılır.

Yoxsulluq istehlak xərclərinin kəmiyyətindən (həddindən) asılı olaraq mütləq və nisbi yoxsulluğa ayrilir. Ölkə əhalisinin sosial yardımlar almaq hüququnu müəyyən edərkən bu bölgü - mütləq və nisbi yoxsulluq xüsusi əhəmiyyət daşıyır. Mütləq yoxsulluq minimum həyat səviyyəsi olub, insanların qida məhsullarına, mənzilə və geyim şeylərinə olan fizoloji tələbatları ilə müəyyən olunur. Az təminatlı və təmin olunmuş əhali ilə müqayisədə onların əmək haqlarının, pensiyaların minimumu, müavinətlərin və digər sosial ödənişlərin səviyyəsi aşağı olur. 2003-2005-ci illəri əhatə edən YAİİDP mütləq yoxsulluq həddi kimi Azərbaycanda ayda adambaşına 24 AZN (25,8 ABŞ dolları) müəyyən edilmişdir və ölkə əhalisinin 49%-nin aylıq gəlirinin mütləq yoxsulluq həddindən aşağı olduğu üzə çıxmışdır.

Nisbi yoxsulluq isə ölkədə orta rifah səviyyəsinə nisbətən minimum istehlak səbətinin neçəyə başa gəldiyini göstərir. Azərbaycanda nisbi yoxsulluq həddi adambaşına orta istehlak xərclərinin səviyyəsinin 60%-i həddində müəyyən edilmişdir. Rusiyada bu orta gəlirlərin 40% -i, Avropa İttifaqına üzv ölkələrdə ev təsərrüfatı xərclərinin 50 %-i həcmində müəyyən olunmuşdur.

Dünya ölkələri XX əsrin 90-cı illərinin ortalarına qədər yoxsulluq həddini dəyərcə qiymətləndirmək üçün adambaşına ildə 275-370 ABŞ dollarından istifadə etmişdir. Ən aşağı hədd (275 ABŞ dolları) həyat səviyyəsinin o qədər yüksək olmadığı Hindistanda tətbiq olunmuşdur. Yoxsulluğun yuxarı göstəricisi isə (370 ABŞ dolları) inkişaf etməkdə olan ölkələrdə tətbiq edilmişdir. XXI əsrin başlanğıcında dünya əhalisinin 2,8 milyard nəfərinin gündəlik gəliri 2 ABŞ dollarından, 1,2 milyard nəfərinin gündəlik gəliri isə 1 ABŞ dollarından aşağı olmuşdur. İnkişaf etməkdə olan ölkələrin əhalisinin 1/3-i bu sonuncu kateqoriyaya aid edilir. Bunun təqribən 600 milyon nəfərdən çoxu ən yoxsullara aiddir və onlar yalnız minimum ərzağa olan tələbatını ödəyirlər.

Yoxsulluq, onların miqdarı və sıraları daim təzələnir və dəyişir. ölkədə ÜDM artdıqca yoxsulların ümumi sayı azalır. Bununla yanaşı, cəmiyyət inkişaf etdikcə onun hər bir üzvünün təlabatları da artır. Təlabatlar və onların ödənilməsi imkanı artdıqca yoxsulluğun həddi də yüksəlir. Əgər 2001- ci ildə ölkə əhalisinin 49%-i mütləq yoxsul olmuşdursa, 2003- cü ildə görülmüş tədbirlər nəticəsində bu rəqəm 44,7 % - ə, 2005 - ci ildə 29,3% - ə qədər azalmış, 2007 – cı ildə isə onu minimuma endirmək nəzərdə tutulmuşdur, hazırda bu rəqəm 20%-dir.

Yoxsulluq nəinki yoxsulların özləri üçün, eyni zamanda cəmiyyət üçün çox böyük bəladır. Əgər cəmiyyətin müəyyən bir hissəsi yoxsulluq içərisində yaşayırsa, bütövlükdə bu ölkədə firavanlıqdan danışmaq olmaz.

Yoxsul əhali ilə yanaşı onlardan qismən yaxşı yaşayan aztəminatlı əhali də mövcuddur. Əhalinin o hissəsi aztəminatlı hesab olunur ki, onlar yoxsul əhali ilə təmin olunmuş əhali arasında olurlar. Bir qayda olaraq aztəminatlı əhalinin əməyinin ödənilməsi səviyyəsi, pensiya təminatı və onun səviyyəsi, aldıqları təqaüdlərin məbləği təmin olunmuş əhali ilə müqayisədə aşağı olur. Praktikada aztəminatlı əhalini müəyyən edərkən aşağı hədd kimi yaşayış minimumu, yuxarı hədd olaraq isə minimum istehlak büdcəsi götürülür. Başqa sözlə aztəzminatlı əhalinin gəlirləri yaşayış minimumu və minimum istehlak büdcəsi arasında olur. Minimum istehlak büdcəsi burada insanların normal həyat fəaliyyətini təmin etmək üçün zəruri olan əmtəə və xidmətləri ifadə edir. Yaşayış minimumu isə yoxsulluğun yuxarı həddi və aztəminatlığın aşağı həddi kimi çıxış edir və aztəminatlı əhalinin qoruyucusu funksiyasını yerinə yetirir.

Əgər əhalinin adambaşına gəlirləri minimum istehlak büdcəsindən yüksək olarsa, onlar təmin olunmuş və yüksək təminatlı hesab olunur və bir qayda olaraq daha zəngin istehlak səbətinə malik olurlar.
§5. Əhalinin sosial müdafiəsi
Bazar iqtisadiyyatı şəraitində dövlətin fəaliyyətinin çox mühüm istiqamətlərindən biri də sosial sahə ilə bağlıdır.

Hələ vaxtı ilə bütün bəlaların kökünü azad rəqabətdə axtaran Sismondi iqtisadi azadlığın dövlət tənzimlənməsi ilə əvəz olunmasının vacibliyini qeyd edirdi və göstərirdi ki, insanların maddi rifahı dövlətdən asılıdır. Sismondinin bu fikirlərini daha da inkişaf etdirən C.S. Mill isə göstərirdi ki, bəzi fəaliyyət dairələri fərdlərə kifayət qədər mənfəət əldə etməyə, azad rəqabət isə bir sıra iqtisadi problemləri həll etməyə imkan vermir. Ona görə də dövlət ölkədə infrastrukturların yaradılması, elmin inkişafı və s. xərcləri öz üzərinə götürməlidir və sosial təminatın dövlət sistemi yaradılmalıdır. Onlarla həmfikir olan C.M.Keyns isə aşağı gəlirli əhali qruplarının mənafelərinin qorunması üçün gəlirlərin yenidən bölgüsünün vacibliyini əsaslandırmışdır.

Dünya ölkələrinin, xüsusilə də, keçid iqtisadiyyatlı ölkələrin daha çox üzləşdiyi yoxsulluq, aztəminatlılıq və həyat səviyyəsinin pisləşməsi sonda sosial narazılığa və digər neqativ hallara səbəb olduğundan dövlət cəmiyyətin aztəminatlı üzvlərinin həyat səviyyəsinin mühafizəsinin və əhalinin sosial müdafiəsini təşkil edir. Bu məqsədlə dövlət bir sıra vacib tədbirlər həyata keçirir. Sosial sahədə dövlətin yerinə yetirdiyi vəzifələr çoxşaxəli olduğundan onları aşağıdakı kimi qruplaşdırmaq olar:

- əhalinin həyat səviyyəsinin stabilləşdirilməsi və kütləvi yoxsulluğun qarşısının alınması;

- işsizliyin artımının qarşısının alınması və onların maddi cəhətdən təmin olunması;

- antiinflyasiya tədbirləri həyata keçirməklə əhalinin real gəlirlərinin stabilliyinin qorunub saxlanması;

- sosal siferaya aid olan sahələrin inkişaf etdirilməsi.

Dövlətin sosial siyasətində əhali gəlirləri ilə bağlı siyasət xüsusi yer tutur. Bazar və onun tənzimləmə mexanizmi sosial proqramlar üçün nəzərdə tutulmamışdır. O, hər şeydən əvvəl iqtisadi vəzifəni yerinə yetirir və məhdud iqtisadi ehtiyatlardan səmərəli istifadəyə yönəlmişdir. Sosial ədalət prinsipindən çıxış edərək əhalinin gəlirlərini formalaşdırmaq onun funksiyası deyildir.Bazarın bu etinasızlığı humanizm nöqteyi nəzərindən əhali gəlirlərinin formalaşmasına dövlətin tənzimləyici müdaxiləsini, gəlirlərdəki qeyri-bərabərliyin, yoxsulların, aztəminatlıların azaldılması və gəlirlərin mühafizəsi istiqamətində fəaliyyət göstərməsini zəruri edir.

Dövlətin gəlirlərlə bağlı siyasətinin həyata keçirilməsi müəyyən prinsipal çətinliklərlə bağlıdır. Bura hər şeydən əvvəl, milli gəlirin həcmi daxildir. Çünki məhz ölkədə yaradılan milli gəlirin həcmindən asılı olaraq onun əhalinin şəxsi istehlakına sərf olunan hissəsi və gəlirlərdəki fərqlərin azaldılması imkanı da formalaşır. İkincisi, insanların heç də hamısı ölkədə gəlirlərdəki qeyri - bərabərliyin arzu olunmazlığı haqda düşünmür və yalnız həddən artıq qeyri - bərabərliyin və yoxsulluğun əleyhinədirlər. Üçüncüsü, gəlirlərdəki qeyri - bərabərliyin insanların mənafelərilə bağlı olmasıdır. Hər bir insanın mənafei hər şeydən öncə onun yaşayışının maddi əsasını təşkil edən, qabiliyyətlərinin və mülkiyyət hüququnun reallaşması forması kimi üzə çıxan gəlirlər vasitəsi ilə baş verdiyindən burada birmənalı qərarın qəbul edilməsi qeyri mümkündür.

Demokratik cəmiyyətlərdə dövlət əhalinin sosial müdafiəsini təşkil etmək üçün bir sıra məqsədyönlü qabaqlayıcı praktiki tədbirlər və sosial proqramlar həyata keçirir. Buna əyani misal olaraq Azərbaycanda müstəqilliyin ilk illərində qəbul olunan qanunları və Dövlət Proqlamlarını göstərə bilərik. Belə ki, Azərbaycanın Milli Məclisi 1991-1995 ci illərdə «Əhalinin məşğulluğu həqqında», «Vətəndaşların pensiya təminatı haqqında », «Əlillərin sosial müdafiəsi haqqında», « Minimum istehlak büdcəsi haqqında», «Vətəndaşlvrın pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında», «Məzuniyyətlər haqqında» çox vacib qanunlar qəbul etmişdir və hazırda onlar daha da təkmilləşdirilir. Bu sırada 2003-2005-ci illəri əhatə edən «Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı», «Azərbaycan Respublikasının regionlarının sosial – iqtisadi inkişafının Dövlət Proqramı»-nı xüsusilə qeyd etmək lazımdır. Bu Dövlət Proqramları iri vəsait tutumlu olmaqla yanaşı onların həyata keçirilməsi ölkədə yoxsulların sayının minimuma endirilməsində, regonlarda sosial inkişafın tarazlaşmasında, və əhalinin sosial müdafiəsinin güclənməsində mühüm mərhələ olacaqdır.

Əhalinin sosial müdafiəsi tədbirlərinin əsasında elmi cəhətdən əsaslandırılmış yaşayış minimu durur. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununda qeyd olunur ki, yaşayış minimumu əhalinin aztəminatlı təbəqələrinə dövlət tərəfindən ünvanlı sosial yardım göstərilməsi sisteminin formalaşmasında və tətbiqində, əhalinin aztəminatlı təbəqələrinin rifahının yüksəldilməsi konsepsiyasının və Dövlət Proqramlarının hazırlanmasında, əhalinin həyat səviyyəsinin qiymətləndirilməsində və proqnozlaşdırılmasında, fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən hədinin əsaslandırılmasında, əhalinin pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilmçsində əsas rol oynayır. «Azərbaycan Respublikasında 2007 -ci il üçün yaşayış minimumu və ehtiyac zənbili haqqında» Azərbaycan Respublikasının Qanununda 2007- ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına orta hesabla 64 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 70manat, pensiyaçılar üçün 49,7 manat, uşaqlar üçün 52 manat nəzərdə tutulmuşdur.

Dövlət vətəndaşların sosial müdafiəsini sosial sığorta və dövlət yardımları proqramları əsasında təşkil edir. Sosial sığorta proqramları sosial sığorta fondunun vəsaiti hesabına həyata keçirilir və fondun vəsaiti sığorta olunanlardan tutulan məcburi sığorta ayırmaları hesabına formalaşır. Dövlət yardımları proqramları isə Dövlət Büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

Yoxsul və aztəminatlı əhalinin gəlirlərinin mühafizə edilməsində ünvanlı sosial müavinətlər (sosial ödənişlər, müavinətlər, icbari ödənişlərdən güzəştlər və s.) müstəsna əhəmiyyətə malikdir. Bu müavinətlər qocalara, xəstələrə, əmək qabiliyyətini müvəqqəti itirənlərə, heç bir gəliri olmayanlara və s. verilir.

«Azərbaycan Respublikasında 2007–ci il üçün yaşayış minimumu və ehtiyac zənbili haqqında» Azərbaycan Respublikasının Qanununda ünvanlı sosial yardımların təyin edilməsi məqsədilə ehtiyac meyarının 2007-ci il yanvar ayının 1- dən 35 manat, 2007-ci ilin iyulun 1-dən isə 40 manat məbləğində müəyyən edilmişdir.

Əhalinin sosial müdafiəsində əmək pensiyalarının baza hissəsinin qaldırılması və onun indeksləşdirlməsi xüsusi rol oynayır. Ölkədə yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pesiyasının baza hissəsi ildən - ilə artırılır.

«Yaşa görə əmək pensiyalarının baza hissəsinin artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2007- ci ilin yanvarın 1-dən bu məbləğ 40 manat müəyyənləşdirilmişdir.

Qeyd olunan bu sosial müdafiə tədbirləri ilə yanaşı Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə aztəminatlı vətəndaşların rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədilə 2007-ci ilin fevral ayından yaşa görə 30 manat, əlilliyə görə əlillik dərəcələrindən və qruplardan asılı olaraq 20-75 manat, ailə başcısını itirməyə görö 25 manat, bir yaşadək uşağı olan aztəminatlı ailələrə 15 manat, uşaqın anadan olmasına görə 35 manat, dəfn üçün 65 manat müavinət vermək nəzərdə tutulmuşdur.

2007-ci ildə enerjidaşıyıcılarının qiymətlərinin qaldırılması əhalinin az təminmatlı hissəsinin real gəlirlərinin və həyat səviyyəsinin aşağı düşməsi ilə sonlandı. Bunu nəzərə alaraq Dövlət başçısı aztəminatlı əhalinin həyat səviyyəsinin aşağı düşməsinin qarşısını almaq məqsədilə 2007-ci ilin fevralın 1-dən büdcədən mliyyələşən işçilərin əmək haqlarının 25% artırılması, minimumum əmək haqqının və yaşa görə pensiyanın baza hissəsinin 50 manata qaldırılması ilə bağlı sərəncam imzalamışdır.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bu qeyd olunanlarla yanaşı aztəmiatlı əhaliyə hər ay ərzağa dəyişilən ərzaq talonlarının verilməsi, xüsusi proqramlar üzrə yüksək səviyyədə pulsuz səhiyyə xidmətinin həyata keçirilməsi, ailə başçısını itirən uşaqlı ailələrə xüsusi yardımların ödənilməsi bir çox cəhətdən səmərəlidir. Bu baxımdan İngiltərə Skandinaviya ölkələrinin təcrübəsi təqdirəlayiqdir. Bu ölkələr "ümumi rifah dövləti" istiqamətində daha irəli getmişlər. Məsələn, İngiltərədə "beşikdən qəbrədək" adlı proqrama uyğun olaraq dövlət uşaq doğulduğu andan başlayaraq ona kömək yardımlar göstərməyə başlayır. Bu yardımlar kamillik yaşına çatanadək davam etdirilir. Bütün ömrü boyu o, pulsuz tibbi xidmətlə əhatə olunur, işsiz qaldıqda, xəstələndikdə, pensiyaya çıxdıqda yardım alır, daim dövlət qayğısını hiss edir.

Əhalinin sosial müdafsinin təmin edilməsi istiqamətlərindən biri də gəlirlərin indeksləşdirilməsidir. Gəlirləri mühafizə etmək vətəndaşların alıcılıq qabiliyyətini qoruyub saxlamaq üçün əhalinin pul gəlirləri əmanətləri qiymət indeksinə uyğun artmalıdır. Çünki, bu tədbir pensiyaçıların və büdcədən maliyyələşdirilən vətəndaşların həyat səviyyəsini inflyasiya dövründə qismən də olsa kompensasiya etməyə imkan verir. Bunu əsas götürərək ölkə prezidenti «Əmək pesiyası haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2007-ci ilin yanvarın 1-dən əmək pensiyalarının sığorta hissəsinin sığorta olunanların fərdi hesablarının sığorta hissəsinə toplanan pensiya kapitalının istehlak qiymətləri indeksinin 2006- il üzrə səviyyəsinə uyğun indeksləşdirilməsini həyata keçirmək barədə xüsusi srəncam imzalamışdır.

Yuxarda qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, dövlətin əlində əhalinin sosial müdafiəsi ilə bağlı kifayət qədər təsirli vasitələr vardır. Odur ki, dövlət iqtisadi imkan daxilində bu vasitələrdən səmərəli və məqsədyönlü istifadə etməli, aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirməli və yoxsulların sayının minimuma endirməlidir.

XYI Fəsil.

İQTİSADİ İDARƏETMƏ VƏ TƏNZİMLƏMƏ.

MENECMENT VƏ MARKETİNQ
1. İdarəetmə: məzmunu və strukturu.

2. İqtisadi idarəetmə: məzmunu, obyektləri, subyektləri.

Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə