Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com


XIII Fəsil. PUL-KREDİT SİSTEMİ VƏ PUL - KREDİT SİYASƏTİ



Yüklə 6,62 Mb.
səhifə18/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   ...   14   15   16   17   18   19   20   21   ...   40

XIII Fəsil.

PUL-KREDİT SİSTEMİ VƏ PUL - KREDİT SİYASƏTİ



1. Pul və onun funksiyaları.

2. Pul sistemi, onun mahiyyəti və tipləri.

3. Pul kütləsi və onun quruluşu. Pul aqreqatları.

4. Pula olan tələb və pul təklifi.

5. Kredit: mahiyyəti, funksiyaları, mənbəələri və formaları.

6. Banklar, onların növləri və funksiyaları.

7. Qiymətli kağızlar bazarı.

8. Dövlətin pul- kredit siyasəti.

9. İnflyasiya: mahiyyəti, səbəbləri və sosial-iqtisadi nəticələri. Antiinflyasiya tədbirləri
§1. Pul və onun funksiyları. Pul sistemi anlayışı və onun tipləri.
Pul bizim gündəlik həyatımızın ayrılmaz tərkib hissəsidir. Ancaq pul həmişə olmamışdır və o tarixi inkişafın məhsuludur, konkret şəraitdə meydana gəlməmişdir. Onun meydana gəlməsilə əmtəə mübadiləsi prosesində mövcud olan bir çox çətinliklər aradan qalxmışdır.

Tarixi inkişaf prosesində müxtəlif formalı pullar meydana gəlmiş, inkişaf etmiş və mükəmməl bir şəkil almışdır. İlkin mərhələlərdə pul rolunda çıxış edən əmtəələr həm pul funksiyasını yerinə yetirmitş, həm də adi əmtəə kimi alınıb satılmışdır. Məsələn, xəz dəri, buğda, bəzək əşyaları, qızıl, gümüş və s.

Bazar münasibətləri inkişaf etdikcə pula olan təlabat artır və tədavülə simvolik pullar (kağız pullar, xırda pullar) buraxılır.

Mübadilə əlaqələrinin sonrakfı inkişafı kredit pullarının meydana gəlməsinə səbəb oldu.

Pul mütləq likvidlik qabiliyyətinə malikdir, yəni başqa hər hansı bir əmtəəyə, əlavə xərc çəkmədən, dəyişmək qabiliyyətinə malikdir.

Müasir pullar ənənəvi pullardan fərqlidir. Dövlət, bir tərəfdən ödəniş vasitəsi funksiyalarını yerinə yetirən pulları dövriyyəyə buraxır, onlar iqtisadiyyatda qanuni olaraq tədiyələri ödəyir. Bu zaman tədavülə qədər pul buraxmağın lazım olduğunu Məkəzi Bank dövlətlə razılaşdırır.

Müasir pullar dekret pullardır və hökumət mübadilə zamanı onların qəbul olunmasını və borcların ödənilməsinin qanuni vasitəsi olduğunu əvvəldən elan edir (bildirir). Digər təfədən də, ölkənin əhalisi tədavülə buraxılmış kağız pulların mübadilə vasitəsi olduğunu qəbul edir və öz dövlətinin buraxdığı pulların etibarlılığını təmin edəcəyinə inanır.

İqtisadiyyatda pul mühüm funksiyaları yerinə yetirir və buna görə də əhalinin pula tələbi vardır. Əhali pulu onun yerinə yetirdiyi funksiyalarına görə qiymətli sayır. Müasir ədəbiyyatda pulun aşağıdakı dörd funksiyası göstərilir: 1) hesab vahidi; 2) mübadilə vasitəsi; 3) dəyərləri saxlamaq vasitəsi; 4) ödəniş (tədiyə) vasitəsi.

Pulun hesab vahidi funksiyası. Barter iqtisadiyyatında pul rol oynamır və burada ticarət əmtəələrin nisbi qiymətləri ilə aparılır. Mübadilə prosesində nə qədər çox əmtəə olarsa, bir o qədərdə çox nisbi qiymətlər olur. Buradan da obyektiv olaraq bütün əmtəələr üçün vahid bir ölçünün olması zərurəti meydana gəlir. Belə bir vahid ölçü rolunda pul çıxış edir və bütün əmtəələrin dəyəri pulda ifadə olunur, qiymətlər isə pul ifadəsində ortaya çıxır.

Pulun mübadilə vasitəsi funksiyası. Əmtəənin mübadiləsi zamanı hər iki iştirakçının tələbləri ödənilməlidir, yəni taxıl satana parça lazımdırsa, parça satana da taxılın lazım olması gərəkdir. Mübadilə ancaq bu halda baş tuta bilər. Ancaq mübadilə olunacaq əmtəələrin sayı çoxaldıqca ciddi problemlər yaranır. Belə ki, taxıl satana parça lazımdırsa, parça satana yağ lazımdır. Yağ satana isə nə taxıl və nə də parça lazımdır, ona da qazan lazımdır. Bu problemi pul həll edir. Pul alqı satqıda vasitəçi olur. Bu halda Ə-Ə mübadilə formulası Ə-P-Ə formulası ilə əvəz olunur ki, bu da əmtəə tədavülü adlanır. Mübadilə vasitəsi olaraq pul kimi əvvəl qızıl və gümüşdən istifadə olunur. Sonralar isə kağız pullar kəsilir (X11 əsrdə Çində) və tədavül vasitəsi olaraq istifadə edilir.

Pul həm dəyərləri saxlamaq vasitəsi funksiyasını yerinə yetirir. Sərvət yığıb saxlamağın müxtəlif vasitələri vardır onlardan biri puldur Bu zaman pul yığım vasitəsi funksiyasını yerinə yetirir insanların öz sərvətlərini dəyər-pul formasında saxlamalarına xidmət edir. Əgər inflyasiya yoxdursa pul sərvət torlamağın ən rahat formasıdır.

Pulun tədiyyə (ödəniş) vasitəsi funksiyası öhdəliklər və borclarla bağlıdır. Borclar uçota alınır və ödənilir. Bu zaman pul ödəniş (tədiyyə) vasitəsi funksiyasını yerinə yetirir. Pul əsasən alınmış borcların, kreditlərin ödənilməsi zamanı tədiyyə vasitəsi rolunda çıxış edir.

Beləliklə, pul dörd başlıca funksiyanı yerinə yetirən aktivdir və yüksək likvidliyə malikdir. Yəni o istənilən vaxt istənilən əmtəə ilə mübadilə oluna bilər. Qeyd etmək lazımdır ki, markisist təlimə (klassik təlimə) görə göstərilən funksiyalarla yanaşı pulun dəyər ölçüsü olmaq və dünya pulu kimi funksiyaları da vardır.

Müasir dünyada pul artıq öz əmtəə təbiətini itirmişdir. Qızıl daha pul rolunda çıxış etmir, buna görə də qızıl sikkələr buraxılmır. Ancaq dünya bazarında qızıl yüksək likvidliyə malik olduğu üçün dövlətlər onu öz ehtiyatları kimi yığıb saxlayırlar.

Qızılın pul kimi tədavüldən çıxması və pul funksiyasını dayandırması qızılın demonetizasiyası adlanır. Qızıl pul rolunda çıxış etməsə də onu əldə etməyə olan maraq yenə də yüksəkdir.
§2. Pul sistemi, onun mahiyyəti və tipləri.
Bazar iqtisadiyyatı sistemində pul daim hərəkətdə olur öz funksiyalarını yerinə yetirir. Pulun tədavülü fasiləsiz olmalıdır və bunsuz bazarlar fəaliyyət göstərə bilməzlər. Pulun daim hərəkətdə olması onun dövriyyəsi adlanır.

Dünyada pul tədavülünün müxtəlif sistemləri mövcuddur və onlar tarixi inkişafın gedişi ilə formalaşmış və hər dövlətin öz qanunları ilə təsbit edilmişdir. Deməli, pul sistemi dedikdə, hər bir ölkədə qərarlaşmış və dövlət tərəfindən qanunvericilikdə müəyyən edilmiş pul tədavülünün təşkili forması başa düşülür.

Dövriyyədə olan pullar müxtəlifdir və bu pulların növündən asılı olaraq pul dövriyyəsi sistemi iki tipə ayrılır:

- tam qiymətli qızıl gümüş pulların dövriyyədə olduğu, kredit pulların isə sərbəst şəkildə metal pullara (sikkələrə, yaxud külçələrə) dəyişdirildiyi metal pul dövriyyəsi sistemi;

- qızıl pulların tədavüldən sıxışdırılıb çıxarıldığı buna görə kredit kağız pulların qızıl pullara dəyişdirilmədiyi kredit kağız pulların dövriyyəsi sistemi.

Pul sisteminin ən mühüm tərkib hissələri aşağıdakılardır:

1) vasitəsilə əmtəə və xidmətlərin qiymətləri ifadə olunan milli pul vahidi (manat, dollar, rubl, dinar və s.);

2) nağd pul dövriyyəsində qanuni ödəmə vasitələri hesab olunan kredit kağız pul sistemi, xırda metal pullar;

3)pul emisiyası sistemi, yəni tədavülə pul buraxmağın qanunla müəyyən edilməsi qaydası;

4) pul tədavülünün tənzimlənməsi ilə bağlı məsələlərlə məşğul olan dövlət orqanları;

5) valyuta nisbəti.

Metal pulların tarixi çox qədimdir onların kəsilmə tarixi e.əv.YII əsrə (685-684), Lidiya dövləti dövrünə gedib çıxır. Tarixdə iki cür metal pul sistemi mövcud olmuşdur: bimetalizm monometalizm. Bimetalizm ikili pul sistemidir. Bu sistemdə pul kimi qızıl gümüşdən istifadə olunurdu. İkili pul sistemi bir sıra Qərbi Avropa ölkələrində mövcud olmuşdur. XIX əsrin axırlarında gümüş mədənlərinin kəşfi, gümüş metalının bolluğu nəticə etibarilə gümüş pulların kəsilməsinin dayandırılmasına gətirib çıxardı. Bimetalizm monometalizmlə (bir pul sistemi) əvəz olundu yalnız qızıl metalından pul materialı kimi istifadə olunmağa başlandı. Bu zaman kredit kağız pullar sərbəst surətdə qızıla dəyişdirilirdi.

Tarixdə monometalizmin üç növü mövcud olmuşdur: qızıl-sikkə standartı, qızıl külçə standartı və qızıl devizli standart. Qızıl sikkə standart- monometalizm birinci dünya müharibəsinə qədər mövcud olmuşdur. Bu zaman kağız və kredit pullar sərbəst surətdə qızıl pullara dəyişdirilirdi. Qızıl külçə standartı birinci dünya müharibəsi illərində İngiltərədə və Fransada tətbiq olunurdu. Bu zaman standart qızıl külçənin qiymətinə uyğun miqdarda dəyər nişanları təqdim olunan zaman onun qızıla dəyişməsini nəzərdə tuturdu. Qızıl devizli (deviz qızılı əvəz edən valyutadır) monometalizm 1922-ci ildə Geniya konfransından sonra bir çox ölkələrdə tətbiq olunmağa başlamışdır. Bu zaman banknotların qızıla dəyişdirilən xarici valyutalara mübadiləsinə icazə verilirdi.

1929-1933-cü illərdə dünyanı bürümüş dağıdıcı böhran monometalizm sisteminə də son qoydu. 30-cu illərdən etibarən Qərbi Avropa ölkələrində xırdalanmayan kredit pul sistemi adlanan yeni bir sistem qərarlaşmağa başladı. Bu yeni sistemini səciyyəvi cəhətləri aşağıdakılardan ibarətdir:

a) kredit pulların üstünlük təşkil etməsi;

b) qızıl pulların tədavüldən çıxarılması;

c) kağız pulların (banknotların) qızıla dəyişdirilməsindən imtina edilməsi və bu pulların qızıl məzmununun ləğv edilməsi;

ç) xüsusi sahibkarlığı və dövləti kreditləşdirmək məqsədilə pul emisiyasının gücləndirilməsi;

d) nağdsız həyata keçirilən dövriyyənin xeyli genişləndirilməsi;

e) pul tədavülünün dövlət tərəfindən tənzimlənməsi.

Beləliklə, müasir pul tədavülü qızıla xırdalanmayan kredit və kağız pullardan və xırda pullardan ibarətdir. Kredit və kağız pulların buraxılması funksiyası ancaq dövlətə məxsusdur. Dövlətin bu funksiyasını onun tabeliyində (mülkiyyətində) olan Mərkəzi Bank icra edir.
§3. Pul kütləsi və onun quruluşu. Pul aqreqatları.
Hər bir ölkədə onun iqtisadiyyatına xidmət edən müəyyən miqdarda pul kütləsi olur. Pul kütləsi dedikdə, bütövlükdə xalq təsərrüfatında əmtəə və xidmətlərin alqı-satqısını, nağd və nağdsız formalarda ödənişləri təmin edən mövcud pul vəsaitlərinin məcmusu nəzərdə tutulur. Pul kütləsinin strukturu iki hissədən ibərətdir: aktiv hissə və passiv hissə. Təsərrüfat dövriyyəsinə real surətdə xidmət edən pul vəsaitləri aktiv hissəyə, pul yığımları, hesablaşma hesablarda qalan qalıqlar isə passiv hissəyə aiddir. Passiv pulardan hesablaşma vasitəsi kimi istifadə olunur. Pul kütləsinin strukturu mürəkkəbdir. O heç də yalnız gündəlik işlətdiyimiz kağız pullardan və xırda metal pullardan ibarət deyildir. Pul kütləsində kağız pulların payı 25%-dən çox olmur.

İnkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrdə passiv adlandırdığımız pullardan daha geniş istifadə olunur. Belə ki, bu cür ölkələrdə müəssisə təşkilatlar arasında sövdələşmələr habelə parakəndə ticarətdəki alqı-satqıların çox hissəsi bank hesablaşmalarından istifadə etmək yolu ilə həyata keçirilir. Bu zaman çeklərdən, kredit kartlarından, yol çeklərindən s. istifadə olunur. Köçürmə əməliyyatlarını həyata keçirmək üçün alıcının satıcının bankda hesabları olmalıdır. Alıcı çekdən, yaxud kredit kartından istifadə etməklə əmtəə xidmətlərin haqqını ödəmək üçün banka aldığı şeylərin məbləğini öz hesabından satıcının hesabına köçürməyi əmr edir. Bu məbləği çek vasitəsilə bank nağd pulla da ödəyə bilər.

Bunlardan başqa pul kütləsinin passiv hissəsində elə komponentlər var ki, onlardan bilavasitə alqı-satqı vasitəsi kimi istifadə etmək olmaz. Bunlara aiddir: kommersiya banklarında digər kredit-maliyyə müəssisələrindəki əmanətlər, müddətli hesablara qoyulmuş pullar, qısa müddətli dövlət istiqrazları, investisiya fondlarının səhmləri. Adı çəkilən bu komponentlər (ünsürlər) «kvazi-pullar» adlandırılır. (kvazi-latın mənşəli «quasi» sözü olub, mənası- sanki, elə bil ki, guya deməkdir) Bunlar qeyri-real pullar hesab olunsalar da pul kütləsinin strukturunda daha çox paya malikdir onların payı sürətlə artır.

«Kvazi-pullar» mütləq likvidliyə (pula çevrilə bilən) malik olmasalar da, pula çevrilə bilmək qabiliyyətinə malikdirlər. Onlardan müddətli əmanətləri, istiqrazları, bəzi növ səhmləri tezliklə nağd pula çevirmək mümkündür.

Pul kütləsi bir neçə pul aqreqatı şəklində (Mo,M1,M2,M3) qruplaşdırılır. Pul aqreqatları (pul birləşməsi) pul kütləsinin göstəricisidir. Pul aqreqatları pul kütləsinə daxil olan komponentlərin likvidliyinin (pula çevrilmə) azalması ardıcıllığı prinsipi üzrə yaradılır.

Daha likvid olan pul aqreqatı Mo-dır ki, tədavüldə olan nağd pulları özünə daxil edir.

Likvidliyinə ögrə fərqlənən ikinci pul aqreqatı M1-dir. Bu aqreqat nağd pullar (Mo) cari hesablarda olan pulları özündə birləşdirir çeklərin köməyilə xidmət göstərir. Daha az likvid olan pul aqruqatı M2-dir. Bu aqreqat M1 aqreqatının bütün komponentlərini, kommersiya banklarındakı müddətli əmanətləri əmanət hesablarında olan pulları, ixtisaslaşmış maliyyə institutlarının depozitlərini özündə birləşdirir.

Likvidliyi çox az olan pul aqreqatı M3- dür. M3 aqreqatı M2 aqreqatını, bankların depozit sertfikatlarını, dövlətin borc istiqrazlarını, dövlətin kommersiya banklarının digər qiymətli kağızlarını özündə birləşdirir. Bütün bu aqreqatların cəmi: M0 +M1 +M2 +M3 = M pul kütləsini təşkil edir.

Azərbaycanda M0, M1, M2 aqreqatlarından istifadə olunur hər il respublikada olan pul kütləsinə dair məlumat dərc olunur.

Pula çevrilmək qabiliyyətinə görə bütün sərvətlər eyni səviyyəli olmur. Yüksək dərəcədə pula çevrilmə qabiliyytinə (likvidliyə) malik olan əmlak növlərinə qızıl, başqa qiymətli metallar, daş-qaş, neft, incəsənət əsərləri aiddir. Çətinliklə pula çevrilən əmlaka isə istehsal binaları, avadnlıqlar, qurğular və s. aid edilir.

Pul kütləsinin strukturunun likvidlik dərəcəsinə görə aqreqatlaşdırılmasında başlıca məqsəd ölkədə olan pulun hərəkətinə nəzarət etmək, makroiqtisadi siyasətin həyata keçirilməsi zamanı ondan istifadə etməkdir.
§4. Pula olan tələb və pul təklifi.
Hər bir ölkədə makroiqtisadi tarazlıq eyni dərəcədə pul bazarında müəyyən tarazlığın olmasını nəzərdə tutur. Ən başlıca proporsiya pula olan tələblə pul təklifi arasında tarazlığın olmasıdır.

Pul bazarı. Bu pul vəsaitləri bazarıdır ki, pula olan tələb pul təklifinin qarşılıqlı təsiri nəticəsində pul kütləsi ilə faiz dərəcələri arasında qarşılıqlı asıllıq yaranır. Pul bazarının başqa bazarlardan fərqi odur ki, pul bazarında başqa əmtəələr kimi pul «alınıb-satılmır», sövdələşmələrdə pul digər, pula çevrilmək qabiliyyəti olan vasitələrlə mübadilə olunur.

Pula olan tələb təsərrüfat agentlərində saxlanılan pul vəsaitlərinin miqdarı ilə müəyyən olunur, başqa sözlə bu real ifadədə qiymət indeksi nəzərə alınmaqla, pul ehtiyatına olan tələbdir. Real pul ehtiyatı əldə olan nağd pulları, habelə cari müddətsız hesablarda olan pul qalığını özündə birləşdirən pul kütləsi (M) ilə iqtisadiyyatda qiymətlərin (P) ümumi səviyyəsi arasındakı nisbəti ifadə edir. Pula olan tələb gəlirlərin səviyyəsi ilə bağlıdır gəlirlərin artması pula olan tələbi artırır. Real pul vəsaitinə olan tələb gəlirlərin səviyyəsi ilə düz, faizin dərəcəsi ilə tərs mütənasibdir.

Pul təklifi. Bazarda pul kimi dövriyyədə olan müxtəlif maliyyə vəsaitlərinin (ödəmə vasitələri) məcmusu pul təklifini təşkil edir.

Pul təklifi əsasən Mərkəzi bank tərəfindən tənzimlənir. Ancaq pul kütləsinin tərkibinə nağd pullarla (kağız pullar və metal sikkələr) yanaşı cari hesablarda olan pullar da daxildir. Cari hesablarda olan pullar (əmanətə qoyulmuş) çox asanlıqla nağd pula çevrilə bilirlər. Pul kütləsinin tərkibinə yuxarıda göstərilənlərlə yanaşı kommersiya banklarının vaxtlı (müddətli) və əmanət hesablarında saxladıqları və ixtisaslaşmış maliyyə təşkilatlarının depozitdə olan vəsaitləri də daxildir. Bu o deməkdir ki, pul təklifi yalnız Mərkəzi bankın siyasətindən asılı deyildir, o həm də kommersiya banklarının fəaliyyətindən və əhalinin davranışlarından da asılıdır. Çünki nağd pullara sərəncam verən əhalidir, o istəsə əllərində olan pulları dövriyyəyə buraxar, yaxud da müəyyən məqsədləri naminə sandıqda saxlar və ancaq lazım olduğu hallarda pulu sandıqdan çıxarıb xərcləyər. Göründüyü kimi əhalinin davranışları tədavüldə olan pulların kəmiyyətinə bir başa təsir göstərir.

Tədavülə daxil olan pulun miqdarı yalnız Mərkəzi bank tərəfindən yeni pulların emisiyası nəticəsində deyil, habelə kommersiya bankları tərəfindən kreditlərin genişləndirilməsi nəticəsində da artır. Ancaq alınmış borclar banklara paylandıqda isə tədavüldə olan pul kütləsi azalır. Kredit əməliyyatları vasitəsilə pul kütləsinin artırılması təklif multiplikatoru adlanır.

Əhalidə nağd olan pullar və Kommersiya banklarının ehtiyatlarının cəmi pul bazasını təşkil edir. İqtisadiyyatda pul təklifi pul bazasına proporsional olmalıdır. Ancaq təcürbə göstərir ki, Mərkəzi bank ölkədə pul təklifinə tam nəzarət edə bilmir, əllərdə olan nağd pullarla bank hesablarında olan depozitlərin nisbətini arzu olunan nisbətdə saxlaya bilmir. Nəticədə tədavüldə olan pulun miqdarı müxtəlif istiqamətlərdə dəyişir (artıb-azalır). İqtisadiyyat isə pul bazarında tarazlığın olmasında maraqlıdır. İlk növbədə pula olan tələblə pul təklifi arasında müvazinət (tarazlıq) olmalıdır.

Pula olan tələb. Pula olan tələb ilk növbədə təsərrüfatçı subyektlərin saxladıqdarı pul vəsaitinin miqdarı ilə müəyyən olunur. Bu mahiyyətcə pula olan tələbdir.

Pula olan tələb pulun yerinə yetirdiyi üç funksiyadan (tədavül vasitəsi, ödəniş vasitəsi və sərvət yığımı vasitəsi) irəli gəlir. Birinci halda əmtəə və xidmətlərin alqı-satqısını həyata keçirmək üçün pula olan tələbdən, ikinci halda tədiyyələri (vaxtı çatmış ödənişləri) ödəmək üçün pula olan tələbi və üçüncü halda isə digər maliyyə aktivlərini (istiqrazları, səhmləri və s.) əldə etmək vasitəsi kimi pula olan tələbin ödənilməsi nəzərdə tutulur.

Tədavül vasitəsi kimi əmtəə və xidmətlərin alqı-satqısı üçün pula olan tələb əsasən cəmiyyətin pul gəliri ilə müəyyən olunur və ÜMM düz mütənasib olaraq dəyişir. Ödəniş vasitəsi kimi pula olan tələb vaxtı çatmış tədiyyələrin ödənilməsi zərurətindən və onların kəmiyyətilə müəyyən olunur.

Maliyyə aktivlərini əldə etmək üçün pula olan tələb isə, faiz və dividendlər formasında gəlir əldə etmək marağı ilə müəyyən olunur və faiz dərəcələrinə tərs mütənasib olaraq dəyişir.

Pula olan tələbə dair müxtəlif nəzəriyyələr yaranmışdır1. Bunlardan geniş yayılmaşlarından biri monetarist nəzəriyyədir o XYIII əsrdə meydana gəlmiş «pulun miqdar nəzəriyyəsi» əsaslanır. Pulun miqdar nəzəriyyəsinə görə qiymətlərin mütləq səviyyəsi nominal pul qalığının təklifi ilə müəyyən olunur.Başqa sözlə pul təklifi qədər çox olarsa qiymətlərin səviyyəsi bir o qədər yüksək olur əksinə. Bu asılılığı Kembrinc bərabərliyi adlanan aşağıdakı tənlik şəklində ifadə etmək olar.

Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə