Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com



Yüklə 6,62 Mb.
səhifə26/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   ...   22   23   24   25   26   27   28   29   ...   40


Инзибати


Ганунвериъилик

Мящкямя

Долайысыйла



Билаваситя


Инзибати


Игтисади



Хцсуси бизнесин инзибатиляшдирлмяси



Дювлят сащибкарлыьы

Кредит

Бцдъя-

верэи


индикатив планлашдыр-ма


Sxem 1. iqtisadiyyatın dövlət tənziminin üsul, forma və metodları
Dövlətin bilavasitə həyata keçirdiyi tənzimləyici funksiya konkret obyektin tənzimlənməsinə yönəldilir. Tənzimlənmənin obyektləri isə çox genişdir və demək olar ki, sosial-iqtisadi həyatın btün tərəflərini əhatə edir. Hətta təbiətin mühafizəsi, ekologiya ilə bağlı proseslər də tənzimlənmə obyektinə daxildir. Tənzimlənmə obyekti olmaqla xarici itisadi münasibətlərə dövlətin müdaxiləsinin əhəmiyyəti böyükdür. Bütövlükdə xalq təsərrüfatı və onun ayrı-ayrı sahələri, regionların inkişafı problemi, gəlirlərin bölgüsü və yenidən bölgüsü, iri həcmli investisiya qoyuluşları, maliyyə münasibətləri, pul tədavülü, qimətlər sistemi və s. ilə bağlı hadisə və proseslər dövlətin tənzimləmə obekti ola bilərlər.

İqtisadiyyatın dövlət tənimlənməsinin obektləri ilə yanaşı subyektləri də vardır ki, onlar mülkiyyət mənsubiyyətinə, özlərinin gəlirləri və əmlakının səviyyəsinə görə fərqlənirlər. Tənzimlənmənin subyektləri iqtisadiyyatın özəl və dövlət bölmələrində fəaliyyət göstərən sosial qruplar, əmək fəaliyyəti ilə məşğul olan şəxslər və s. ola bilərlər.

İlk baxışda belə görünə bilər ki, iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsində əsas məqsəd bazarın qüsurlarını aradan qaldırmaq, bazar mexanizminin çatışmazlıqlarını tamamlamaq, bazara yardımçı olmaqdan ibarətdir. Əslində isə tənzimlənmənin başlıca məqsədi iqtisadi sistemin normal fəaliyyətini təmin etmək, səmərəliliyini yüksəltmək, sabit sosial-iqtisadi inkişafını təmin etməkdir.

c) İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin

funksiyaları və metodları.

İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin funksiyası onun iqtisadi funksiyaları ilə eyni olmasalar da çox yaxın anlayışlardır.

Dövlət iqtisadi prosesləri tənzimləmək üçün bazar subyektlərinin iqtisadi fəaliyyətini, davranış qaydalarını nizama salan hüquqi qanunlar, normalar normativ aktlar qəbul edir. Dövlətlə sahibkarlar arasında, sahibkarların özləri arasında, firma şirkətlər arasında münasibətləri tənzimləyən qaydaları müəyyən edir. Bununla dövlət bazar sisteminin səmərəli fəaliyyətinə şərait yaradan hüquqi əsas yaradır bu onun funksiyasıdır.

Bazar iqtisadiyyatının hərəkətverici «mühərriki» rəqabətdir, ancaq rəqabət üçün lazımı şərait olmalıdır. Dövlətin bu istiqamətdə olan fəaliyyəti rəqabət mühitini qoruyub saxlamaq üçün ona mane olan əngəlləri aradan qaldırılmasına yönəldilmişdir. Dövlət bir tərəfdən rəqabətə mane olan inhisar əleyhinə qanunlar qəbul edirsə, digər tərəfdən də firmalar üçün gəlirlik səviyyəsinə maksimum və minimum hədlər qoyur, nəzarət sistemindən istifadə edir. Beynəlxalq səviyyədə rəqabət mühiti yaratmaq üçün ölkələrarası müqavilələr sistemindən istifadə olunur, ikitərəfli yaxud da çoxtərəfli müqavilələr bağlanır. Bu rəqabət mühiti yaratmaq sahəsində dövlətin tənzimləyici funksiyasıdır.

Dövlətin tənzimləyici funksiyalarından biri də bilavasitə bölgü sferasına aiddir. Dövlət bü funksiyasını resursların və gəlirlərin yenidən bölgüsü mexanizmi vasitəsilə həyata keçirir. Resursların yenidən bölgüsü cəmiyyətin qarşısında duran konkret məqsədlərin reallaşdırılmasına yönəldilmişdir. Gəlirlərin yenidən bölgüsü və gəlirlərdəki fərqi azaltmaq yolu ilə sosial ədaləti bərpa etmək, aztəminatlı ailələrin sosial mühafizəsini təmin etmək deməkdir.

Dövlətin tənzimləmə funksiyalarından biri də iqtisadi stabilliyin təmin edilməsi ilə bağlıdır. Dövlət büdcə-vergi, pul-kredit siyasətlərindən istifadə etməklə böhran hallarının qarşısını almaq, inflyasiyanın səviyyəsini aşağı salmaq, işsizliyi azaltmaq, məşğulluğun arzuolunan səviyyəsinə nail olmaq yolu ilə iqtisadi artımın dinamikliyini təmin etməyə çalışır.

Bazar iqtisadiyyatı şəraitində elə sahələr var ki, gəlir gətirmədiyinə görə xüsusi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, belə sahələrə kapital qolymaqda maraqlı olmurlar. Bunlara aiddir: milli müdafiə, təhsil sisteminin inkişaf etdirilməsi, təbii fəlakətlərlə mübarizə, ziyanvericilərə qarşı mübarizə aparmaq və s. Bu kimi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə dövlət vergi formasında tutulmuş vəsait hesabına xüsusi fondlar yaradır və istifadə edir. Burada da dövlət bölgü mexanizminin köməyi ilə resursların yenidən bölgüsünü həyata keçirir və bununla da milli məhsulun quruluşunu dəyişməyə nail olur. Bu dövlətin tənzimlyici funksiyalarından biridir.

Dövlətin tənzimləyici funksiyalarından biri də iqtisadiyyatın özəl bölməsi və dövlət bölməsi arasındakı iqtisadi münasibətlərin tənzimlənməsi ilə bağlıdır. Qarışıq iqtisadiyyat şəraitində iqtisadiyyatın hər iki bölməsi arasında uyğun nisbətləri saxlamaq, onların qarşılıqlı fəaliyyətini təmin etmək dövlətin əsas vəzifələrindən biridir. Bu məqsədlə dövlət özəl bölmənin inkişafına yardımçı olur, geri qalan sahələrə maliyyə yardımı edilir, investisiya qoyuluşlarını artırmaq üçün stimullaşdırıcı vasitələrdən istifadə edir.

Dövlət özünün tənzimləyici funksiyalarını reallaşdırmaq məqsədi ilə müxtəlif istiqamtəli iqtisadi siyasətini işləyib hazırlayır və həyata keçirir.

Hər bir dövlət özünün iqtisadi sahədə həyata keçirməli olduğu funksiyalarını müəyyən metodlardan istifadə etməklə həyata keçirir.

Dövlətin iqtisadi tənzimləmədə istifadə etdiyi metodlar, üsul və vasitələr çoxdur və biz onların haqqında iqtisadi idaretmə metodları paraqrafında ətraflı şərhini vermişik. İqtisadiyyatın tənzimlənməsi prosesində inzibati və iqtisadi idarəetmə metodlarından geniş istifadə olunur. Bu zaman hər iki metod qarşılıqlı şəkildə əlaqələndirilir, eyni zamanda hüquqi vasitə və üsullardan istifadə olunur. İqtisadi metodla tənzimləmə iqtisadi idaretmə vasitələri olan qiymət, faiz dərəcələri, vergi sistemi, iqtisadi stimullaşdırmanın digər alətlərindən istifadə etməklə həyata keçirilir. Məsələn, dövlət vergiyə cəlb etməkdən azad etməklə kapitalın bir sahədən başqa sahəyə axınını stimullaşdıra bilər. Və yaxud depozit qoyuluşlarına verilən faizin dərəcəsini artırmaqla əmanətə qoyulan pulun miqdarını artırmaq olur və s.

Dövlət inzibati metodlarla tənzimləmə zamanı qanunlar, qərarlar, sərəncamlar və birbaşa göstəricilərdən istifadə edir. Bu birbaşa tənzimləmə metodu adlandırılır. Bu metodla dövlət bu və ya digər fəaliyyət sahəsini məhdudlaşdırır, qadağan edir və yaxud hər-hansı bir sahənin fəaliyyətinə icazə verilir. Qeyd etmək lazımdır ki, hər bir inzibati tənzimlənmə üsulu müəyyən iqtisadi vasitələrin köməyi ilə reallaşır. Məsələn, vergidə güzəşt etməklə firmanın fəaliyyətini stimullaşdırmaq üçün güzəştli verginin tətbiqinə dair hökumətin qərarı olmalıdır.

Lakin inzibati tənzimlənmə formaları, metodları konkret şəraitə uyğun olaraq tətbiq edilməzsə arzu olunan nəticə verməz. Ona görə də bu metodlar daima təkmilləşdirməli, yeni üsul və vasitələrdən istifadə olunmalıdır.

BÖLMƏ 4. ÜMUMDÜNYA TƏSƏRRÜFATI

XYII Fəsil.

ÜMUMDÜNYA TƏSƏRRÜFATI VƏ

BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏR
1. Ümumdünya təsərrüfatı: məzmunu, yaranması amilləri.

2. Beynəlxalq iqtisadi münasibətlərin əsas formaları.

Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə