Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com


§ 3. İqtisadi inteqrasiya və onun formaları



Yüklə 6,62 Mb.
səhifə28/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   ...   24   25   26   27   28   29   30   31   ...   40

§ 3. İqtisadi inteqrasiya və onun formaları



XX əsrin ortalarından başlayaraq ölkələr arasında təsərrüfat əlaqələrinin yeni forması kimi inteqrasiya daha da güclənməyə başladı. «İnteqrasiya» termini latınca «İnteqratio» sözündən olub «müxtəlif hissələrin bir tam kimi birləşməsi», bütövləşməsi deməkdir. Beynəlxalq iqtisadi inteqrasiya dünya ölkələri arasında məhsulların və istehsal amillərinin sərbəst hərəkətinə məhdudiyyət qoyulmadan onların hərəkətinin birgə təmin edilməsi prosesidir. Dünya ölkələri arasında benyəlxalq iqtisadi inteqrasiya istehsalın beynəlmilləşməsinin yüksək inkişaf etmiş formasıdır. Bu prosesdə nəinki bütün iqtisadi əlaqələr (münasibətlər), eyni zamanda dövlətlərin iqtisadi siyasət istiqamətləri bir-birilə uzlaşdırılır.

Dünya ölkələri arasında Beynəlxalq iqtisadi inteqrasiya prosesinin yaranması inkişafı aşağıdakı amillərlə bağlıdır:


- dünya ölkələri arasında beynəlxalq əmək bölgüsünün daha da dərinləşməsi;

- istehsalın beynəlmiləlləşməsi və kooperasiyalaşmasının güclənməsi;

- milli iqtisadiyyatların açıq xarakter daşıması;

- elmi-texniki tərəqqinin nəticələrinin dünya səviyyəsinə çıxması;

Hazırda beynəlxalq iqtisadi inteqrasiya prosesində iki istiqamət bir-birindən fərqləndirilir. Birincisi, ölkələrin «Beynəlxalq yaxınlaşmasıdır», ikincisi, «Regionların yaxınlaşmasıdır». Beynəlxalq miqyasda yaxınlaşma dünya ticarətində tətbiq edilən tarif və qeyri-tarif məhdudlaşdırmaların aradan qaldırılması yolu ilə həyata keçirilir. Regional yaxınlaşma əsasən regional iqtisadi birliklərə daxil olan ölkələr arasında iqtisadi, siyasi, hərbi və s məsələlərin bir-birilə uzlaşdırılmasıdır. Regional iqtisadi yaxınlaşmada olan ölkələr müxtəlif inkişaf səviyyələrinə malik olsalar da onların bir-birilə yaxınlaşması olduqca zəruridir.

Beynəlxalq iqtisadi inteqrasiya 4 formada həyata keçirilir.

1.Azad ticarət zonalarının yaradılması. Bu inteqrasiyanın daha geniş yayılmış formasıdır. ABŞ-da, Avropa ölkələrində, Afrikada, Latın Amerikasında, Dubayda, Türkiyədə, Azad Ticarət Zonaları yaradılmışdır onlar ölkələr arasında gömrük tarif məhduduiyyətinin aradan qalıdırılmasına əsaslanır.

2.Gömrük birliyi. Bu azad ticarət zonasına nisbətən gömrük tarif məhdudiyyətlərini tamamilə aradan qaldırır sərbəst ticarət (kommersiya) fəaliyyəti yaradır. (QATT təşkilatı) (Tarif Ticarət Tənzimlənməsi haqqında baş saziş).

3.Ümumi bazar. Beynəlxalq iqtisadi inteqrasiyanın daha geniş mürəkkəb formasıdır. Buna 1957-ci ildə yaradılmış Avropa iqtisadi birliyinin geniş miqyaslı fəaliyyətini göstərmək olar. Bu birliyə daxil olan ölkələr arasında qarşılıqlı hesablaşmaları həyata keçirmək məqsədilə (1979-cu ildə kollektiv valyutaların «EKÜİ»- (Avropa hesab vahidi) yaradılır.

Hazırda «Ümumi Avropa bazarı» beynəlxalq ticarətin mərkəzinə çevrilmişdir. Dünya ticarət dövriyyəsinin üçdə bir hissəsi Avropa iqtisadi birliyinin payına düşür. Bu birlik indi ABŞ-dan 3,6 dəfə, Yaponiyadan 3,8 dəfə çox əmtəə ixrac edir.

Dünya ölkələri arasında Beynəlxalq iqtisadi inteqrasiya əlaqələri və formaları daha da genişlənir. Onlara: İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatını (OESD), İslam Konfransı Ölkələrinin təşkilatını, Avropa Yenidən Qurma və İnkişaf Bankı (BYİB) , Beynəlxalq Valyuta Fondu (BVF), GUAM Ölkələri Təşkilatı, NAFTA (ABŞ, Kanada, Meksika), Qara Dəniz Hövzəsi Ətrafı Ölkələrinin təşkilatı (11 ölkəni birləşdirir), Müstəqil Dövlətlər Birliyi (MDB), Cənubi Şərqi Asiya Ölkələri Assosiasiyası (Asian), Neft İxrac Edən Ölkələr (OPEK) göstərmək olar.

Müstəqil Azərbaycan beynəlxalq iqtisadi inteqrasiya prosesində səmərəli formada iştirak edir. Xüsusilə, «Traseka», «Trans-Qafqaz» nəqliyyat dəhlizi, «Böyük İpək Yolu» və digər beynəlxalq layihələrin həyata keçirilməsi respublikanın iqtisadi qloballaşmada iştirakını təcəssüm etdirir.

Xüsusilə, Bakı Novorosiyski, Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərlərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi və istifadəyə verilməsi ölkənin iqtisadi inteqrasiyası prosesində uğurlu iştirakını bir daha təsdiq edir.

Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə