Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com



Yüklə 6,62 Mb.
səhifə10/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   ...   6   7   8   9   10   11   12   13   ...   40

Bu, iri firmaların bir çox üstünlüyə malik olmaları ilə bağlıdır:


  1. İstehsalın miqyasının böyük olması firma daxilində ictimai əmək bölgüsünün üstünlüklərindən istifadə etməyə imkan verir. Əmək məhsuldarlığı artır.

  2. İstehsal xərclərini azaltmaq məqsədilə ixtisaslaşmış avadanlığı ancaq iri firmalar ala bilər.

  3. İri firmalar topdansatış anbarlarından böyük partiyada resurslar almaq hüququna və imkanına malikdir.

  4. İri firmalar elmi-tədqiqat və təcrübə-konstruktor proqramlarına vəsait qoymaq imkanına malikdir. Bu isə istehsal xərclərini azaltmağa və məhsulun keyfiyyətini artırmağa imkan verir.

Bütün bunları Qərb iqtisadçıları «Miqyas effekti» adlandırırlar. Ancaq iri istehsalın üstünlüyü firmaların həddən çox böyük olmasına haqq qazandırmır. Firmalar optimal həcmdə olduqda daha səmərəli fəaliyyət göstərirlər.

Ancaq son onilliklərdə inkişaf etmiş ölkələrdə kiçik biznes fəaliyyəti genişlənmişdir. Bunun səbəbləri: birincisi, elmi-texniki inqilabın müasir mərhələsi kiçik firmaların effektli fəaliyyəti üçün maddi baza yaratmışdır; ikincisi də, əhalinin gəliri artdığı bir şəraitdə xidmət sferasının genişlənməsinə tələbat yaranmışdır.

Kiçik firmaların bir çox üstünlükləri vardır: - o çevikdir, dəyişən şəraitə daha tez uyğunlaşır, istehlakçıların dəyişən tələbini operativ əks etdirir; - kiçik sahibkarlığın inkişafı iş qüvvəsi və kapitalın ərazi və sahələr üzrə axınını asanlaşdırır; - kiçik firmalar elmi-texniki tərəqidəki yeniliyi daha tez duyur və tətbiq edə bilir; - kiçik firmalar unikal məhsulların istehsalına tez uyğunlaşır, texniki cəhətdən ucuz xərclə tez silahlana bilir, çəkilən xərclər tez ödənilir; - kiçik firmalar ixtisaslaşmanın inkişafına səbəb olur, iri korporasiyaları kiçik seriyalı məhsulların istehsalından azad edir; - kiçik firmalar üçün yeni məhsulun layihələşdirilməsindən onun tətbiqinə və bazara çıxmasına qədərki vaxt daha qısa olur. Əgər kiçik firmalar üçün bu müddət 2, 3 ildirsə, iri firmalar üçün 3,5 ildir. Səmərəli ixtiralar kiçik firmalara ucuz başa gəlir.

Kiçik bizneslə məşğul olmaq işsizliyin azalmasına səbəb olur və buna görə də kiçik firmaların yaradılması dövlət tərəfindən müdafiə olunur, onlara kredit verilir, vergidə güzəştlər olunur.

Azərbaycanda da inkişaf etmiş ölkələrin bu təcrübəsindən istifadə olunmalıdır.

Firmalar istehsal xarakteristikası və quruluşuna görə də fərqlənirlər.

İstehsal – firmaların fəaliyyətinin əsas sahəsidir. Mövcud firma hansı məhsulu istehsal edir, nə kimi istehsal vasitələrindən istifadə olunur, istehsal amillərindən hansı nisbətlərdə istifadə edilir və s. bütün bunlara əsasən xarakterizə olunur. Bu zaman istehsal olunan məhsulun həcmi, keyfiyyəti də nəzərə alınır. İstehsal xarakteristikası firmanın fəaliyyət sferasından asılıdır.

İstehsal sferasından və istehsal amillərindən istifadə dərəcəsinə görə firmalar «kapital tutumlu», «material tutumlu», «enerji tutumlu», «əmək tutumlu» və müasir dövrdə «elm tutumlu» olmaqla fərqlənirlər. Sonuncuya o müəssisələr aid edilir ki, onların məhsulları elm və texnikanın ən yeni nailiyyətlərindən istifadə etməklə hazırlanır (məs.; kompüterlər, tibbi avadanlıqlar).

Firmaların istehsal xarakteristikasına istehsalın miqyasının müəyyən edilməsi də daxildir. Bu cəhətdən «iri seriyalı», «seriyalı», «tək», və «fərdi» istehsallar fərqlənirlər.

İstehsal xarakteristikası zamanı firmaların fəaliyyətinin digər tərəfləri də nəzərdən keçirilə bilər (istehsal amillərinin vəziyyəti və s.).

Müasir iqtisadiyyatda biznesin təşkilinin çoxsaylı forması vardır. Hüquqi cəhətdən bütün təşkilatlar hüquqi şəxs statusuna malikdir və iki qrupa ayrılır: 1) kommersiya firmaları; 2) qeyri-kommersiya firmaları. Kommersiya firmalarının məqsədi mənfəət əldə etməkdir. Kommersiya fəaliyyti ilə məşğul olan, hüquqi şəxs kimi üç növ firma xüsusi fərqləndirilir:

  1. fərdi sahibkarlıqla məşğul olan;

  2. partnyorluq (tərəfdaşlıq) əsasında fəaliyyət göstərən;

  3. korporasiyalar.

Birinci firma bir mülkiyyətçiyə məxsusdur. Bu cür firmanın sahibi müəssisəni təkbaşına idarə edir, əldə etdiyi mənfəətə özü sərəncam verir. ABŞ-da qeydiyyatdan keçmiş bütün firmaların 74 %-ni fərdi sahibkarlıqla məşğul olurlar (bunlar 13 milyon təşkil edir). Bütün hüquqlar firma sahibinə məxsusdur.

Biznesin təşkilinin ikinci forması partnyorluqdur. Bu cür firmaların mülkiyyəti 2-3 şəxsin əlində olur. Sahibkarlıq birlikdə həyata keçirilir. Əldə olunan mənfəət payı nizamnamə kapitalına qoyulmuş paya uyğun bölünür. Firmanın öhdəliyinə hamı cavabdehdir, birlikdə məsuliyyət daşıyırlar.

Firmaların təşkilinin mürəkkəb forması korporasiyadır. ABŞ firmalarının yalnız 19 %-i korporasiyalardır. Ancaq onların illik dövriyyəsi 89 %-dir. Bu cür firmaların illik dövriyyəsi orta hesabla 2,1 mlyard dollardır.

Korporasiya özü mürəkkəb təşkilati struktura malikdir və iştirakçıların sayı minlərlədir. Korporasiyalar bizim tanıdığımız səhmdar cəmiyyətləridir. Onun nizamnamə kapitalı müxtəlif firmaların və vətəndaşların iştirak payının cəmindən ibarətdir. Səhmdar cəmiyyətinin iştirakçıları aldıqları səhmə görə gəlirin bölgüsündə iştirak edir və dividend alır. Ən çox səhmi olan şəxs nəzarət paketinə sahib olur (50 + 1). Səhmdarların ümumi yığıncağı cəmiyyətin idarəedici rəhbərlərini seçir.

Korporasiyanın bir çox üstünlükləri vardır: - daha çox vəsait toplaya bilir;

- iştirakçıların firmanın öhdəlikləri üçün məsuliyyəti azdır; - geniş bazarlarda fəaliyyət imkanına malikdir; - dövlət hakimiyyətindən öz maraqları üçün istifadə etmək imkanı vardır.

Firmaların təşkilinin hər bir formasının özünün də strukturu və həcmi müxtəlif olur. Bunların haqqında əvvəldə danışılmışdır.
§2. Firmanın sahibkarlıq fəaliyyəti və istehsal funksiyası.

Məhsuldarlıq və məhsuldarlıq həddi
Hər bir firma mülkiyyətçidir, mülkiyyət sahibidir. O öz mülkiyyətini reallaşdırmaqla gəlir götürmək məqsədinə çatmaq istəyir və buna görə də sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu zaman o istehsal amillərinin qarşılıqlı fəaliyyətini təşkil edir. O nə istehsal etmək, necə istehsal etmək və kim üçün istehsal etmək prinsiplərinə əsaslanmaqla fəaliyyət göstərir.

Firma sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir mənfəət əldə etmək məqsədilə, qanunvericilikdə qadağan olunmayan, təsərrüfat fəaliyyətinin bütün növləri ilə, o cümlədən məhsul istehsalı, satışı xidmətlər göstərilməsi formasında fəaliyyət göstərir. Onun bu fəaliyyəti müstəqildir əsasən bazar qanunları ilə tənzim olunur.

Firmanın sahibkarlıq fəaliyyəti onun həyata keçirdiyi funksiyalarda ifadə olunur. Sahibkar kimi firmanın əsas funksiyalarından aşağıdakıları qeyd etmək olar:

1.İstehsal funksiyası. Bu, məhdud (mövcud) resurslar şəraitində, mənfəət əldə etmək məqsədilə, istehsal amillərini əmtəə istehsalı və xidmət prosesində vahid halda birləşdirmək funksiyasıdır. Bu zaman firma mövcud resurslardan istifadə etməklə maksimum miqdarda məhsul istehsalına nail olmalıdır. Burada resursların sərfi ilə məhsul buraxılışı arasında bir asılılıq vardır. Buna əsasən ən az məsrəflə nəzərdə tutulan qədər məhsul buraxılışının mümkünlüyünü müəyyən etmək olar. Firma istehsalın miqyasını genişləndirməklə də buraxılışın həcmini artıra bilir.

2.Əmək (əməyin təşkili) məhsuldarlığını yüksəltmək funksiyasıdır.

Bunun üçün ilk növbədə istehsalın texnikası və texnologiyası təkmilləşdirilir, istehsalın təşkili və əmək şəraiti yaxşılaşdırılır, işçilərin ixtisası artırılır və maddi cəhətdən həvəsləndirilir. Firma daxilində ixtisaslaşmanın dərinləşdirilməsi və yeni texnologiyadan istifadə etməklə də məhsuldarlığı artırmaq mümkündür. Müəssisə daxilində əmək bölgüsünün dərinləşməsi məhsuldarlığı artırır.

3.Firmanın yenilikçilik funksiyası. Sahibkar firma daim axtarışda olmalı, yeni metodlar, ideyalar, ixtiralar tətbiq etməklə özünün rəqabət gücünü, istehsal etdiyi məhsulun keyfiyyətini artırmağa nail olmalıdır. Yeniliyin tətbiqinin iqtisadi səmərəsi, onun tətbiqindən alınan xeyir ona çəkilən xərclərdən çox olur. Yenilikçiliyin geniş tətbiqi firmanın innovasiya fəaliyyəti kimi qiymətləndirilir. Yeni ideya, ixtira, yeni məhsul növü və xidmət istehlakçı tərəfindən yeni keyfiyyət halında qəbul olunursa, deməli, firma öz funksiyasını yerinə yetirib.

4.Firmanın kommersiya funksiyası. Bir sahibkar olmaqla firma bazarın subyektidir. O, əmtəə istehsalçısı olmaqla yanaşı həm də istehlakçıdır. O, həm alır və həm də satır, yəni kommersiya fəaliyyəti ilə məşğul olur. Bu funksiya istehsal edilmiş məhsulların vaxtında reallaşdırılmasına xidmət edir. Bunun üçün firma bazarın tələbinə uyğun əmtəələr istehsal etməli, alıcını özünə cəlb etməklə məhsulunu reallaşdırmalıdır.

Göstərilən funksiyaları yerinə yetirməklə firma özünün əsas məqsədinəyüksək (maksimum) mənfəət əldə etmək məqsədinə çata bilər. Firma istehsalçıdır, o istehsal amillərinin müxtəlif kombinasiyalarında istifadə etməklə məhsulun buraxılışını nəzərdə tutulan həddə çatdırmağa səy göstərir. O, buraxılışın həcmini artırmaq istəyirsə, istehsal amillərini artırmalıdır. İstehsal amillərini artırmaqla buraxılışın həcminin artırılması «miqyas effekti» adlanır. Ancaq firmanın inzibati xərcləri artırsa onda miqyasın effekti artmır, əksinə azalır. Çünki, çəkilən xərclərə nisbətən buraxılışın həcmi azalır.

İqtisadçılar istehsal amillərinin məhsuldarlığının həddini məhsuldarlığın həddinin azalması problemini öyrənirlər. Bu zaman istehsal amillərinin nisbətlərinin dəyişildiyi şəraitdə bir amilin məhsuldarlığının mümkün həddini müəyyən edirlər. məlum olur ki, digər amillərə nisbətdə amillərin birinin çox artması onun məhsuldarlığını azaldır. Buradan da istehsal amillərinin məhsuldarlığı (gəlirliyinin) həddinin azalmasının qanun olduğunu müəyyən edirlər. Məsələn, firma işçilərin sayını dəyişməz saxlayıb, dəzgahların sayını artırırsa, onda dəzgahların gücündən tam istifadə olunmayacaq onların məhsuldarlığı azalacaqdır.

Beləliklə, məhsuldarlıq həddi nəzəriyyəsi istehsal amillərinin optimal nisbətinə nail olmaqla istehsalı təşkil etmək baxımından çox faydalıdır.
§3. Firmanın istehsal xərcləri. Firmanın istehsal fondları,

onların dövranı, dövriyyəsi və amortizasiyası


Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə