Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com



Yüklə 6,62 Mb.
səhifə11/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   ...   7   8   9   10   11   12   13   14   ...   40

İstehsalçı firma istehsal etdiyi hər bir məhsula və xidmətə müəyyən qədər xərc çəkir. Məhsullar və xidmətlər əmtəə kimi istehsal edildiyindən onların satışı ilə bağlı zəruri olan xərclər də çəkilir. Əmtəə və xidmətlərin istehsalı və satışı ilə bağlı çəkilən xərclər firmanın istehsal xərcləri adlanır.


İqtisadi nöqteyi nəzərdən istehsal xərcləri sərf olunmuş bütün material və xidmətlərin dəyərindən ibarətdir. Çəkilən xərclər qiymətlərdə öz əksini tapır və qiymətlər vasitəsilə reallaşaraq ödənilir. Qiymətlərin səviyyəsi çəkilən xərclərin az və ya çox olduğunu müəyyən etməyə imkan verir. Çəkilən xərclər iki üsulla qiymətləndirilir: 1) mühasibat üsulu; 2) iqtisadi üsul.

Mühasibat üsulu ilə firmanın istehsal zamanı istifadə etdiyi bütün resursların (xammal, material, amortizasiya, əməyin ödənilməsi və s.) pulla alınmasına sərf edilmiş bütün faktiki məsrəflər uçota alınır və hesablanır. Faktiki məsrəflər aydın məsrəflərdir, «aşkardır».

İqtisadi üsulla isə «görünməyən» məsrəflər də hesablanır. Məsələn, bankdan alınan borca görə firmanın ödədiyi faiz də xərclərə daxil edilir. İqtisadçılar nəzərə alınmayan imkanlara görə itkiləri, sahibkarın firmasına rəhbərlik zamanı əmək haqqı almamasını, öz binasından istifadəyə görə icarə haqqının ödəməməsı kimi halları da nəzərə almaqla çəkilməli olan xərcləri hesablayır. Və bu qəbildən olan məsrəfləri əldən verilmiş (itirilmiş) imkanlara görə məsrəflər adlandırırlar. «İtirilmiş imkanlara görə xərclər» dedikdə istehsal və reallaşmaya aid mümkün çoxsaylı variantlardan yalnız birindən istifadə zamanı ortaya çıxan xərclər və itirilmiş gəlir (gəlirin itirilməsi) başa düşülür. İqtisadi nöqteyi nəzərdən sahibkarın əməyinə istehsal xərci kimi baxmaq lazımdır.

Xərclərin növləri. Hər bir firma mümkün məcmu məsrəflərlə maksimum mənfəət götürməyə çalışır. Məcmu məsrəflərin həcmi isə istehsalın həcmindən asılı olaraq dəyişir. Məcmu məsrəflər iki hissəyə bölünür: 1.Sabit xərclər; 2.Dəyişən xərclər.

Sabit xərclərə aiddir: amortizasiya, xidmət göstərən (köməkçi) heyətin əmək haqları, sığorta, reklam xərcləri, kreditə görə faiz və s.

Sabit xərclər buraxılan məhsulun həcmindən asılı deyildir və firma heç nə istehsal etmədiyi halda da mövcuddur.

Dəyişən xərclər əsasən istehsalın həcmi artırıldığı halda və qiymətlərin dəyişməsindən asılı olaraq və artıb-azala bilər. Dəyişən xərclərə aiddir: xammalın, materialın, yanacağın alınması xərcləri; istehsal işçilərinin əmək haqlarının ödənilməsi və s. Bu xərclər istehsal olunan məhsulun həcminə proporsional olaraq dəyişir. Hər bir firma bilmək istəyir ki, nə qədər məhsul istehsal edib bazara çıxarmaq lazımdır. Məsrəflərin həddi vasitəsilə məsələni həll etmək olar. Məsrəflərin həddi isə bir məhsul vahidinə əlavə resurslar sərf edildiyi halda məhsul buraxılışının həcminin dəyişməsi ilə müəyyən olunur. Aydındır ki, əlavə resurslar sərf edildikdə istehsalın həcmi dəyişəcəkdir. Ancaq bu zaman sabit xərclər dəyişməyəcək və istehsalın dinamikası dəyişən xərclərin hesabına olacaqdır, onunla müəyyən ediləcəkdir.

Firma bir məhsul vahidinə çəkilən xərcləri də hesablayır və bu məhsul vahidinin orta hesabla ona neçəyə başa gəldiyini bilmək istəyir. Bunun üçün də məcmu məsrəfləri, istehsal etdiyi bütün məhsulun həcminə bölmək lazımdır. Hər bir firma çalışır ki, az məsrəflə daha çox məhsul istehsal etsin, istehsal xərclərinə qənaət etməklə istehsalın səmərəsini artırsın.



Sabit dəyişən və ümumi istehsal xərclərinin qrafiki


C TC
VC



FC





O Q

FC- sabit xərclər

VC- dəyişən xərclər

TC- ümumi xərclər

Bu qrafikin absis xəttində istehsalın həcmini Q ilə, ordinat xəttində xərcləri G-lə işarə etsək, onda sabit xərclər, absis xəttinə paralel olaraq (FC) düz xətt formasını almış olurlar.




Qrafikdə dəyişən xərclər VC ilə işarə olunub. Onu da qeyd etmək lazımdır ki, istehsal xərclərinin dəyişən və sabit xərclərə bölünməsi yalnız firmanın qısamüddətli fəaliyyət dövründa mümkündür. Qısamüddətli dövrdə sabit xərclər dəyişilməz qalır. Firma istehsalın həcmini yalnız dəyişən xərclərə təsir etməklə dəyişdirir. Uzunmüddətli dövrdə isə bütün xərclər dəyişən olurlar, yəni bu o qədər üzünmüddətli mərhələdirki firmaya öz istehsal güclərinin dəyişməsinə imkan yaradır.

Sabit xərclərlə dəyişən xərclərin cəmi ümumi xərcləri təşkil edir. Qrafikdə ümumi xərclər TC ilə işarə olunub. Onda TC=FC+VC olacaqdır.

Ümumi xərclərin qeyri-bərabər dəyişməsi istehsalın artması ilə məhsul vahidinə çəkilən xərclərin və ya orta xərclərin də dəyişməsinə gətirib çıxarır. Orta xərclər ümumi xərclərin istehsal olunmuş məhsula nisbəti kimi müəyyən olunur (AC=TC/Q). Bazar tarazlığını anlamaq üçün xəclərin bu növü xüsusi əhəmiyyət kəsb edir, çünki sahibkar onları minimallaşdırmağa çalışır. Orta xərclərin əyrisi, bir qayda olaraq U formalı olur və əvvəlcə kifayət qədər yüksək olur. Bu onunla əlaqdəradır ki, böyük miqdarda olan sabit xərclər məhsulun az qisminə paylanır. İstehsal artdıqca sabit xərclər M nöqtəsində minimuma enərək getdikcə daha çox məhsul vahidinin payına düşür. İstehsalın həcmi artdıqca orta xərclərin kəmiyyətinə sabit xərclər yox, dəyişən xərclər təsir göstərir. Ona görə də gəlirliyin azalması qanununa görə , əyri yuxarıya doğru qalxır. Nəzərə almaq lazımdır ki, orta xərclərin əyrisi birbaşa orta sabit xərclərin (AFC və orta dəyişən xərclərin (AVC) əyrisindən asılıdır.


Firmanın orta xərcləri




G AC AVC






M

AFC



O Q



AC- orta xərclər

AFC- sabit orta xərclər

AVC- dəyişən orta xərclər

Sabit xərclər qısa müddət ərzində dəyişməz qalır, ona görə də istehsal olunmuş məhsulun miqdarı artdıqca orta sabit xərclərin kəmiyyəti azalır. Orta dəyişən xərclərə gəldikdə isə, onlar ilk əvvəl orta sabit xərclərə nisbətən aşağı olur, sonra isə orta ümumi xərclərə yaxınlaşaraq artmağa başlayır. TC=FC+VC oldluğundan bu bərabərliyin hər iki tərəfini Q-yə bölərək biz AC=AFC-AVC bərəbarliyini alarıq. Başqa sözlə, AFC və AVC əyrilərini toplamaqla AC əyrisini almaq olar.



Sahibkar üçün orta xərclər əyrisi mühüm əhəmiyyət daşıyır, çünki istehsalın hansı həcmində məhsul vahidinə çəkiləcək xərclərin minimal olmasını müəyyən etməyə imkan verir.

Firmanın istehsal fondları. Hər bir müəssisə istehsal vasitələri və iş qüvvəsi ilə özünü təmin etdikdən sonra bilavasitə istehsala başlayır. Əmtəə-pul münasibətlərinin hakim olduğu bir şəraitdə istehsal üçün lazım olan əmək vasitələri, əmək cisimləri və iş qüvvəsi əmtəə kimi çıxış edir. Buna görə də müəssisə əlində olan pulla istehsal vasitələri və iş qüvvəsi alır.
İstehsal vasitələri

P – Ə

İş qüvvəsi
Sonra o istehsala (İ) başlayır və istehsal etdiyi əmtəələri reallaşdıraraq pula çevirir (Ə-P). Bu proses daim təkrar olunur və fondların dövranı adlanır. Fondların dövranı belə bir ardıcıllıqla baş verir:

İstehsal vasitələri

P - Ə ……..İ……..Ə - P

İş qüvvəsi
Öz hərəkətində fondlar ardıcıl olaraq üç mərhələdən keçir, formasını dəyişir və özünün başlanğıc formasına qayıdır. Pul forması məhsuldar formaya, məhsuldar forma əmtəə formasına, əmtəə forması isə pul formasına çevrilir. Fondlar öz hərəkətində, eyni zamanda, üç formanın üçündə də olur. İkinci mərhələdə fondlar istehsalda olur, birincə və üçüncü mərhələdə isə tədavül dairəsində olur. Tədavül dairəsində olan fondlar tədavül fondu adlanır.

Fondların dövriyyəsi. – Fondların dövranı daimi təkrar olunan bir prosesdir. Bu prosesdə dövranlar bir-birini əvəz edir və fondların dövriyyəsini təşkil edir. Fondların dövriyyəsi müəyyən vaxt ərzində baş verir və dövriyyə vaxtını təşkil edir. Dövriyyə vaxtı istehsal vaxtı ilə tədavül vaxtının cəmindən ibarətdir. Dövriyyə vaxtının azaldılması istehsalın səmərəsini artırmağın güclü mənbəyidir. Bu eyni məbləğ resurslarla daha çox məhsul istehsal etməyə imkan verir. Dövriyyə vaxtının uzanması istehsal fondlarının hərəkətini ləngidir, əlavə xərclərə səbəb olur.

Dövriyyə vaxtının ən mühüm tərkib ünsürü istehsal vaxtıdır. İstehsal vaxtına daxildir:

  1. xammal, material və avadanlıqların istehsal ehtiyatında olduğu vaxt;

  2. iş dövrü, yəni əmək cisminin iş qüvvəsi tərəfindən emal prosesində olduğu vaxt;

  3. insanın iştirakı olmadan istehsalın təbii təsir prosesində olduğu vaxt (kimya sənayesində, əkinçilikdə, şərab istehsalında, mebel istehsalında və başqa sahələrdə);

  4. əmək prosesində fasilə vaxtı, bu müəssisənin iş rejimindən irəli gələn vaxt (növbələrarası vaxt, istirahət günü) və müxtəlif səbəblərdən boşdayanmalardır.

Dövriyyə vaxtının ikinci tərkib ünsürü tədavül vaxtıdır. Ona daxildir:

İstehsal vasitələrinin alınmasına sərf olunan vaxt; müəssisənin iş qüvvəsi ilə təmin edilməsinə gedən vaxt; əmtəələrin reallaşdırılması vaxtı.

Dövriyyə vaxtını qısaltmağın yolları: elmi-texniki nailiyyətlərin mənimsənilməsinin sürətləndirilməsi; istehsalın təşkilinin yaxşılaşdırılması və onun ritmikliyinin təmin edilməsi; avadanlığın növbəlilik əmsalının yüksəldilməsi; iş vaxtı itkisinin azaldılması; iqtisadi əlaqələrin mütərəqi formalarının inkişafı; topdansatış ticarətinin və nəqliyyatın işinin təkmilləşdirilməsi.

Bu vaxtın qısaldılması istehsal fondlarından istifadəsinin faydasını artırır.

Dövriyyə prosesində istehsal fondlarının bütün ünsürləri eyni sürətlə dövr etmir və öz dəyərlərini istehsal edilən məhsulun üzərinə eyni tərzdə keçirmir. Buna görə də özünün dövretmə xüsusiyyətlərinə görə fondlar əsas və dövriyyə fondlarına ayrılır. Bu cür bölgünün maddi əsası əmək vasitələri ilə əmək cisimlərinin fərqidir.

Əsas fondlar – istehsal prosesində bütövlükdə iştirak edir, öz dəyərini istehsal olunmuş məhsula hissə-hissə keçirir, istehsal prosesində uzun müddət iştirak edir və öz formasını uzun müddət dəyişmir. İstehsal binaları, maşınlar, qurğular, avadanlıqlar və digər əmək alətləri əsas fondlara aiddir.

Dövriyyə fondları – istehsal prosesinə hissə-hissə daxil olur, öz dəyərini

istehsal olunmuş məhsula bütövlükdə keçirir, yalnız bir istehsal dövründə iştirak edir və özünün ilkin formasını dəyişir. Xammal, yarımfabrikat, yardımçı material, yanacaq, enerji dövriyyə fondlarına aiddir. Dövriyyə fondları il ərzində bir neçə dəfə dövr edir.

İstehsal prosesində əsas fondlar aşınır, xarab olur, tədriclə öz istehlak dəyərini itirir, onların dəyəri isə istehsal olunmuş məhsulun üzərinə keçir. Bəs xarab olub sıradan çıxmış əsas fondlar nəyin hesabına bərpa olunur? Həmin fondlarla istehsal olunmuş məhsullar satıldıqca əsas fondların dəyərindən həmin məhsulun dəyərinə daxil olan hissəsi ayrılıb xüsusi fondda yığılır. Bu amortizasiya fondu adlanır.

Bu fondun bir hissəsi xarab olmuş, köhnəlmiş əsas fondun cari və əsaslı təmirinə sərf olunur və fondların itirdiyi dəyərin bir hissəsi yenidən bərpa olunur.

Amortizasiya fondu üçün ayırmalar amortizasiya normasına əsasən müəyyən edilir. Amortizasiya norması əsas fondun ilkin dəyərinin onun ömür müddətinə nisbətilə müəyyən edilir. Məsələn, fərz edək ki, frezer dəzgahının ilkin dəyəri 45000 manat, fəaliyyət müddəti isə 15 ildir. Bu zaman amortizasiya norması olacaqdır.

Əsas fondların iki cür aşınması məlumdur: fiziki və mənəvi aşınma.

Fiziki aşınma əsas fondların işlənib, xarab olub, öz istehlak dəyərini tamamilə itirməsidir. Fiziki aşınma bir tərəfdən istehsal prosesində onların işləyib, sürtülüb, köhnəlməsi nəticəsində, digər tərəfdən isə küləyin, şaxtanın, yağıntının, bir sözlə təbii proseslərin təsiri nəticəsində baş verir.

Fiziki aşınma ilə yanaşı əsas fondların mənəvi aşınması da baş verir. Mənəvi aşınma elmi-texniki tərəqinin təsiri nəticəsində baş verir. Mənəvi aşınma zamanı əsas fondlar fiziki cəhətdən işləməyə qabil olduğu halda mənəvi cəhətdən köhnəlir, vaxtından əvvəl sıradan çıxır. Mənəvi aşınmanın iki növü məlumdur. Birinci növ mənəvi aşınma o zaman baş verir ki, əmək məhsuldarlığının yüksəlməsi nəticəsində mövcud əmək vasitəsinin dəyəri aşağı düşür, ucuzlaşır. Yəni yeni istehsal edilən maşın, cihaz və s. həmin dövrdə istehsalda fəaliyyət göstərən eyni növdən olan maşın, cihazdan ucuz başa gəlir. Bununla belə eyni cihazların müxtəlif dəyəri ola bilməz. Çünki onların real ictimai dəyəri mövcud dövrdə istehsallarına sərf olunan ictimai zəruri əməyin miqdarı ilə müəyyən olunur. Buna görə də, əmək vasitəsinin ilkin dəyəri yeni şəraitdə, yəni eyni növdən olan əmək vasitələrinin daha ucuz başa gəldiyi şəraitdə hesablanacaqdır. Amortizasiya norması dəyəri daha aşağı olan əmək vasitələrinin dəyərinə uyğun hesablanacaq. Belə olduqda əvvəlki istehsal vasitəsi mənəvi cəhətdən yararsızlaşır və istehsaldan çıxarılır.

Mənəvi aşınmanın ikinci növü daha təkmil və səmərəli əmək vasitələri meydana gəldikdə baş verir. Yeni əmək vasitələri daha ucuz məhsulların istehsalını artırır və buna görə eyni növdən işdə olan əmək vasitələri fiziki cəhətdən işləməyə qabil olduğu halda mənəvi cəhətdən köhnəlmiş hesab olunur və qiymətdən düşür. Cəmiyyət daha məhsuldar əmək vasitəsi tətbiq etməkdə maraqlı olur.

Mənəvi köhnəlmə nəticəsində hər hansı bir müəssisə itirirsə bütövlükdə cəmiyyət qazanır. Çünki yeni fondların istifadə olunmasından əldə edilən qənaət itkilərin yerini doldurur.

Müəssisələrin əsas və dövriyyə fondları ilə yanaşı tədavül fondları olur. Tədavül fondlarına aiddir: hazır olub istehsalı tərk edən məhsullar, müəssisənin pul vəsaiti. Dövriyyə prosesində tədavül fondu dövriyyə fondu ilə çox yaxın olub bir-birini tamamlayır və hər bir dövriyyədən sonra bərpa olunurlar. Məcmu halda dövriyyə fondu ilə tədavül fondu dövriyyə vəsaitini təşkil edir.

Dövriyyə vəsaitinin istifadəsinin səmərəliliyi dövriyyə sürəti ilə xarakterizə olunur.


§4. Firmanın gəlirləri və mənfəəti. Mənfəətin bölgüsü
Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən hər bir firma əmtəə və xidmətin istehsalına çəkdiyi xərclərin müqabilində müəyyən məbləğ gəlir əldə edir.

Gəlirfirmanın fəaliyyətinin ən mühüm göstəricisi olub pul formasında bütün daxilolmaların məcmusundan ibarətdir. Gəlir firmanın bütün fəaliyyətinin nəticəsində yaranır. Firmanın işinin son nəticəsi istehsal edilmiş reallaşdırılmış, yəni haqqı ödənilmiş məhsullardır.

Xərclərin növlərinə görə gəlirlər müxtəlif olur:

1. Ümumi gəlir – müəyyən miqdar əmtəənin satışından əldə olunan pulun miqdarıdır. Onun məbləği əmtəələrin qiymətlərinin həmin əmtəələrin kütləsinin hasilinə bərabərdir:

ÜG = ƏxQ


2.Orta gəlirümumi gəlirin məhsul vahidinin miqdarına nisbətinə bərabərdir.
Yəni: OG= ÜG

Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə