Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com


İqtisadi idarəetmənin funksiyaları



Yüklə 6,62 Mb.
səhifə23/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   ...   19   20   21   22   23   24   25   26   ...   40

3. İqtisadi idarəetmənin funksiyaları.


4. İqtisadi idarəetmənin prinsipləri.

5. İqtisadi idarəetmə mexanizmi.

6. İqtisadi idarəetmə metodları.

7. İqtisadi idarəetmə sistemində planlaşdırma, proqramlaşdırma

və proqnozlaşdırma

8. İqtisadi idarəetmə sistemində intizam, məsuliyyət, nəzarət və uçot.

9. İqtisadi idarəetmə sistemində menecment

10. Marketinq: mahiyyəti, funksiyaları və idərəetmədə rolu.

11. İqtisadi idarəetmə sistemində dövlətin rolu.
§1. İdarəetmə: məzmunu və strukturu.
Bütün cəmiyyətdəki hadisə və proseslərə şüurlu təsir etmək, onlara istiqamət vermək, mövcud imkanlardan məqsədyönlü şəkildə istifadə etmək sahəsində görülən işlərin nəticəsi və əldə edilmiş təcrübə idarəetmə adlanan fəaliyyət növünün meydana gəlib qərarlaşmasına səbəb olmuşdur. Ona ümumi şəkildə belə bir tərif vermək olar: İdarəetmə – qarşıya qoyulmuş məqsədə nail olmaq naminə resursların səfərbərliyə alınması və səmərəli istifadə edilməsi, ictimai əlaqə, qayda və nəzarətin təmin edilməsinə yönəldilmiş insan fəaliyyəti növüdür. Bu fəaliyyət növü insanların çox qədimlərdən düşünüb tapdıqları və istifadə etdikləri münasibət formasıdır. İdarəetmənin meydana gəlmə tarixini dəqiq göstərmək çətindir. Ancaq, bunu demək olar ki, idarəetmə ictimai əmək bölgüsünün inkişafının nəticəsində digər fəaliyyət növlərindən ayrılaraq müstəqil bir forma almış, əsrlər boyu emprik xarakter daşısa da, tədriclə özünün elmi əsaslarını tapmış və inkişaf edərək mürəkkəb münasibətlər sisteminə çevrilmişdir. O öz qanunları, qanunauyğunluqları, prinsipləri və mexanizmləri olan münasibətlər sistemidir.

İdarəetmə vasitəsi ilə maddi imkanlar, sosial-iqtisadi münasibətlər məqsədyönlü şəkildə təşkil olunur, onun struktur həlqələri (ünsürləri) arasında əlaqə yaradılır, əvvəlcədən nəzərdə tutulmuş məqsədə çatmaq və arzuolunan nəticəni əldə etmək üçun konkret obyektə şüurlu təsir göstərilir. Bu şüurlu idarəetmədir. Şüurlu idarəetmə obyektiv qanunları, əldə olunmuş təcrübəni, sosial-iqtisadi inkişafın meyllərini bilmək və nəzərə almaqla həyata keçirilir. Bu zaman idarəediləcək obyektlər, qarşıya qoyulacaq məqsədlər, onlara nail olmağın üsul və vasitələri əvvəlcədən düşünülmüş şəkildə müəyyən edilir və idərəetmə mexanizmi işə salınır. Şüurlu idarəetmə elmi idarəetməyə yaxın anlayışdır, lakin onlar tam üst-üstə düşən anlayışlar deyildir. Elmi idarəetmə bütövlükdə idarəetmə elminin, digər sosial-iqtisadi elmlərin, təbiət elmlərinin, texniki elmlərin nailiyyətlərindən istifadə etməklə mümkün olur və insanın idarəetmə sahəsindəki fəaliyyətinin məqsədyönlü şəkildə qurulmasını və daha fəal olmasını mümkün edir.

Şüurlu idarəetmənin əksi kortəbii idarəetmədir. Kortəbii idarəetməni kompası olmayan gəminin idarə edilməsinə bənzətmək olar. Burada şüurlu amil iştirak etsə də idarə edilən obyekt (gəmi) əsas mexanizmlərin birindən məhrum olduğundan onun hərəkət istiqaməti təxmini, kor-koranə müəyyən edilir və buna görə də onun son mənzilə nə zaman çatacağı, təhlükələrlə üzləşib-üzləşməyəcəyi məlum deyil. Sosial-iqtisadi həyatda da bu cür kortəbii idarəetmə hallarına rast gəlmək olar.

Bazarın tələbini nəzərə almadan istehsal etmək, heç bir zərurət olmadan, obyektiv şəraiti nəzərə almadan hər hansı bir obyektin idəretmə strukturunun ləğvinə xitam vermək və s. buna misal ola bilər.

Cəmiyyətin bütün inkişaf mərhələlərində elmi idarəetmə mümkün olmur, bunun üçün lazımı şərait lazımdır. Elmi idərəetmə üçün inkişaf etmiş ictimai əmək bölgüsü sistemi, elm və texnikanın zəruri inkişaf səviyyəsi, idaretmə elminin özünün inkişaf etməsi, adamlarda idarəetmə mədəniyyəti, təcrübəsi və məqsədli fəaliyyət göstərmək bacarığı olmalıdır. İdarəetmədə insan amili əsas rol oynayır, buna görə də adamların idarəetmə bacarığı, inkişaf səviyyəsi, mürəkkəb proseslərdən baş çıxararaq, optimal qərarlar qəbul edib, onları reallaşdırmaq qabiliyyətinə malik olmaları lazımdır.

İdarəetmə müxtəlif səviyyəli və məsqsədli olur: ən başlıca məqsədi məhdud resruslardan və potensial imkanlardan səmərəli istifadə etməklə cəmiyyətin sabit, dinamik inkişafına və tələbatlarının dolğun ödənilməsinə nail olmaqdır.

İdarəetmə özünəməxsus mürəkkəb bir sistemdir, o həm də müxtəlif sistemlərin, o cümlədən iqtisadi və texniki sistemlərin, informasiya sistemlərinin məcmusudur. İdarəetmə ümumbəşəri mədəniyyətdir, hamı bacardığı dərəcədə onu inkişaf etdirir və ondan istifadə edir. O tədriclə milli sistemlər çərçivəsini aşaraq dünya sosial-iqtisadi sistemləri əhatə edən bir prosesə çevrilir. Beynəlxalq əlaqələr sistemi genişləndikcə beynəlxalq idarəetmə münasibətləri də inkişaf edir, onun yeni-yeni sistemləri və yarım sistemləri yaranır. Bununla belə hər bir ölkə özünün idarəetmə sistemini formalaşdırır və müstəqil olaraq təkmilləşdirərək inkişaf etdirir.

İdarəetmə cəmiyyətin bütün sahələrini əhatə edən çoxcəhətli bir prosesdir, o siyasi idarəetmə, iqtisadi idarəetmə və dövlət idarəçiliyindən ibarət üç iri sahəyə ayrılır. Bu mövzuda biz əsasən iqtisadi idərəetmə sistemini öyrənəcəyik.

§2. İqtisadi idarəetmə: məzmunu, obyektləri, subyektləri.
İqtisadiyyat müstəqil fəaliyyət sahəsi kimi idarə olunmağa möhtacdır. Onun sistemli xarakter alması əmək bölgüsünün və kooperasiyasının yaranması və inkişafı ilə bağlıdır. İctimai formasından asılı olmayaraq birgə əmək fəaliyyəti idarə olunmağı tələb edir. Birgə əməyi idarə etmək zərurəti rüşeym halında ilk insan cəmiyyətində yaranmışdır. Kapitalist manafakturaları, sonra isə fabrik-zavodların yaranması ilə onların idarəedilməsi sistemi də yaranır və inkişaf edir.

Öz mahiyyəti etibarı ilə idarəetmə prosesi pozulma, hərc-mərclik prosesinin antipotudur. Onun vəzifəsi mövcud sistemi stabilləşdirmək, onun keyfiyyət halını, orta səviyyəli dinamik inkişafını və tarazlığını saxlamaq, təkmilləşdirilməsini təmin etmək və arzuolunan faydalı nəticəyə nail olmaqdır. Mövcud iqtisadi sistem, başqa sistemlərdə olduğu kimi, daxili və xarici amillərin təsirinə məruz qalır və dəiyşikliyə uğrayır. Dəyişən şəraitə uyğun olaraq, öz vaxtında sistemin strukturunda yeniləşdirməni həyata keçirmək işini təmin etmək, qaydaya salmaq idarəetmənin vəzifəsidir. Bu isə iqtisadi sistemi onun özünə xas olan obyektiv qanunauyğunluqlara və meyllərə uyğun hala gətirməkdir. Ümumi şəkildə deyilsə iqtisadi idarəetmənin ali məqsədi iqtisadi sistemin fəaliyyətini optimallaşdırmaq, daha az səy və məsrəflə mümkün olan daha çox iqtisadi nəticələrə nail olmaqla cəmiyyətin tələbatını ödəməkdir.

İdarəetmə münasibətlər sistemidir, onun da məzmunu, prinsipləri, vasitələri və hədləri vardır. Bu münasibətlər idarəetmə funksiyalarını həyata keçirmək üzrə yaranan münasibətlərdir və onlar iqtisadi sistemə daxilən xas olan mexanizm vasitəsilə tənzimlənir.

İdarəetmə iqtisadi formalar, metodlar, göstəricilər, norma və normativlər vasitəsilə həyata keçirilirsə bu iqtisadi idarəetmə adlanır. İqtisadi idarəetmə obyektiv iqtisadi qanunların tələblərinə uyğun həyata keçirilməlidir. İqtisadiyyatın əsasən öz metodları və prinsipləri ilə idarə olunması sayəsində onun inkişafı təmin edilir, tarazlığı və bütövlüyü saxlanılır. Deyilənlərə əsasən iqtisadi idarəetməni belə səciyyələndirmək olar. İqtisadi idarəetmə - iqtisadi hadisə və prosesləri tənzim edən obyektiv qanunları bilmək və istifadə etmək əsasında iqtisadiyyata daxilən xas olan mexanizmi hərəkətə gətirməklə ölkənin iqtisadi potensialından məqsədyönlü şəkildə, effektli istifadəyə etməyə yönəldilmiş fəaliyyətdir. Bu fəaliyyət bazar mexanizmi və dövlət tənzimi mexanizmləri vasitəsi ilə tənzimlənir.

İqtisadi idarəetmənin obyektləri və subyektləri vardır. İdarə edən və idarə olunan sistemlər arasında fərqlər və müəyyən xüsusiyyətlər vardır. Bütövlükdə iqtisadi sistem və onun yarım sistemləri idarəetmə obyektidir. Başqa cür desək bütövlükdə xalq təsərrüfatı, onun ayrı-ayrı sahələri, korporasiyalar- səhmdar cəmiyyətlər, trestlər, konsernlər, birliklər, firmalar (müəssisələr), əmək kollektivləri, fərdi bizneslə məşğul olanlar, ayrı-ayrı işçilər idarəetmə obyektləridir. İctimai təkrar istehsal və onun fazaları- istehsal, bölgü, mübadilə və istehlak – iqtisadi idarəetmə obyektləridir.

İdarəetmənin subyektləri: dövlət və onun orqanları; inhisar birliklərinin idarə orqanları; səhmdar cəmiyyətlərin idarə orqanları; birliklərin idarə orqanları; müəssisələrin (firmaların) idarə orqanları; sahibkarlar və menecerlər; maliyyə-bank orqanları; müxtəlif fondlar; bizneslə məşğul olan fərdlər və s. İqtisadi idarəetmənin subyektləri iqtisadi vasitələrin, kateqoriya və qanunların, bir sözlə idarəetmə mexanizmlərinin köməyi ilə istehsalı, bölgünü, mübadiləni və istehlakı idarə edirlər. Onlar istehsal amillərini, resursları bazarın tələbinə uyğun, bazar mexanizmini nəzərə almaqla bölüşdürür, istehsalı stimullaşdırır, onun effektliyini və gəlirliyini təmin edir. Əslində resurslardan optimal şəkildə istifadənin təmin edilməsi yolu ilə yüksək nəticələrə nail olmaq iqtisadi idəretmənin başlıca vəzifəsidir və idarəetmənin subyektləri bu vəzifənin yerinə yetirilməsinə nail olmağa çalışmalıdırlar. Bu vəzifə, o zaman yerinə yetirilə bilər ki, idarə edilən obyekt ilə idarə edən subyekt arasında uyğunluq olsun.

İqtisadi idarəetmənin (iqtisadi sistemlərin idarə olunmasının) bir neçə forması mövcuddur:

a) Azad rəqabətə əsaslanan bazar iqtisadiyyatı şəraitində xalis bazar mexanizmlərinə əsaslanan kortəbii idarə olunma;

b) İqtisadiyyatın xüsusi və dövlət bölmələrinin birgə fəaliyyət göstərdiyi qarışıq iqtisadiyyatın bazar mexanizmi və dövlət tənzimi mexanizmləri ilə idarə olunması;

c) İctimai mülkiyyət xüsusi mülkiyyət formaları əsasında fəaliyyət göstərən təsərrüfatın dövlət planı bazar mexanizmindən istifadə etməklə idarə olunması;

d) İctimai mülkiyyətin hakim olduğu təsərrüfatın vahid plan əsasında mərkəzdən idarə olunması.

İqtisadiyyatın kortəbii idarə olunduğu şəraitdə iqtisadi sistemin qaydaya salınması çoxsaylı təsadüflərdən, kortəbii hərəktələrdən asılı olaraq ümumi meyl kimi özünə yol açır və bir növ «avtomatik» fəaliyyət göstərir. Bununla belə təsərrüfatla məşğul olan adamlar öz iqtisadi fəaliyyətlərini kortəbii proseslərin tələblərinə uyğunlaşdırmağa və onlara müəyyən təsir göstərərək özlərinə uyğun olan istiqamətə yönəlməyə səy göstərirlər. Tənzimlənməyən bazarda saysız-hesabsız alqı-satqı əməliyyatları gedir və bu proseslərin arxasında meyl kimi fəaliyyət göstərən bazar qanunları - dəyər qanunu, tələb və təklif qanunu, rəqabət qanunu, orta mənfəət qanunu və b. qanunlar durur. Kənar müdaxilə olmadan bazar mexanizminin fəaliyyəti nəticəsində ictimai əməyin kortəbii bölgüsü baş verir, iqtisadi resurslar müxtəlif sahələr arasında bölünür, kapitalın kortəbii axını baş verir, iqtisadi proporsiyalar yaranır, pozulur və kortəbii qüvvələrin təsiri altında yenidən bərpa olunur. Proses fasiləsiz təkrar olunur. Burada bazar mexanizmi iqtisadiyyatın başlıca idarəedici qüvvəsi olur.

İqtisadi idarəetmənin 2-ci formasında şüurlu iqtisadi idarəetmə bazar mexanizmi ilə yanaşı fəaliyyət göstərir. Belə ki bazar mexanizmi ilə özünün tənzimləmə mexanizmini əlaqləndirməyə çalışan dövlət iqtisadi vasitələrlə bazarın fəaliyyətinə yol açmağa şərait yaratmağa iqtisadi inkişafa təsir etməyə səy göstərir. İqtisadi idarəetmənin 3- formasında şüurlu amil daha güclü rol oynayır. Belə ki, dövlət iqtisadiyyatı mərkəzdən planlı idarə etməklə yanaşı bazar elementlərindən, bazar mexanizminin ayrı-ayrı ünsürlərindən istifadə edir (məsələn Çində). İqtisadi idarəetmənin 4- formasında isə iqtisadiyyat əsasən plan mexanizminin köməyi ilə mərkəzdən, dövlət tərəfindən idarə olunur (keçmiş Sovetlər ölkəsində olduğu kimi). Şüurlu iqtisadi idarəetmə-adamların qarşıya qoyduqları məqsədlərə çatmağa yönəldilmiş fəaliyyətləri ilə bağlıdır. İqtisadiyyatı idarə etmək üçün ictimai orqanlar, idarəetmə sistemləri, yəni iqtisadi sistemə şüurlu təsir göstərən orqanlar təşkilatlar meydana gəlir mövcud sosial-iqtisadi sistemin təbiətinə uyğun olaraq fəaliyyət göstərir onların fəaliyyətləri müntəzəm olaraq təkmilləşdirilir.

Cəmiyyətin inkişafı, elmi-texniki tərəqqinin təsiri altında adamların kortəbii qüvvələr üzərində ağalığı artır, şüurlu idarəetmə fəaliyyəti güclənir və müxtəlif səviyyəli yeni iqtisadi idarəetmə orqanları yaranır və dövlətin iqtisadi proseslərə nüfuz etməsi genişlənir və idəraetmədəki rolu güclənir.


Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə