Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com


İqtisadi inteqrasiya və onun formaları



Yüklə 6,62 Mb.
səhifə27/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   ...   23   24   25   26   27   28   29   30   ...   40

3. İqtisadi inteqrasiya onun formaları


4. Beynəlxalq valyuta sistemi.Valyuta bazarı.

5. Tədiyyə balansı və onun quruluşu.

6. İqtisadi qloballaşma.


§ 1. Ümumdünya təsərrüfatı, məzmunu, yaranması amilləri.
İqtisadiyyat bir elm kimi iqtisadi sistemləri həm milli təsərrüfat (makroiqtisadiyyat) çərçivəsində, həm də dünya iqtisadiyyatı (meqoiqtisadiyyat) miqyasında öyrənir.

Beynəlxalq iqtisadiyyat dünya ölkələrinin milli və beynəlxalq maraqları əsasında formalaşan və daim inkişaf edən bütöv bir sistemidir. Beynəlxalq iqtisadiyyat daha geniş məzmuna malik olaraq özündə «ümumdünya təsərrüfatı» və «beynəlxalq iqtisadi münasibətlər» anlayışlarını birləşdirir.

Ümumdünya təsərrüfatı beynəlxalq əmək bölgüsünün tarixi inkişafının nəticəsidir. Ümumdünya təsərrüfatı özünün ictimai-iqtisadi quruluşundan asılı olmayaraq beynəlxlaq əmək bölgüsünə əsaslanan, beynəlxalq iqtisadi münasibətlər sistemində bir-biri ilə qarşılıqlı iqtisadi əlaqələrlə bağlı olan dünya ölkələrinin milli təsərrüfatlarının məcmusudur. Ümumdünya təsərrüfatının formalaşması iki mühüm şərtlə xarakterizə olunur. Birincisi, dünya iqtisadiyyatının yaranması nəticəsində beynəlxalq iqtisadi əlaqələrin obyektiv zərurətə çevrilməsi; ikincisi, dünya ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələrin faydalı olması. Ümumdünya təsərrüfatı çox tərəfli və müxtəlif mərhələli bir orqanizmdir. Ayrı-ayrı tarixi inki şaf dövrlərində məhsuldar qüvvələrin inkişafı və beynəlxalq əmək bölgüsünün daha da genişlənməsi nəticəsində ümumdünya təsərrüfatının formalaşmasında və onun məzmununda əsaslı dəyişikliklər baş vermişdir.
Dünya təsərrüfatının təşəkkül tapmasının əsaslarını bu sxemdən görmək olar.

Бейнялхалг тиъарят

Капиталын вя инвестисийанын щярякяти



юлкянин


ъоьрафи

вязиййяти






Ямяк ресурсларынын

бейнялхалг

миграсийасы






бейнялхалг игтисади

тяшкилатлар





бейнялхалг

ямяк


бюлэцсц





бейнялхалг валйута-

кредит мцнасибятляри



Глобал проблемлярин

кяскинляшмяси




Глобал проблемлярин

щяллиндя бейнялхалг



ямякдашлыг










Бейнялхалг елми-техники ялагяляр


игтисади интеграсийа



Sxem 1. Beynəlxalq iqtisadi münasibətlər
Beynəlxalq əmək bödgüsü ərazi əmək bölgüsünün inkişaf forması kimi dünya ölkələrinin müxtəlif əmtəə və xidmət növlərinin istehsalı üzrə ixtisaslaşması və onlar arasında həmin məhsulların bir-birilə mübadilə olunması prosesidir. Beynəlxalq əmək bölgüsü hər bir ölkənin malik olduğu təbii və iqtisadii resurslardan, elmi-texniki və əmək potensialından daha səmərəli istifadə olunmasına şərait yaradır. Digər tərəfdən beynəlxalq əmək bölgüsü əsasında dünya ölkələri öz təbii və iqtisadi sərvətlərini bir-birilə mübadilə edir və «müqayisəli xərclər» əsasında onlardan səmərəli surətdə istifadə edirlər.

Beynəlxalq əmək bölgüsü əsasında inkişaf etmiş ölkələrdə dünya təsərrüfatının formalaşması sənayedə klassik kapitalist müəssisələrinin yaranmasının üç mərhələsini əhatə edir: sadə kooperasiya sahibkarlığı dövrü (təxminən XYI əsrin ortalarına qədər sənayedə sahibkarlığın meydana gəlməsi); manufaktura istehsalı dövrü (XYI - XYIII əsrlərdə), maşınlı istehsal dövrü (XYIII-XIX əsrlər). İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə sənaye çevrilişi dövründə (XYIII əsrin ortalarından başlayaraq) xüsusilə, elektrotexnika inqilabının daha geniş vüsət aldığı dövrdə (XIX əsrin sonu XX əsrin əvvələrində) dünya təsərrüfatının formalaşması tarixən başa çatdı. Məhsuldar qüvvələrin inkişafı nəticəsində elmi-texniki tərəqqinin və elmi-texniki inqilabın nəticələrindən dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələri bəhrələnərək beynəlxalq ixtisaslaşma və kooperasiya əlaqələrinə qoşulmağa başladılar. Belə ki, dünyanın hər bir ölkəsi benəlxalq iqtisadi əlaqə yaratmadan öz iqtisadi inkişafını həyata keçirə bilməz və dünya ölkələrinin iqtisadi birliyinə daxil olmaq imkanını qazana bilməz. Müasir dövr dünya ölkələrinin milli təsərrüfatlarının beynəlmilləşməsi və qloballaşması dövrü kimi formalaşır. Dünyanın hər bir ölkəsi həm öz daxili imkanlarından (istehsal amillərindən), həm də xaricdən daha yeni texnika və texnologiyanı idxal etməklə öz müstəqil milli iqtisadiyyatını formalaşdırır və inkişaf etdirir. Buradan belə bir nəticə çıxarmaq olar ki, dünya ölkələri milli sosial-iqtisadi tərəqiyyə nail olmaq məqsədilə ümumdünya təsərrüfatının qanunauyğunluqlarını dərk etməli və onun üstünlüklərindən daim istifadə etməlidir.

Bunları nəzərə alaraq ümumdünya təsərrüfatının yaranması amillərinə aşağıdakıları aid etmək olar:

- dünya ölkələrinin milli iqtisadi sistemlərinin müxtəlifliyi;

- dünya ölkələrinin müxtəlifliyi;

- beynəlxalq əmək bölgüsü əsasında dünya ölkələri arasında ticarət-iqtisadi və elmi-texniki əlaqələrin yaranmasının zəruriliyi;

- dünya ölkələri arasında istehsal amillərinin qeyri-bərabər yerləşməsi;

- ölkələr arasında əmtəə və xidmətlərin hərəkətində fərqli cəhətlərin olması;

- beynəlxalq təkrar istehsal prosesinin formalaşması;

- ölkələrin milli valyutalarının bir-birindən fərqli olması;

- məhsuldar qüvvələrin və istehsal münasibətlərinin beynəlmiləlləşməsi prosesinin baş verməsi;

- dünya ölkələrinin iqtisadi qloballaşma prosesində iştirakının zəruriliyi;

Ümumdünya təsərrüfatının yaranmasını zəruri edən amillər bir daha təsdiq edir ki, dünya ölkələrinin gələcək tərəqqisi və inkişafı onların qarşılıqlı əlaqəsindən daha çox asılıdır. Xüsusilə, müasir dövrün (XXI əsrin) elə qlobal problemləri var ki, onlar dünya xalqlarını bir-birinə yaxınlaşdırır və onlara ümumbəşəri mənafelərini reallaşdırmaq imkanı verir. Müasir dövrdə beynəlxalq əmək bölgüsü əsasında istehsalın beynəlxalq ixtisaslaşması və kooperasiyalaşması özünün ən yüksək səviyyəsinə çatmışdır. Demək olar ki, dünya ölkələrində istehsal olunan bir sıra məhsul növləri istehsalın beynəlxalq ixtisaslaşma prosesi əsasında baş verir. Məsələn, «Boinq-747» markalı təyyarənin istehsalı üçün 4,5 min detal və birləşmələr lazım gəlir. Bunların istehsalı ilə dünyanın 1500 şirkəti məşğul olur. Müasir mikroelektoronika, maşınqayırma, gəmiqayırma, dəzgah istehsalı, müxtəlif növ yarımfabrikatlar, seriyalı formada dünyanın ayrı-ayrı ölkələrində əvəzedici (oxşar) məhsul kimi istehsal edilir.

İstehsalın beynəlxalq kooperasiyalaşması dedikdə, ayrı-ayrı ölkələr arasında istehsalın bu və digər məhsul növləri üzrə ixtisaslaşması və birgə məhsul istehsalı üzrə qarşılıqlı əlaqəsi nəzərdə tutulur.

Müasir dövrdə istehsalın beynəlxalq ixtisaslaşması və kooperativləşməsı prosesi daim inkişaf edir və təkmilləşir. Beynəlxalq ixtisaslaşma ayrı-ayrı ölkələrin, region, sahə və müəssisələrin müxtəlif əmək bölgüsü əsasında məhsul, detal və hissələrin (qovşaq) istehsalı üzrə ixtisaslaşması prosesidir. İstehsalın beynəlxalq ixtisaslaşmasının üç əsas forması vardır.

- əşya (predmet) üzrə ixtisaslaşma;

- detal (hissə, qovşaq) üzrə ixtisaslaşma;

-texnoloji ixtisaslaşma (istehsal prosesinin mərhələlərə ayrılması yolu ilə məhsul istehsalı).

Müasir dövrdə öz inkişaf səviyyəsindən asılı olmayaraq dünya ölkələri müxtəlif növ məhsul istehsalı üzrə ixtisaslaşmışlar. Məsələn, Meksika, BƏƏ, Norveç, İraq, İran və Azərbaycan neft, Hindistan çay, Braziliya kofe və s. üzrə ixtisaslaşmışlar.

Ümumdünya təsərrüfatı birdən-birə meydana gəlməmişdir. O, aşağıdakı mərhələləri əhatə edir.

Ümumdünya təsərrüfatının yaranması ölkələrarası ticarət əlaqələrinin yaranması və inkişafı ilə bağlıdır. Onun sonrakı inkişafı və formalaşması isə böyük coğrafi kəşflərdən başlayaraq (XY - XYI əsrin sonu) XX əsrin əvvəlinə qədər olan bir dövrü əhatə edir. Bu dövrdə dünya ticarəti mütləq üstünlüyə malik olmuş, zəbt olunmuş ölkələrdən xammal və metropoliyalardan hazır sənaye məhsulların ixracı üstünlük təşkil edirdi. Dünya iqtisadi və ərazi cəhətdən bölündü, bazar yönümlü dünya iqtisadiyyatı formalaşmağa başladı. İnkişaf etmiş ölkələr, metropoliyalar, iqtisadi cəhətdən asılı, zəif və müstəmləkə xarakterli ölkələr dünya iqtisadiyyatının başlıca subyektləri hesab olunurdu. Müstəmləkəçi ölkələr siyasi və iqtisadi ağalığa malik olaraq xammal mənbələrini, ucuz iş qüvvəsini və satış bazarlarını ələ keçirirdilər. Həmin dövrün xarakterik xüsusiyyətləri bunlardır:

- dünya müstəmləkə təsərrüfat sisteminin yaraması;

- mövcud iqtisadi münasibətlərin hüquqi əsaslarının formalaşması;

- qeyri-bərabər hüquqlu və qeyri-ekvivalent mübadilənin hökm sürməsi;

Ümumdünya təsərrüfatının inkişafının sonrakı dövrü XX əsrin 20-50-ci illərini əhatə edir. Bu dövrün əsas xarakterik cəhətləri aşağıdakılardır:

- dünya kapitalist təsərrüfatı sistemi ilə yanaşı sosialist təsərrüfat sistemi formalaşır;

- əmtəə ixracına nisbətən kapital ixracı daha da genişlənir;

- kapitalın bilavasitə istehsala cəlb olunması meyli güclənir;

- xarici ticarətin müxtəlif formaları yaranır və beynəlxalq əmtəə dövriyyəsində onun xüsusi çəkisi artmağa başlayır;

-xarici iqtisadi ələqələrin yeni formaları yaranır (elmi-texniki əməkdaşlıq, iş qüvvələrinin beynəlxalq miqrasiyası və s.)

- milli təsərrüfat sistemində qarşılıqlı əlaqə və asılılıq daha da güclənir.

Ümumdünya təsərrüfatının inkişafının üçüncü mərəhələsi XX əsrin 50-ci illərindən başlayaraq hazırkı dövrü əhatə edir. Bu dövrün əsas xarakterik cəhətləri aşağıdakılardır:

- XX əsrin 60-ci illərindən başlayaraq müstəmləkə sisteminin böhranı və dağılması baş verir;

- dünya ölkələrinin böyük əksəriyyəti siyasi cəhətdən müstəqillik əldə etməyə başlayır;

- dünya ölkələri arasında iqtisadi interqrasiya şaquli və üfiqi istiqamətdə daha da güclənir;

- istehsalın beynəlxalq ixtisaslaşma və kooperasiyalaşma səviyyəsi daha da artır;

- transmilli korporasiyaların dünya miqyasında rolu genişlənir;

- Şaquli inteqrasiya o deməkdir ki, investisiya kompaniyasının xaricdə istehsal etdirdiyi məhsul əsas istehsal namenklaturasından müəyyən səviyyədə fərqlidir. Lakin onlar eyni texnoloji prosesə malikdirlər;

Üfiqi inteqrasiya o deməkdir ki, xaricdə istehsal olunan bir namenklaturalı hazır məhsul ölkədə istehsal olunan məhsulla oxşardır və nisbətən aşağı istehsal xərcləri ilə fərqlənir.

Ümumdünya təsərrüfatının inkişafının bu mərhələsində regionlaşma və qloballaşma daha geniş vüsət alır və müasir dövrdə bir sıra xüsusiyyətləri ilə fərqlənir. Bu xüsusiyyətlərə aşağıdakılar aiddir:

- dünya ölkələrinin qeyri-bərabər iqtisadi inkişaf səviyyəsi və müxtəlif geosiyasi mövqeyə malik olmaları;

- dünya ölkələri və regionları arasında istehsal amillərinin qeyri-bərabər bölgüsü;

- inkişaf etmiş ölkələrin zəif inkişaf etmiş ölkələrin iqtisadiyyatına kapital qoyuluşuna daha çox meyl göstərməsi;

- müasir şəraitdə inkişaf etmiş dünya ölkələrinin iqtisadi qloballaşma prosesində iqtisadi maraqlarının müxtəlifliyi;

- Müasir qloballaşma prosesində transmilli kapitalın daha geniş miqyas alması;

- İqtisadi qloballaşma şəraitində inkişaf etməkdə olan ölkələrin öz milli müstəqilliyini qoruyub saxlanması meylinin güclənməsi;

- Region ölkələrinin iqtisadi inteqrasiya əlaqələrinə qoşulmaq meylinin güclənməsi.
§ 2. Beynəlxalq iqtisadi münasibətlərin əsas formaları.
Dünya ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələr vahid bir sistem təşkil edir və beynəlxalq iqtisadi münasibətlərə əsaslanır. Beynəlxalq iqtisadi münasibətlər bəşəriyyətin mövcudluğunu və dövlətlərin beynəlxalq maraqlarının qarşılıqlı surətdə reallaşmasını əks etdirən münasibətlər sistemidir. Milli təsərrüfatlar bir-birilə qarşılıqlı asılılıqda və əlaqədə olaraq beynəlxalq iqtisadi münasibətlərin əsas daşıyıcıları kimi çıxış edirlər. Beynəlxalq iqtisadi münasibətlər müxtəlif dövlətlər, fiziki və hüquqi şəxslər arasında maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı sferasında yaranan iqtisadi münasibətlər sistemidir. Beynəlxalq iqtisadi münasibətlər milli təsərrüfatların benyəlmilləşməsi prosesi nəticəsində yaranır. Beynəlxalq iqtisadi münasibətlər əsasında ümumdünya təsərrüfatı formalaşır və inkişaf edir.

Beynəlxalq iqtisadi münasibətlərin əsas formaları bunlardır:

- Beynəlxalq ticarət;

- kapitalın beynəlxalq hərəkəti (kapital ixracı), beynəlxalq investisiya fəaliyyəti;

- qüvvəsinin beynəlxalq miqrasiyası;

- elmi-texniki mübadilə;

- beynəlxalq valyuta münasibətləri;

Beynəlxalq ticarət dünya ölkələri arasında əmtəə xidmətlərin mübadiləsi prosesidir.

Beynəlxalq ticarət qədim dövrü əhatə edən, geniş yayılmış əlaqə formasıdır. XIX əsrdə dünya ticarəti daha geniş yayılaraq dünya ölkələrini əhatə etmişdir. Beynəlxalq ticarəti zəruri edən şərt elmi-texniki inqilabın nəticələrinin istehsala tətbiq olunması nəticəsində dünya bazar tələblərinə cavab verən yüksək keyfiyyətli rəqabət qabiliyyətli məhsul xidmətlərə tələbatın artması olmuşdur. Digər tərəfdən dünya ölkələrində istehsal amillərinin qeyri-bərabər olması, onların ərazilərinin bir-birindən fərqlənməsi ölkələr arasında dünya ticarətinin formalaşması inkişafını zəruri edir. Dünya ticarətində hər bir ölkənin özünə məxsus marağı vardır. Beynəlxalq əmək bölgüsü inkişaf etdikcə ayrı-ayrı milli təsərrüfatlarda yaradılan əmtəə xidmətlər beynəlxalq ticarətin əsas obyektinə çevrilir.Əmək bölgüsü dərin- ləşdikcə beynəlxalq ticarətin strukturunda əsaslı dəyişikliklər baş verir. Yeni-yeni əmtəə xidmətlər yaradılır dünya bazarı vasitəsilə ölkələrin təlabatlarını ödəyir.

Dünya ticarəti əmtəə və xidmətlərin idxal və ixrac əməliyyatları ilə xarakterizə olunur. Dünya ticarətinin ilkin mərəhələsində aqrar ölkələrdən xammal və ərzaq məhsullarının ixracına daha çox üstünlük verilmişdir.

Xüsusilə inkişaf etmiş ölkələrdən zəif inkişaf etmiş ölkələrə müxtəlif növ avadanlıq, dəzgah, cihazlar ixracı daha çox üstünlük təşkil edirdi. Həmin ölkələrdən ABŞ, İngiltərə, Fransa, İtaliya, Almaniya və s. göstərmək olar.

Müasir dövrdə beynəlxalq ticarətin bir sıra xarakterik xüsusiyyətləri vardır:

- dünya bazarında müasir elmi-texniki tərəqqinin nailiyyətlərinin mübadiləsinə daha çox yer verilməsi; (patentlərə, lisenziyalara, nou-hau s.)

- beynəlxalq korporasiyaların dünya bazar münasibətləri sistemində fəaliyyətinin daha da genişləndirməsi;

- dünya ticarət dövriyyəsində idxal və ixrac əməliyyatlarının nisbətinin dəyişilməsi.

Dünya ölkələrində xarici ticarət fəaliyyətinin səmərəliliyinin artırılmasının əsas yolları bunlardır:

- ixrac əməliyyatlarında istehsal vasitələri və hazır məhsulların xüsusi çəkisi mütləq üstünlüyə malik olmalıdır;

- idxal əməliyyatlarında ölkədə bilavasitə istehsal olunmayan məhsullara daha çox üstünlük verilməlidir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra xarici ticarət sayəsində yüksək nəticələrə nail olmuşdur. Bu dövr ərzində Azərbaycan 135-ə qədər xarici dövlətlə ticarət əməliyyatları aparır. 2005-ci ildə xarici ticarət dövriyyəsinin ümumi həcmi 8558,4 milyon ABŞ dolları, o cümlədən idxal 4211,2 milyon, ixrac 4347,2 milyon dollar olmuşdur. Belə ki, xarici ticarət dövriyyəsinin 50,8 faizini ixrac, 49,2 faizini idxal təşkil etmişdir. Xarici ticarət əlaqələrinin 72,5 faizi Uzaq Xarici dövlətlərlə, 27,5 faizi MDB üzvü ölkələri ilə aparılmışdır.

2004-cü illə müqayisədə xarici ticarət dövriyyəsinin ümumi həcmi 2005-ci ildə 20,0 faiz artmışdır. 2005-ci ildə Azərbaycanda 3308,6 milyon dollar dəyərində 9033,1 min ton neft və neft məhsulları ixrac olunmuşdur. Neft və neft məhsullarının 94,9 faizi uzaq xarici dövlətlərə, 5,1 faizi MDB ölkələrinə göndərilmişdir.

2005-ci ildə Azərbaycanın İtaliya, Rusiya,Türkiyə, Fransa,Koreya, Çin, Almaniya,Ukrayna və digər ölkələrlə ticarət əlaqələri daha geniş olmuşdur. 1991-2005-ci illərdə Azərbaycanın xarici ticarət dövriyyəsini təhlil etdikdə görünür ki, 2005-ci ildən başlayaraq ixrac əməliyyatları üstünlük təşkil etmiş və müsbət saldo ilə nəticələnmişdir.


Xarici ticarət dövriyyəsi (min ABŞ dolları)

Cədvəl № 1.

İllər

Dövriyyə

İdxal

İxrac

Saldo

1991

4002234,3

1881266,2

2120968,1

+ 239701,9

1992

2423835,0

939862,0

1483973,0

+ 544111,0

1993

1353467,1

628806,0

724661,1

+ 95855,1

1994

1430644,7

777910,5

652734,2

- 125176,3

1995

1304856,5

667657,2

637199,3

- 30457,9

1996

1591881,8

960636,3

631245,5

- 329390,8

1997

1575652,9

794343,2

781309,7

- 13033,5

1998

1682647,9

1076497,4

606150,5

- 470346,9

1999

1965552,4

1035888,8

929663,6

- 106225,2

2000

2917291,1

1172071,2

1745219,9

+ 573148,7

2001

3745313,5

1431107,4

2314206,1

+ 883098,7

2002

3832883,7

1665484,0

2167399,7

+ 501915,7

2003

5216558,9

2626181,1

259.377,8

- 35803,3

2004

7131393,9

3515930,0

3615463,9

+ 99533,9

2005

8558358,5

4211207,3

4347151,2

+ 135943,9


Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə təkcə neft məhsulları deyil, qeyri-neft sektorunun hazır məhsullarının ixracına daha çox üstünlük veriləcəkdir.

Dünya ölkələri öz maraqlarına uyğun olaraq xarici ticarət siyasətini iki əsas istiqamətdə həyata keçirir.

1.Azad ticarət siyasəti. Sənayedə inqilabdan sonra ölkələr arasında azad ticarət siyasətinə daha çox üstünlük verildi və dünya ticarətində iştirak edən ölkələrin sayı gündən-günə artmağa başladı.

Azad ticarət siyasətinin başlıca cəhəti azad ticarət zonalarının yaradılması, ticarət aparan ölkələr arasında vergi və gömrük rejiminin sadələşdirilməsini həyata keçirməkdir. Bu siyasət hər bir ölkənin milli maraqlarına uyğun olaraq dövlət tərəfindən tənzimlənir.

2. Proteksionizm (himayəçilik) siyasətidir. Bu ticarət siyasəti hər bir ölkənin daxili bazarının qorunub saxlanması, milli iqtisadi mənafelərin daim üstün tutulması və ölkələrin iqtisadi təhlükəsizliyinin təmin olunması məqsədinə xidmət edir. Xarici ticarətdə himayədarlıq siyasəti dövlət tərəfindən qanunlar və qanunvericilik aktları vasitəsilə tənzimlənir. Onlara: ölkələrarası ticarət sazişlərinin bağlanması, kvotaların (ticarət məhdudiyyətlərin) qoyulması, tarif sistemində dəyişikliklər edilməsi, potent və lisenziyalara ciddi nəzarət olunması, himayədarlıq siyasətinin tənzimlənməsində istifadə olunan əsas metodlar və s. aiddir.


Xarici ticarət siyasətinin tiplərini aşağıdakı sxem əsasında görmək olar.




Протексионизм

Азад тиъарят
Beynəlxalq


ticarət siyasəti

Эюмрцк режими



Гейри-тариф манеяляри



Манеялярсиз тиъарят

си йасяти



Ихраъын мцдафияси





Sxem 2.Xarici ticarət siyasətinin tipləri
Beynəlxalq iqtisadi münasibətlərin formalarından biri kapitalın beynəlxal hərəkətidir (miqrasiyasıdır). Dünya ölkələri arasında iqtisadi əlaqələr inkişaf etdikcə kapital ixracının rolu daha da artır. Kapital ixracı - dövlət və xüsusi firmalar tərəfindən kapitalın xarici ölkələrdə yerləşdirilməsi prosesidir. Kapital ixracı xarici bazarların bölüşdürülməsi uğrunda gedən iqtisadi mübarizə vasitəsidir. Kapital ixrac edən ölkələr kapital ixrac olunan ölkələrdə öz xüsusi müəssisələrini yaradır, tikintilərdə payçı (şərikli) formada iştirak edir, özlərinin filiallarını və kompaniyalarını açırlar.

Kapital ixracını zəruri edən əsas şərtlər bunlardır:

- dünyanın bir çox ölkələrində nisbi kapital artıqlığının mövcud olması;

- dünyanın ayrı-ayrı ölkələrində kapitala olan tələbatın qeyri-bərabər olması;

- kapital ixrac olunan ölkələrdə onun daha yüksək mənfəət gətirmək imkanı;

- dünya ölkələrində təbii sərvətlərin qeyri-bərabər olması;

- kapital ixrac olunan ölkələrdə istehsal xərclərinin, xüsusilə əmək haqqının aşağı olması.

Kapital ixracını həyata keçirən ölkə üçün müsbət cəhət ondan ibarətdir ki, həmin ölkənin dünya kapital bazarında nüfuzu artır və ölkənin iqtisadiyyatına daha çox gəlir daxil olar.

Kapital ixracının mənfi cəhəti ondan ibarətdir ki, kapital ixracı nəticəsində daxili kapitalın bir hissəsi ölkənin milli geniş təkrar istehsalından çıxır və ölkənin iqtisadi artım sürətinə mənfi təsir göstərir. Bunlarla yanaşı kapital ixracı həmin ölkədə vergilərin həcminə, işsizlik səviyyəsinə mənfi təsir göstərir.

Dünya ölkələri arasında kapital ixracının üç əsas forması vardır:

-Borc kapitalı formasında;

- Sahibkarlıq kapitalı formasında;

- İnvestisiya qoyuluşu formasında

Borc kapitalı forması tarixən sahibkar kapitalından əvvəl meydana gəlmişdir. Borc kapitalı əsasən ayrı-ayrı ölkələrə və regionlara istiqrazlar və kredit verilməsi formasında həyata keçirilir.

Kapitalın sahibkarlıq formasında kapitalın digər ölkələrin istehsal, ticarət, xidmət, maliyyə, kommunal və başqa sahələrinə qoyulması və müxtəlif müəssisələrin yaradılması və inkişaf etdirilməsi üçün nəzərdə tutulur. Hazırda dünya ölkələri arasında kapital ixrac edən ölkələr ABŞ, Almaniya,Yaponiya, İngiltərə, Avropa İttifaqı Ölkələri və s. xüsusilə fərqlənir.

İnvestisiya qoyuluşu dünya ölkələri arasında kapitalın hərəkətinin əsas formalarından biridir. İnvestisiya qoyuluşunun iki əsas forması vardır:

- Birbaşa xarici investisiya

- Portfel investisiyası

Birbaşa xarici investisiya investorların mülkiyyətində və nəzarətində olan xarici müəssisələrin kreditləşdirilməsi və ya səhmlərin satın alınması yolu ilə tətbiq edilir.

- Portfel investisiyalar investorların mülkiyyətində və ya nəzarətində olmayan xarici müəssisələrin kreditləşdirilməsi və ya səhmlərinin satın alınması yolu ilə tətbiq edilir.

Müasir dövrdə inkişaf etmiş ölkələrin əksəriyyətinin digər ölkələrdə hər iki formada investisiya yatırımları vardır. Bunlara: ABŞ, Böyük Britaniya, Yaponiya, Almaniya, İsveç, Belçika, Avsriya və s. aid etmək olar.

Azərbaycan müstəqillik əldə etdikdən sonra onun iqtisadiyyatına indiyə kimi 16 milyard dollar xarici investisiya qoyulmuşdur. Onun 60 faizə yaxını neft sektoruna, qalanı isə digər fəaliyyət sahələrinə yönəldilmişdir. Azərbaycanda kapital qoyuluşları əsasən neft sektorunun inkişafına yönəldilmişdir. Xüsusilə, Bakı-Novorosiyski, Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərlərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yol tikintisinin həyata keçirilməsinə bütövlükdə 20 milyard dollara yaxın xarici daxili investisiya qoyuluşu həyata keçirilmişdir. Kapital ixracı ölkələr arasında beynəlxalq infrastruktur sisteminin formalaşmasına şərait yaradır.

Beynəlxalq infrastruktur sisteminə aşağıdakıları aid etmək olar:

- Beynəlxalq nəqliyyat sistemi;

- Beynəlxalq boru kəmərləri;

- Beynəlxalq informasiya və kommunikasiya sistemi;

- Beynəlxalq lizinq kompaniyası;

- Beynəlxalq unifikasiya (iqtisadi və sosial inkişaf haqqında statistik məlumatların vahid formaya salınması)

- Beynəlxalq bank-kredit sistemi;

- Beynəlxalq marketinq sistemi

- Beynəlxalq birja növləri (əmtəə, fond, qiymətli kağızlar birjası).

Dünya ölkələri arasında müasir beynəlxalq infrastruktur sisteminin daha da inkişafı təkmilləşdirilməsi beynəlxalq iqtisadi münasibətlərin daha geniş miqyas almasına təsir göstərir.

Beynəlxalq iqtisadi münasibətlərin digər formalarından biri qüvvəsinin beynəlxalq miqrasiyasıdır.

Müasir dövrdə kapitalın beynəlxalq hərəkəti ilə yanaşı əmək ehtiyatlarının bir ölkədən digər ölkələrə miqrasiyası daha geniş miqyas almışdır. İş qüvvələrinin müasir miqrasiyası təsərrüfat həyatının beynəlmilləşməsi prosesinin inkişafının nəticəsidir. Yəni dünya əmtəə bazarı ilə yanaşı olaraq dünya əmək bazarı da yaranır. İş qüvvəsinin beynəlxalq miqrasiyasının səbəbləri aşağıdakılarla bağlıdır:

- dünya ölkələrinin iqtisadi qloballaşma prosesində iştirakı;

- əmək haqlarında milli fərqlərin olması;

- bəzi dünya ölkələrində ixtisaslaşmış qeyri-ixtisaslaşmış qüvvəsinin əmək haqları arasında fərqlərin nəzərə alınmaması;

- məşğulluq və işsizlik səviyyəsində milli fərqlərin olması. Belə ki, zəif inkişaf etmiş ölkələrdə işsizlik səviyyəsi təqribən 30-40 faiz təşkil etdiyi halda inkişaf etmiş ölkələrdə bu 6 faiz təşkil edir.

-milli təsərrüfatlarda xarici (əcnəbi) işə götürənlərin yerli qüvvəsinə laqeyd münasibətinin mövcud olması;

- dünya ölkələrində iqtisadi-siyasi vəziyyətin dəyişməsi;

- yeni iqtisadi sistemə keçidlə bağlı olan iqtisadi çətinliklər və s.;

İş qüvvəsinin beynəlxalq miqrasiyası özündə emiqrasiya immiqrasiya proseslərini birləşdirir. Emiqrasiya bir ölkədən digər bir ölkəyə daimi yaşamağa getməsi, immiqrasiya isə ölkəyə daimi yaşamağa gəlməni ifadə edir.

Beynəlxalq immiqrantlar beş əsas kateqoriyaya ayrılır: 1) immiqrantlar qeyri-immiqrantlar; 2) kontrakt üzrə işləyən immiqrantlar; 3) qeyri-leqal immiqrantlar; 4) sığınacaq istəyən şəxslər; 5) qaçqınlar.

ABŞ-da, Avropa ölkələrində, Rusiya, Türkiyə, BƏƏ, Küveytdə 80-90-cı illərdə iş qüvvəsinin beynəlxalq hərəkətinin göstərilən formaları daha intensiv xarakter almışdır.

Müasir dövrdə iş qüvvəsinin beynəlxalq miqrasiyasında müxtəlif peşə və ixtisasa malik olan mütəxəssislərin axını daha çox üstünlük təşkil edir. Xüsusilə, müstəqillik əldə etmiş gənc milli dövlətlərdə iş qüvvəsinin ölkə daxili və beynəlxalq miqrasiyası güclü surətdə baş verirdi. 1991-ci-2004-cü ilə qədər Azərbaycandan digər xarici ölkələrə müxtəlif formalarda iş qüvvəsinin beynəlxalq hərəkəti baş vermişdir. Həmin ölkələr Almaniya, Türkiyə, İran, Kanada, İzrail, Ərəb ölkələrini və s. misal göstərmək olar. Belə beynəlxalq miqrasiya prosesinin başlıca səbəbi keçid dövründə yaranan siyasi, iqtisadi, maliyyə, məşğulluq və digər çətinliklərlə bağlı idi.

Hazırda qüvvəsinin beynəlxalq bazarlarını dörd qrupa ayırmaq olar. 1) Yaxın Şərqin neft istehsal edən ölkələri. Onlara Ərəb ölkələri, Pakistan, Banqladeş, Hindistan s. aid etmək olar. Həmin ölkələrdə işçilərin ümumi sayında xarici qüvvəsinin sayı orta hesabla 60-70 faiz təşkil edir. 2) Qərbi Avropa ölkələri. Onlara əsasən Avropa iqtisadi birliyi ölkələri daxildir ki, 80-90- illərdə həmin ölkələrdə çalışan xarici mühacirlərin sayı hər bir ölkə əhalisinin orta hesabla 7- 9 faizini təşkil edir. 3) Amerika Birləşmiş Ştatları. Bu ölkədə mühacirlər ümumi işçilərin 5 faizini təşkil edir. Elm sferasında çalışanların orta hesabla 25 faizə qədəri xarici vətəndaşlardır. 4) Latın Amerikası ölkələri. Argentina qonşu ölkələrdən sərbəst qüvvəsinin qəbul olunmasında mühüm rol oynayır. Bu ölkədə çalışan ümumi mühacirlərin sayı 8 milyon nəfər təşkil edir.

İş qüvvəsinin beynəlxalq miqrasiyası Beynəlxalq Əmək Təşkilatı (1946) tərəfindən tənzim edilir. Bu təşkilat dövlət, həmkarlar ittifaqları sahibkarların benyəlxalq sosial tərəfdaşlıq əlaqələrini möhkəmləndirir. Bütün işçilərin əmək sosial həyat şəraitinin yaxşılaşdırılmasında, onların gəlirlərinin artırılmasında öz təsir dairəsini genişləndirir.

Beynəlxadq iqtisadi münasibətlərin mühüm formalarından biri də elmi-texniki mübadilədir. Dünya ölkələri arasında elmi-texniki əlaqələr daim genişlənir və məhsuldar qüvvələrin benəlmiləlləşməsinə təsir edir. Hər bir ölkənin malik olduğu elmi-texniki ideyalar, ixtiralar, kəşflər tezliklə Beynəlxalq elmi-texniki əməkdaşlıq əsasında dünyanın müxtəlif ölkələrinə yayılır və maddiləşir. Beynəlxalq elmi-texniki əməkdaşlıq müxtəlif ölkələrin dövlətləri, hüquqi və fiziki şəxsləri arasında elmi-texniki ideyaların, məhsul və xidmətlərin yaranması, işlənib hazırlanması və birgə bölgüsü üzrə iqtisadi münasibətlər sistemidir. Elmi-texniki əməkdaşlıq əsasən dünya təsərrüfatının inkişafının ikinci mərhələsində meydana gəlmiş və özünün ən yüksək inkişafına elmi-texniki inqilab dövründə çatmışdır. Beynəlxalq elmi-texniki əməkdaşlıq elm və texnika sferasında beynəlxalq əmək bölgüsünə əsaslanır və elmi-texniki tərəqqinin beynəlmiləlləşməsinə şərait yaradır.

Ölkələr arası elmi-texniki əməkdaşlığın ən səmərəli və fəal formalarına aşağıdakıları aid etmək olar:

- ən yeni elmi-texniki ideyalardan və nailiyyətlərdən istifadə etmək üçün ümumi elmi-texniki mərkəzlərin, büroların və laboratoriyaların yaradılması;

- müasir elmi-texniki ideyalara marketinq tədqiqatlarına üstünlük verilməsi;

-fəaliyyətdə olan texnika texnologiyanın təkmilləşdirilməsi sahəsində birgə ekspertiza aparılması;

- elm-texniki siyasət məsələləri üzrə cari koordinasiya mərkəzlərinin yaradılması və məsləhətlərin aparılması;

- elmi-texnika sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazrılanması və mübadiləsi;

- birgə elmi-texniki proqramların işlənib hazırlanması, xüsusilə, dünya sivilizasiyasının qlobal problemləri üzrə qərarların qəbul olunması;

- ən yeni məhsulların və məmulatların birgə yaradılması məqsədilə istehsalın ixtisaslaşdırılması və kooperasiyalaşmasi;

- yüksək dəyərə (bahalı) malik olan yeni avadanlıqların icarəyə verilməsi (lizinq xidməti)

- yeni istehsalın mənimsənilməsinə texniki kömək göstərilməsi;

- Beynəlxalq informasiya «məlumat bankının» yadarılması;

- elmi-texniki işləmələrin tədqiqatların əlaqləndirilməsi (koordinasiyası)

Azərbaycan müstəqillik əldə etdikdən sonra dünyanın 135-ə qədər ölkəsi ilə ticarət iqtisadi və elmi-texniki istiqamətlərdə əlaqələr yaradır. Xüsusilə, Respblikanın elm, təhsil, səhiyyə, texnika və texnologiyi sahəsində ABŞ, Almaniya, İtaliya, Koreya, Kanada, Türkiyə, Rusiya, İzrail, İran və digər ölkələrlə əlaqə saxlayır. Azərbaycanda özəl sektorda fəaliyyət göstərən yerli və xarici sahibkarlar istehsal və xidmət üçün lazım olan bütün avadanlıqları, texnika və texnologiyanı xarici ölkələrdən gətirirlər. Tikinti bazarında satılan tikinti materiallarının və istifadə olunan texnikanın (maşınlar, qurğular, avadanlıqlar, kranlar və s.) 70-80 faizi idxalın payına düşür. Hazırda respublikada aqrolizinq komitəsinin fəaliyyəti nəticəsində xarici ölkələrdən müxtəlif növlü kənd təsərrüfat texnikası və digər vasitələr gətirilir və uzun müddətli icarəyə verilir. Azərbaycanda rabitə, kompüter, telefon, internet, faks və digər elektron cihazları və aparatlardan istifadə olunması bilavasitə elmi- texnikı mübadilənin uğurlu nəticəsidir.

Beynəlxalq münasibətlərin mühüm formalarından biri valyuta münasibətləridir. Valyuta münasibətləri dünya ölkələri arasında iqtisadi əlaqələrə xidmət edən milli pul vahidlərinin fəaliyyəti ilə bağlı yaranan iqtisadi münasibətlərdir. Dünya valyuta sistemi ümumdünya təsərrüfatının inkişafına xidmət edən, hüquqi cəhətdən dövlətlərarası müqavilələrlə təsbit olunan beynəlxalq münasibətlərin əsas formasıdır. Ölkələrarası beynəlxalq iqtisadi münasibətlər inkişaf etdikcə beynəlxalq valyuta münasibətləri inkişaf edir təkmilləşir.

(Mövzunun 4-cü paraqrafında bu məsələyə daha geniş yer verilir)


Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə