Bölmə Mamalıq 1 Xarici mamalıq müayinəsinin I üsulu ilə nə təyin edilir?


) Yenidoğulmuşlar üçün hansı zonddan isitfadə olunur?



Yüklə 2,08 Mb.
səhifə16/21
tarix08.01.2018
ölçüsü2,08 Mb.
#20044
1   ...   13   14   15   16   17   18   19   20   21

712) Yenidoğulmuşlar üçün hansı zonddan isitfadə olunur?
A) 17 f -18 f

B) 16 f -17 f

C) 12 f -13 f

D) 5 f -8 f

E) 14 f -15 f
Yenidoğulmuşlarda mədəni udulmuş dölyanı sudan təmizləmək üçün mədə zondundan istifadə olunur. Zondun uzunluğu ağız boşluğunda qulağın sırğalığına qədər və xəncərbənzər çıxıntıdan 1 – 1,5 sm aşağı götürülür. Normativə görə bu zondun ölçüsü yenidoğulmuşlarda 5 f- 8 f götürülür.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”. Bakı 2007 Səh 30.
713) Fimoz nədir?
A) Pülük dəliyinin daralması

B) Sidik ifrazat kanalının sıxılması

C) Sdikliyin şişi

D) Pülük dəliyinin iltihabı

E) Pülük dəliyinin əzilməsi
Pülük dəliyi o qədər daralır ki, cinsiyyət orqanının oradan çıxması çətinləşir. Bu isə sidik buraxmanı çətinləşdirir. Bu zaman sidikburaxma ağrılı və şətin olur, uşaq narahat olur. Belə vəziyyət fimoz adlanır.
Ədəbiyyat: Ə.Əlizadə “Uşaq cərrahiyyəsi” 1996.səh 85
714) Yenidoğulmuşlarda sepsisin əmələ gəlmə səbəbi hansıdır?
A) Yenidoğulmuşun qovuqcuqlu xəstəliyi

B) Bişməcə

C) Sklerema

D) Allergik dermatit

E) Hemangioma
Yenidoğulmuşlarda dəri və selikli qişalar tez zədələnən olur. Dəriyə düzgün qulluq edilmədikdə,dərinin tamlığı pozulduqda dəri infeksiyalaşır,dərinin qovuqcuqlu xəstəliyi,bunun nəticəsində sepsis baş verir.
Ədəbiyyat: Л.A.Исaеvа,Л.К.Бaжenoвa.»Детские Болезни» Мockвa 1986 стр 230
715) Yenidoğulmuşun asfiksiyası zamanı ilk yardım nədən ibarətdir?
A) Oksigen verilməsi

B) Yuxarı tənəffüs yollarının keçiriciliyini bərpa etmək

C) Ürəyin masajı

D) Ağ ciyərin süni ventilyasiyası

E) Süni tənəffüsün verilməsi
Yenidoğulmuşlarda asfiksiyanın əmələ gəlmə səbəbi müxtəlifdir. Onlardan biri uşağın ağız boşluğuna, burun udlağına yuxarı tənəffüs yollarına dolyanı mayenin sorulmasıdır.Ona görə ilk yardım yuxarı tənəffüs yollarını dolyanı mayedən təmizləməkdir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2008,səh 33
716) Anadangəlmə ürək qüsuru ilə doğulmuş uşağın görünüşü necə olur?
A) Hərarət

B) Bayılma

C) Huşsuzluq, A/T-in düşməsi

D) Sianoz, təngnəfəslik, göyərmə

E) Qıcolma

İlk gündən anadangəlmə ürək qüsuru ilə doğulmuş uşaqda yüngül təngnfəslik hiss edilir,getdikcə artır.Ağız ətrafında sianoz olur,uşaq ağlayanda göyərir.


Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008,səh 218
717) Uşağa oksigen hansı formada verilir?
A) Ağızdan-ağıza

B) Nəmləşdirilmiş oksigen

C) Təmiz oksigen

D) Ağızdan-buruna

E) Quru oksigen
Oksigen verərkən mütləq nəmləşdirmək lazımdır ki, uşağın yuxarı tənəffüs yolları qıcıqlanmasın.
Ədəbiyyat: N. Tağıyev “Neontologiya”Bakı 2007 səh 30
718) Yeni doğulmuşlarda böyük əmgək hansı sümüklərin arasında yerləşir?
A) Təpə və alın sümükləri arasında

B) Təpə sümükləri arasında, ölçüsü

C) Ənsə və təpə sümükləri arasında

D) Yeni doğulmuşlarda normada böyük əmgək bağlanmış olur

E) Alın və ənsə sümükləri arasında
Yeni doğulmuşlarda böyük əmgək alın və təpə sümükləri arasında yerləşir.
Ədəbiyyat: Л.A.Исaeва,,Л.К.Бaжenoвa »Детские Болезни» Moсkвa 1986 ,стр35
719) Uşaqlarda raxit hansı vitamin çatışmazlığı nəticəsində yaranır?
A) D vitamini

B) E vitamini

C) B vitamini

D) C vitamini

E) A vitamini
Vitamin orqanizmə qida vasitəsilə daxil olur, digər tərəfdən isə ultrabənövşəyi şüaların təsirindən dəridə olan vitamin D3 aktivləşərək D2 –yə çevrilir və orqanzmə daxil olur. Bu vitaminin çatışmazlığı nəticəsində raxit xəstəliyi əmələ gəlir.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri Bakı, 2008, səh 14.
720) Uşaqlarda tərləmə, ənsə nahiyəsində tükün tökülməsi hansı xəstəlik zamanı baş verir?
A) Raxit

B) Diatezdə

C) Dəri xəstəlikləri

D) Bişməcə

E) Spazmofiliya
Raxit xəstəliyi zamanı vegetativ sinir sisteminin pozğunluğu raxitin başlanğıc dövründə əmələ gəlir. Uşaq narahat olur yuxusu pozulur, çox tərləyir, başını yastığa sürtür, ənsə nahiyyəsinin tükü tökülür uşaqda yüngül oyanıqlıq baş verir.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008 səh 15
721) Doğulduqdan sonra Hepatit B-yə qarşı ilk peyvənd nə vaxt vurulur?
A) İki gün sonra

B) İlk 12 saat ərzində

C) İlk 24 saat ərzində

D) İlk 6 saat ərzində

E) Bir gün sonra
Yeni doğulmuşlar arasında hepatit B-yə yoluxma hallarının qarşısını almaq üçün uşaq doğulduqdan sonra 12 saat ərzində bu xəstəliyə qarşı peyvənd vurulur.

Ədəbiyyat: “ Təcrübədə immunlaşdırma”.Modul 2. Bakı 2010 ,səh 10


722) Yenidoğulmuşa gigiyenik vanna nə vaxt təyin olunur?
A) Göbək yarası(güdüllə birlikdə) sağaldıqdan sonra

B) Göbək yarası sağalmamış

C) İlkpatronajdan sonra

D) Doğulandan 8 saat sonra

E) Doğulan kimi
Gigiyenik vannalar uşaqda dərini təmizləyir və sağlamlaşdırılması üçün aparılır.Güdüllə birlikdə yenidoğulmuş vanna edilə bilər.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 ,səh 34
723) Ilk patronaj nə vaxt aparılır?
A) Doğum evindən evə yazılandan bir həftə sonra

B) Doğum evindən evə yazılandan sonra 3 gün ərzində

C) Doğum evindən evə yazılandan 10 gün sonra

D) Doğulan kimi

E) Doğum evindən evə yazılandan bir ay sonra
Uşaq doğum evindən evə yazılandan sonra ilk 3 gün ərzində məsləhət üçün sahə tibb bacısı və həkim tərəfindən yoxlanılmalıdır ki, bu ilk patronaj adlanır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya ”Bakı 2007 səh 35
724) Hipoksiyanın dölə təsirindən nəbaş verə bilər?
A) Quru xırıltılar

B) Apnoe


C) Taxipnoe

D) Taxikardiya

E) Yaş xırıltılar
Hipoksiya – yəni O2 aclığı bətndaxili və bətnxarici ola bilər, bu zaman cift qan dövranı pozulur – dölün bədəninə 02 az gəlir və O2 aclığı baş verir- bunun təsirindən dölün ürək döyüntüləri artır yəni taxikardiya əmələ gəlir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 səh 145
725) Süd yarasının törədicisi nədir?
A) Viruslar

B) Göbələklər

C) Strepfokoklar

D) Kokklar

E) Stafilakoklar
Süd yarasını törədicisi kandida tipindən olan maya göbələklərdir.
Ədəbiyyat: A.A.Əyyubova.” Uşaq xəstəlikləri.“Bakı.2008,səh 90
726) Yenidoğulmuş uşağın əmizdirilmə müddəti maksimum necə dəqiqə olmalıdır?
A) 15-20

B) 60


C) 20-30

D) 40


E) 50
Yenidoğulmuşlarda əmmə anadangəlmə refleksdir.Ona görə sağlam uşaq döşü yaxşı tutur.İlkvaxtlar əmizdirmə müddəti 20-30 dəqiqə davam edir ki ,uşaq doysun.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 səh.72
727) Yenidoğulmuşlarda böyük əmgək hansı formada olur?
A) Dairə şəklində

B) Bağlı olur

C) Üçbucaq formasında

D) Romb şəklində

E) Oval formada
Yenidoğulmuşlarda böyük əmgək alın və təpə sümükləri arasında yerləşir, romb şəklində olur, 12-15 aylığında bağlanır.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 cтр 35
728) Peyvənd otağında vaksinlər saxlanan soyuducularda temperatur neçə dəfə yoxlanılır?
A) Gündə 1 dəfə

B) Gündə 2 dəfə, səhər işin əvvəlində və axşam iş qurtaranda

C) Günaşırı

D) Həftədə 1 dəfə

E) Temperaturu yoxlamağa ehtiyac yoxdur
Uşaq poliklinikasında vaksinasiya aparmaq üçün xüsusi peyvənd otağı olur. Otaqda vaksinləri saxlamaq üçün soyuducular var.Burada tələb olunan temperatur gözlənilməlidir(+2 +8) Ona görə gün ərzində 2 dəfə soyuducunun temperaturu yoxlanılır.
Ədəbiyyat: “Təcrübədə immumlaşdırma”Modul 2,.Metodik göstərişlər. Bakı, 2010,səh 15
729) Həll edilmiş AGDT ( göy öskürək, difteriya, tetanus əleyhinə) vaksinin istifadə müddəti nə qədərdir?
A) 1 gün

B) 5 günədək

C) Vaxt məhdudiyyəti

D) 7 günədək

E) 2-3 saat
Difteriya göyöskürək və tetanus əleyhinə kombinə olunmuş vaksin (AGDT) duru vaksindir. Sakit halda qaldıqda flakonda çöküntü əmələ gəlir.İstifadə etməkdən əvvəl silkələmək həll etdikdən sonra isə 5 gün müddətinə istifadə etmək lazımdır.
Ədəbiyyat: “ Təcrübədə İmmunlaşdırma” Modul 2, Metodik göstərişlər. Bakı, 2010,səh 7
730) Yeni doğulmuşlarda təmizləyici imalə nə vaxt aparılır?
A) Qusma olduqda

B) Öskürək olduqda

C) Qarında ağrı olduqda

D) Hipotermiya olduqda

E) Dispeptik əlamətlər olduqda
Dispeptik əlamətlər ( qusma ishal) həzm pozğunluğu sayılır.Bəzən analar uşağı düzgün qidalandırmır onu çox yedizdirməyə çalışır çox vaxt maye vermir və ya az verirlər.Nəticədə sadə dispepsiya deyilən xəstəlik baş verir.Belə halda uşağa təmizləyici imalə aparılır.
Ədəbiyyat: Л.А.Исаева.K.А.Баженова.”Детские Болезни” Mockвa1986 səh 369
731) Yeni doğulmuşların göbək güdülü necə işlənməlidir?
A) İşlənmir

B) 70 %-li spirtlə

C) 5 %-li kalium permanqanat məhlulu ilə

D) 0,5 %-li natrium sulfasil məhlulu ilə

E) 3%-li hidrogen peroksid məhlulu ilə
Yenidoğulmuşların göbək qalığı hal-hazırda işlənilmir.Aseptika-antiseptika qaydalarına riayət edilir.
Ədəbiyyat: Л.А.Исаева.K.А.Баженова.”Детские Болезни” Mockвa1986 səh 369, стр 61
732) Yeni doğulmuş uşaqlar döşə ilk dəfə nə vaxt qoyulur?
A) Doğulduqdan 1 saat sonra

B) Doğulduqdan 12 saat sonra

C) Doğulduqdan 6 saat sonra

D) Doğulduqdan dərhal sonra

E) Doğulduqdan 3 saat sonra
Yenidoğulmuş uşağın vəziyyəti Apqar şkalasına görə qiymətləndirilir.Bu zaman uşağın və ananın vəziyyəti yaxşıdırsa uşaq doğulduqdan dərhal döşə qoyulur.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 ,стр 28
733) Tibb bacısı yenidoğulmuşlara neçə dəfə patronaja getməlidir?
A) Ayda 1 dəfə

B) 2 həftədən bir

C) Həftədə 2 dəfə

D) Həftədə 1 dəfə

E) 2 ayda 1 dəfə
Qəbul olunan qaydalara əsasən tibb bacısı yenidoğulmuşları həftədə 1 dəfə patronaj etməlidir. Burada məqsəd: tibb bacısı anaya məsləhət verir, uşağın necə qidalandırıldığını görür, dərisinə, selikli qişasına baxır, uşağın inkişafına fikir verir və bu barədə sahə pediatrına xəbər verir
Ədəbiyyat: Организация лечебно – профилактической помощи детям Mockвa1987,стр88
734) Uşaqlarda böyük əmgək neçə ayında bağlanır?
A) 9 -10

B) 8- 11


C) 4 -7

D) 12-15


E) 15- 17
Uşaq doğularkən kəllə sümüklərinin birləşmə yerlərində olan kiçik əmgəklər bağlanlr.Alın və təpə sümükləri arasında olan böyük əmgək isə uşagın 12-15 ayında bağlanlr
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 66
735) Uşağı döşdən ayırmaq məsləhətdir?
A) Uşaq xəstələndikdə

B) İlin soyuq aylarında

C) Yoluxucu xəstəliklə kontaktda olduqda

D) İlin İsti aylarında

E) Uşağın çəkisi artmadıqda
Uşağın düzgün inkişafı ücün onu tələb olunan miqdarda qidalandırmaq lazımdır.Bunun ücün ən əlverişli üsul ana südüdür.Buna baxmayaraq ana südü keyfiyyətcə dəyişir,1,5-2 yaşında uşağı döşdən ayırmaq lazım gəlir.Uşağı döşdən soyuq vaxtı ayırmaq olar.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 75
736) Anada hipoqalaktiya olarsa nə etməlidir?
A) Maye qəbul etməməli

B) Vitaminlər qəbul etməli

C) Qidasında yağı azaltmalı

D) Qidasında zülalı azaltmalı

E) Uşağı əmizdirmədən 20 dəq əvvəl maye qəbul etməli
Ana kefiyyətli qidqlandıqda onun südündə uşaq orqanizminə tələb olunan miqdarda vitaminlər olur.Anada süd az olduqda (hipoqalaktiya) isə uşaq ac qalır,çəkisi az artır.Bu zaman anada laktasiyanı artırmaq üçün ona müxtəlif vitaminlər verilir.Ana üşağı yedizdirmədən 20 dəqiqə əvvəl maye qəbul edir.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 76
737) Neçə həftəliyində doğulmuş uşaq vaxtında doğulmuş hesab edilir?
A) 35-37

B) 38-39


C) 38-42

D) 32-34


E) 28-30
Vaxtında doğulmuş uşaq ana bətnindəki inkişafın 38-42 həftəsini keçirmiş, funksional cəhətcə yetişmiş uşaqdır.Bu uşaqların çəkisi 3500-2400 qram arasında,boyları isə 48-52 sm arasında olur.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова.Детские болезни. Москва 1986 стр 37.
738) Südəmər uşaqlarda bir dəqiqədə tənəffüsün sayı necədir?
A) 25-30

B) 30-35


C) 20-25

D) 40-45


E) 35-40
Südəmər uşaqlarda tənəffüsü uşaq yatdıqda və ya sakit vəziyyətdə olduqda sayırlar.Uşaqlarda tənəffüs qarışıq tipli olur.Südəmər uşağın tənəffüsünün sayı bir dəqiqədə 30-35 olur.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова.Детские болезни. Москва 1986 стр 59.
739) Yenidoğulmuşlarda ilk günlər nəbzin tezliyi bir dəqiqədə necə olur?
A) 90-100

B) 80-90


C) 140-150

D) 70-100

E) 100-110
Uşaqlarda yaxşı olar ki,nəbz tənəffüslə yanaşı sayılsın. Nəbzin tezliyini saymaq ücün uşaq sakit vəziyyətdə olmalı və ya yatmalıdır.Yenidoğulmuşlarda sutkadan asılı olaraq nəbzin tezliyi dəyişir.Nəbzin tezliyi bir dəqiqədə 140-150 vurğu olur.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова.Детские болезни. Москва 1986 стр67.
740) Yarımçıq doğulmuş uşaqlarda hansı əmgək açıq olur?
A) yan əmgəklər

B) böyük,yan əmgəklər

C) böyük və kiçik

D) hamısı bağlı olur

E) böyük,kiçik və yan əmgəklər
28 həftə ilə 38 həftə arasında doğulan,çəkisi 2500 qr-dan az ,boyu isə 45 sm-dən az olan uşaq yarımçıqdoğulmuş hesab edilir.Vəziyyəti Apqar şkalasına görə 3-cü dərəcə ilə qiymətləndirilən,çəkisi 1500 qr-dan az,boyu isə 35 sm-dən az olan yarımçıqdoğulmuş uşaqda böyük,kiçik və yan əmgəklər açıq olur.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова.Детские болезни. 1986 стр 113.
741) Yenidoğulmuşlarda ağır asfiksiya Apqar şkalasına görə necə balla qiymətləndirilir?
A) 6-7

B) 1-3


C) 9-10

D) 11-12


E) 4-5
Yenidoğulmuşlarda asfiksiyanı 3 dərəcəyə ayrılır-yüngül,orta ağır və ağır.Apqar şkalasına görə uşağın vəziyyəti 1-3 balla qiymətləndirilərsə, bu ağır asfiksiya sayılır.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова.Детские болезни.1986 стр 119..
742) Boyunun uzunluğu neçə santimetr olan uşaq yarımçıqdoğulmuş sayılır?
A) 45

B) 53


C) 50

D) 49


E) 47
28-38 həftəliyində doğulmuş çəkisi 2500 qr-dan ,boyu 45 sm-dən kiçik olan uşaq yarımçıqdoğulmuş sayılır.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова.Детские болезни. 1986 стр 113.
743) Yenidoğulmuş sağlam uşağa BCJ vaksini neçənci gün vurulur?
A) 11-12

B) 5-8


C) 9-10

D) 3-5


E) 1-3
Vərəm xəstəliyinin spesifik profilaktikası məqsədilə yenidoğulmuş uşaqlara 3-5 gün ərzində BCJ vaksini vurulur.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова.Детские болезни.1 986 стр 257.
744) Yenidoğulmuşlarda kefalohematoma zamanı qansızma harada olur?
A) Beyin maddəsində

B) Başın yumuşaq qişaları arasında

C) Başın bərk qişaları arasında

D) Sümüklə sümüküslüyü arasında

E) Başın yumşaq toxumasında
Kefalohematoma doğuş zədələtinə aiddir.Yenidoğulmuş uşaqda kefalohematoma, yəni qansızma sümüklə sümüküstlüyü arasında olur,alın-ənsə-gicgah nahiyəsində yerləşir, 2-3 həftədən sonra tamailə sorulur.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова.Детские болезни.1 986 стр125
745) Hipertermik sindrom zamanı uşağa göstərilən təcili tibbi yardıma əks göstəriş nədir?
A) Uşağı soyuq suda islanmış döşəkağına bükmək

B) Dərinin 40-50% etil spirti ilə silmək

C) Bədənin isidilməsi

D) Böyük damarlar üzərinə buz qovağı qoymaq

E) Litik qarışıq vurmaq
Hipertermik sindrom hərarətin yüksəlməsidir.(39-42) Bu uşaq orqanizminə mənfi təsir edir. Qıcolma verə bilər. Hərarəti salmaq üçün bədəni isitmək yox, soyutmaq məqsədə uyğundur.
Ədəbiyyat: Н.B.Ежова, E.M. Русакова “Педиатрия” 2002 стр. 45
746) Uşaqda hərarəti salmaq məqsədi ilə mələfəni islatmaq üçün istifadə edilən suyun soyuqluq dərəcəsi neçə olmalıdır?
A) 8-10

B) 6-8


C) 4-5

D) 15-16


E) 12-14
Hərarəti salmaq üçün əvvəl köməkçi vasitələrindən istifadə edilir. Bədəni sirkəli su ilə silinməsi, iri damarlar üzərinə soyuq kompreslər qoymaq və soyuq suda (12-14) islanmış mələfəyə bükmək və s
Ədəbiyyat: Н.B.Ежова, E.M. Русакова “Педиатрия” 2002 стр.50
747) Tibb bacısı tərəfindən hamilə qadına doğuşa qədər ən azı neçə patronaj olmalıdır?
A) 5

B) 6


C) 4

D) 2


E) 3
Dölün ana bətnində normal inkişaf etməsi və sağlam böyüməsi üçün və bətn daxili dövrdə hamilə qadına lazımi məsləhətlər vermək üçün tibb bacısı doğuşa qədər bir-neçə dəfə patronaj etməlidir.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 30
748) Ana südü ilə qidalanmada əmmə müddətini kim təyin edir?
A) Köməkçi təyin edir.

B) Süd verən ana təyin edir.

C) Həkim təyin edir

D) Tibb bacısı təyin edir.

E) Uşaq təyin edir
Ana südü ilə qidalanmada əmmə müddətini uşaq təyin edir :uşaq doyandan sonra özü ana südündən imtina edir.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986səh 104
749) Yeni doğulmuşda fizioloji çəki itkisi neçənci gün müşahidə edilir?
A) 7-8-ci

B) 8-9-cu

C) 3-4-cü

D) 2-5-cü

E) 1-2-cü
İlk günlər uşaq çox az süd əmir. Sutkada 20-25 dəfə sidik ifraz edir, doğuş şişi ardan qalxır, bunun nəticəsi olaraq 3-4-cü gün uşaqda fizioloji çəki itkisi əmələ gəlir.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 38
750) Yeni doğulmuşlarda çəki itkisi neçə faiz % təşkil edir?
A) 10-15%

B) 3-5%


C) 5-7%

D) 8-10%


E) 20-30%
Yeni doğulmuş uşaq ilk günlər az süd əmir,az maye qəbul edir, çox sidik ifraz edir.onunla əlaqədar olaraq ilk çəkinin 8-10% itir.

Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” 2007 səh 36


751) Yeni doğulmuşlarda fizioloji eritema neçə gün davam edir?
A) 3-4

B) 6-7


C) 1-2

D) 7-8


E) 5-6
Uşaq bətndaxili mühitdən xaric mühütə düşdükdə işığın, havanın təsirindən fizioloji eritema (dərinin səpgi xarakterli qızarması ) olur və 1-2 günə keçir.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” 2007 səh 37
752) Yeni doğulmuşlarda fizioloji sarılıq neçə günə itir?
A) 3-4

B) 10-15


C) 5-6

D) 4-5


E) 8-10
Yeni doğulmuşlarda ilk günlər qara ciyərin funksiyası , fizioloji olaraq bir qədər zəif olduğu üçün qana artıq biluribin keçir və fizioloji sarılıq əmələ gəlir. Bu uşağın ümumi əhvalına heç bir təsir etmir,Fizioloji sarılıq 8-10 günə itir.

Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” 2007 səh 40


753) Yeni doğulmuşun burun boşluğu nə ilə təmizlənir?
A) Suda isladılmış çöplə

B) Tənzif kürəciklərlə

C) Steril bitki yağında isladılmış pambıq çöplə

D) Pambıq kürəciklərlə

E) Quru pambıq çöplə
Yeni doğulmuşlarda burun boşluğu kiçik və dar olur Selikli qişası zərif olur. Burun tutulduqda, selik olduqda tənəffüs tez pozulur. Yeni doğulmuşun burun boşluğu vaxtaşırı steril bitki yağında islanmış pambıq çöplə təmizlənməlidir.

Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 42


754) Südəmər uşaqlarda kəskin rinit zamanı əmizdirmədən əvvəl buruna damargenəldici damcının tökülməsində məqsəd nədir?
A) Burun selikli qişasının ödemini artırmaq

B) Qarında köpü azaltmaq

C) Burunun selikli qişasında ödemi azaltmaq

D) Bədən hərarətini azaltmaq

E) Bağırsaq peristaltikasını artırmaq
Südəmər uşaqda burun boşluğu kiçik və dar olduğuna görə yuxarı tənəffüs yollarının katarında,rinitdə burun selikli qişası ödemləşir, burun tənəffüsü çətinləşir.Uşaq əmə bilmir. Ona görə də uşağı əmizdirmədən qabaq selikli qişanın ödemini azaltmaq üçün buruna damargenəldici damcı tökülməlidir.

Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986стр 100


755) Vaxtından əvvəl doğulmuş uşaq üçün ən ideal dəyərli qida nədir?
A) Kefir

B) Ana südü

C) Keçi südü

D) İnək südü

E) Adaptə olunmuş qarışıqlar
Ana südü uşaq üçün dəyərli və əvəz edilməz bir qidadır, tərkibinə görə orqanizm tərəfindən asan mənimsənilir. Bağırsağın normal mikroflorasını qoruyur.
Ədəbiyyat: N.Tağıyev “Neanatologiya ”Bakı 2007 səh 124
756) Yeni doğulma dövründə sepsisə səbəb olan giriş qapısı hansıdır?
A) Konyuktiva

B) Ağız boşluğu

C) Göbək yarası

D) Burun keçəcəyi

E) Dəri
Yeni doğulmuşlarda sepsis :hər hansı bir mənbədən mikrobun qan və limfa axınına daxil olmasındır. Yenidoğulmuşda giriş qapısınının əsasını göbək yarası təşkil edir. Aseptika, antiseptikaya qaydalarına əməl etmədikdə yenidoğulmuşun göbək güdülü infeksiyalaşır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya ” Bakı 2007 səh 126
757) Aşağıdakılardan hansı yeni doğulmuşun hemolitik xəstəliyində orqanizmə toksiki təsir edir?
A) Bilurubin

B) Xolestrin

C) Melanin

D) Qlukoza

E) İnsulin
Yeni doğulmuşların hemolitik xəstəliyində qanda qeyri- düz billubinin miqdarı çoxalır. O da orqanizmə toksik təsir edir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya ” Bakı-2007 səh 305
758) Aşağıdakılardan hansı xromosom xəstəliyidir?
A) Şəkərli diabet

B) Piylənmə

C) Şəkərsiz diabet

D) Fenilketonuriya

E) Daun xəstəliyi
Daun autosom tipli irsi xromosom xəstəliyidir. Xəstəlik 15,21,22-ci xromosomlarda olan patologiya ilə əlaqədar olaraq əmələ gəlir. Bu xəstəliyin xarakterik simptomları olur. Belə uşaqların boyu qısa, gözləri xırda, qulaqları qeyri simmetrik, ağızı yarım açıq, başı böyük olur. Ağıl zəifliyi xəstəliyin xarakterik əlamətidir.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986səh 352
759) Südəmər uşaqda rinitin ağırlaşması nədir?
A) Yalançı inaq

B) Bronxit

C) Otit

D) Asfiksiya



E) Angina

Südəmər yaş dövründə burunla orta qulaq arasında olan Efstax borusu qısa və enli olduğuna görə rinit (burunun selikli qişasının iltihabı ) zamanı infeksiya asanlıqla orta qulağa keçərək otit əmələ gətirir.


Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəliklər” “Bakı”2008 səh 180
760) Uşaqda kəskin otitin əsas əlaməti nədir?
A) Tənginəfəslik

B) Sianoz

C) Qulaqda ağrı

D) Döş qəfəsində ağrı

E) Öskürək
Otit orta qulağın iltihabıdır, uşaqlarda infeksiya ən çox yuxarı tənəffüs yollarının iltihabı zamanı orta qulağa keçir. Əsas əlaməti qulaqda ağrıdır.

Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri” “Bakı”2008 səh 191


761) Yenidoğulmuşlarda normada boyun orta uzunluğu neçə sm təşkil edir?
A) 55-60

B) 50-55


C) 40-42

D) 44-45


E) 48-52
Vaxtında yeni doğulan uşaqda boyun uzunluğu 45 sm-dən yuxarı 48-50-52 sm təşkil edir ki, bu yeni doğulmuşa məxsus normal boy hesab edilir.
Ədəbiyyat: N. Tağıyev” Neonatologiya “Bakı”2007 səh 39
762) Yeni doğulmuşlarda dəri bişməcələrinin səbəbi nədir?
A) İnfeksiya

B) Dərinin quruması

C) Bədənin qızması

D) Pis qulluq

E) Bədənin soyuması
Yeni doğulmuşun dərisi yumşaq və yağlı olur,ona görə uşağın dərisini təmiz və quru saxlamaq lazımdır.Yeni doğulmuşun dərisinə pis qulluq etdikdə dəri bişməcəsi əmələ gəlir.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” 2007 səh 178
763) Yeni doğulmuşlarda tərliliyin səbəbi nədir?
A) Uşağın soyuq saxlanılması

B) Dərinin zədələnməsi

C) Uşağın isti saxlanılması

D) Dərinin silinməsi

E) İnfeksiya
Yeni doğulmuşa pis qulluq etdikdə çox isti saxladıqda dəridə tərlilik (dəridə səpgili qızartı) əmələ gəlir
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” 2007 səh 52


Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə