43
gün
BÖYÜK
SADİQLİK
-cü
Rus əsgərlərindən bəzilərinin yaşları on
altıdan
çox deyildi, onlar gülüb fit çalırdılar,
xüsusilə də pəncərədən içəriyə nəsə tullayan
gözəl gənc qızlara baxırdılar. Onlar içəriyə
tullanmış kitabçaları tutdular, hərbi qatarın
içinə atılan kitabçaların nə haqqında oldu-
ğunu bilmək istəyirdilər. Dövlət məmuru
maşına oturan kimi əsgərlər tez kitabçaları
ciblərinə soxdular. Tezliklə onlar qəribə ki-
tabçanı oxuyacaq və “Padşah”
barədə daha
çox şey biləcəkdilər.
Qatar platformasında isə toplaşmış
məsihçilər həyəcan içində olsalar da,
gülürdülər. Dövlət məmuru o biri tərəfə
gedəndən sonra oğlan paltosunu çıxardı, çün-
ki onun içərisində heç nə qalmamışdı. Onun
Rumıniyanın qatar stansiyasına gətirdiyi
bütün kitabçalar indi qatarın içində idi, ki-
tabçalar kommunist ölkəsi olan Rusiyanın
içərisinə gedib çıxacaqdı.
Qatar müjdəçiliyi Riçard Vurmbrandın
müjdəçilik metodlarından biri idi. Ruslara
Məsihi çatdırmaq üçün o, məbədin gənclərinə
bu metodu öyrətmişdi. Bu “müttəfiqlər”
onun ölkəsinin bütün sərvətlərini oğurlayırdı
və xalqından olan bir çox insanları
öldürür-
dü, amma buna baxmayaraq, Riçard əsgərləri
sevə-sevə qəbul etmişdi. O, hər bir əsgərdə
müjdəçilik ərazisini görürdü və qəlbləri qa-
zanmaq üçün imkan axtarırdı.
Daha böyük müjdəçilər
RUMINİYA: PASTOR RİÇARD VURMBRAND
Qatar stansiyadan yola düşməyə çıxan kimi platformada dayanan məsihçilər paltolarının
düymələrini açdılar və yüzlərlə müjdəçilik kitabçalarını çıxardılar. Onlar cəld halda açıq
pəncərələrdən içəridəki rus hərbi bölmələrinə kitabçaları tulladılar.
Missiya daha çox yer deyil, münasibətdir
– bir insanın həyata yanaşmasıdır.
Müjdəçi sadəcə bu qərarı və yeganə
məqsədi həyata keçirən şəxsdir və gündəlik
həyatda ifadə edəndir. Riçard Vurmbrand
missiya adamı idi, onun bu qızğın həvəsi
onun məqsədliliyini görən bütün gənclərə
yayılmışdı. Bu baxımdan biz hamımız
müjdəçilərik – harada xidmət ediriksə,
həmin yerdə Məsihin səfirləriyik. Missiya-
ya başlamaq o deməkdir ki, Allahın pad-
şahlığı üçün yeni imkanlara həmişə ayıq
olmalısınız. İşdə su içərkən. Ərzaq mağa-
zasında. Sərnişin qatarında və ya avtobu-
sunda. Məktəbdə. Siz Allahın padşahlığı-
na yardım etməyə qərar verəndə gündəlik
dünya sizin missiyanızdır.
Allahın kəlamını
vəz edəsən,
hansı vaxt olursa-olsun hazır
olasan, insanlara tam səbirlə
təlim öyrədərək məzəmmət,
xəbərdarlıq və nəsihət verəsən.
2 Timotey 4:2
44
BÖYÜK
SADİQLİK
-cü
gün
Stenli cəsarətlə vəz edirdi. İnsanları
Məsihə səsləyirdi və bütləri, eləcə də köhnə
həyatlarından qalan “müqəddəs şeyləri” yan-
dırmağı xahiş edirdi. Bir müsəlman öz bütü-
nü yandırdı, amma onun içərisində Quranın
yazıları var idi.
Radikal müsəlmanlar bunu
eşidəndə onlar yerli hökumət orqanlarına
xəbər verdilər və Stenli dərhal həbs olundu.
Stenli dəhşətli surətdə döyülməsinə və
koma vəziyyətində qalmasına baxmayaraq,
oxuduğu məktəbin müəllimi pastor Sivi onu
görməyə gəldi və gözlərindən yaş axaraq
şəhadətlik etdi. Üstündən çox keçməmiş
Stenli yaralarından öldü.
Amma
Stenlinin ölümü belə onun
xidmətini sona yetirmədi. Özünün yaşadığı
doğma kəndində Stenlinin başına gələnlər da-
nışılanda on bir müsəlman Məsihi bir Xilas-
kar kimi qəbul etdilər. Əlli üç kənd Müqəddəs
Kitab məktəbində oxumağa qərar verdilər,
onlardan yeddisi öz xahişləri ilə Stenlinin
öldüyü kənddə müjdəçilik etməyə göndərildi.
Müjdənin
alovunu söndürmək istəyən
kəndin məmurları Stenlinin həyatını məhv
etdilər. Amma onların bu vəhşiliklərinin
içərisində Allahın əli iş görürdü. Bu gün
Müjdənin alovları həmin kənddə çox gur yanır.
Böyük miras
İNDONEZİYA: STENLİ
İndoneziyanın ucqar adalarının birində Stenli qayıqdan düşəndə ruhani qaranlığı hiss etdi.
İnsanlar cadugərlik və islam ilə məşğul idilər. Stenli yenicə Müqəddəs Kitab məktəbini
bitirmişdi və Allahın onun üçün olan çağırışına cavab verməyə hazır idi. O, bu adada yaşayan
insanlara Məsihi çatdırmaq istəyirdi.
“Nuru yanar halda saxla.” Məsihin bü-
tün davamçıları dünyanı tərk edərkən bunu
etməlidirlər. Özünü həsr etmiş məsihçi qa-
ranlıqda itib batmış dünyada nuru qoyub
gedir. Buna mirası qoyub getmək deyirlər.
Biz filmlərdə, idmanda və ya başqa ictimai
sahələrdə miras qoyub gedən məşhur in-
sanlar barədə çox eşitmişik. Amma bir çox
məsihçilərin həyatı anonimlikdə sönərkən
onların sadiq nurları bütün dünyada hələ
də gur yanır. Onların iman, saflıq, ümid və
sevgi mirası ölümləri vasitəsilə itə bilməz.
Əslində, ölüm – alovu hətta sürətləndirə
bilər. Belə miras çox vaxt yaşayanlar
tərəfindən təqlid olunur.
Siz dünyanın nurusunuz. Dağın
zirvəsində qurulan şəhər gizli
qala bilməz.
Matta 5:14
45
gün
-ci
BÖYÜK
SADİQLİK
Onlar öz
dərslərini bitirdikdən sonra
Stenlinin anası və bacısı onun öldüyü kəndə
getməyi planlaşdırdılar. Anası ümid edirdi ki,
hətta oğlunu ölüncəyə qədər döyən kişilərlə
Məsihin sevgisini bölüşsün. Məktəbə gələn
qonaq onun planlarını eşidəndə təəccübləndi.
“Sən qorxmursan ki, ölərsən?” – o, qadından
soruşdu.
Qadın sualı eşidəndə bir az çaşqınlığa düş-
dü, sanki əvvəllər bunu heç düşünməmişdi.
“Nəyə görə ölməkdən qorxmalıyam?” – o,
sadəcə, cavab verdi.
Onun Allahın yaxşılığına olan imanı tam
idi. Əgər Allah onun oğlunun öldüyü kənddə
qadını
istifadə etmək istəyirdisə, qoy elə də
olsun. Əgər Allah qadının orada ölməsinə
yol versə, o, bu çağırışı qəbul edəcək. Qa-
dının ölümü onu sevdiyi Məsihin hüzuruna
gətirəcəkdi. Ölüm cəza və ya maneə deyil,
sadəcə, Allahın əbədi hüzuruna girişdir.
Böyük ailə
İNDONEZİYA: STENLİNİN ANASI
Qadın qızı ilə birlikdə Müqəddəs Kitab məktəbini bir ay idi ki, bitirmişdi. Bu məktəb oğlu
Stenlinin İndoneziyadakı başqa adaya müjdəçi kimi getməsindən qabaq bitirdiyi həmin
məktəb idi. Stenli Müjdəni paylaşdığına görə öldürüldü, amma onun şəhadətliyi bir çoxlarının
Müqəddəs Kitab məktəbinə getməsinə və Allahın sevgisini bölüşməkdə Onun çağırışını qəbul
etməsinə yol açdı.
Ölümlə üzləşmək bizə gölün kənarında
dayanan uşaqları xatırlada bilər. Biz
çiyinlərimizi dərhal yığırıq, naməlum şe-
yin necə olacağından titrəyirik. Görəsən,
ağrıdacaq? Görəsən, bunu keçə biləcəyəm?
Biz bu qeyri-müəyyənliklərə görə əvvəlcə
tullanmaq istəmirik. Biz tullanmaya
bilərik. Tarix həyat və ölüm arasında
sərhəddən tullanmış ailə üzvləri ilə dolu-
dur. Onlar öz məqsədlərinə tamamilə əmin
bir tərzdə ölüblər. Əslində, İsa Məsih heç
kimin getmədiyi bir yerə gedib. Məsih
məsihçi ailəsinin başıdır, bizim ölümümü-
zün dəhşətini götürüb onu əminlik ilə əvəz
edib. Suya atılmaq üçün çağırışı gözləyin.
Su əladır.
Ey ölüm, qələbən hanı?
Ey ölüm, neştərin hanı?
1 Kor. 15:55