32-ci
gün
BÖYÜK
SADİQLİK
Kunun cavan
olduğunu görən zabit onu
kənara çəkdi və həyatını xilas etmək üçün
imandan dönməsini xahiş etdi. Zabitin gö-
zünün içinə baxaraq Kun cəsarətlə dedi:
“Cənab, sizin özünüzün məsihçi olmağınız
daha yaxşı olardı. Onda siz mənimlə birlikdə
cənnətə gedərdiniz.”
Zabit gözlərini zilləyərək cavan oğlanın
imanına mat qaldı. Nəhayət, İbaraqi soruşdu:
“Cənab, hansı çarmıx mənimdir?”
Heyrətə gəlmiş zabit iyirmi altı çarmıx-
dan ən kiçiyini göstərdi. Cavan Kun çarmıxa
doğru qaçdı, onun qarşısında əyilib qucaqla-
dı. Əsgərlər onun əllərini və ayaqlarını çar-
mıxa mıxlayanda o, ağrıdan qışqırmadı. O,
cəsarətlə Allahın
onun üçün qoyduğu yolu
qəbul etdi.
1596-cı il, 23 noyabrda iyirmi altı
məsihçinin çarmıxa çəkilməsi Yaponiyadakı
məsihçilərin güclü təqiblər dövrünün baş-
lanğıcı idi. Növbəti yetmiş il ərzində bir
milyona yaxın yapon məsihçi imanına görə
öldürülmüşdü. Bir çoxları çox yetkin on iki
yaşlı oğlan İbaraqi Kun kimi öz çarmıxlarını
qucaqlamışdılar.
Böyük yetkinlik
YAPONİYA: İBARAQİ KUN
Onların hər biri ittiham olunub təqsirli bilinərək ölümə məhkum olunduqdan sonra iyirmi altı
məsihçi kobud şəkildə düzəldilmiş çarmıxların dayandığı yerə tərəf getdilər. Demək olar ki,
onlar üç ay əvvəl Kiotoda həbs edilmiş və Məsihə iman etdikləri üçün ittiham olunmuşdular.
Müttəhimlərdən birinin adı İbaraqi Kun idi.
Ruhani yetkinlik doğum haqqında
şəhadətnamə ilə ölçülmür. Xronoloji ya-
şın əminlik ilə çox az əlaqəsi var. Əslində,
ruhani yetkinlik hər dəfə bir gün kimi öl-
çülür. Biz yetkinliyimizi gündəlik imanı-
mızı necə tətbiq edə bilməyimiz vasitəsilə
ölçürük. Məşhur imana əks olaraq, ruhani
yetkinlik bizim Müqəddəs Kitab barəsində
nə qədər bilməyimiz deyil. Bir çox insanlar
Müqəddəs Kitab ilə çox yaxından tanışdır-
lar, amma ruhani yetkinlik üçün yaddırlar.
Müqəddəs Kitabın əmrlərinə itaətkarlıq
yetkinliyin işarəsidir. Bizə ruhani necə
böyüdüyümüzü bilməyə bir sual kömək
edəcək. Biz hər gün özümüzdən soruşma-
lıyıq: “Bu gün dünənkindən fərqli olaraq
İsaya bir az daha çox oxşayırıqmı?” Bizim
cavabımız inkişafımızın həqiqi əksidir.
Gənc olduğun üçün qoy heç kim
sənə xor baxmasın. Amma sözdə,
həyat tərzində, məhəbbətdə,
imanda, paklıqda imanlılara
nümunə ol.
1 Timotey 4:12
33
gün
BÖYÜK
SADİQLİK
-cü
Məsihçilər qızın çarpayısını
dövrəyə al-
mışdılar. Böyük daxili yaraları olduğundan
həkimlər onun üçün heç nə edə bilməmişdilər.
Bir neçə həftə əvvəl imanlılar onun üçün
ağ paltar almışdılar ki, yeni həyatını və İsa
Məsihdə təmiz ürəyini bayram etsin.
Onun atası qızının Məsihin davamçısı ol-
maq qərarından razı deyildi. Bir gecə sərxoş
halda qızına hücum edərək, onu döyüb
təpikləmişdi. O, qızını palçıqlı
küçədə yerdə
uzanmış halda qoyaraq çıxıb getmişdi.
Qız toplantıya gəlmədiyindən məsihçi
dostları onu axtarmağa başladılar. Onlar qızı
huşsuz halda qalağın üstündə uzanmış halda
tapdılar, onun əvvəlki qar kimi bəyaz paltarı
indi qana və palçığa bulaşmışdı. Onu həkimin
yanına apardılar, amma yaraları ağır idi.
İndi o, öz ağ paltarını istəyirdi.
“Paltar xarab olub” – deyə, dostları ona
cavab verdilər. Onlar çalışdılar ki, onu həmin
fikirdən yayındırsınlar, fikirləşirdilər ki, pal-
tarını elə vəziyyətdə görmək qızın
ruhunu
qırar.
On yaşlı qız sadə imanı ilə pıçıldadı: “Mən
İsaya paltarımı göstərmək istəyirəm. O,
mənin üçün qan axıtmağa razı idi. Mən də
göstərmək istəyirəm ki, Onun üçün qan axıtma-
ğa razıyam.”Qısa bir müddətdən sonra qız öldü.
Böyük razılıq
FİLİPPİN: CAVAN QIZ
“Mənim paltarım” – deyə, cavan qız pıçıldadı, bu sözlər onun şişmiş dodaqlarından güclə
qopub çıxdı. “Xahiş edirəm, mənim paltarımı verin. Onu əlimdə tutmaq istəyirəm.”
Allah bizim bacarığımızla maraqlanmır.
Biz istedadlı, çoxlu ehtiyatlara malik, var-
lı ola bilərik. Amma Allahın xidmətində
müxtəlif bacarıqlarımızı təklif etmək ya-
rarlılığımızı təklif etmək kimi deyil. Bizim
bacarıqlarımız özümüzə aiddir – biz Al-
lah üçün bunu və ya onu edə bilərik. Bu-
na əks olaraq, bizim yararlılığımız yalnız
Allaha aiddir – biz yalnız təsəvvür edə
bilərik ki, Allah öz xidmətində bizi necə
istifadə edəcək. Allah üçün yararlı olmaq
nəyin bahasına olursa olsun, itaət etməyə
razı olmaqdır. Allah istəyir ki, bizim xü-
susi bacarıqlarımıza baxmayaraq, ona
xidmət etməyə razı olaq. Bizim belə razı
olmağımız necə ola bilər? Bu da Allahın
hədiyyəsidir. Allah bizə Onun üçün yarar-
lı olmaq “istəməyimizi” – iradəmizi və ya
arzumuzu verir.
Çünki sizdə fəaliyyət göstərən
Allahdır, belə ki, Onun xoş məramını
həm istəyəsiniz,
həm də bunun üçün
fəaliyyət göstərəsiniz.
Filip. 2:13
34
BÖYÜK
SADİQLİK
-cü
gün
Alov tam gur yananda qəfildən Ceymsin
qolundan tutub onu alova atmaq istəyəndə o,
təəccübləndi və qorxuya düşdü. O, qaçmağa
çalışdı. Amma əsgərlər çox güclü idilər və
bir göz qırpımında onun əllərini və ayaqlarını
bağladılar.
“Sənə
xoş xəbərimiz var, oğlan” – bir
əsgər cavab verdi. “Biz sənin yaşamağına
imkan verəcəyik. Amma sən müsəlman ol-
maqla bizə qoşulmalısan.”
“Mən müsəlman ola bilmərəm” – Ceyms
sadə səslə cavab verdi. “Mən məsihçiyəm.”
Oğlanım imanını görüb qəzəblənən
əsgərlər onu qaldırıb alova tulladılar. On-
lar Ceymsin öləcəyini güman edərək, şey-
şüylərini yığıb oradan çıxıb getdilər.
Ceyms isə ölmədi. O, bir təhər fırlanaraq
alovdan kənara çəkildi və kömək tapdı.
Həkimlər Ceymsin həyatını xilas edə
bildilər, amma o,
həmişə həmin günün
xatirələrini daşıyacaq. Onun bədənində yan-
mış toxumaların yeri və çapıqlar qalıb, həm
də bir qolu qismən alovdan deformasiya-
ya uğrayıb. Göylərdə həmin çapıqlar şərəf
izləri olacaq, Ceyms Cedanın Məsihə arxa
çevirmədiyi günü xatırladacaq.
Böyük xatirə
SUDAN: CEYMS CEDA
“Bir az odun yığın!” – deyə, əsgərlər qışqıra-qışqıra danışdılar. Cavan Ceyms Ceda güman
etdi ki, onlar yemək bişirmək istəyirlər. O, həmin gün bir az əvvəl Cənubi Sudanda radikal
müsəlman əsgərlərinin onun valideynlərini və dörd bacı-qardaşını necə öldürdüklərinə
baxaraq dəhşətə düşmüşdü. Onlar Ceymsdən bir işçi kimi istifadə etmək məqsədilə onu
öldürməmişdilər.
Bir çox insanlar suvenirləri çox sevirlər.
Elə insanlar var ki, səyahətdə olduğu
ərazinin aeroportundan və ya qatar stansi-
yalarından suvenir almasa, dayana bilməz.
Amma bizim mənalı həyat təcrübəmizi bizə
xatırladan şey nədir? – bu, Məsihə həsr
olunmamızdır. Bəziləri mənəviyyatları ilə
barışığa gedə bilmədiklərinə görə rədd
etdikləri inkişafı xatırlamaq üçün maaş-
larına baxırlar. Başqaları sinif otaqları-
na baxanda ilk dəfə təqibin nə olduğunu
öyrəndikləri vaxtı xatırlayacaqlar. Digərləri
isə imanlıların qəbir daşını görüb həsr
olunmanın nə olduğunu xatırlayacaqlar. Bu
“suvenirlər” İsa Məsihdə imanın qiymətini
xatırladan hədsiz dəyərli xatirələrdir.
Sizi hər dəfə yada salanda
Allahıma şükür edirəm.
Filip. 1:3