55
gün
-ci
BÖYÜK
SADİQLİK
Ali şuranın baş kahini müttəhimə dedi:
“Nə deyə bilərsən?”
O, sakitcə ayağa qalxdı
və mülayim səsi
dəyişildi. “Sizin əcdadlarınız İsanın gəlişi
haqqında danışan hər bir kəsi öldürdülər. Və
siz də öz dini ənənələrinizi qoruyub saxladı-
nız – siz hamınız satqınlar və qatillərsiniz.
Sizə mələklər vasitəsilə Allahın qanunu ve-
rildi. Bu sanki bükülü bir hədiyyə idi, amma
siz onu dəyərləndirmədiniz!”
Bu sözlərə cavab olaraq çığırtılar və
lənətlər eşidildi,
amma Stefan öz fikrindən
dönmədi. O, gözlərini göyə dikib dedi: “Ba-
xın, mən göylərin yarıldığını və Bəşər Oğlu-
nun Allahın sağında dayandığını görürəm!”
Onlar qulaqlarını əlləri ilə tutdular, üstünə
hücum çəkib şəhərdən kənara çıxardılar.
Şaul adlı fariseylərdən biri adamların paltar-
larını sakitcə yığdı ki, Stefanın qanı onları
ləkələməsin.
Daşlar Stefanın bədəninə dəydikcə o, Al-
laha yalvardı: “Ya Rəbb İsa, ruhumu qəbul
et.” Sonra o, diz
çöküb hər bir kəsin eşidə
biləcəyi bir səslə dua etdi: “Ya Rəbb, bunu
onlara günah sayma.” Bu, onun son sözləri
idi. Sonra o öldü.
Həv. İş. 6:11-7:60-dan parafraz edilmiş
halda götürülüb.
Böyük hikmət
İSRAİL: STEFAN
Şahidlər yalandan ona qarşı şəhadətlik etdilər. “Bu adamın həm Musaya, həm də Allaha qarşı
küfr dolu sözlər dediyini eşitmişik. Bu adam dayanmadan bu Müqəddəs məkana və Qanuna qar-
şı danışır. ‘Nazaretli İsa bu məkanı darmadağın edəcək və Musadan bizə əmanət qalan adətləri
dəyişəcək’ dediyini özümüz eşitmişik”.
Çətin vəziyyətlərdə soyuqqanlı olmaq
ən müdrik hərəkətdir. Yolda başqa maşı-
nın qabağımıza çıxıb yolumuzu kəsməsi,
məktəbdə aşağı qiymət almağımız və işdə
töhmətlənməyimiz kimi xırda şeylər bi-
zi qəzəbləndirir. Amma gərgin qeyri-adi
vəziyyətlər vasitəsilə hərəkət etmək təkcə
sağlam düşüncəni deyil, daha çox şeylər
tələb edir. Bu, ilahi hikməti tələb edir. Yan-
lış ittihamlar, hətta ölüm təhlükəsi ilə qar-
şılaşanda Stefan həqiqi hikmətdən istifadə
etdi. O, qisas almadı. O öz ittihamçılarını
lənətləmədi. O, sadəcə həqiqi bildiyi və
fariseylərin inanmaq istəmədikləri şeyə
– İsa Allahın Oğludur – yapışdı. Stefan
ölərkən onu qucaqlayan həmin İsa Allah-
dan gələn hikmətə ehtiyacınız olanda sizi
də qucaqlayacaq.
Əgər
sizlərdən birinin müdrikliyi
çatışmırsa, hər kəsə səxavətlə və
məzəmmət etmədən verən Allahdan
diləsin və ona veriləcək.
Yaqub 1:5
57
gün
-ci
BÖYÜK
SADİQLİK
Əziz atam və anam,
mən sizi Məsihin sev-
gisi ilə salamlayıram. Mən lap yaxşıyam və
xeyir-dualıyam. Sinif yoldaşlarımdan biri Vari-
ya Kommunist Gənclər Təşkilatının üzvüdür.
Mən ona şəhadətlik etmişəm və artıq hiss
edirəm ki, o, yavaş-yavaş anlayır. Təzəliklə o
dedi: “Mən səni heç başa düşə bilmirəm. Bu
qədər şagird səni incidir, xətrinə dəyir, amma
sən onları sevirsən.”
Mən
ona dedim ki, Allah bizə təkcə bi-
zi sevənləri deyil, hamını sevməyi öyrədib.
Xüsusilə də, bizə qarşı sərt davrananları
sevməliyik ki, bizdə olan Allahı görsünlər.
Variya məni ələ salıb incidənlərə qoşulanlar-
dan biridir, amma bu, mənə kömək etdi ki,
onun üçün daha çox dua edim.
Bu gün o, məndən soruşdu ki, onu da
həqiqətən sevə bilərəmmi?
Biz hər ikimiz
qucaqlaşdıq və ağlamağa başladıq. Mən ina-
nıram ki, o, Məsihi qəbul etmək üçün çox
yaxındır. Xahiş edirəm, onun üçün dua edin.
Allahı uca səslə inkar edənlərə qulaq
asanda
elə bilirsən ki, həqiqətən, onlar belə
düşünürlər. Amma həyat göstərir ki, onlardan
çoxunun ürəklərində, həqiqətən, böyük istək
var. Onların ürəyində
iniltini eşidə bilərsiniz;
onlar nəsə axtarırlar və allahsızlıqları ilə da-
xili boşluqlarını örtməyə çalışırlar.
Mən tezliklə yenə yazacağam. Evdəkilərə
hamıya sevgimi çatdırın.
Mariya
Böyük məktublar – birinci hissə
RUSİYA: MARİYA
Allah insanları daxillərində ruhani
boşluq ilə yaradıb, bunu da yalnız Özü
tamamilə doldura bilər. Biz məsihçiliyə
qarşı qatı düşmən olan insanı görəndə
biz həmin insanın həyatında nəhəng eh-
tiyacların olduğunu özümüzə xatırlada
bilərik. Düşməninizin döş qəfəsində dərin
boşluğu – ürəksiz bir bədəni təsəvvür
edin. Bu daxili boşluq bir çox insanları
ruhani axtarışa gətirib çıxarır. Onlar ya
iman ilə cavab verirlər, yəni həmin boş-
luğu doldurmaq üçün Məsihin təklifini
qəbul etmək istəyirlər, ya da qəzəb ilə ca-
vab verirlər, yəni Məsihi bütünlüklə rədd
edirlər. Çox vaxt məsihçinin hüzuru Məsihi
rədd edənlərə sadəcə öz həyatlarında ol-
mayan şeyi xatırladır. Onlar şəxsən sizə
hirslənmirlər. Onlar sizin təqdim etdiyinizə
hirslənirlər.
Sizə dəfələrlə söylədiyim kimi,
indi də göz yaşları
içində təkrar
deyirəm: bir çoxları Məsihin
çarmıxına düşmən olaraq həyat
sürür.
Filip 3:18