58-ci
gün
BÖYÜK
SADİQLİK
Əziz atam və anam, keçən məktubumda
yadınızdadırsa, ateist qız Variya haqqında
yazmışdım. İndi sizə şad xəbəri çatdırmaq
üçün elə sevinirəm: Variya Məsihi qəbul etdi!
O, tamamilə fərqlidir və artıq hər bir kəsə
açıqcasına şəhadətlik edir.
Variya təzə iman edəndə özünü daxilən
təqsirkar hiss edirdi. Məncə o, özünü ona
görə pis hiss edirdi ki, uzun müddət Allahın
olmadığına inanmış və başqalarına da bunu
söyləmişdi. O, elə düşünürdü ki, buna görə
əzab çəkməlidir.
Biz birlikdə allahsızların (Kommunist
Gənclər Təşkilatının) toplantısına getdik.
Baxmayaraq ki, mən ona əvvəlcədən demiş-
dim ki, özünü saxlasın, amma bu, faydasız
idi. Kommunist himnini oxumaqdan imtina
etdikdən sonra Variya qabağa çıxıb bütün
toplantıya müraciət etdi. O, cəsarətlə hamı-
ya Məsihi bir Xilaskar kimi qəbul etdiyini
söylədi!
O, hamıya yalvardı ki, günahdan üz
döndərsinlər və Məsihə gəlsinlər. Hamı
susmuşdu. O, danışığını qurtardıqdan son-
ra gözəl səsi ilə köhnə himni oxudu: “Mən
ölmüş Məsihi bəyan etməkdən, əmrlərini
qorumaqdan və çarmıxının gücündən utan-
mıram.” Onu tutub aparanda mən heç bir
kömək edə bilmədim. Bu gün 9 maydır və biz
onun haqqında heç nə eşitməmişik.
Mariya
Böyük məktublar – ikinci hissə
RUSİYA: MARİYA
Məsihçiliyin ən böyük düşmənləri dua
üçün baş hədəflərdir. Tarsuslu Şaul kimi keç-
miş düşmənin Məsihin nümayəndələrindən
birinə çevrilməsi mümkündür. Amma dua
olmadan bu, yalnız bir mümkünlük kimi
qalacaq. Onlardan qorxmaq və ya onlara
qəzəblənmək əvəzinə biz cəmiyyətimizdə,
ölkəmizdə və dünyanın hər bir yerində
qəzəblə Məsihə qarşı duranlar üçün dua
etməliyik. Biz imansızlar, hətta ateistlər
üçün dua edən vaxt onların enerjiləri
Məsihə qarşı deyil, Məsihə doğru tuşlan-
sa, baş verəcək dəyişiklikləri təsvir edə
bilərik. Onlar Allahın lütfü barədə güclü
şəhadətlik etmək üçün növbəti müjdəçiyə
çevrilə bilərlər. Bizim düşmənlərimizin heç
biri Allahın təsir dairəsindən kənar deyil
və dua onları Onun əlində saxlayır.
Deməli, kim Məsihdədirsə, yeni
yaradılışdır, köhnə şeylər keçib-
getdi, təzə şeylər gəldi.
2 Kor. 5:17
59
BÖYÜK
SADİQLİK
-cu
gün
Əziz anam və atam, dünən avqustun 2-si
mən Variya ilə həbsxanada danışa bildim. O,
arıq və solğun idi, amma onun gözləri Allahın
sülhündən və səmavi sevincdən parlayırdı.
Mən onun haqqında düşünəndə ürəyim
parçalanır. Onun on doqquz yaşı var. Bir
imanlı kimi o, hələ ruhani körpədir. Amma
Rəbbi bütün ürəyi ilə sevir və dərhal ən çətin
yolu seçir.
Xahiş edirəm, onun üçün dua edin. Onlar
Variyanın geyindiyi paltarlardan başqa hər
bir şeyini ondan alıblar. Biz xeyli şey yığıb
onun üçün göndərdik, amma düşünmürəm ki,
göndərdiyimiz hər bir şeyi alır.
Mən Variyadan etdiklərinə görə peşman
olduğunu soruşanda, o dedi: “Xeyr, əgər on-
lar məni azad etsələr, yenə də danışacağam.
Elə fikirləşməyin ki, mən əzab çəkirəm. Mən
şadam ki, Allah məni çox sevir və adına görə
dözmək üçün sevinc verir.”
Mən Allaha minnətdaram ki, bunu başa
düşmək üçün bizim sülhümüz var. Əgər biz
Məsihdəyiksə, bizi heç bir peşmançılıq və ya
əzablar dayandıra bilməz. Mən yalnız dua
edə bilərəm ki, əgər onun yerində olsam,
imanım onunku kimi güclü olsun.
Biz indi inanırıq ki, Variya Sibirə əmək
düşərgəsinə göndəriləcək. Mən inanıram ki,
Allah ona dözmək üçün qüvvət verəcək.
Sizin Mariyanız
Böyük məktublar – üçüncü hissə
RUSİYA: MARİYA
Məsihçilik 100 metrlik qısa məsafəyə
qaçış deyil. Bu, dözüm marafonu-
dur. Kəlam bizə öyrədir ki, qartal ki-
mi yüksəklərə uçacağımız və qaçanda
taqətdən düşməyəcəyimiz vaxtlar var.
Amma həyatlarımızda elə vaxtlar var ki,
qarşımızda uzun, tənha yollar uzanıb ge-
dir. Həmin vaxtlarda biz yalnız huşumuzu
itirmədən daha çox qüvvə əldə edənədək
yaxşı irəliləyə bilirik. Bu, əslində təqib al-
tında olanların təsviridir. Təqib zamanı
biz, sadəcə, təslim olmadan növbəti addı-
mı atmağı öyrənirik. Sadəcə dözmək Alla-
ha izzət gətirən böyük qələbədir. Əgər siz
anlamadığınız bir sınaqdan keçirsinizsə,
gözləyin və orada dayanın. Siz hər gün,
bəzən dərk etmədən güclənirsiniz. Tezliklə,
siz yenidən qartal tək uçacaqsınız.
Rəbbə ümid bağlayanlarsa yeni
qüvvət alar, qanad açıb qartal kimi
yüksəklərə uçar, qaçanda taqətdən
düşməzlər, yol gedib yorulmazlar.
Yeşaya 40:31
60
BÖYÜK
SADİQLİK
-cı
gün
Əziz Mariya, axır ki, sənə məktub yaza
bilirəm. Biz sağ-salamat yeni düşərgəyə gəlib
çıxdıq, bu yer şəhərdən on beş kilometr uzaq-
lıqda yerləşir. Mən buradakı həyatı təsvir
edə bilmirəm, amma Allaha şükür edirəm ki,
kifayət qədər sağlamam və işləməyə gücüm
var.
Mənə maşın sexində işləməyi tapşırıblar,
yanımda bir bacı da var, amma onun sağ-
lamlığı çox pis vəziyyətdədir. Mən hər iki-
mizin işini görməliyəm, yoxsa hər ikimizi
cəzalandırarlar. Biz gün ərzində on iki-on üç
saat işləyirik, yemək də çox az verirlər. Am-
ma mən şikayət etmək istəmirəm.
Mən sənə demək istəyirəm ki, məni
Məsihə gətirdiyin üçün çox sağ ol. İlk dəfədir
ki, həyatımın məqsədi olduğunu hiss edirəm
və kimin üçün əzab çəkdiyimi bilirəm. Bu-
radakıların hər birinə xilasın böyük sevinci
barədə danışmaq üçün ürəyim alışıb yanır.
Sakit qala bilmədiyim üçün işdə məni sö-
yüb cəzalandırırlar. Necə sakit qalım axı? Nə
qədər ki danışa bilirəm, Onun böyük sevgisi
haqda hər bir kəslə bölüşəcəyəm.
Burada çoxlu imanlılar var. Keçən gecə
gizlincə çaya gedə bildik, yeddi qardaş və
bir də mən vəftiz olduq. Mən bu gözəl gü-
nü heç vaxt yaddan çıxarmaram! Xahiş
edirəm, mənim üçün ağlama. Mənim burada
məqsədim aydındır və imanım da güclüdür.
Səni sevirəm, Sənin Variyan
Böyük məktublar – dördüncü hissə
RUSİYA: VARİYA
Bəziləri bunu tale adlandırır. Bəziləri
buna qismət deyir. Buna baxmayaraq,
çox insanlar özlərini müəyyən səbəbə həsr
etmək istəyirlər. Məsihçilər bunu “çağırış”
– Allahın onların həyatları üçün məqsədi
adlandırır. Biz şəxsi həyatlarımız üçün
Allahın məqsədini həyata keçirəndə daha
böyük mənzərənin bir hissəsinə çevrilirik.
Biz razılaşırıq ki, hər nə ediriksə və hər
nə başımıza gəlirsə, İsa Məsihin Müjdəsini
irəliyə çəkir. Biz əlaqələnmişik. Faydalı-
yıq. Vəziyyətlər hər nə cür olursa olsun,
həyatlarımızda ilk dəfə biz hiss edirik ki,
özümüzdən kənar bir şeyə yardım edirik.
Bu məqsəddən yapışdıqdan sonra heç kim
sizi məğlub edə bilməz. Sizcə həyatınızda
ən böyük məqsədiniz nədir?
Qardaşlar, bunu sizə bildirmək
istəyirəm ki, başıma gələnlər Müjdə
yaymağı daha da irəli apardı.
Filip. 1:12
Dostları ilə paylaş: |