52-ci
gün
BÖYÜK
SADİQLİK
Hər həftə Kloi
öz vətənində olan Sepikaha
adlı kənddə otuz kilometrdən artıq yol ge-
dir. Məsihçilərdən ibarət kiçik qrup Kloi ilə
salamlaşır, amma kəndin böyük əksəriyyəti
müsəlmanlardır. Kloini döyənlər radikal,
döyüşkən müsəlmanlar idilər.
Kloini xəstəxanaya apardılar, burada
onun bir çox yaraları sağaldı.
Polis Kloidən
kimlərin onu döydüyünü soruşanda o dedi ki,
heç nə bilmir. Kloi neçə illər idi ki, kor idi.
O, xəstəxanadan çıxdıqdan bir həftə son-
ra yenə Sepikahaya qayıtdı. O, gözləri ilə
görə bilmədiyi
insanlara vəz etmək üçün
həyatını təhlükə altına salırdı. Onun gözləri
kor idi, amma ürəyi aydın görə bilirdi. O, ki-
çik kənddə İsaya ehtiyac olduğunu və cavan
məsihçilərin imanda böyümək istədiklərini
görürdü. O, hər həftə Sepikahaya qayıdır. İndi
görə bilmədiyi üzləri bir gün göylərdə görəcək.
Böyük “görüntü”
FİL DİŞİ SAHİLİ: KLOİ
Zərbələr sanki hər tərəfdən gəlirdi və Kloi özünü müdafiə etmək üçün əlləri ilə başını tutmuş-
du. Ona nə qədər adamın hücum etdiyini bilməsə də, huşunu itirdikcə hər zərbənin şappıltı
səslərini eşidirdi. Ona hücum edənlər üstünə qışqırır, imanını və İsasını ələ salırdılar. Kloi dua
edirdi, səssizcə Allaha fəryad edərək ona güc verməsini istəyirdi.
Ruhani itkin kişilərin və qadınların
ürəklərini görmək üçün rentgen lazım de-
yil. İllər boyu pis qərarlar çıxarmaq çox
vaxt böyük səhnədə görünür – insanların
yorğun sifətlərində həkk olunub. Ruha-
ni görüntü ürəklərin “gözlərini” başqala-
rının ehtiyaclarını görmək üçün istifadə
etməkdir. Ətrafınızda olan insanların
sifətlərində nə görürsünüz? Ya da heç ba-
xırsınızmı? Bu günki mədəniyyətimizdə
liftdə, aeroportda, dükanlarda heç vaxt
görmədiyiniz gözlər ilə rastlaşmaq müm-
kündür. Məsihə ehtiyacı olan insanları
görürsünüzmü? Sizin ruhani gözləriniz
ətrafınızda ehtiyac içində olanları görməyi
öyrənibmi? Allahdan xahiş edin ki, görmək
və hərəkət etmək üçün sizin ruhani görün-
tünüzü inkişaf etdirsin.
Qoy O, qəlbinizin gözünü nurlandırsın.
Efes. 1:18
53
gün
BÖYÜK
SADİQLİK
-cü
Birinci ağac istəyirdi ki, yorğun mal-qaranı
uzun iş günündən sonra qidalandırmaq üçün
axur olsun. Allah ağacın belə təvazökarlığına
görə onu mükafatlandırdı. O, çox xüsusi bir
axura – Allahın Oğlunun uzandığı bir axura
çevrildi.
İkinci ağac dua etdi ki, qayıq olsun. Duaya
cavab gəldi, tezliklə onun gözəl oduncağı çox
xüsusi bir sərnişini saxladı – Allah Oğlunu.
Ağac İsanın şiddətli fırtınanı sakitləşdirərkən
dediyi sözləri eşitdi: “Sakitləş, dayan.” Ağac
belə bir səhnənin
şahidi olduğuna görə öz
həyatını dəyərli hesab etdi.
Amma üçüncü ağacdan isə əzab vermə
aləti kimi böyük bir çarmıx düzəltdilər. Ağac
əvvəlcə öz taleyinə çox peşman oldu. Amma
bir gün Nazaretli İsa onun budaqlarına mıx-
landı. Qəribə idi, çarmıx o biri çarmıxlardan
fərqli olaraq, inilti və lənət eşitmədi. Əksinə,
o, Allah Oğlunun sevgi və ilahi bağışlama –
tövbə edən oğruya cənnəti açan sözlər təklif
etdiyini eşitdi.
Ağac sonra anladı ki, İsanın çarmıxa
çəkilməsində onun rolu bəşəriyyətin xilasını
təmin edib.
Böyük məsəl
ŞƏRQİ AVROPA: ÜÇ GƏNC AĞAC MƏSƏLİ
Bir gün meşədə üç gənc ağac razılığa gəlib belə dua etdilər. Onların dua etməkdə məqsədləri
bu idi ki, qocalıb çürüməkdənsə hansısa nəcib məqsədlər üçün istifadə olunsunlar.
Şərqi Avropada gizli məbədlərdə üç
ağac məsəli çox vaxt imanına görə əzab
çəkənlərin ruhlanması üçün danışılırdı.
Bu imanlılar dözdükləri şeylərdə məqsədi
görməli idilər. Onlar Allahın izzəti üçün
istifadə olunmaq istədiklərini söyləyəndə,
yəqin ki, onların çox böyük ümidləri və
arzuları var idi. Amma belə görünür ki,
təzyiq onları Allahın planlarından ayır-
mışdı. Ədalətsiz əzab belə planda necə rol
oynaya bilər? Çarmıxın düzəldiyi ağac ki-
mi onlar da anlayırlar ki, həyatları üçün
Allahın başlıca məqsədinə formalaşıblar.
Bu nöqteyi-nəzərdən əzab sizin həyatınız
üçün Allahın planlarının pozulması deyil,
prosesin ayrılmaz hissəsidir.
Yalnız bununla deyil,
çəkdiyimiz
əziyyətlərlə də fəxr edirik, çünki
bilirik ki, əziyyətdən dözüm,
dözümdən Allaha xoş gəlmə,
Allaha xoş gəlmədən ümid
yaranır. Ümidimiz də boşa çıxmır,
çünki
Allah məhəbbəti bizə
verilən Müqəddəs Ruh vasitəsilə
ürəklərimizə tökülüb.
Roma. 5:3-5
54
BÖYÜK
SADİQLİK
-cü
gün
Yepiskop Mixail rus ortodoks
rəhbərlərindən və adi insanlardan ibarət
səksən min insanın kommunistlər tərəfindən
öldürüldüyünü görmüşdü. Bütün bu əzabların
və ağrıların içərisində o, belə qərara gəlmişdi
ki, əgər Allah mövcud olsaydı, belə müsibətin
baş verməsinə yol verməzdi.
“Mən inanmıram” – o, dəstə ilə
qarşılaşarkən belə düşünürdü. “Çarmıxın
mənim üçün nə mənası var?
Qoy mən öz
həyatımı qoruyum.”
Amma o, dəstənin əmrini yerinə yetirmək
istəyərkən ağzını açanda ağzından çıxan
sözlər onu dəhşətə gətirdi. “Mən yalnız tək
Allaha inanıram. Mən çarmıxı tapdalamaya-
cağam!”
Dəstə guya padşahın geyimi kimi bir
kisəni götürüb onun çiyinlərinə atdı və onun
xəz papağını İsanın tikanlı tacı kimi istifadə
etdi. Onlardan biri,
Mixailin kilsəsinin keç-
miş üzvü onun qarşısında diz çöküb dedi:
“Yəhudilərin Padşahını salamlayın.” Onlar
növbə ilə onu döydülər və onun Allahını ələ
saldılar.
Yepiskop sakitcə dua etdi. “Əgər Sən
mövcudsansa, xahiş edirəm, mənim həyatımı
xilas elə.” O, döyülərkən yenidən qışqırdı:
“Mən yalnız tək Allaha inanıram.”
Mixailin imanını nümayiş etdirməsi sərxoş
dəstəyə elə təsir etdi ki, onlar onu buraxdılar.
O, evinə gəlib çıxanda üzüstə döşəməyə yıxı-
lıb ağlayaraq bu sözləri təkrar edirdi: “Mən
inanıram.”
Böyük zəiflik
RUSİYA: YEPİSKOP MİXAİL
“Əgər sən imanını inkar etsən və çarmıxı tapdalasan, azadsan” – bolşevik dəstəsi dedi. “Əgər
dediklərimizi etməsən, səni öldürəcəyik.”
Məsihçi imanı ziddiyyətli fikirlər ilə do-
ludur. Yaşamaq üçün ölmək. Qalib gəlmək
üçün uduzmaq. Güclü olmaq üçün zəif ol-
maq. Əslində, öz uğursuzluqlarımızı qəbul
etməyincə, biz Allahın gücünü hiss edə
bilmərik. Biz çətinliklərdən və sınaqlar-
dan keçəndə, hətta uzaqdan başqalarının
ədalətsiz əzablarının şahidi olanda, Alla-
hın yaxşılığına şübhə etməyə başlayırıq.
Bu, insanın təbii reaksiyasıdır. Amma Al-
lah bizim insan zəifliklərimizi rədd etmir.
O, bizim zəifliyimizi Öz gücü ilə bərpa
edir. Ona görə də biz öz uğursuzluqlarımız-
da sevinə bilərik, çünki onlar bizə xatırla-
dır ki, insan gücü Allahın gücünü əvəz edə
bilməz. Biz uğursuzluqla qarşılaşa bilərik,
amma bizim həmişə Allahımız güclüdür.
Siz öz zəifliyiniz barədə nə öyrənirsiniz?
Bu, Allahın gücü barədə sizə nə öyrədir?
Amma O, mənə dedi:“Lütfüm sənə
kifayətdir,
çünki zəiflik olanda
qüvvə tam olur.”
2 Kor. 12:9