gün
28
BÖYÜK
SADİQLİK
-ci
Biz sərhədlərin açılması üçün dua etmirik.
Biz göylərin açılması üçün dua edirik.
Vyetnamda təqibdə olan məbədin duası
29
BÖYÜK
SADİQLİK
-cu
gün
Pastor Promila həbsxanaya atıldı və ona
işgəncə verildi. Rəhbərlər ona əmr etdilər ki,
Müjdəni vəz etmək çağırışından imtina etsin.
Onun başında çoxlu yaralar var idi və sonda
onu evə buraxanda artıq bədənində həmişəlik
bir zədə var idi. O, evə qayıdarkən həyat yol-
daşı və uşaqları onun göyərmiş və qan içində
olan üzünü görəndə sarsıntı keçirdilər. On
gün sonra o, yaralarının təsirindən öldü.
Pastor Promilanın məbədi bu döyüşkən hin-
du mühitində öz tapşırıqlarından dönmədilər.
Pastorun ölümündən az sonra onlar birlikdə
görüşdülər və qəbilə camaatı arasında Nor-
bunun işini davam etdirmək üçün könüllüləri
çağırdılar. Beş əl yuxarı qalxdı, onlardan biri
pastorun həyat yoldaşına məxsus idi. O, beş
uşağının qayğısına qalmaqla yanaşı, Allahın
çağırışına cavab verdi.
O, sadiqliklə xidmət etdi, başqa işçilərlə
birlikdə çoxlu qəbilə camaatının Məsihi əldə
etdiklərini gördülər. Allah onun və uşaqları-
nın ehtiyaclarını ödədi. O inanırdı ki, bir gün
ərini yenidən görəcək və Məsihə sadiqliyinə
görə mükafatlanacaq.
Böyük tapşırıqlar
BUTAN: PASTOR NORBU PROMİLA
Pastor Norbu Promila Butanın dağlarında yaşayan qəbilə camaatına vəz edərkən çox məmnun
olmuşdu. Yığışmış insanlar xüsusilə diqqətli idilər və Xoş xəbər üçün açıq idilər. Birdən vəzin
ortasında hər qapıdan bir polis girib səhnəyə cumdu və Norbunu tutdular.
Bizim Rəbb üçün etdiklərimiz iş deyil –
tapşırıqdır. Tapşırıq heç vaxt bir insanın
məsuliyyəti olmayıb. Bu, ayrıca Məsihə
və Onun padşahlığına tuşlanıb. Ona görə
də xüsusi bir ərazidə Allahın işini hansı-
sa bir insan tərk edə bilər, amma tapşırıq
özü heç vaxt ölmür. Allahın işi heç vaxt
edilməmiş qalmır. Bu, əbədi olaraq tamam-
lanana qədər davam edir. İmanlarına görə
təqibdən keçməyə hazır olanlar tapşırığın
mənasını bizə öyrədirlər. Onlar bilirlər ki,
yalnız iki şey əbədiyyət üçün qalır – Alla-
hın işi və insan qəlbləri. Biz bu şeylərdə
həyatlarımızı qoymaq istəyəndə əbədi
məna daşıyan bir tapşırığa qoşuluruq.
Əminəm ki, sizdə xeyirli işə
başlayan Allah Məsih İsanın
zühur edəcəyi günədək bunu
başa çatdıracaq.
Filip. 1:6
30
BÖYÜK
SADİQLİK
-cu
gün
Telefon zəng çaldı və Endryu dəstəyi qal-
dırıb danışarkən başa düşdü ki, bu, bir neçə
dəqiqə bundan əvvəl onu öldürmək istəyən
kişidir.
“Müsəlman rəhbərlər səni öldürmək
üçün mənə böyük mükafat verəcəklərini
söyləyiblər” – o dedi. “Mən sənin ofisinə
gəlmək üçün Banqladeşin içindən sürə-sürə
gəlmişəm. Mükafat mənimki idi. Mən atəş
açmaq üçün hazır idim, amma qolumu qal-
dıra bilmədim. Mən tətiyi çəkə bilmədim.”
Müjdəçi Rəbbə onu qoruduğuna görə
minnətdarlığını bildirdi.
Endru buna bir az gülməli bir şey kimi
baxdı. “Yaxşı, bəs indi mən sənin üçün nə
edə bilərəm?” – deyə, o cavab verdi.
“Bilirsən, mən hələ də qolumu tərpədə
bilmirəm, bu, sənə görədir! Mənə kömək edə
bilərsənmi?”
Elə telefonda Endru dua etdi və kişi dərhal
qolunu tərpətməyə başladı. Möcüzədən
heyrətlənən kişi müjdəçinin ofisinə qayıtdı və
müsəlman rəhbərlərin qorxduğu “İsa” haq-
qında suallar verməyə başladı.
Müjdəçi səbirlə İsanın sevgisinin xoş
xəbərini izah etdi, hətta onu öldürməyə
gəlmiş insana çay da təklif etdi. Qırx beş
dəqiqədən sonra kişi İsanı öz ürəyinə dəvət
etdi. Kişinin indi ümdə məsələsi şeytanın
işlərini dağıtmaqdır. Bu günə qədər həmin
kişi Banqladeşdə müjdəçilik edir.
Böyük qatil – birinci hissə
BANQLADEŞ: ENDRYU
Müjdəçi Endryu gözlərini tüfəngə zilləmişdi, kişinin niyə atəş açmadığını bilmək istəyirdi.
Qatil hirsləndi, sonra qorxuya düşdü və sonda otaqdan qaçıb çıxdı.
Qatil ola biləcək şəxsin qətl cəhdi səhv
bir komediya idi. Əgər bu, kino olsaydı, baş
qəhrəman Endryu səhnəyə çıxanda audito-
riya onu ucadan alqışlayardı. Bütün yax-
şı kinolarda olduğu kimi, Endryu sadəcə
düşmənin planlarını pozmadı. O, plan-
ları, hətta qatil ola biləcək şəxsin tövbə
etməsi ilə çay təklif etməsinə qədər alt-
üst etdi. Bu, plana uyğun deyildi. Şeytan
həmişə çertyojuna qayıtmalı olur ki, bizim
məhvimiz üçün planlarını yenidən işləyib
hazırlasın. Endryu öz vəziyyətinin qurbanı
deyildi, heç siz də öz vəziyyətinizin qurba-
nı deyilsiniz. Əgər ona atəş açılsaydı, onun
ölümü şəhadətlik olardı, siz də həmçinin.
Şeytanın planlarından fərqli olaraq, Allahın
sizin həyatınız üçün planları pozulmazdır.
Bilirəm, Sən hər şeyə qadirsən,
Sənin istəyinin qarşısı alınmaz.
Əyyub 42:2
31
gün
-ci
BÖYÜK
SADİQLİK
“Əgər mən dursam, sən ərini itirəcəksən”
– deyə, Riçard Vurmbrand diqqətlə həyat
yoldaşına baxaraq cavab verdi.
Qadın ərinə baxaraq dedi: “Mənə qorxaq
ər lazım deyil.”
Kommunist əsgərləri ölkəyə yenicə hücum
etmişdilər, bu hadisədən qısa müddət sonra
onlar Rumıniyanın din üzrə milli konqresində
oturmuşdular. Oraya yığışmış məsihçi pas-
torlar, kahinlər və bütün denominasiyalardan
olan xidmətçilər bir-bir durub İosif Stalini və
minlərlə məsihçini həbsxanaya atmış yeni
kommunist rəhbərliyini tərifləyirdilər.
Riçard danışmağa çıxan kimi bir çoxları
bu tanınmış pastorun da onlara qoşulacağı-
nı düşünüb sevindilər. Amma kommunistləri
tərifləmək əvəzinə o, xilas üçün yeganə yol
olan İsa Məsihi təriflədi. “Bizim ilk sadiqli-
yimiz kommunist rəhbərlərinə deyil, Allaha
olmalıdır” – o, toplantıya söylədi. Bu top-
lantı bütün Rumıniyada canlı yayımlanırdı
və ölkədə olan minlərlə insan Riçardın bu
sözlərini eşitdi.
Riçardın vurduğu zərəri anlayan kommu-
nist rəhbərləri səhnəyə doğru qaçdılar. Riçard
arxa qapıdan qaçıb çıxdı, amma o vaxtdan
bəri onu axtarmağa başladılar. O, bundan
sonra on dörd ilini həbsxanada keçirdi.
Böyük bəyanat
RUMINİYA: SABİNA VURMBRAND
Sabina Vurmbrand əlini uzadıb ərinin qolunu çimdiklədi. “Riçard” – o, sərt şəkildə dedi. “Dur
ayağa, Məsihin üzündən bu biabırçılığı sil. Onlar Onun üzünə tüpürürlər!”
Bizlərdən çoxumuza bütün millət qarşı-
sında Məsihi təmsil etmək işi tapşırılmaya-
caq. Amma biz hamımız gündəlik harada
oluruqsa, onu təmsil etməyə çağırılmışıq.
Məsələ şəhadətlik edilən auditoriyanın
ölçüsündə deyil, bizim təmsil etdiyimi-
zin səmimiliyindədir. Bizim həyatlarımız
dediyimiz şeylərdən asılı deyil. Am-
ma işlərimiz əminliyimizi ifadə etmək
üçün qərarımızdan asılı ola bilər. Bura-
ya ünsiyyəti itirmək daxil ola bilər. Bu,
hətta ailələrimizdən uzaqlaşma ola bilər.
İstənilən halda onların görünən yoxluq-
larına təəssüflənməkdənsə, əminliyimizin
nəticələrinə dözmək daha yaxşıdır. Bu gün
Məsihi təmsil etmək üçün nə vaxt və hara-
da imkandan istifadə edəcəksiniz?
Mən…Məsihin Müjdəsini
yayıb qurtardım.
Roma. 15:19
Dostları ilə paylaş: |