25
gün
-ci
BÖYÜK
SADİQLİK
Qorxu insanın hisslərini oyadan əsas
amillərdən biridir. Bu, fond birjalarını və
yanacaq müharibələrini idarə edir. Onun
cilovlanmayan enerjisi böyük pisliklər
üçün və ya böyük yaxşı işlər üçün istifadə
oluna bilər. Peşəkar boksçular çox vaxt
deyirlər ki, qorxu onların dostudur. Qorxu
onları daha yaxşı döyüşçü edir. Bu, onları
ayıq saxlayır. Bu, qətiyyətli olmaları üçün
onları hissiyyatlı edir. Eyni yolla, Allah
bizim qorxumuzdan istifadə edərək Özü
üçün daha yaxşı döyüşçü edə bilər. Biz nə
vaxt qorxuruqsa, bizim qeyri-mümkün olan
işi etməyə potensialımız olur. Niyə? Öz gü-
cümüz ilə qeyri-mümkün olan şey Allahın
köməkliyi ilə mümkün olur. Qorxu elə edir
ki, biz öz ehtiyatlarımızı tərk edirik və bu-
nun əvəzinə Allaha etibar edirik. Belə olan
halda böyük qorxu böyük imana gətirib çı-
xara bilər.
Böyük “qorxu”
LAOS: LU
Polisin yazılmamış kodu aydın idi: kmulini və ya məsihçiliyi qəbul etmiş başqa qəbilə üzvünü
tutsanız, onları həbs edin. Qəbilə üzvünə müjdəçilik edən kimisə tutsanız, onu öldürün.
“Lu”nun əlləri və ayaqları qandallanıb
biabırçı tərzdə kəndin içərisi ilə aparılandan
sonra Kommunist polisi onu xəndəyə atdı.
“Kəndinizdəki yüz məsihçi məsihçilikdən
dönsələr, biz səni buraxacağıq” – onlar
dedilər. Amma onlar Məsihdən üz döndərmək
istəyən imanlıları tapa bilmədilər.
Sonra polislərin başına faciə gəldi.
Polislərdən birinin oğlunun qəzada hər iki
ayağı sındı. O biri oğlu isə ciddi xəstələndi.
Yeni məsihçiləri döyən və incidən polisin
qəfildən ürəyi dayanaraq öldü.
Başqa polislər qorxu içərisində “Lunu”
xəndəkdən çıxardılar və evə qayıtmasına
icazə verdilər.
Hökumətin işçiləri rəhbərin
başına gələnləri görəndən sonra kənddə olan
məsihçilərə qarşı tədbir görməyə qorxdular.
Allahın gücünü görərək daha çox kmuli
xalqı imana gəldi. Sayca yüz məsihçi olan
bir yerdə indi onların sayı yeddi yüzdür. On-
lar hətta başqa kəndlərə də İsa haqqında
danışmaq üçün məsihçiləri göndərirlər. Lao-
sun rəhbərləri qorxu altında idarə olunarkən
Cənubşərqi Asiyada
məsihçilər onlara qalib
gəldilər.
Rəbdir nurum, qurtuluşum!
Mən kimdən qorxum?
Məzmur 27:1
26
BÖYÜK
SADİQLİK
-cı
gün
Onun babası qandalı düzəltmişdi, amma
bu, onun peşəsi deyildi. Əslində, onun islam-
çı ağaları onu məcbur etmişdilər ki, qandalı
taxsın. Peterin babası Cənubi Sudanda əsir
götürülmüş və Şimali Sudana aparılmışdı,
burada o, qul kimi satılmışdı.
Peterin babasını müsəlman ağaları incitsə
də və
ona əzab-əziyyət versələr də, onların
imanını qəbul etməmişdi. O, Məsihə olan öz
imanına möhkəm sarılmışdı və onların imanı-
nı qəbul etmədiyinə görə bədənində çapıqlar
qalmışdı. O, müsəlman olmadığına görə hey-
vanlardan başqa bir şey görməmişdi.
Ölməzdən qabaq Peterin babası qanda-
lı çıxarıb Peterin atasına vermişdi. “Bizim
ailəmiz həmişə qul olmayacaq” – o dedi,
“amma biz heç vaxt unutmamalıyıq.”
Sonra Peterin atası həmin qandalı Peterə
verdi və o da müsəlman ağasından qaçıb
azadlığa çıxanda onu özü ilə daşıdı. Bu gün
artıq qandal sahibkarlığın rəmzi deyildi,
əslində, Allahın
qalib gələn gücünün rəmzi
idi. Bu, Allahın həmin ailə üzərində əlinin
rəmzi idi, onlara azadlıq gətirərək üç nəsil
üzərində işləmişdi.
“Mənim xalqımı heç vaxt unutma” – deyə,
o, xahiş etdi. “Sudanda təqib olunan məsihçilər
üçün dua etməyi heç vaxt dayandırmayın.”
Böyük cavahirat
SUDAN: PETER
Mis qandal ərəb dilində “bakl” adlanır. Peter onu elə tutub saxlamışdı ki, sanki müqəddəs bir
şey idi. Bu, onun ailəsinin keçmişini və Peterin böyük xeyir-duasını xatırladırdı.
Unutqanlıq dua həyatının birin-
ci düşmənidir. Biz dəstək dualarımızı
etməkdə cəldik. Əfsuslar olsun ki, bizim
yaxşı niyyətlərimiz az hallarda yaxşı olur
ki, ehtiyac içində olanlar üçün dua etmək
işimizə yardım etsin. Dünyada təqib olu-
nan insanlara görə dua etməyi yadınıza nə
sala bilər? Bəlkə qol saatınızın üzərində
kiçik bir qeyd yapışdırmaq sizin yadınıza
sala bilər? Gün ərzində siz hər dəfə sa-
atınıza baxanda oradakı qeyd dini təqib
altında yaşayan insan qruplarını xatırlat-
maqda sizə imkan verə bilər. Dua üçün im-
kanları buraxmamaqda hər hansı bir me-
tod sizə kömək edərsə, ondan istifadə edin.
Güclü imanlılar barədə hekayələr oxumaq
heç nəyi dəyişdirməyəcək. Güclü imanlılar
üçün dua etmək hər bir şeyi – hətta bu gün
dəyişdirə bilər.
Durmadan dua edin.
1 Salonik. 5:17
27
gün
-ci
BÖYÜK
SADİQLİK
Həmin gecə bir az əvvəl məhbuslar bu qa-
dına qulaq asmışdılar, onun üzü sevgidən nur
saçırdı. “Mənim üçün qəbir göylərdəki şəhərə
girmək üçün girişdir” – o dedi. “Həmin
şəhərin gözəlliyi barədə kim söyləyə bilər?”
Orada kədər adlı şey yoxdur. Orada sevinc
və nəğmələr var. Hamı paklığın ağ paltarını
geyinib. Biz Allahı üzbəüz görə bilərik. Ora-
da elə
bir sevinc var ki, insan dili onu ifadə
edə bilməz. Mən niyə ağlamalıyam? Niyə
kədərlənməliyəm?”
O, nişanlı idi, amma bu gecə öz yer
üzündəki nişanlısı əvəzinə göylərdəki adaxlısı
ilə görüşəcəyini onlara söylədi.
Rəhmsiz mühafizəçilər otağa daxil ol-
dular və qadın da getməyə hazır olduğu-
nu göstərərək irəliyə doğru addımladı. O,
mühafizəçilər
ilə əhatələnərək həbsxana
otağından çıxan kimi Həvarilərin duasını
deməyə başladı. Bir neçə dəqiqə sonra göz
yaşları içində olan məhbuslar güllə səslərini
eşitdilər. Mühafizəçilər düşündülər ki, qadı-
nın həyatını sona yetirdilər,
amma onlar qa-
dını daha yaxşı bir yerə əbədi yaşamaq üçün
göndərdilər.
Böyük cəsarət
RUMINİYA: CAVAN QADIN
Məhbuslar kommunist mühafizəçilərinin gəlişini eşidəndə, demək olar ki, gecə yarısı idi. Onlar
cəld müttəhimin ətrafına yığışdılar, iyirmi yaşlı cavan bir qadına Məsihə imanına görə ölüm
hökmü kəsilmişdi. Onlar tələsik halda pıçıltı ilə onunla xudahafizləşdilər. Bu cavan rumıniyalı
qadının gözlərində göz yaşı yox idi, mərhəmət deyə qışqırıb səs-küy də salmırdı.
Cəsarət yer üzündəki adi həyatımızı
göylərdəki izah olunmaz gələcəyə aparan
bir körpüdür. Göylərdəki həyatın yəqinliyini
tamamilə anlayan insanlar yer üzündəki
dəyərsiz həyatlarını göylərdəki əbədi
vətəndaşlıq üçün asanlıqla dəyişə bilirlər.
Cəsarət bizə kömək edir ki, yer üzündə
yapışdığımız hər bir şeyi – bizi burada
uzun müddət saxlamağa vadar edən bütün
şeyləri buraxaq. Ölümdən sonrakı həyata
inanmaq üçün bizi cürətləndirir. Bütün
bunlara baxmayaraq, biz ölənə qədər yer
üzündəki həyat hamımızın həqiqətən bildi-
yi bir şeydir. Biz əbədiyyətə keçmək üçün
Məsihin yol açdığına inanaraq imanda ad-
dım atanda cəsarətlənirik. Biz həmin böyük
qərarı çıxardıqdan sonra həyata məqsədlə
baxıb cəsarətlə yaşaya bilərik.
Çünki mənim üçün yaşamaq
Məsihdir, ölməksə qazancdır.
Filip. 1:21