38-ci
gün
BÖYÜK
SADİQLİK
“Məhəmməd ən böyük peyğəmbərdir”-
onlar məsihçilərə izah etməyə başladılar. “O,
Məsihdən çox-çox sonralar yaşayıb
və Alla-
hın sonuncu peyğəmbəridir.”
Məsihçilər diqqətlə qulaq asdılar və cavab
verdilər: “Sizin öz qanun sisteminizdə qanuni-
lik şahidlərin sayı ilə təyin edilir, İsa Məsihin
gəlişi barədə Musadan vəftizçi Yəhyaya
qədər şəhadətliklər olub. Məhəmməd isə yal-
nız özü barədə şəhadətlik edib.”
Məəttəl qalmış
dindarlar fərqli hücumlara
çalışdılar.
“Şübhəsiz ki, Allah tərəfindən nazil olan
bir dindir, çünki bizim imperiyamız məsihçilər
tərəfindən idarə olunan torpaqlardan daha
böyükdür,” – özlərindən razı halda güldülər.
“Əgər bu, doğrudursa, onda Misirin, Yu-
nanıstanın və Romanın bütlərə sitayişi həqiqi
iman olardı, çünki bir vaxtlar onların ən bö-
yük imperiyaları var idi. Aydındır ki, sizin
qələbəniz, gücünüz və zənginliyiniz imanı-
nızın həqiqiliyini təsdiqləmir.
Biz bilirik ki,
Allah bəzən məsihçilərə qələbə verir, bəzən
isə onları əzabda və işgəncədə saxlayır” –
məsihçilər cavab verdilər.
845-ci ildə Yaxın Şərqin Ammoriya
şəhərinin yaxınlığında müsəlmanlar nəhayət
məsihçilərin Məhəmmədi qəbul etmədiklərini
anlayaraq bu fikirdən əl çəkdilər. Həmin yed-
di məsihçinin boyunları vuruldu və bədənləri
isə Fərat çayına atıldı.
Böyük
şahidlər
AMMORİYA: YEDDİ MƏHBUS
Yeddi il idi ki, radikal müsəlman dindarları “kafirləri” islama inandırmağa çalışırdılar. Amma
qaranlıq həbsxanada oturmuş məsihçilər imandan dönmürdülər.
İsa bizə əmr edib ki, bütün cavabları əldə
etməyə çalışmayaq, onların şahidləri olaq.
Sizin imansız şəxsə deyə biləcəyiniz ən
güclü söz budur: “Mən bilmirəm.” Əlbəttə,
sizin cavabınız, hətta bir çox imansızla-
rın şübhələrinə və suallarına cavabınız
ola bilər. Amma həyat təcrübəsi göstərir
ki, sizin məlumatınıza həmişə təkziblər
olacaq. Əgər siz “cavabları” bilmədiyiniz
şəhadətlik məqamına gəlib çıxsanız,
belə də cavab verin. Sonra mübahisə edə
bilmədiyiniz bir şeyin üzərində fikrinizi
cəmləyin: şəhadətliyiniz. Sizin İsa Məsih
ilə həyat təcrübəniz və sizin həyatınızda
etdikləri danılmazdır. Siz bu mövzu üzrə
mütəxəssissiniz. Effektli şəhadətlik sadəcə
hekayənizi bölüşməkdir.
Amma Müqəddəs Ruh üzərinizə
enəndə siz qüvvə alacaqsınız və
Yerusəlimdə, bütün Yəhudeya
və Samariyada,
həmçinin,
yer üzünün qurtaracağınadək
hər yerdə Mənim şahidlərim
olacaqsınız.
Həv. İş. 1:8
39
BÖYÜK
SADİQLİK
-cu
gün
Hirsli, radikal müsəlmanlardan ibarət izdi-
ham məbəd binasını əhatəyə alıb, pəncərələri
sındırır və məsihçilərə qarşı qəzəblərini
bildirirdilər. Məbədin pastoru olan Petrusun
atası, eləcə də anası, bacısı,
əmisi oğlu və
məbəd işçisi içəridə idilər. Petrusun atası
izdihamı sakitləşdirməyə çalışdı, amma on-
lar çıxıb getmədilər. O, Allahın müdafiəsini
və köməyini xahiş edərək dua etmək üçün
yenidən içəriyə girdi.
Qana susayan izdiham binaya od vurdu
və içəridən çıxmaq istəyən insanlara hücum
etmək üçün gözləyərək öz mahnılarını oxu-
dular. İndoneziya polisi hansısa bir tədbir
görməkdə çox qorxurdu.
Hərbi xidmətçilər
gəlmədilər. Bu, keçən on il ərzində beş
yüzdən artıq məbədin yandırıldığı bir ölkədə
digər bir məbəd idi.
Petrus bir neçə saat sonra hadisə yerinə
gəlib çıxanda məbəd külün içində idi. Onun
əzizlərinin cəsədləri elə yanmışdı ki, tanın-
maz hala düşmüşdü.
Sonralar hökumət Petrusdan üzr istədi,
amma xahiş etdi ki, qisas almasın. Petru-
sun
arzusu qisas almaq deyil, sevməkdir. O,
ölkəsində olan müsəlmanların Məsihin pad-
şahlığına gəlməsini istəyir.
Böyük yəqinlik
İNDONEZİYA: PETRUS
Bu yaxınlarda verdiyi müsahibədə indoneziyalı məsihçi Petrus heyrətləndirici bir fikir
söyləyir: “Bizdə İsa olduğuna görə məsihçi olmaq çətin deyil, düzdür, çoxlu təzyiqlər var.”
Onun fikirləri bir çoxlarımıza aydın olsa da, Məsihin ardınca getmək Petrusdan böyük
qurban tələb edib.
Təqib çox vaxt təbii instinkt ilə ruha-
ni yəqinlik arasındakı vuruşda sonuncu
döyüş meydanıdır. İnstinkt özünümüdafiə
ilə maraqlanır. Yəqinlik bizim öz maraq-
larımızdan üstündür. İnstinkt bizə pislik
edənlərdən qisas almağı söyləyir. Yəqinlik
bizi təqib edənlər ilə əlaqədar ruhani ehti-
yacları bizə xatırladır. Bizlərdən çoxumuz
imanına görə əzizlərimizin öldürüldüyü-
nü gördükdən sonra Petrusun yəqinliyini
bölüşməkdə instinktiv baxımdan çətinlik
çəkər. Amma Petrus üçün Məsihin ardın-
ca getməkdən başqa bir seçim mümkün
deyildi. O, necə Məsihin ardınca gedə
bilməzdi? Onun hekayəsi təsdiq edir ki,
bizim yəqinliyimiz instinktlərimiz üzərində
hökmranlıq edə bilər. Amma bu, yalnız
təbii meyillərimiz Məsihin güclü sevgisi
tərəfindən dəyişiləndə olur – təqibin döyüş
meydanının ortasında qələbə.
Ona görə ki, yaydığımız Müjdə
yalnız
sözlə deyil, qüvvə
ilə, Müqəddəs Ruhla və çox
inandırıcılıqla sizə çatıb.
1 Salonik. 1:5