Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə29/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   25   26   27   28   29   30   31   32   ...   122

81
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük inqilab – birinci hissə 
RUMINİYA: TİMİSOARANIN MƏSİHÇİLƏRİ
Rumın yazıçısı Konstantin İoanid “Allah var” adlı şeirini yazanda, onun yazdığı sözlərin Rumı-
niya tarixi üçün nə qədər əhəmiyyətli olduğunu bilməzdi.
Bir axşam 1989-cu ildə, Məsihçilər Ti-
misoara şəhərində etiraz aksiyası edirdilər. 
Kommunistlər üçün oyuncağa çevrilən ye-
piskop Allahın Sözünü sadiqliklə təbliğ edən 
islahatçı pastor Tokesi işdən çıxartmışdı.
Bir gün Pastor Tokesi öz evini və məbədini 
tərk etməli idi. Polislərin onu köçməyə 
məcbur etməsindən qorumaq üçün məsihçilər 
onun evinin ətrafına dolaşdılar. 
Əsgərlər güllələməyə başladılar və bir 
çoxları öldürüldü, bəziləri yaralandı. Sonra 
möcüzəli bir şey baş verdi. Bütün camaat 
əsgərlərə qarşı döyüşməkdənsə, diz çökdülər 
və dua etdilər. Heyrətə gəlmiş əsgərlər sarsıl-
dılar və daha güllə atmaqdam imtina etdilər. 
Bu müddətdə bütün kənd toplaşdı və yer-
li pastor Opera evinin eyvanından camaata 
müraciət etdi. O, İoanid qardaşın şeirindən 
oxudu və bütün camaat qışqırmağa başladı: 
“Allah var! Allah var! Şeir vərəqlərdə adam-
lara paylandı və sözlərə bəstələnən musiqi-
ni bilənlər onu oxumağa başladılar. Tezliklə 
minlərlə adam onu yenidən və yenidən oxu-
yurdu.
Bu mahnı Kommunist diktatoru Nikolay 
Çauşeskinin devrilməsinə və Rumıniyada is-
lahatın başlamasına səbəb oldu. 
İnqilab çox köhnə ideyada– istər azad-
lıq,  istər  şəxsi  ləyaqət,  istərsə  də  Allahın 
mövcudluğu olsun, imanın yeni bir intiba-
hıdır. Bu bəlli qanunlar əsarət vaxtında da 
dəyişilməz  qalır.  Onların  hansısa  vaxtlar 
“gizli  şəkildə”  toplaşmalarına  baxmaya-
raq, onların mövcudluğu barədə mübahisə 
olunmazdır.  Ruhani  inqilab  Allahın  möv-
cudluğuna  olan  imanı  dirçəldir  –  baxma-
yaraq ki, Allahın Özü heç vaxt ölü olma-
mışdır. İnqilab Allahın həqiqəti açması ilə 
başlayır. Bizim hamımıza cəsarət lazımdır 
ki, Allahın mövcudluğunu təsdiqləmək üçün 
əsas, qüdrətli və həyat dəyişdirən planda 
imanımızı dirildək. Biz də inandıqları ki-
mi  yaşamağa  başlayan  digər  məsihçilərə 
qoşulanda  inqilabın  bir  hissəsi  oluruq. 
Ruhani inqilab sənin şəxsi həyatında necə 
görünərdi?
Onda siz həqiqəti biləcəksiniz 
və həqiqət sizi azad edəcək. 
Yəhya 8:32


82-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük inqilab – ikinci hissə 
RUMINİYA: ON ÜÇ UŞAQ
1989-cu ildə Timisoarada yüzlərlə adamın səbəbsiz həlak olmalarından sonra, bütün Rumıni-
yanın müxtəlif şəhərlərində birdən-birə digər nümayişlər baş verdi. Bir etiraz aksiyası vaxtı, 
on üç yaşlı uşaqlardan ibarət qrup əsgərlərin camaata tərəf gəlməyinin qarşısını almaq üçün 
öz bədənləri ilə insan səddi düzəltdilər. Əsgərlər buna baxmayaraq irəlilədikdə, uşaqlar diz 
çökdülər və qışqırdılar: “Xahiş edirik, bizi öldürməyin!”
Əsgərlər günahsız uşaqlara fikir vermədilər 
və onları güllələməyə başladılar. Buna bax-
mayaraq, uşaqlar geri çəkilmədilər. Onlar: 
“Xahiş edirik, bizi güllələməyin!” – deyərək, 
yalvarmağa davam edirdilər. Abidə, uşaqların 
qətlə yetirildiyi yerdə ucaldılıbdır. 
Əfsanə bütün Rumıniyada yayıldı ki, 
əslində mələklər uşaqları əhatə edərək 
şərə qarşı durmaq üçün onlara lazım olan 
müqəddəs cəsarəti verməklə inqilaba başla-
dılar. 
Qarşıdurmanı dayandırmaq üçün hər 
şəhərdə, tanklar və qoşunlar çağırıldı. Amma 
nəhayət, əsgərlər sülhpərvər əhaliyə tabe ol-
dular. Sibiu şəhərində əsgərlər və məmurlar 
minlərlə adamla birgə tankın üstündəki iki 
xidmətçinin hamının dua etmək üçün diz 
çökməklərini xahiş etdikdə onlara qoşuldu-
lar. Onlar da camaat kimi dövlətin əlindən 
cana gəlmişdilər və tezliklə qarşıdurmaya 
müqavimət göstərmək qeyri-mümkün oldu. 
İnanırlar ki, kiçik uşaq qrupunun şəhidliyi 
ölkəyə kommunist zülmü üzərində qələbə verdi.
Biz öz imanımızda uşaq kimi olanda, biz 
Məsihin bizim üçün qoyub getdiyini yerinə 
yetirməyi  dərindən  arzulayırıq.  Uşaqlar 
kimi,  biz  vaxtı  tutmalıyıq  və  ondan  yax-
şı  istifadə  etməliyik.  Rumıniyalı  uşaqlar 
uğursuzluqla  öz  həyatlarına  görə  yalvar-
dılar,  amma  öz  tapşırıqlarında  məyus  ol-
madılar. Sənin tapşırığında sədaqətliliyini 
təhlükəyə atan elə bir şərait, yaxud nəticə 
varmı? Məsihin işini görmək üçün özündə 
hansı qurbanları verməyə hazırsan?
“Sizə doğrusunu deyirəm: 
əgər siz yolunuzdan dönüb 
uşaqlar kimi olmasanız, Səmavi 
Padşahlığa əsla daxil ola 
bilməzsiniz.” 
Matta 18:3


83
gün
BÖYÜK 
SADİQLİK
-cü
Böyük addım
NASİST TOPLU DÜŞƏRGƏSİ: MERİ SKOTSOBAUF
“….yeddi, səkkiz, doqquz – sən! İrəli çıx!” Nasist nəzarətçisi qadına çığırdı. Komendant 
ötən gecə qurtulan iki qadına görə hər on nəfərdən bir məhbusu cəza kimi edam etməyi əmr 
etmişdi.
“Xahiş edirəm, mənə mərhəmət edin! 
Mənim övladım var.” – deyə, onuncu qadın 
yalvardı. 
Meri Skotsobauf sırada ondan sonra da-
yanmışdı. Meri öz qəlbində eşitdi: “İrəli çıx 
və  onun  yerinə  ölməyi  arzuladığını  de.” 
O, daxilindəki səsə cavab verdi: “Nə üçün? 
O, məsihçi deyil. O, yəhudi kommunist-
dir. Nasistlər devriləndə və kommunistlər 
hakimiyyətə gələndə, onlar da nasistlər kimi 
pis olacaqlar.”
Meri xatırlayırdı ki, o gün Müqəddəs 
Cümə günü idi (İsanın çarmıxa çəkildiyi gün 
idi). Səs dedi: “Bu gündə Mən yaxşı adam-
lara görə yox, pislərə görə, günahlı insan-
lara görə öldüm.”
Sonra Meri irəli addımladı: “Mən ölmək 
istəyirəm.”
Məmur güldü. “Əgər sən onun yerinə 
ölmək üçün o qədər səfehsənsə, onda yaxşı, 
irəli gəl. Onun növbəsi tezliklə gələcəkdir.”
Meri edam edilməyə və sobalarda yandırıl-
mağa gedərkən, onlara dedi: “Allah Öz xal-
qını Misirdəki əsarətdən çıxardanda, bizim 
Müqəddəs Kitabımızda yazılıbdır ki, O, on-
lardan öncə alov şəklində gedirdi. Mən dua 
edirəm ki, mənim bədənim yanarkən, o, sizi 
Allaha aparan yol üçün alov sütunu olsun.”
Bir  addım  irəliyə  tam  fərqlilik  edə 
bilər.  Məsihçilər  öz  həyatlarını  çox  vaxt 
təhlükəsizlik  və  qeyri-müəyyənlik  arasın-
dakı  möhkəm  tərzdə  tarazlaşdırılmamış 
çıxıntıda yaşayırlar. Naməlum yerə doğru 
irəliyə kiçik addım atanlar həmişə Allahın 
sadiqliyini  görüblər.  Nuh,  Musa,  İbrahim, 
Debora, Rut, Məryəm, Paul. Müqəddəs Ki-
tabdakı bu siyahı məşhur dəhlizlərin tarix 
sahibkarlarının adını hələ çəkmədən davam 
edir.  Bir  iman  addımı  onların  həyatlarını 
adidən qeyri-adiyə dəyişdi. Bu gün Allah 
səni  irəli  iman  addımı  atmağa  çağırırmı? 
Qulaq  as.  İrəli  addımlamağa  hazırlaş. 
Sənin  itaətkar  kiçik  addımın  digərlərinə 
Allaha gedən yolu göstərə bilər. 
Kişiyə addım atdıran Rəbdir. 
Bəs tutduğu yolu insan necə 
anlasın? 
Sül. Məs. 20:24


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə