Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə26/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   22   23   24   25   26   27   28   29   ...   122

72-ci
gün
BÖYÜK 
SADİQLİK
Antonio da arvadı kimi həyatını xilas edə 
və həbsxanada yaşamağı seçə bilərdi. Ola bil-
sin ki, bir gün əfv olunub və həyat yoldaşına 
yenidən qovuşa bilərdi. 
Amma o, tövbə etmək istəmədi. Əsgərlər 
onu aparanadək o, arvadına yalvardı. “Xahiş 
edirəm, Məsihə qayıt ki, bağışlanasan. Biz 
göylərdə bir-birimizə qovuşacağıq. Xahiş 
edirəm, qayıt!”- o, arvadının üstünə qışqırdı. 
Yer üzündə qovuşmağa ümidi olmasa da, o, 
əbədiyyətdə həyat yoldaşı ilə birlikdə olmaq 
istəyirdi.
Ərinin ölümündən sonra ömürlük həbs 
cəzasını çəkmək üçün onu həbsxanaya qay-
tardılar. Səkkiz il o, Allah və öz ruhu ilə 
mübarizə apardı. O, faciəli qərarı barədə heç 
cür sülh tapmırdı. 
On altıncı əsrin hakimləri onu hədələsə 
də, nəhayət o, açıq-aşkar Məsihdəki imanı-
na qayıtdı, əvvəlki inkarından üz döndərdi. 
Məhkəmə dirəkdə ölüm cəzası ilə onu ölümə 
məhkum etdi – bu dəfə ikinci və sonuncu 
dəfə idi. 
O, ölməyə və ərinə qovuşmağa hazır idi. 
O, ölən zaman yenə də sülhdə idi. Onun 
ərinə deyəcəyi ilk sözü imana qayıtması idi. 
Böyük görüş
İSPANİYA: ANTONİO HERREZUELO
O, ispan rəhbərlərinin əmri ilə dirəkdə yandırılsa da, Antonio Herrezuelonun ağrısı ruhunda 
idi. O gördü ki, həyat yoldaşı oxşar ölümdən qaçmaq üçün Məsihi inkar etdi. 
Göylərdə  necə  də  gözəl  bir  görüş  ola-
caqdı!  Məsihə  olan  imanlarına  görə  əzab 
çəkmiş  və  ölmüş  bütün  insanlar  lütf  və 
mərhəmətin mayakları kimi parlayacaq. Pis 
rejim tərəfindən ayrı düşmüş ailələr bir da-
ha görüşəcəklər. Ərlər və arvadlar. Analar 
və  qızlar.  Ölkədən  sürgün  olunan  dostlar 
və qonşular bir-birini yenə görəcəklər. Təqib 
olunmuş  ölkələrdən  olan  gizli  məbədlər 
və  toplantılar  öz  xilas  hekayələrini  danı-
şacaq.  Hekayələr  özü  əbədiyyətə–  Allahın 
sadiqliyi  barədə  nəsillər  boyu  şəhidlərin 
şəhadətliklərini  danışa  biləcək.  Bunlara 
qulaq  asmaq  üçün  göylərdə  olacaqsınız-
mı?  Sizin  özünüzün  danışmağa  hekayəniz  
olacaqmı? 
Bundan sonra mən gördüm ki, 
hər millətdən, hər tayfadan, hər 
xalqdan və hər dildən olan, heç 
kəsin saya bilməyəcəyi böyük bir 
kütlə taxtın və Quzunun önündə 
dayanıb. Onlar ağ xalat geyinib
əllərində xurma budaqları tutublar.
Vəhy 7:9


73
gün
BÖYÜK 
SADİQLİK
-cü
O, ərinin tabutu qarşısında dayanmışdı. 
Onun gözləri yaşla dolu idi, amma səsi heç 
titrəmirdi. Qadının bədənində olan qançırlar 
yasa gələnlərə göstərirdi ki, o da döyülüb. 
Bir məsihçi kimi əri və özü kikuyunun 
qəbilə əhdini etməkdən imtina etmişdilər. 
Bu, onların məsihçi imanlarına uyğun bir şey 
deyildi. Buna görə o, ölənədək döyüldü. Özü 
də döyülüb xəstəxanaya düşdü. 
İzdiham səssiz idi, dul qadının sözlərinin 
və iradəsinin gücündən sakit halda dayanmış-
dılar. 1969-cu ildə Keniyada yaşayan bir çox-
ları imanlarına görə narahatçılıqla üzləşmiş 
və hücuma məruz qalmışdılar. 
“Mən onun dul arvadı kimi mərhum 
ərimin hüzurunda sizlərə deyirəm ki, onu 
öldürən heç kimə nifrət etmirəm. Mən 
qatilləri sevirəm. Bilirəm ki, Məsih onlar 
üçün də ölüb, ona görə də onları bağışlayı-
ram.”
Həmin gün oraya gələnlərdən heç kim 
dul qadının sözlərini və ya əfv, eləcə lütf 
nümunəsini yaddan çıxarmayacaqdı. 
Böyük lütf
KENİYA: DUL QADIN
“Biz bu dəfn mərasimini bitirməzdən qabaq” – onun sözləri minlərlə gələn insanın qulaqla-
rında aydın şəkildə cingildədi. “Ərim ölməzdən qabaq mənə dediyi sözləri sizə xatırlatmaq 
istərdim. O, məndən xahiş etdi ki, onu öldürən bütün insanlara deyim ki, bütün qəlbi ilə onları 
sevərək göylərə gedir. O, onların etdikləri bütün şeyləri bağışlayır, çünki İsa da onları sevir və 
bağışlayır.” 
Bağışlamaq  Məsihə  bənzəməyin  nə  ol-
duğunu göstərən böyük bir nümunədir. Bu, 
onun  lütfünün  başqalarına  ötürülməsidir. 
Bu vaxta qədər heç kim İsa Məsihdən çox 
bağışlamayıb. Qolqofada Onun çiyinlərində 
olan  dünyanın  günahları  heç  bir  şeylə 
müqayisə  edilə  bilməz.  Ona  görə  də  bizə 
nifrət  edənləri  bağışlayanda  həmin  anda 
İsaya  bənzəyirik.  Bağışlamaq  sizə  qarşı 
edilən  səhvləri  düzgün  etmir.  Bağışlamaq 
sizi  düzəldir.  Bağışlamaq  sizi  incidənləri 
sərbəstliyə  buraxmaq  deyil.  Bağışlamaq  o 
deməkdir  ki,  siz  sərbəstliyə  çıxırsınız  və 
qisas fikirlərinin əsarətindən azad olursu-
nuz.  Başqalarının  səhvlərinə  görə  onları 
bağışlamaq  sizi  Məsih  üçün  əvvəlkindən 
daha çox parlamağa imkan verir. Bu gün 
siz Allahın əfvini harada parladacaqsınız? 
Bir-birinizə dözün və birinizin 
digərindən şikayəti varsa
bağışlayın. Rəbb sizi bağışladığı 
kimi siz də bağışlayın.
Kolos. 3:13


74
BÖYÜK 
SADİQLİK
-cü
gün
Bartonun bu vəziyyətini görən məhbus 
yoldaşı yanına gəlib öz yemək payını onunla 
bölüşdü. “Çox sağ ol, dostum” – o, məhbus 
yoldaşına dedi. “Sən nə qədər müddət burada 
qalacaqsan?” – yeməyi yedikcə Barto ondan 
soruşdu. 
“İyirmi il” – məhbus cavab verdi. 
Məhbusun gözləri onun üçün sual doğurdu. 
“Nə cinayət işi görmüsən?”
“Mən polisin təqib etdiyi qaçaq pastora 
yemək verdiyimə görə ittiham olunmuşam” 
– kişi mülayimcəsinə cavab verdi. Barto fikir 
verdi ki, məhbusun səsi onun başqalarından 
eşitdiyi kimi nifrət daşımırdı. 
“Belə yaxşı əmələ görə kim sənə belə sərt 
cəza verib?” – Barto dedi. 
Məhbus təvazökarlıqla cavab verdi: 
“Cənab, siz mənim məhkəmə işimdə ittiham-
çı idiniz. Məni indi tanımırsınız, amma siz 
mənim yadımdasınız.”
Kişi davam etdi. “Mən məsihçiyəm. 
Məsih bizə öyrədib ki, pisliyə yaxşılıqla ca-
vab verək. Mən istəyirdim ki, siz biləsiniz ki, 
ac insana – hətta düşmənə yemək vermək 
düzgündür və yaxşıdır. İndi bunu sizə göstərə 
bilirəm.” Barto həmin gün anladı ki, onun 
öz ruhani ehtiyacları fiziki ehtiyaclarını daha 
çox üstələyib. 
Böyük xeyirxahlıq 
RUMINİYA: BARTO 
Barto acından ölürdü. Əvvəllər kommunist partiyasının məmuru və ittihamçı idi, indi isə o
həmin partiyaya lazım deyildi. O, Rumıniyanın həbsxana düşərgəsində işləməyə məhkum 
olunmuşdu. Onun mədəsi əvvəllər dolu idi, amma indi boş idi. O bilmirdi ki, nə qədər vaxt  
belə vəziyyətdə olar. 
Xeyirxahlıq  düşmənlərimizin  ürəyinə 
bir  yoldur.  Bu,  onların  qəlbləri  üçün  nəsə 
edə bilər. Allah bizimlə münasibətdə seçim 
strategiyası  kimi  xeyirxahlıqdan  istifadə 
edir. Bizim Ona qarşı pis hərəkətlərimizin 
əvəzini  ödəməkdənsə  bizimlə  xeyirxah-
lıqla  davranır.  Onun  xeyirxahlığı  bizi 
incidənlərə  qarşı  necə  rəftar  etməli  oldu-
ğumuzu göstərən bir nümunədir. Xeyirxah-
lıq insanların diqqətini zəbt edir. Bu, layiq 
olmadığı  kimi  gözlənilməzdir.  Barto  kimi 
bizim də düşmənlərə qarşı xeyirxahlığımız 
şəfqətliliyimizin  mənbəyi  üçün  ruhani  ac-
lığı yarada bilər. Amma onların cavabları-
na baxmayaraq, düşmənlərlə münasibətdə 
Rəbbin  nümunəsini  izləməliyik.  Bu  gün 
sizin xeyirxahlığınıza kimin ehtiyacı var? 
Yaxud sən Allahın zəngin 
xeyirxahlığına, həlimliyinə və 
səbirli olmağına xor baxırsan? Bəs 
anlamırsan ki, Onun xeyirxahlığı səni 
tövbəyə yönəldir?
Roma. 2:4


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə