Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə34/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   30   31   32   33   34   35   36   37   ...   122

96
BÖYÜK 
SADİQLİK
-cı
gün
Böyük partizan
PERU: XUAN
Xuana terrorçu fəaliyyətlərinə görə Migel Kastro həbsxanasında on beş il cəza çəkmək hökmü 
verilmişdi. Xuan terrorçuların necə düşündüklərini anlayırdı. O, “Parıldayan yol” adı ilə tanın-
mış kommunist qrupunun milisioneri idi. Onun ən böyük tapşırığı başqalarına necə öldürməyi 
və məhv etməyi öyrətmək idi. O, yüksək rütbəli məmur idi, eləcə də dinamit, silahlar və tam 
məhv etmə üzrə mütəxəssis idi. Onun işi onu ruhlandırırdı və ona şövq verirdi. 
Xuan, hətta həbsxanada da öz işini davam 
etdirirdi. O, milis xidmətinə Fernando adlı 
cavan oğlanı qəbul edəndə gördü ki, bir çox 
marksist ideyaları ona təsir etmir. Fernando 
isə öz növbəsində, Xuana ağıllı bir sual ver-
di: “Dostum, əgər bu gecə ölsən, əbədiyyəti 
harada keçirəcəksən?” 
Xuan başqalarının saysız-hesabsız ölümü-
nü görmüş və ya müşayiət etmişdi, amma 
öz ölümü barədə heç vaxt düşünməmişdi. 
Fernandonun sualı onu narahat etməyə baş-
ladı. Fernando hər gün ona Məsihin sevgisi 
və qurbanı barədə danışmaqda davam etdi. 
Nəhayət, Xuan məsihçi oldu. 
Fernando yeni şagirdini ruhlandırdı: “Öz 
həyatını necə ki inqilaba vermişdin, eləcə, bu 
gün onu Rəbbin olan Məsihə ver.” 
Sonralar Xuan həbsxanada pastorluq etdi. 
Əvvəllər o, milis məktəbinə insanları qəbul 
edirdi; həbsxanada isə o, bazar günü dərsləri 
təşkil etdi. Başqalarının əbədi həyatı tap-
masına kömək etməklə onun ölüm tapşırığı 
dəyişildi. 
İnsanların  qızğın  həvəsləri  onlara  ruh-
lanma  və  şövq  verir.  Bəzi  insanların  öz 
işlərinə  görə  qızğın  həvəsləri  var.  Başqa-
larının  öz  ailələri  barədə  qızğın  həvəsləri 
var.  Amma  elələri  də  vardır  ki,  Məsihin 
işinə  qarşı  birbaşa  müqavimət  göstərən 
işlərə  qızğın  həvəsləri  var.  Məsihçiləri 
təqib edənlər laqeydliyə görə ittiham olu-
na bilməzlər. Onların amansız qətiyyətləri 
əgər səhv istiqamətə tuşlanmasaydı, demək 
olar  ki,  heyranedici  olardı.  Amma  Allah 
köhnə  həyatları  yeni  həyatlara  dəyişmək 
işi ilə məşğuldur. Xuan əvvəllər marksizmə 
görə  hiss  etdiyi  həmin  qızğın  həvəslə  in-
sanları  Məsihə  qəbul  etməyə  başladı.  Al-
lah onun inadlı həvəsini Məsih üçün qızğın 
həvəsə çevirdi. Sizin ruhani həsr olunma-
nız üçün rəqabət aparan hər bir şeyi, Alla-
ha dua edin ki, dəyişsin. Ondan xahiş edin 
ki, Öz padşahlığını inkişaf etdirmək üçün 
sizə yanar istək versin. 
Amma mənə fayda gətirən nə 
varsa, Məsih uğrunda ziyan 
saymışam.
Filip. 3:7


97
gün
-ci
BÖYÜK 
SADİQLİK
Başqa böyük seçim
FİLİPPİN: PETER
Peter hiss etdi ki, risk etməyə dəyər. O, insanların Məsih barədə eşitməyə ac olduğu ucqar 
kəndlərdə, Filippində müjdəçi olan öz dayısı Maykl ilə səyahət etməyi sevirdi. 
Kəndlərə olan səyahətlər macəralı idi və 
bəzən də saatlarla sona qədər qalın meşələrlə 
səyahət etmək təhlükəli idi. Filippindəki 
adamlar Kommunist partiyasının qolu olan 
Yeni Adamların Ordusu ilə uzun illər qor-
xudulmuşdular. Peter və onun dayısı tez-tez 
təhlükədən qorunmaq üçün gizlənməli idilər. 
Peter uşaqları sevirdi və onlar Allahın nə 
qədər çox sevdiyini nəhayət ki başa düşəndə, 
uşaqların gözlərinin işıqlandığını görməkdən 
həzz alırdı. 
Pasxa bayramından iki gün əvvəl cümə 
günü Yeni Adamların Ordusu onun dayısı 
Mayklın xidmətinə son qoymağı düşünürdü. 
Beləliklə, onlar Peteri tutdular və hədələdilər 
ki, dayısı Məsih barədə danışmağı dayandır-
sın, yoxsa Peteri ölüm gözləyirdi. Peterin 
valideynləri cavab verdilər: “Biz Maykla öz 
işini dayandırmağı deyə bilmərik. Amma sizə 
yalvarırıq, bizim oğlumuzu qaytarın. O, heç 
bir pis iş görməyibdir.”
Nəhayət ki, əlləri arxasına bağlanmış 
vəziyyətdə Peter valideynlərinin əsgərə 
belə dediklərini eşitdi: “Yaşamaq Məsihdir, 
ölməksə qazanc.” Və həmin o sözlər ilə Peter 
həmin cümə günü öz Xilaskarı ilə görüşmək 
üçün göylərdəki evinə getdi. Onun dayısı 
Maykl hələ də dağ kəndlilərinə Məsihin sev-
gisinin qüdrəti və öz gənc, sadiq bacısı oğlu 
Peter barədə danışır. 
Risklər  hamısı  seçimlərdən  ibarətdir. 
Bəzi adamlar cismani işlərini mərc çəkərək 
öz talelərini riskə qoymağı seçirlər. Futbol 
oyununun  nəticəsi.  Qalibin  qaçış  meyda-
nında  neçə  dəfə  dövrə  vurması.  Hansısa 
oyunçunun  bir  gündə  topu  səbətin  içinə 
neçə  dəfə  atması.  Digərləri  isə  əbədi 
mənası  olmayan  narkotik  və  alkoqol  ilə 
özlərinə  xidmət  edən  işləri  seçərək  öz 
həyatlarını  təhlükəyə  qoyurlar.  İsa  insan-
ları birlikdə başqa seçim etməyə çağırır. O 
deyir ki, Onun iradəsini yerinə yetirməklə 
səmavi  mükafatı  əldə  etmək  üçün  biz 
yerdəki  təhlükəsizliyimizi  təhlükəyə  qoy-
mağı  seçməliyik.  Onun  iradəsini  yerinə 
yetirmək qaçış yarışındakı ödənən puldan, 
yaxud  qəbul  etdiyin  narkotikdən  aldı-
ğın  süni  həzdən  daha  böyükdür.  İmanına 
görə  risk  etdiyin  üçün  İsanın  mükafatını 
təcrübədən keçirmisən? Nə üçün, yaxud nə 
üçün yox?
Kim Onun iradəsini yerinə 
yetirmək istəyirsə, təlimimin 
Allahdan olduğunu, yoxsa 
Özümdən söylədiyimi biləcək. 
Yəhya 7:17


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə