Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə36/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   32   33   34   35   36   37   38   39   ...   122

101
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük əfv
PERU: RİKARDO
Kağız çirkli idi, ucları cırılmışdır. Qara mürəkkəb vərəqdə yazını demək olar ki, oxunulmaz bir 
tərzdə yazmağa başladı. Ən aşağıda məktuba imza yazıldı – Rikardo.
“Mən Perudakı kommunist partizan 
düşərgəsindən yazıram. Bu yaxınlarda mən 
özümü ruhlandırmaq üçün bir neçə radio 
proqramı axtardım. Mənim yoldaşlarımın 
nifrət dolu proqramları mənə mənasız gəlirdi. 
Sonra mən sizin proqramla tanış oldum: 
‘Marksist Dilində Müjdə’. Siz dediniz ki, 
dahi müəllim olan İsa düşmənini bağışlamaq 
barədə danışmışdır.” 
“Ayə mənim daxilimin dərinliklərinə 
işlədi. Birdən mən sülh hiss etdim və uşaq 
kimi hönkürməyə başladım. Mən başa düş-
mürdüm ki, nə baş verir. 
Mənim valideynlərim mülkədarın istisma-
rının qurbanları olmuşdular və mən ömrüm 
boyu zənginlərə nifrət edirdim. Amma han-
sısa səbəbə görə daha nifrət etmirəm. Mən 
bunu başa sala bilmirəm. Mənim üçün nifrət 
etməmək mümkündür?
İlk dəfə idi ki, sizin proqrama qulaq asır-
dım. Mən necə də xoşbəxt oldum. İndi mən 
bir proqram belə ötürməyəcəyəm. Mən sizin 
danışdığınız kitabı oxumaq istəyirəm.”
Sonra Rikardo məbədə getmək üçün par-
tizanları tərk etdi. İki ildən sonra o öz keç-
miş yoldaşlarına Xilaskar barədə danışmaq 
ümidi ilə düşərgəyə qayıtdı. O vaxtdan bəri 
onun barədə heç bir şey eşidilməyibdir. Əgər 
o ölübdürsə, o, bunu onu öldürənlərə sevgi 
ilə etmişdir. 
İnsan  təbiətinin  ən  zəhərli  emosiya-
sı  nifrətdir.  O,  öz  qabını  yeyən  turşu 
ilə  müqayisə  edilmişdir.  Nifrət  edənlər 
tezliklə öz kinləri vasitəsilə məhv olduqla-
rını görürlər. Buna baxmayaraq, imanlının 
ruhani  təbiəti  vardır  ki,  öz  təbii  meyilləri 
üzərində  qələbə  çala  bilər.  İsa  insanla-
ra  düşmənlərini  necə  sevməyi  öyrədir  və 
nəticə etibarı ilə onlar dəyişirlər. Dəyişilmə 
elə tez baş verə bilər ki, yeni iman etmiş 
insan  illərlə  yığılmış  nifrətin  haraya  get-
diyini belə bilmir! Sən öz canını nifrət ilə 
zəhərləyirsən?  Qisas  fikirləri  səni  gecələr 
oyaq saxlayır? Nifrətdən şəfa almaq üçün 
İsaya dön. Səni incidənləri bağışla, bu gün 
və sabah üçün ümid tap. 
Kim “mən Allahı sevirəm” deyir, 
amma öz qardaşına nifrət edirsə, 
yalançıdır. Axı gördüyü qardaşını 
sevməyən görmədiyi Allahı sevə 
bilməz.
1 Yəhya 4:20


102-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük cavahirat
RUMINİYA: DOBROQEYA KƏNDLİLƏRİ
Nikolay Çauşeskinin “kollektivləşdirmə” adlı gözlənilməz bir fikri var idi. Rumıniyanın kinli 
diktatoru kimi o, yəqin ki, fikirləşirdi ki, insanların bütün mülklərinin dövlətə təslim edilməsi 
hamının yaxşılığı üçün olan yaxşı bir ideya idi. 
Fermerlər, torpaq sahibləri və kəndlilər 
hər şeyi itirdilər: tarlaları, qoyunları, mal-
qaranı, evləri və mebelləri. Rumıniyanın nə 
vaxtsa inkişaf edən kənd təsərrüfatı məhv ol-
muşdur. İndi hər bir fəhlə dövlətin tarlasında 
acınacaqlı maaş üçün dövlətin quluna çevril-
mişdir. Yalnız çörək əldə etmək üçün ailələr 
növbəyə düzülürdülər. 
İnsanları onun strategiyasına qarşı çıx-
maqdan saxlamaq üçün, diktatorun özü 
ilk başlanğıcda kömək etdi. Rumıniya-
nın Dobroqeya vilayətində bütün kəndlilər 
şəhərin mərkəzində birlikdə toplaşdılar və 
könüllü olaraq onların mülklərindən imtina 
etmələrini xahiş etdilər. Heç kim könüllü 
hərəkət etməyəndə, Çauşeski öz tapançası 
ilə on nəfəri güllələdi. Yenə səsvermə keçiril-
di: “Kim öz mülkündən könüllü olaraq imtina 
etmək istəyir?”
Onlar hərbi mahnı çaldılar və kommuniz-
mi tərifləyən şüarları oxudular. İnsanlar rəqs 
etməyə məcbur olunduqca, onların sosializ-
mi sevinclə qəbul etməsini təbliğ edən video 
düzəldildi. Hər şeyini itirmiş bir fermer son-
radan məlumat verdi: “Onlar fikirləşdilər ki, 
hər şeyi götürdülər. Amma bir mühüm şeyi 
– bizim himnlərimizi qoydular. Beləliklə, biz 
oturduq və Rəbbə həmdlər oxuduq.”
İnsanlar,  adətən,  yeni  insanları  danış-
dırmaq və bir-birlərini tanımaq üçün oyun-
lar  oynayırlar.  Ən  aşkaredici  suallardan 
biri:  “Əgər  onlar  səhralıqda  olsaydılar, 
özləri ilə nə götürərdilər” – sualıdır. İnsan-
ların  əksəriyyəti  qərar  verməkdə  çətinlik 
çəkirlər və onlara xatırlatmaq lazımdır ki, 
bu,  sadəcə,  bir  oyundur.  Amma  Rumıniya 
xalqının oyun oynamaq üçün cah-cəlalları 
yox  idi;  onlar  həqiqi  həyatı  təcrübədən 
keçirirdilər. Onların dövləti onlara hətta bir 
əmlaka belə icazə vermirdi. Amma kəndlilər 
dərk etdilər ki, fikir vermədikləri o himnlər 
kəndə sevinc gətirdi, bu himnlər indi onla-
rın tərk edilmiş adasına bənzəyirdi. İnsan-
lar himnləri yüksək qiymətləndirirdilər və 
Allah da insanları yüksək qiymətləndirdi. 
Çünki siz Allahınız Rəbbin 
müqəddəs xalqısınız. O, sizi 
yer üzündəki bütün xalqlar 
içərisindən Özünə məxsus xalq 
olaraq seçdi. 
Qan. Tək. 7:6


103
gün
BÖYÜK 
SADİQLİK
-cü
Böyük ianə
LİVAN: MƏRYƏM
Müsəlman fanatlar qəflətən Livanın kəndinə hücum edəndə Məryəmin yalnız on yeddi yaşı 
var idi. Məryəm və onun valideynləri çox ağır seçim ilə üzləşdilər: “Müsəlman ol, yoxsa 
güllələnəcəksən.”
Məryəm cəsarətlə kişiyə dedi: “Mən Alla-
hı seçirəm. Güllələ.” Məryəm və onun ailəsi 
güllələnib öldürüldülər. İki gündən sonra Qır-
mızı Xaç kəndə çatdı və möcüzə ilə qarşılaş-
dılar. Məryəm sağ idi – güllə yarasından iflic 
olmuşdu. 
Viran edilmiş və dərdli. Məryəm öz ima-
nından yapışmışdı və dua edirdi. Nəhayət ki, 
qəribə bir sülh onun üzərinə gəldi. O, Allaha 
bu əhdi etdi: “Hamının görüləsi işi var. Mən 
heç vaxt ərə gedə bilmərəm, nə də ki, fiziki iş 
görə bilərəm. Ona görə də mən öz həyatımı 
mənim atamı, anamı və məni də öldürməyə 
çalışanlara, müsəlmanlara verəcəyəm. 
Mənim həyatım onlar üçün dua olacaqdır.”
Onun duaları və Məsih üçün inkar edilməz 
şəhadətliyi bir çox müsəlmanları Allahın 
Oğluna imana gətirdi. 1990-cı ildə Livan-
da vətəndaş müharibəsinin amansız ili idi. 
Minlərlə insan qətlə yetirildi və yaralandı və 
yüzlərlə insan qaçdı. Amma Məryəmin yara-
lanmış həyatının qurbanı bir çox məsihçiləri 
qalmağa və Məsihə görə dayanmağa ruhlan-
dırdı. 
Allaha  xidmət  etmək  üçün  bizim  ver-
diyimiz  hədiyyə  ölçüyəgəlməzdir.  Bü-
tün  həyatımızı  Allaha  qurbanlar  kimi 
nəzərdən  keçirdikdə,  Onun  səltənətinə 
fayda  vermək  üçün  bizim  mənbələrimiz 
məhdudiyyətsizdirlər.  Məryəm  kimi  təqib 
olunanların  çoxlarının  hekayələri  eynidir. 
Onlar ibadət olaraq öz həyatlarını qurban 
verirlər  və  bunu  etməkdə  davam  edirlər. 
Lisieuksalı Tereza bir dəfə demişdir: “Baş-
qaları  üçün  sevinclə  daşınan  əzablar,  in-
sanları vəzlərdən daha çox imana gətirir.” 
Məhisçilərin  əksəriyyəti  Allaha  xidmət 
etmək  üçün  adi  bəhanələri  asanlıqla  ta-
pacaqlar:  “çox  məşğulam”  və  “çoxlu  işim 
var”. Amma Allah Onun şahidi olmaq üçün 
unikal yollar göstərə bilər. 
Lakin sizin imanınızın qurban 
və xidməti üzərinə içmə 
təqdimi kimi töküləcəyəmsə 
də, sevinirəm və hamınızın 
sevincinə şərikəm. 
Filip. 2:17


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə