Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə35/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   31   32   33   34   35   36   37   38   ...   122

gün
98
BÖYÜK 
SADİQLİK
-ci
Biz daha yaxşı məsihçi olmaq üçün dua 
etmirik, lakin biz Allahın istədiyi cür 
məsihçilər olmaq üçün dua edirik; Məsihə 
bənzər məsihçilər. O məsihçilər ki, 
Allahın izzəti üçün könüllü olaraq çarmıxı 
daşıyacaqlar.
Rumıniyadakı gizli məbəddən gizlicə çıxarılmış məktub. 


99
BÖYÜK 
SADİQLİK
-cu
gün
Böyük himn
ŞİMALİ KOREYA: QOKSAN KƏND SAKİNLƏRİ
Gənc, qəhvəyi gözlü qız anasına tərəf baxdı. Onun anası nə qərar verəcəkdir?
Bu səhər erkən gənc qızın anası, on-
ların pastoru və Şimali Koreyanın Qok-
san kəndindən iyirmi altı nəfər tutuldu və 
kommunistlərin çığıran izdihamı qarşısına 
aparıldılar.
Mühafizəçilərdən biri əmr etdi ki, pas-
tor Kim və digər məsihçilər, “Məsihi inkar 
etsinlər, yoxsa öləcəklər.” Sözlər onu qorxut-
du. Onlar ondan Məsihi inkar etməyi necə 
soruşa bilərdilər? O öz qəlbində bilirdi ki, O, 
həqiqi idi. Onlar hamısı sakitcə inkar etdilər.
Sonra kommunist mühafizəçilər yetkin 
məsihçilərə birbaşa qışqırdılar: “Məsihi inkar 
edin, yoxsa biz sizin uşaqlarınızı asacağıq.” 
Gənc qız öz anasına tərəf baxdı. O, anasının 
onu sevdiyini bilərək onun əllərindən möhkəm 
tutdu. Sonra onun anası aşağı əyildi. Əminlik 
və sülh ilə o pıçıldadı: “Mənim əzizim, bu 
gün mən səni cənnətdə görəcəyəm.”
Uşaqların hamısı asıldılar.
Qalan məsihçilər sonra səkiyə aparıldı-
lar və böyük buxar vərdənəsinin qarşısında 
uzanmağa məcbur edildilər. Kommunistlər 
onlara sonuncu şansı verdilər. “İsanı inkar 
edin, yoxsa məhv olacaqsınız.” Məsihçilər 
artıq öz övladlarını vermişdilər; geriyə yol 
yox idi.
Sürücü ağır cihazı işə salanda, kəndlilər 
həzin nəğmələr oxumağa başladılar. “Məsihə 
daha çox sevgi, Sənə daha çox sevgi.”
Daha  çox.  Allah  Öz  Oğlunu  yerə 
göndərəndə  O,  bunu  etdi.  Daha  çox.  İsa 
çarmıxa çəkiləndə O, bunu etdi. Daha çox. 
Məsihçilər Məsih üçün sevgini verəndə bu-
nu edirlər. Onlar çox verən üçün daha çox 
vermək  istəyirlər.  Yalnız  əldə  etdiyimizi 
verməyi  dəyərləndirən  dünyəvi  zəmanədə 
imanlılar  yeni  standart  qoyurlar.  “Ona 
daha çox sevgi” adi bir himn deyildir. O, 
hüdudsuz  həyat  tərzidir.  Hər  bir  gün  İsa 
Məsihə daha çox sevgini necə verməyi kəşf 
etmək yoludur. Bəzi imanlılar üçün bu yol 
onların ölümünə aparıbdır. Başqaları üçün 
“Ona daha çox sevgi” maddi qurban olub-
dur. Sənin üçün “Ona daha çox sevgi” sənin 
gündəlik həyatında nə məna kəsb edir?
Çünki Allah dünyanı elə sevdi 
ki, vahid Oğlunu verdi; bunu ona 
görə etdi ki, Ona iman edən hər 
kəs həlak olmasın, amma əbədi 
həyata malik olsun.
Yəhya 3:16


100
BÖYÜK 
SADİQLİK
-cü
gün
Böyük film
PAKİSTAN
İndi hər kəs kinonu görmək istəyirdi. Onlar bu barədə bazarda və hətta məsciddə də pıçılda-
şırdılar. “O nə haqqındadır?” O, elə pis bir şeydir ki, insanlar onu əldə etdiklərinə görə həbs 
olunmalıdırlar?”
Haqqında danışılan film  “İSA” filmi idi 
– İsa Məsihin həyatını, xidmətini, ölümünü 
və dirilməsini təsvir edən yüksək keyfiyyətli 
film. Film İsanın hekayəsini canlandıraraq 
böyük ekranda xilas planını göstərir. Pakis-
tanın Cakobabad şəhərində iki nəfər filmi 
və məsihçi materiallarını yaydıqlarına görə 
həbs olunmuşdu. Hər iki kişi döyülmüşdü və 
yerli mollalar, müsəlman dini rəhbərlər təkid 
etmişdilər ki, onlara və materialları pay-
lamaqda cəlb olunan digərlərinə qarşı olan 
ittihamlar qeydə alınsın. Bütün məsihçilərə 
qarşı hərəkət etmək üçün onlar şəhərdəki 
müsəlmanları dəstəkləyərək bir addım irəli 
getdilər. Tezliklə yerli pastorun əmlakları 
qarət edildi və məsihçi məktəbi yaxınlığın-
da atəşlər açıldı. Şəhərdə zorakılıq sanki son 
həddə idi.
Buna baxmayaraq, vəziyyət tezliklə 
dəyişməyə başladı. Kinoya baxmağı qadağan 
etmək əvəzinə, şəhərdə hər kəs “günahlı” fil-
mi görmək istədi. Onlar bilmək istəyirdilər 
ki, bu filmi nəyə görə bəyənmirlər. Filmin 
qanunsuz surətləri çıxarılmağa başladı və 
nəhayət, “İSA” filmi, hətta yerli televiziyada 
da göstərildi. Şəhər hakimi kinoya baxdı və 
onun anti-islam olduğunu elan etdi. 
Mollaların  əvvəlcədən  düşünmədikləri 
səyləri  vasitəsilə  xoş  xəbər  bütün  əhaliyə 
çatdırıldı.  Onlar  “İSA”  filmini  öz 
ölkələrindən  yox  etməyi  nəzərdə  tutmuş-
dular.  Amma  əksinə  onların  hərəkətləri 
xidmətin  inkişaf  etməsinə  səbəb  oldu.  Al-
lah şəri adi üsullar ilə xeyirə çevirmir. O 
Öz xidmətçilərinin səylərinə xeyir-dua ve-
rir, amma bizim gözlədiyimiz yollarla yox. 
Qadağan  olunmuş  ölkələrdə  məsihçilər 
bunu çətinliklərdən keçərək öyrənirlər, am-
ma onlar Allahın sirlərinin öz ölkələrində 
fəaliyyətdə  olduğunu  görəndə  sevinirlər. 
Allah, 
hətta 
bizim 
anlamadığımız 
vəziyyətlərdə belə yol açır. Belə vaxtlarda 
elə görünə bilər ki, hər şey səhv istiqamətdə 
hərəkət  edir.  O  vaxtlar  sənin  Allaha  da-
ha çox etibar etdiyin vaxtlardır? O, hətta 
sənin nə etməli olduğunu bilmədiyin halda 
belə, O, nə etdiyini bilir. 
“Çünki Mənim fikirlərim sizin 
fikirləriniz deyil, sizin yollarınız 
Mənim yollarım deyil” Rəbb belə 
bəyan edir. 
Yeşaya 55:8


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə