Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə31/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   27   28   29   30   31   32   33   34   ...   122

87
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük həsr olunma 
HİNDİSTAN: QLEDİS STEİNES 
Qledis Steinesin acıqlı və qəzəbli olmağa bütün səbəbləri var idi. Heç kim onu Hindistanı tərk 
etməkdə təqsirləndirə bilməzdi. Amma Hindistanın Manoharpur şəhərində olan fanatik hin-
dular onun ərini və iki oğlunu öldürəndə, Qledis və onun on üç yaşlı qızı Ester qalmağa qərar 
verdilər. O, ərazidəki cüzamlılarla işini davam etdirdi. 
Onun əri Qraham və iki balaca oğulları 
Filip və Timotey məbədin  kənarında öz cip 
maşınlarında yatarkən qətlə yetirilmişdilər. 
Onlar oraya imanlılara xidmət etmək üçün 
getmişdilər. Amma o dəhşətli gündə günəş 
çıxmamışdan əvvəl, təqribən yüz nəfərdən 
ibarət olan hindu qrupu onların maşınlarına 
benzin tökdü və onu yandırdılar. Yaylarla 
və oxlarla silahlanan hindular sonra onların 
oradan qurtulmalarının qarşısını almaq üçün 
maşını əhatə etdilər. 
Qledis dedi ki, Qraham heç vaxt hindu-
lar arasında müjdəçiliyə başlamamışdır. O, 
sadəcə, Məsihin sevgisini nümayiş etdirmək 
üçün ora getmişdir. Nəticədə, avstraliyalı cüt-
lük bir çoxlarının məsihçiliyə gəldiklərini və 
öz bütlərini yandırdıqlarını görmüşdülər. On-
ların şəhadətinin təhlükələri onları heç vaxt 
İsa Məsihin sevgisini nümayiş etdirməkdən 
saxlamamışdır. 
Qraham, Filip və Timotey üçün olan yas 
mərasimində, Qledis və Ester bu mahnını 
oxudular:
O yaşadığı üçün mən sabah ilə üzləşə 
bilərəm,
O yaşadığı üçün mənim bütün qorxularım 
yox olubdur,
O gələcəyi əllərində saxladığı üçün
Və O yaşadığı üçün həyatda yaşamağa dəyər.
“O yaşadığı üçün” Sözləri U. C və Qloriya  
Qaiter. Musiqisi U. C. Qaiter. 
Son  dərəcə  həsr  olunma  heç  vaxt 
təhlükədən  qorxmur.  O,  narahatlıqlar 
tərəfindən  zəifləmir.  O,  hətta  nəticələrin 
də qayğısına qalmır. Həsr etmə yalnız bir 
şey bilir – tapşırıq əlin altındadır. Bir çox 
insanlar üçün xaricilərə düşmən olaraq öz 
ailələrini  itirmək  öz  tapşırıqlarından  bo-
yun qaçırmaq üçün ağıllı bir bəhanə olardı. 
Amma bu, son dərəcə həsr edilmişlər üçün 
belə  deyildir.  Onların  sınaqlar  tərəfindən 
viran  olunmalarına  baxmayaraq,  irəli 
getmək  qətiyyəti  geri  çəkilməzdir.  Bizim, 
əzablara baxmayaraq tapşırığımızı davam 
etdirməkdə, lazımi ruhani gücü yalnız Al-
lah  verə  bilər.  Sən  Allahın  işində  işləyib 
işləməməyini  müəyyən  etməyə  çalışırsan? 
Səni bundan yayındıran nə isə baş verib-
dir? Allahdan bu tapşırıqda qalmaq üçün 
gündəlik bələdçilik istə. 
Ruha görə yaşayanlar isə Ruhla 
bağlı şeylər barədə düşünür.
Roma. 8:5


88-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük yeniyetmə
KUBA: ROZA
“Mən, hətta Allahın adını da çəkə bilmədiyim kommunist ailəsində dünyaya gəlmişəm. Mənim 
valideynlərim ateistdirlər. Mənim atam Kuba Kommunist Partiyasında rəhbərdir. Anam isə 
İnqilabı Müdafiə edən Komitənin katibəsi idi. Sən deyə bilərsən ki, mənim evim kommunizm 
üçün yuvadır. Amma mənim nənəm Allahı sevir və mənə Rəbb haqqında öyrədibdir. O, Allahın 
Sözünün toxumlarını məndə əkibdir. Bir neçə məqamda mən onunla məbədə getməyə çalış-
mışdım, amma mənim valideynlərim icazə verməmişdilər.”
“Bir gün mən Rəbb İsa Məsihi öz Xilas-
karım kimi qəbul etdim. Mənim həyatım 
dəyişməyə başladı. Hətta mənim geyim 
tərzim də dəyişdi. Mənim anam bunu qəbul 
etmirdi. O, əvvəllər məni heç vaxt döymür-
dü, amma indi isə o, tez-tez döyür. Atam 
biləndə ki, mən məsihçiyəm, o, mənə dedi 
ki, ya Allahı seçim, ya da ki, onu. Mən Al-
lahı seçdim, çünki mən başa düşmüşdüm ki
yalnız O, yeganə biridir ki, Onun üçün yaşa-
mağa dəyər. 
“Baxmayaraq ki, mənim on dörd yaşım 
var, mən evimdən çox uzaq yerdə oxuma-
lıyam. Mən ilk dəfə bu yerə gələndə bura-
da yeganə məsihçi idim. Amma mən Alla-
hın Sözünü əkdim və indi biz dörd nəfərik. 
Biz Allahın Sözünü bölüşmək üçün gizlicə 
ağacın altında görüşürük. Biz səpməkdə 
və gözləməkdə davam edirik, inanaraq ki, 
tezliklə çoxalacaqdır.”
Nənəsinin  təsiri  olmasaydı,  Rozanın 
uşaqlığı  kommunist  və  ateizm  təlimində 
nəzərdə  tutulmuş  kimi  ola  bilərdi.  O, 
müstəsna gəncdir, çünki o, onunla Məsihi 
bölüşmək  riski  edən  nənəsinin  ayaq  izləri 
ilə getdi. İndi Roza öz məktəbindəkilər ilə 
də Allahın Sözünü bölüşərək və əkərək ey-
ni  riski  edir.  O,  fərqlilik  etmək  üçün  ha-
zırda  bir  imanlı  üzərində  işləyir.  Amma 
Roza  da  Fidel  Kastronun  hakimiyyəti  al-
tında yaşayan bir çox Kuba gəncləri kimi 
aşkar  edibdir  ki,  iman  nəticələr  ilə  gəlir. 
Amma  o  inanır  ki,  çətinliklərə  baxmaya-
raq,  onun  toxumlarından  bəziləri  bəhrə 
verəcəkdir. Kimlərin həyatında sən Allahın 
Sözünün toxumlarını əkəcəksən və məhsulu 
gözləyəcəksən?
Münbit torpağa səpilənsə odur ki, 
kəlamı eşidir, anlayır və doğrudan da, 
səmərə – bəzisi yüz, bəzisi altmış, 
bəzisi otuz qat səmərə verir. 
Matta 13:23


89
BÖYÜK 
SADİQLİK
-cu
gün
Böyük qaliblər
RUMINİYA: PASTOR RİÇARD VURMBRAND
“Mənim arvadım o biri otaqda yatır, çünki o, xəstədir.” – deyə, Pastor Riçard Vurmbrand 
başladı. “Biz hər ikimiz yəhudiyik. Onun ailəsi sizin indicə əllərində hələ də övladları olan 
yəhudilərin öldürüldüyündən qürrələnən nasist düşərgəsində məhv olub. Ola bilsin ki, sən 
mənim arvadımın ailəsini qətlə yetirmisən.”
Bunu eşidərək, pastorun qonağı olan 
əsgər çox qəzəbləndi və getmək üçün qalxdı. 
Amma Riçard onu saxladı. “Dayan, mən bir 
təcrübəni təklif etmək istəyirəm. Mən arvadı-
ma sənin kim olduğunu və nə etdiyini demək 
istəyirəm. Amma mənim arvadım sənə lənət 
etməyəcəkdir və hətta sənə qəzəblə baxma-
yacaqdır. O, səni qəbul edəcəkdir.”
Kişi ağzıaçıq, amma səssiz əyləşdi.
Pastor davam etdi: “Əgər sadəcə insan 
olan mənim arvadım səni bağışlaya bilirsə 
– onda İsa səni nə qədər çox sevəcək və 
bağışlayacaqdır?”
Kişi sifətini əlləri ilə örtdü. “Mən nə 
etmişəm? Mən bu qədər qan təqsiri ilə necə 
yaşamağa davam edə bilərəm? İsa, xahiş 
edirəm, məni bağışla.” Əsgər davam edərək 
öz həyatını Məsihə verdi.
Sonra Riçard davam etdi və öz arvadı Sa-
bina ilə danışdı: “Bu kişi sənin bacılarının, 
qardaşlarının və valideynlərinin qatilidir.” – 
deyə, onu təqdim etdi. “Amma indi o, tövbə 
edibdir.” Sabina əllərini onun boynuna salıb 
qucaqladı və onun yanağından öpdü.
“Məhəbbət  hər  şeyə  qalib  gəlir” 
məşhur  məsəldir.  Amma  məsihçilər  bu 
məsəlin  həqiqətini  bilavasitə  bilirlər. 
Biz  öz  qəzəbimizin  mərhəmətində  olan-
da,  biz  nifrət  ilə  məhv  oluruq.  Amma  öz 
həyatlarımızı  (sevgi  olan)  Allaha  idarə 
etməyə  izin  verəndə,  biz  qəzəb  kimi  olan 
öz təbii emosiyalarımızın ona itaət etdiyini 
görürük.  Biz  hətta  bizi  əvvəllər  qıcıqlan-
dıran  vəziyyətlər  barədə  məyus  olmadığı-
mızı görürük. Məhəbbət bizim daxilimizdə 
Məsihin xarakterinə zidd olan hər şeyə qa-
lib  gəlməlidir.  Son  nəticə  isə  odur  ki,  biz 
məhəbbət ilə o qədər alovlanırıq ki, hətta ən 
pis düşmənimiz belə bu dəyişiklikdən fay-
dalanır. Sən hirs və intiqam hissi üzərində 
qələbə əldə edirsən? Məhəbbət Allahından 
bu gün qəzəb üzərində qələbə çalmağı istə.
İndi isə üç şey qalır: iman, 
ümid, məhəbbət. Amma bunların 
arasında məhəbbət üstündür. 
1 Korinf. 13:13


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə