78-ci
gün
BÖYÜK
SADİQLİK
Böyük
alətlər
KOMMUNİST HƏBSXANASI: MƏSİHÇİ PASTOR
“Niyə bu qədər məsihçi həftədə bir dəfə oxuyur? Niyə yalnız bir dəfə? Əgər oxumaq
düzgündürsə, onda hər gün oxuyun. Əgər düzgün deyilsə, onda bazar günü oxumayın.”
Kommunist rəhbərlərinin əllərində olan
pastor bir neçə dəhşətli ilini həbsxanada
keçirmişdi. Onu Məsihə iman etdiyinə görə
tutmuşdular. Oradakı işgəncələrini xatırlasa
da, o, diqqətini onlara cəmləməmişdi. Əksinə,
Rəbbin hüzurunda olan sevincli vaxtların-
dan danışırdı. O və məsihçi məhbus yoldaşı
həbsxananın ortasında həmd cəmiyyəti yarat-
mışdı. “Biz
həbsxanada olanda, demək olar
ki, hər gün ilahi oxuyurduq, çünki Məsih bi-
zim daxilimizdə canlı idi. Kommunistlər bizə
qarşı yaxşı davranırdılar. Onlar bilirdilər ki,
biz Allahı musiqi alətləri ilə izzətləndirməyi
xoşlayırıq, ona görə də həbsxanada olan hər
bir məsihçiyə musiqi aləti verdilər.
Amma on-
lar bizə skripka və ya mandolina vermədilər
– onlar çox baha idilər. Əksinə, onlar bizim
ayaqlarımıza və əllərimizə zəncirlər vurdular.
Onlar bizim kədərimizə əlavə olaraq zəncir
vurdular. Amma biz aşkar etdik ki, zəncirlər
əla musiqi alətləridir” Biz onları birlikdə
ritmlə bir-birinə vuranda belə oxuyurduq:
‘Bu günləri (çak, çük), bu günləri (çak, çuk)
Tanrı yaratdı (çak, çuk), Tanrı yaratdı (çak,
çuk).’” Rəbb üçün necə də gözəl sevinc dolu
bir səs idi!
Hələ təqibdən keçməyənlər üçün elə
görünür ki, təqib tamamilə itkiyə diqqəti
cəmləyib. Azadlıq itkisi. Ümid itkisi. Hətta
kiminsə həyatının itkisi. Amma Məsihdə
imanlarına görə əzab çəkmiş insanlar itən
şeylərə deyil, yeni kəşflərə diqqətlərini
cəmləyirlər. Onlar özlərində çatışmayan
şeylərə görə peşman olmaq əvəzinə, cüzi
azadlıqlarından zövq alırlar. Bu hekayədə
kommunistlər imanlıların həyatlarındakı
azadlığın və ləyaqətin çox hissəsini oğur-
lamışdılar. Amma bu cəsur imanlılar yerdə
qalan şeylərə – Rəbdə olan sevinclərinə
diqqətlərini cəmləyirlər. Əgər hər şeyiniz
olanda Rəbbə həmd etmək yaxşıdırsa, onda
hər şeyinizi itirəndə də Ona həmd etmək
yaxşıdır. Məsihçi sevincinizi itirməmək
üçün bu gün nə edəcəksiniz?
Gəlin Rəbbi mədh edək, bizi
qurtaran
Qayaya sevincdən cuşa
gələrək nida edək.
Məzmur 95:1
79
gün
BÖYÜK
SADİQLİK
-cu
Böyük nümunə
KOLUMBİYA: ÇET BİTTERMAN
M-19 kimi tanınan marksist inqilabçı qrupunun üzvləri, kapyuşonlu və silahlı partizanlar on
iki nəfər yetkin yaşlı insanı, beş nəfər uşağı tutub bağlamışdılar. Onlar Kolumbiyanın Boqota
şəhərində Uiklif Müqəddəs Kitab Tərcüməçiləri mərkəzlərini təmsil edirdilər. “Sizin müdi-
riniz haradadır? Al Uiler haradadır?” – rəhbər onlardan birinin üstünə qışqırdı. “Bizə Uiler
gərəkdir!”
“Ona dəyməyin” – cəld cavab verildi. “Ui-
ler burada deyil.”
Marksist hirsindən onu vurmaq istədi,
amma sonra belə dedi. “Yaxşı, onda biz onun
əvəzinə səni apararıq. Gəlin, gedək!”
Onların tələbləri bir neçə gün sonra gəlib
çıxdı. “Əgər sizin təşkilatınız 19 fevrala
qədər Kolumbiyanı
tərk etməsə, biz məhbusu
öldürəcəyik.” Partizanlar hətta prezident
Reyqana zəng vurdular və manifestlərinin
Nyu York Tayms və
Vaşinqton Post jurna-
lında çap olunmasını tələb etdilər, yoxsa Çet
Bitterman öləcəkdi.
Həmin günlər yaxınlaşdıqca dua zəncirləri
yaradıldı. Yerli radio stansiyasına teleq-
raf
gələrək təsdiqlədi ki, Çet partizanlara
şəhadətlik edib. Onun arvadı Brenda bir
məktub aldı. Bu məktubda ondan ispan
dilində Müqəddəs Kitab xahiş olunurdu.
Çet həyatda öz məqsədinə çatdı – Müjdəni
haraya lazım idisə, yayımlaya bilmişdi.
Terroristlər Çetin cəsədini boş bir avtobusa
atmışdılar. Kolumbiyalılar bütün Amerikadakı
məsihçilər ilə birlikdə Çetin qoyduğu boşluğu
doldurmaq üçün irəliyə addım
atmaqla onun
ölümünü xatirəyə çevirdilər. Növbəti il Uik-
lif Müqəddəs Kitab Tərcüməçiləri ilə xidmət
etmək üçün ərizələr iki dəfə artdı.
Nümunəni izləmək geniş yayılmış icraçı
təlim prinsipidir. Şirkətin ümdə məsələləri
işçi heyətinin yüksək səviyyəsi ilə for-
malaşmalıdır. Məsihçiliyə gəldikdə isə,
nümunəni izləmək eyni dərəcədə vacibdir.
Əslində, İsa bunu əmr edib. O, başqa iman-
lıların izləmələri üçün məsihçi rəhbərlərin
imanı necə yaratmalı olduqlarını nümayiş
etdirdi. O, sadəcə, bizə təlimlərini vermədi
– O, onları yaşadı. Bizlərdən kimlər
Məsihə tam itaətin standartı ilə yaşamağa
hazırıq? Əgər itaətdə yaşasaq, öz taleyi-
mizi idarə edə bilməyəcəyik. Biz Məsihin
nümunəsini izlədikcə başqaları üçün
nümunə olacağıq. Bu gün sizin həyatınızı
kim müşahidə edir? Onlar sizin Məsih
ilə yaxın ünsiyyətiniz barədə nümunədən
nələr öyrənirlər?
Mən Məsihdən nümunə
götürdüyüm kimi, siz də məndən
nümunə götürün.
1 Kor. 11:1
80-ci
gün
BÖYÜK
SADİQLİK
Böyük hazırlıqlar
SUDAN: SUDANLI UŞAQLAR
Məktəbin həyətində birnəfərlik səngərlər – onlar Cənubi Sudanda çox tez-tez rast
gəlinəndirlər. Uşaqların qaçaraq və gülərək oynadığı ərazinin ortasında yarısı yerin altına
girmiş quyruğunda pərlər olan böyük metal silindr var. Partlamamış bombadan uşaqlara ondan
uzaq durmasını xatırlatmaq üçün bayraq sallanır.
Müjdəçi qrup bu yaxında Yei kəndinə
orta məktəb yardımı çatdırdı. Sudanın
əksər ərazilərindəki kimi, bu məktəb də
ləvazimatların və ixtisaslı müəllimlərin çatış-
mamazlığına görə çətinliklə işləyirdi. Ərazidə
olan bu xüsusi məktəb müntəzəm olaraq Su-
danın islam dövləti tərəfindən bombalanır.
Bu uşaqlar məktəbin həyətində əl ilə
iyirmiyə yaxın səngər qazıblar. Onlar bomba
atanlar gələndə özlərini qorumaq üçün hazırla-
şıblar. Onlar bomba atanların mühərriklərinin
səsini eşidəndə, uçan şrapnellərə baxaraq
deşiklərə qaçırlar.
Bəziləri deşiklərə
sağ-salamat çatmaqda
uğurlu olurlar, amma bəzilər isə yox. Müjdəçi
qrup uşaqlar üçün nə edə bilər, cavab sadə
idi: “Onların təhlükəsizliyi üçün dua edin.”
Müqəddəs Kitab öyrədir ki, çoxları öz
imanlarını qorumaq üçün təhlükəsizliyin ol-
duğu yerlərdə yaşayırdılar. Bu uşaqlar üçün
öz imanlarına görə əzab çəkmək, yaxud
hətta ölmək belə gündəlik həqiqətdir. Bizim
üçün onlar Məsihin cəsur əsgərləridirlər.
Sudandakı uşaqlar yerdə olan döyüşə
girməyə hazırlaşıblar. Ən mühümü isə, on-
lar bir gün cənnətin qapılarından içəri da-
xil olmağa hazırlaşıblar. Onların düşmən
düşərgələrindən gələn qəfil hücumlardan
yerdə təhlükəsiz müdafiələri var. Buna bax-
mayaraq, onların Məsihə olan imanı onla-
rı Allahın qollarında əbədi qoruyur. Bəlkə
bombaların təklükəsizləşdirildiyi yerdə
oynayan uşaqlar kimi, sən də öyrənmisən
ki, həyat tez-tez bəladan bir addım aralı-
da yaşanır. Ola bilsin, sən qeyri-müəyyən
anlarda ən yaxşısına ümid edərək, yerdəki
həyatını rahat etmək və qorumaq üçün ad-
dımlar atmısan. Buna baxmayaraq, sən
heç bundan sonrakı həyat üçün onların
nümunəsinə də baxmısanmı? Sən İsa Məsih
vasitəsi ilə şəxsi ünsiyyət vasitəsi ilə əbədi
həyata hazırsan?
Oğula
malik olan şəxsin
həyatı var, Allahın Oğluna
malik olmayan şəxsin isə
həyatı yoxdur.
1 Yəhya 5:12