61
gün
-ci
BÖYÜK
SADİQLİK
Mənim əziz Mariyam, nəhayət sənə yenə
də məktub yazmaq üçün imkan tapdım. Mən
çox sevinirəm ki, həmin o bacı özünü indi
yaxşı hiss edir. Biz başqa bir düşərgəyə kö-
çürülmüşük.
Yadındadır, keçən məktubumda vəftiz ol-
mağımdan yazmışdım. Amma mən Məsihi
qəbul etməzdən əvvəl sənin xətrinə dəydiyim
üçün heç imkan olmayıb ki, səndən üzr
istəyim. Bu gün mənim məsihçi olmağım
yalnız sənin bağışlama hərəkətinə görə olub.
Xahiş edirəm ki, məni bağışlayasan.
Həm də mənə göndərdiyin bütün bağla-
malara görə sənə təşəkkürümü bildirirəm. Ən
çox sənə minnətdarlığımı bildirirəm ki, mənə
Müqəddəs Kitab göndərmisən. Rəbb mənə öz
müqəddəs sevgisinin dərin sirlərini aşkar et-
diyi üçün özümü dünyanın ən xoşbəxt insanı
hesab edirəm. Dözdüyüm bu əzabları xüsusi
lütf sayıram. Mən şadam ki, Allah üçün əzab
çəkməyə görə O, mənə böyük imkan verib.
Xahiş edirəm, mənim üçün dua et ki,
axıradək sadiq qala bilim. Qoy Rəbb sizi qo-
rusun və mübarizə üçün sizi gücləndirsin.
Bizim üçün narahat olmayın. Mükafatımızın
göylərdə olduğunu bildiyimiz üçün biz çox
şadıq və sevinirik!
Sənin Variyan
Böyük məktublar – beşinci hissə
RUSİYA: VARİYA
Variya haqqında bir daha eşidilmədi, am-
ma onun Məsihə olan sevgisi və şəhadətliyi
heç vaxt unudulmadı. Variyanın gənc
həyatı onu imanına görə həbs etmiş qəddar
rəhbərlər tərəfindən sanki söndürüldü.
Amma Variyanın mirası onun hekayəsini
bilənlərin ürəyində gur yanır. Onun həyatı
əzabın gətirdiyi qəribə dostluq səviyyəsi ilə
əlaqədar danılmaz sübutlar gətirir. Məsihə
görə əzab çəkmək əslində bizi başqa heç bir
həyat təcrübəsinin edə bilmədiyi bir üsul-
la Ona daha yaxın edir. Müqəddəs Kitab
bunu Məsihin əzablarına şəriklik – insan
həyat təcrübəsinin xüsusi bir səviyyəsi ad-
landırır. Əzablar vasitəsilə Məsihə yaxın
olmaq birinci həyat təcrübəsindən yax-
şı başa düşülən bir şeydir. Sizcə öz şəxsi
əzabınızın sizi İsa Məsihə yaxınlaşdırması
necə olub?
Belə ki Məsihi və Onun dirilmə
qüdrətini, əzablarına şərikliyi də
dərk edim və Onun ölümündə Ona
bənzəyim ki,…
Filip. 3:10
62-ci
gün
BÖYÜK
SADİQLİK
İslam əsgərləri pastor Loqaranın qollarını
və ayaqlarını bağlayıb yerdən üç metrə yaxın
hündürlükdə kəndirdən asmışdılar. Onlar onu
qamçıladılar və sinəsinə əridilmiş isti mumu
damcı-damcı tökdülər. O, İsanın bağda etdiyi
duanı yadına saldı: “Ya Rəbb, əgər bu gün
ölmək sənin iradəndirsə, qoy olsun.” O, gənc,
həssas oğlanların qarşısında dayanarkən Şi-
mali Sudan ərəblərinin işgəncələrinə dözə
bilməyəcəyini düşünürdü.
Amma Allahın iradəsi onun bu oğlanlar
üçün bir şəhadətlik olaraq yaşaması idi. Onu
buraxdılar. Pastor Loqara güman edir ki, oğ-
lanları ola bilsin ki, məcburi olaraq əsgər ol-
maq üçün öyrədiblər.
Pastor həmin hadisə barədə düşünəndə,
o deyir: “Mən İsanın ölümünü xatırlayıram,
O, dünyanı xilas etmək üçün öldü. Mən
fikirləşirdim ki, mənim ölümüm bu oğlanla-
ra təsir edəcək. Mən dua edirəm ki, mənim
əzab nümunəm Allaha sadiq qalmaları üçün
onları ruhlandırsın.”
Böyük izlər
SUDAN: PASTOR YEREMYA LOQARA
Yeremya Loqara qətiyyətdən başqa heç vaxt istefanın nə olduğunu bilməyib. Müsəlman
əsgərlər onun məbədindən altı oğlanı həbs etmişdilər və yanlış olaraq casus olduqlarını iddia
edirdilər. Yeremya oğlanların casus deyil, məsihçi olduğunu izah etməyə çalışanda əsgərlər
onu da həbs etməyə qərar verdilər.
Uşaqlar valideynlərinin izləri ilə
getməyi xoşlayırlar. Qumlu sahillərdə
onlar atalarının və ya analarının ayaq
izlərinin içərisinə öz kiçik ayaqlarını qoy-
mağa çalışırlar. Həmişə etibar edərək yol
onları haraya aparırsa, oraya gedirlər.
Buna oxşar olaraq, İsanın ayaq izləri də
bizi əzablı ərazilər ilə apara bilər. Biz heç
vaxt özümüz üçün seçmək istəmədiyimiz
sınaqlar və çətinliklər vasitəsilə Onun ar-
dınca gedə bilərik. Amma biz İsanın ar-
dınca getməyə qərar vermişiksə, biz öz
talelərimizi seçmək qərarından əl çəkmişik.
İsanın ardınca getmək uşaqlarımızın və
başqa müşahidəçilərin təqlid etməsi üçün
aydın nümunəni verir. Seçdiyimiz yolun
böyük əhəmiyyəti var. Ətrafınızdakıların
fikrində siz hansı təəssüratları yaradırsı-
nız?
Kim Onda qaldığını deyirsə,
İsa Məsihin həyat sürdüyü kimi
həyat sürməlidir.
1 Yəhya 2:6
63
BÖYÜK
SADİQLİK
BÖYÜK
SADİQLİK
Allahım, mən səndən xahiş etmirəm ki,
həyatımı asanlaşdırasan; xahiş edirəm ki,
məni güclü edəsən.
Yəhudi uşaq – nasistlər tərəfindən bombardman edildikdən sonra
Polşada yəhudilər üçün ayrılmış qəsəbədən tapılmışdır.
gün
63-cü
64
BÖYÜK
SADİQLİK
-cü
gün
“Mən bir dəfə sirkə getdim və çox mənalı
bir səhnənin şahidi oldum. Snayper atan
həyat yoldaşının başına yanan şamı qoydu.
Sonra o, səhnənin ortasına çıxıb müəyyən
məsafədə dayanaraq, həyat yoldaşının başın-
dakı şama güllə açdı.
“Bu səhnə qurtardıqdan sonra mən qadı-
na yaxınlaşdım və soruşdum ki, heç güllənin
həyat yoldaşının başına dəyə biləcəyindən
qorxubmu? O cavab verdi: “Nəyə görə? O,
məni hədəfə almayıb, şamı hədəfə alıb.”
Pastor Vurmbrand bu hekayəni eşidəndə
belə fikirləşmişdi: “Niyə mənə işgəncə
verənlərdən qorxmalıyam? Onlar məni hədəfə
almayıblar. Onlar bədənimi döyə bilərlər, am-
ma mənim əsl varlığım Məsihin daxilindədir.
Mən onunla birlikdə göylərdə oturmuşam və
ona görə də onlar mənim əsl şəxsiyyətimə
toxuna bilməzlər. Bu gözəl nöqteyi-nəzərdən
mən onların səylərinin səmərəsizliyini görə
bilərəm.”
Pastor Vurmbrand neçə illər əzab çəkərək
yaşamış və dəfələrlə ölümə yaxın olmuşdur.
Amma o, kiçik bir dərsdən ruhlanmış və
hətta ruhani çiçəklənmişdi, çünki o bilirdi ki,
bədəninə hər nə olsa da, Məsihdə olan yeri
təhlükəsizdir.
Böyük yerlər
RUMINİYA: PASTOR RİÇARD VURMBRAND
On dörd il həbsxanada əziyyət çəkmiş rumıniyalı pastor Riçard Vurmbrand bir dəfə məhbus
yoldaşından eşitdiyi hekayəni danışdı. Bu, onun ən çətin, əzablı vaxtlarında ona yardım etmiş-
di. Həmin qardaşı ona danışmışdı:
Təqib, təsvirolunmaz bir dərəcədə ağrı-
lı olsa da, onun da məhdudiyyətləri var.
Nə fiziki əzab, nə də emosional travma bi-
zim kimliyimizin dərin hissələrini dağıda
bilməz. Bizim daxildə gəzdirdiyimiz şeylər
özümüzün ən dəyərli hissələridir – canları-
mızdır. Məsihin Ruhu bizdə yaşayır və bizi
emosional, eləcə də fiziki pisliklərdən qo-
ruyur. Doğrudur, düşmənlərimiz bizi vura,
hətta bədənlərimizi öldürə bilərlər. Amma
düşmənlərimiz bizə zərbə vuranda, onlar
həqiqətən Məsihin – bizim daxilimizdə
yaşayanın adını pisləyirlər. O, yenidən
ölə bilməz. Amma təzyiq nə qədər şəxsi və
kəskin olsa da, bu, həqiqətən, daha böyük
mənzərənin bir hissəsidir. Döyüş bizi özünə
daxil edə bilər, amma bu, pislik və yaxşılıq
arasında ümumi şeylər ilə əlaqədardır.
İnsanlar Mənə görə sizi təhqir
edib təqib edəndə, yalan söyləyib
sizə hər cür böhtan atanda siz nə
bəxtiyarsınız!
Matta 5:11
Dostları ilə paylaş: |