Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə57/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   53   54   55   56   57   58   59   60   ...   122

162-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük alətlər
BİRLƏŞMİŞ ŞTATLAR
Qatar qəzasının tüstüsü əzilmiş maşınların arasında qırılmış bədənləri olan və qanı axan 
sərnişinlərin əzablarının güclü qışqırıqları kimi kəskin idi. Yaralılar və ölənlər arasında 
toqquşmadan zədələnməyən cərrah gəzirdi. Onun baqajı isə qarışıqlıq içində itmişdi və o 
qışqırırdı: “Mənim alətlərim! Mənim alətlərim! Alətlərim məndə olsaydı!”
Tibb alətləri ilə, o kişi çox həyatları xilas 
edə bilərdi. Boş əlləri ilə o, faktiki olaraq, 
köməksiz olaraq bir çoxlarının ölməsinə ba-
xırdı. 
Bu günün təqib olunan məbədi cərrah ki-
midir. Onlarda kommunizm və Məsihsiz is-
lamın dağıntılarında ilişib qalmış çoxlarının 
həyatını xilas etməyə istək və bilik vardır. 
Onlarda çatışmayan şey alətlərdir.
“Qardaşlarının və bacılarının fəryadlarını 
əsir düşmüş ölkələrdə eşit!” – Pastor Ri-
çard Vurmbrand ilk dəfə Birləşmiş Ştatlara 
gələndə yazmışdır. “Onlar qaçmaq üçün ri-
ca etmirlər; onlar təhlükəsizlik üçün, yaxud 
asan həyat üçün rica etmirlər. Onlar sadəcə 
öz gənclərini – gələcək nəsillərini ateizm 
ilə zəhərləyənlərə əks təsir göstərmək üçün 
alətlər istəyirlər. Onlar Müqəddəs Kitab 
istəyirlər. Əgər onlarda bu yoxdursa, onlar 
Allahın Sözünü necə yaya bilərlər?”
Qadağa qoyulmuş ölkələrdəki məsihçilər 
özlərini bu alətlər ilə təmin edə bilmirlər. On-
lar yardım üçün azad ölkələrdəki məsihçilərə 
arxalanırlar. “Bizə lazım olan alətləri verin” 
– bir məsihçi bizə dedi: “və biz onları istifadə 
etmək üçün qiyməti ödəyəcəyik!”
Müəllim  üçün  tabaşir,  tibb  bacısı  üçün 
iynələr,  valideynlər  üçün  səbir  və  fermer 
üçün traktor. Hər bir şəxs, çağırışından ası-
lı  olmayaraq,  bu  alətlərdən  istifadə  edir. 
Bu, kompyuter kimi mürəkkəb ola bilər, ya-
xud bizim əllərimiz kimi primitiv ola bilər. 
Lakin  bizim  həyatlarımız  bu  alətləri  ilə 
güclü surətdə dəyişir. Məsihçilər olaraq biz 
öz  ruhani  alətlərimizi  tanıyırıq,  çünki  biz 
onlar  barədə  Allahın  Sözündə,  Müqəddəs 
Kitabda  oxuyuruq.  Bəs  şəfqət,  bağışlan-
ma, sevgi, bölüşmə və Allahın təklif etdiyi 
bütün o ənamlar və istedadlar barədə heç 
vaxt oxumayanlar barəsində necə? Sən bu 
ruhani  həqiqətləri  xəsis  qızılları  ehtiyat 
üçün  gizlətdiyi  kimi  gizlədərək,  özündə 
saxlaya bilməzsən. Ehtiyacı olanlar ilə öz 
alətlərini könüllü olaraq bölüş.
Bəs onlar iman etmədikləri 
Şəxsi necə çağıracaqlar? 
Barəsində eşitmədikləri 
Şəxsə necə iman edəcəklər? 
Vəz edən olmasa, necə 
eşidəcəklər? 
Roma. 10:14


163
gün
BÖYÜK 
SADİQLİK
-cü
Böyük səfərlər
VYETNAM
Qatarın təkərlərinin hər bir taqqıltısı vyetnamlı məsihçi qadının zəif bədənini möhkəm taxta 
oturacaqda ağrılı halda tərpədirdi. Lakin o, xidmətdə idi. 
Onun Şimali Vyetnamda rəhbərlik etdi-
yi məsihçilər üçün ruhani qidaya ehtiyacı 
var idi. Üç məbəddən olan adamlar, onla-
rın rəhbərlərinin uğurlu olması və dəyərli 
Müqəddəs Kitabları geri gətirə bilmələri üçün 
dua edirdilər.
Onun öz evindəki işi yorucu idi. O, ərazidə 
yeganə yetkin məsihçi idi və o, heç nədən ya-
vaş-yavaş öz şəxsi şəhadəti ilə canları qaza-
naraq üç məbəd yaratmışdır. Onun nə maşını 
və nə də ki, velosipedi var idi. O öz kiçik ev 
toplantısına ya piyada gedirdi, yaxud da ba-
laca taxta qayıqdan istifadə edirdi.
O, polis hədələri və təhlükələri ilə 
üzləşmişdir və onun buddist valideynləri 
onun imanına görə narahat idilər. İndi o, 
ona kömək üçün bir imanlı axtarmaq ümi-
di ilə üç gün səkkiz yüz kilometr yolu qatar 
ilə getməli idi. Nəhayət ki, o, Ho Çi Minh 
şəhərinə çatdı.
Orada o, ona şimaldakı məsihçilər üçün 
Müqəddəs Kitablar verən qərb ölkələrindən 
olan məsihçilərlə görüşdü. Onlar ona 
həmçinin, üç məbəddə xidmət etmək üçün 
velosiped də verdilər. Oranı tərk etməzdən 
əvvəl, onlar onun yolu və xidməti üçün Alla-
hın xeyir-dualarını diləyərək birgə dua etdilər. 
O, getməzdən əvvəl onlardan biri – 
“Sənin neçə yaşın var?” – deyə, soruşdu. 
Qadın üzünə düşən saçını kənara çəkərək pı-
çıldadı: “Mənim iyirmi iki yaşım var.”
Böyük  istedadlı  uşaqlar  öz  yaşların-
dan  kənar  xüsusi  bacarıqlara  malikdirlər. 
Biz on beş yaşında universitet bitirən, on 
iki  yaşından  əvvəl  simfoniya  yazan,  ya-
xud  on  altı  yaşında  idmanda  fərqlənən 
kimisə  tanıya  bilərik.  Tez-tez  bizim  ca-
vabımız  paxıllıqdır;  biz  öz  gəncliyimizdə 
nəsə  böyük  bir  şey  edə  bilməyimiz  və  bu-
na  görə  tanınmağımızı  da  arzu  edirdik. 
Vyetnamlı məsihçi qadın sadəcə onu etdi, 
amma  yəqin  ki,  onda  öz  yaşıdlarındakın-
dan artıq xüsusi qabiliyyət yox idi. Buna 
baxmayaraq, onda İsanın ardınca getmək 
və Onu öz ölkəsindəki insanlara gətirmək 
istəyi  var  idi.  Məsih  səni  də  Onun  üçün 
səyli  olmağa  çağırır.  Allahın  məhəbbətini 
bölüşmək o qədər sadədir ki, o, heç bir xü-
susi  qabiliyyət  tələb  etmir  –  yalnız  sənin 
bu iş üçün yararlı olmağın lazımdır. 
Bunların hamısına səy 
göstərərək özünü həsr et ki, 
sənin inkişafın hamıya aşkar 
olsun. 
1 Timotey 4:15


164
BÖYÜK 
SADİQLİK
-cü
gün
Böyük təlimat
FRANSA: FRANZ RAVENNAS VƏ MARTİN QUİLLABERT
“Sən ölüm hökmünü eşidəndə, bunu Öz toy ziyafətinə dəvət edən izzət Padşahının 
dəvətnaməsi kimi qəbul edəcəksən.” 
Təlimatlar çətin idi, amma aydın idi. Fran-
sız müəlliflər olan Franz Ravennas və Martin 
Quillabert ölüm hökmü ilə üzləşən məsihçilər 
üçün təlimat kitabçası yazmışdılar. Onların 
Fransa İnqilabı dövründə “nəşriyyatları” 
həbsxana kamerası idi. Onlar öz kameralarını 
“cənnət üçün dəhliz” kimi görürdülər. 
Təlimat bu sözlərlə davam edir: “Onlar 
sənin hökmünü oxuyub qurtarandan sonra, 
səndən əvvəl gedən çoxlu şəhidlər ilə birlikdə 
deyəcəksən: ‘Minnətdaram, Rəbbim.’ Sevinc 
ilahilərini oxu. Onlar sənin əllərini bağlayanda 
müqəddəs Paulun dediyi sözləri söylə: ‘Mən 
Rəbb İsanın adı uğrunda təkcə əl-ayağımın 
bağlanmasına deyil, ölümə də hazıram.’
Güllələnməyə gedərkən mühafizəçilərə 
Kəlamdan Məsihə görə əzab çəkməyin və 
ölməyin ləzzəti haqqında danış. ‘Məsihin 
məhəbbətindən bizi kim ayıra bilər?’ (Roma. 
8:35)
Edam edən şəxslə qarşılaşanda böyük 
şəhid İqnatiusun sözlərini xatırla: ‘Xilaska-
rım üçün öldürüləcəyim xoşbəxt an nə vaxt 
gələcək? Mən nə qədər gözləməliyəm?’ 
Eləcə də, təqibçilər üçün dua etməyi yadda 
saxla.” 
Ravenna və Quillabertin boyunları vurul-
du. Onların sözləri azad ölkələrdə yaşayan 
məsihçilərin təsəvvürü üçün həddən artıq 
böyük bir şeydir, amma qadağalar qoyulmuş 
ölkələrdə bu nümunə hələ də istifadə olunur. 
Bizim yaşadığımız hər gün xəbərdarlıq 
ilə  birlikdə  yaşanmalıdır:  Ehtiyatlı  ol! 
Bizə  verilən  hər  bir  saniyədə  faciə  dəqiq 
bir  imkandır.  İstər  maşın  sürərkən,  istər 
yol  keçərkən,  istərsə  də  gündəlik  işimizi 
görərkən biz hadisədən, xəstəlikdən və ya 
məqsədli zorakılıq hərəkətindən təhlükəsiz 
deyilik. Biz bu dünyanın şərindən müdafiə 
olunmuş tərzdə yaşaya bilməsək də, Alla-
hın bizə verdiyi vədlə yaşaya bilərik: Heç 
bir şey, tamamilə heç bir şey bizi İsada olan 
sevgimizdən ayıra bilməz. Ola bilsin ki, siz 
öz imanınıza görə heç vaxt ölməyəcəksiniz, 
amma  siz  ikrah  olunma  və  başqa  ağrılı 
təqiblər  ilə  üzləşə  bilərsiniz.  Allahın  sev-
gisi  bu  gün  sizin  qarşınıza  çıxan  hər  bir 
şeyin öhdəsindən gəlməyə kömək edəcək və 
yol göstərəcək. 
Çünki əminəm ki, nə ölüm, nə həyat, 
mələklər, nə başçılar, nə indiki, 
nə də gələcək şeylər, nə qüvvələr, nə 
ucalıq, nə dərinlik, nə də başqa bir 
məxluq bizi Rəbbimiz Məsih İsada 
olan Allah məhəbbətindən ayırmağa 
qadir olmayacaq.
Roma. 8:38-39


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə