333
gün
BÖYÜK
SADİQLİK
-cü
Böyük çağırış
RUMINİYA: KAPİTAN REK
Bir neçə gün ərzində kommunist gözətçiləri həbs edilmiş pastoru döyürdülər. Sonra yaxşı
yemək ilə onun güc yığmasına kömək edər və yenidən döyərdilər. O, müntəzəm olaraq ölənə
qədər döyülürdü, amma tez öldürülmək üçün yox. Onlar onun əzab çəkməsini istəyirdilər.
Kapitan Rek bir gün pastoru döyərkən
dedi: “Mən Allaham. Mən sənin üzərində
olan ölüm və həyat üçün qüdrətə malikəm.
Göylərdə olan bir nəfər sənin sağ qalıb qalma-
mağına qərar verə bilməz. Hər şey məndən
asılıdır. Mən istəsəm, sən yaşayacaqsan, ya
da öləcəksən. Mən Allaham!”
Pastor sakitcə cavab verdi: “Sən bilmirsən
necə dərin bir şey dedin. Sən işgəncə verən,
adam öldürən biri kimi olmaq üçün yara-
dılmamısan. Sən Allaha oxşar kimi olmaq,
ürəyində onun həyatını yaşamaq üçün yara-
dılmısan. Sənin kimi təqibçilərin bir çoxları,
həvari Paulun etdiyi kimi, başa düşməyə baş-
lamışlar ki, vəhşilik törətmək insan üçün rüs-
vayçılıqdır. Onlar bundan daha yaxşı şeylər
edə bilər. İnan mənə, kapitan Rek, sənin
həqiqi çağırışın Allah olmaq deyil, Allaha
oxşar olmaqdır. Sən cəlladın deyil, Allahın
xüsusiyyətlərinə malik ola bilərsən.
Rek məsihçinin sözlərinə özünü
eşitməməzliyə vurdu və pastoru onun ima-
nına görə döyməyə davam etdi. Buna bax-
mayaraq, o öz çağırışı haqda fikirləşməkdən
vaz keçə bilmirdi. Nəticədə, Rek, dizi üstə
Məsihi öz ürəyinə qəbul etdi.
Hər bir tırtıl, əgər düzgün inkişaf
edərsə, həqiqi bir kəpənəkdir. Əgər inkişaf
etməsə, ola bilər ki, yaşamağa davam etsin.
Buna baxmayaraq, o, qabaqcadan təyin
edilməmiş bir şeydir. Həmçinin, bir insan
kimi bizim həqiqi çağırışımız, İsa Məsih
ilə şəxsi münasibətə girmək və Məsihə ox-
şar xasiyyəti inkişaf etdirməkdir. İsasız,
biz yaxşı nüfuza malik ola bilərik. Biz
çox uğurlu ola bilərik – müvəffəqiyyətli
iş adamı, sevən ana, sədaqətli ata. Bu-
na baxmayaraq, əgər biz öz həqiqi çağı-
rışımızı əldən buraxsaq, heç vaxt baş-
lanğıcdan yaradıldığımız insan kimi bir
insan ola bilməyəcəyik. Tırtıl maraqlıdır.
Amma kəpənək onu gözəlliyində və ba-
carığında üstələyir. Həyatında dünyəvi
müvəffəqiyyətə malik olub, lakin öz həqiqi
çağırışını əldən buraxmısan?
Bizdə fəaliyyət göstərən qüdrətlə
istədiyimiz, yaxud düşündüyümüz hər
şeydən daha artığını etməyə qadir
olan Allaha… izzət bütün nəsillər
boyunca əbədi olsun!
Efes. 3:20
334
BÖYÜK
SADİQLİK
-cü
gün
Böyük məhdudiyyətlər
BABİL: ŞADRAK, MEŞAK VƏ AVED-NEQO
“Bizim bu iş üçün sənin önündə özümüzü müdafiə etməyimizə ehtiyac yoxdur. Ey padşah, əgər
belə olsa, qulluq etdiyimiz Allahımız bizi odla qızmış sobadan xilas etməyə qadirdir və sənin
də əlindən qurtaracaq. Sənə məlum olsun ki, ey padşah, əgər belə olmasa da, biz sənin allahla-
rına qulluq edən deyilik və sənin qoyduğun qızıl heykələ də səcdə etməyəcəyik”
(Daniel 3:16-18).
Bu üç kişiyə qarşı padşahın qəzəbi artdı.
Onlar onun öz xalqı üçün ucaltdığı bütlərə
sitayiş etməkdən imtina etdilər və onları odla
qızmış sobaya atmaqla cəzalandırmaq istədi.
“Sobanı qızdırın!” – deyə, o əmr etdi. “Mən
onun adətən qızdırıldığından yeddi dəfə çox
qızdırılmasını istəyirəm. Ordusunda olan ən
güclü əsgərlərə onların əllərini bağlamağı
əmr etdi. Soba bərk qızdı və onun divarları
qırmızı rəngə çevrildi, sanki əriyəcəkdi. “On-
ları atın ora,” – deyə, padşah əmr etdi.
Onlar bunu edərkən soba həddindən ar-
tıq qızdırıldığı üçün əsgərləri öldürdü. Soba
həddən artıq qızdığı üçün alovdan içərisini
görmək mümkün deyildi, məhbuslar bir anlıq
alovun içində itmişdilər.
Sonra baxanda Navuxodonosor, heyrətə
gəlib yerindən sıçradı. O dedi: “Budur,
mən odun içində əl-qolu bağlanmamış dörd
nəfərin gəzdiyini görürəm və onlara heç nə
olmur. Onlardan dördüncüsü allahların oğlu-
na bənzəyir” (Daniel 3:25).
Birdən Navuxodonosor, bir həqiqi Allahın
qarşısında öz məhdudiyyətini bildi.
Xeyir və şər arasında olan müharibəyə
gəldikdə, bu, ədalətli savaş deyil. Düşmən
güclüdür. Amma Allah daha qüdrətlidir.
İblis güclüdür. Buna baxmayaraq, Allah
daha güclüdür. İblis bütün dünyaya öz pis
ruhlarını göndərir ki, onun pis əmrlərini
yerinə yetirsinlər. Bunun əksi olaraq,
yalnız Allah hər yerdə mövcud olandır –
tamamilə hər yerdə hər zaman mövcud-
dur. Bununla belə, biz qarşı tərəfin təzyiqi
altında olanda iblisin məhdudiyyətliyi
həmişə aydın görünmür. Elə vaxtlar olur
ki, iblis qorxulu görünür. Hədə-qorxu edən,
məhv edən görünür. Biz müvəqqəti olaraq,
Allahın məhdudiyyətsiz qüdrətini unudu-
ruq. İblisin sobasında olarkən sənin gözün
termostatdadır? Yoxsa sən Allahın hüzuru-
na diqqətini cəmləyirsən və istiyə dözmək
üçün güc tapırsan?
Çünki bu cür xilas edən başqa bir
allah yoxdur.
Daniel 3:29
335
gün
-ci
BÖYÜK
SADİQLİK
Böyük alqışlar
İNGİLTƏRƏ: TOMAS HAUKER
Tomas Hauker – şən, yaraşıqlı, alicənab bir gənc, Məsih ilə olan şəxsi münasibətlərini inkar
etməyəcəkdi. Buna görə ona dirəkdə yandırılma hökmü verilmişdi.
Edam günündən bir gün əvvəl, Tomasın
dostları onun həbsxana kamerasına gəldilər.
Onlardan biri dedi: “Mən inanıram ki, Allah
alovda ölənlərə xüsusi lütf verir və onlara bu
alova dözməyə kömək edir. Sənin xatirinə,
sənə qarşı olan bu qəddarlığa mənim dözə
bilməyim üçün, sən bizə bir işarə edə
bilərsən? Bunu bilməsəm, inanmıram ki,
mən o günə dözə bilim.”
Tomas bir anlıq fikirləşdi. “Əgər ağrının
şiddətliliyi dözülə biləndirsə, ölməzdən qabaq
mən işarə kimi, əllərimi göylərə qaldıraca-
ğam.”
Edam günündə, izdiham Tomasın vədinə
görə səy-küy salmışdı. Onu dirəyə bağlayan-
da, o, odunları düzən adamla mülayim tərzdə
və böyük lütf ilə danışdı. Sonra o, gözlərini
bağladı və alov alışıb yanmağa başladı.
Tomas onun ətrafında olanlara vəz etməyə
davam etdi, amma tezliklə alovun səsinə
görə o, davam edə bilmədi. Hamı əmin idi
ki, o ölüb. Birdən, o əllərini göyə – Allaha
qaldırdı və həmd və minnətdarlıqla üç dəfə
əl çaldı. İzdihamda səs-küy qalxdı və Tomas
alova büründü və öz ruhunu təslim etdi.
“Mən buna artıq dözə bilmirəm.” Tez-
tez biz balaca sınaqlarda məyusluq ifadə
edirik. Ağlayan uşaq. İlişən qapı dəstəyi.
Layihə işinin təhvil verilməsinin son
müddəti ilə bağlı, işin gecələr də davam
edilməsi. Buna baxmayaraq, təzyiq altında
təslim olmağa sövq olunanda, şəhidlərin
hekayəsi bizim az əhəmiyyətli fikirlərimizi
izləyir. Biz tez-tez problemlərimizi şişirdi-
rik və onlara dözə bilmək qabiliyyətimizə
lazımi qədər qiymət vermirik. Əslində, Al-
lah bizə söz verir ki, dözə biləcəyimizdən
artıq bir şeyin həyatımıza gəlməsinə
yol verməyəcək. Tomasın həmd ilə
əllərini göyə qaldırması, alov üzərində
qalibiyyətini işarə etməsi kifayət qədər
sübutdur. Müəyyən vəziyyətə artıq dözə
bilməyəcəyini fikirləşəndə, Toması xatırla.
Həmçinin, Allahın sadiqliyini xatırla. O,
sənin nəyə dözə bilib bilməyəcəyini dəqiq
bilir.
Gözlərimizi görünən şeylərə deyil,
görünməyən şeylərə dikirik.
Çünki görünənlər gəldi-gedər,
görünməyənlərsə əbədidir.
2 Korinf. 4:18
Dostları ilə paylaş: |