AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHOTLORİ
artırdı. Amerikalılann daha çoxları orta sinfin nümayəndələri
oldular.
Yüksəlişin bir çox mənbələri var idi. Avtomobil sənayesi tanklar
və bomba atan təyyarələr istehsalını uğurla əvəz etdi və aviasiya və
elektronika kimi yeni sənaye sahələri sür’ətlə yüksəldi. Müharibədən
geri dönən hərbi xidmətçilər üçün bir hissəsi asanlıqla əldə edilən borc
pul qoyuluşu hesabına stimullaşdırılan mənzil tikintisi bumu da
inkişafa təkan verdi. Burada sonralar Soyuq Müharibə inkişaf edərkən
baş verən müharibə xərclərinin artması da müəyyən rol oynamışdır.
Biznes birləşmə adlanan dövrə qədəm qoydu. Şirkətlər nəhəng,
çoxçeşidli «konqlomerat- lar» yaratmaq üçün birləşirdilər. Məsələn,
Beynəlxalq Telefon və Teleqraf Kompaniyası Şeraton
mehmanxanalanni. Kontinental Çörək-Bulka Mə’mulatı Şirkətini,
Hartford Yanğından Mühafizə Şirkətini, Avis Avtomobil İcarə
Şirkətini və başqa şirkətləri satın aldı.
Amerika işçi qüvvəsi də dəyişirdi. 1950-ci illər ərzində xidmət
işləri ilə məşğul olan fəhlələrin sayı əmtəə istehsalı ilə məşğul olan
fəhlələrin sayı ilə bərabərləşdi və sonra daha da artdı. Artıq 1956-cı
ildə Birləşmiş Ştatlar fəhlələrinin əksəriyyəti mavi yaxalıq tələb edən
işdə deyil, ağ yaxalıq tələb edən işdə çalışırdı. Eyni zamanda,
həmkarlar ittifaqları uzunmüddətli əmək müqavilələri bağlamağa və
öz üzvləri üçün başqa imtiyazlar da almağa nail oldular.
Digər tərəfdən, fermerlər çox çətin anlarla üz-üzə gəldilər. Kənd
təsərrüfatı ilə məşğul olmaq böyük biznesə çevrildiyi üçün
məhsuldarlıqdakı uğurlar izafi kənd təsərrüfatı məhsulu istehsalına
gətirib çıxarırdı. Rəqabətdə çətinliyin artdığını görən kiçik ailə
fermalarının bir çoxu torpağı tərk edirdi.
Başqa amerikalılar da köçüb gedirdilər. Hər bir ailənin öz şəxsi evi
olması istəyinin artması və xüsusi maşına sahib olmaq arzusu
amerikalıların mərkəzi şəhərlərdən şəhərkənarı rayonlara köçməsinə
səbəb oldu. Eyni zamanda, məişət kondisionerləri ixtirası kimi
texnoloji yeniliklərlə bağlı olan köçmə hallan «Günəş Qurşağı»
şəhərlərinin inkişafını cilovladı. Belə şəhərlərə Texasda Hyuston,
Corciyada Atlanta, Floridada Miami və Arizonada Feniks nümunə ola
bilər.
Federal hökumətin pul yardımı ilə yeni salınmış şose yollar
şəhərkənarı yaşayış məntəqələrinə köçmək üçün daha münasib
4l
III HİSSO: AMERİKA İQTİSADİYYATININ TARİXİ PERSPEKTİVİ
şərait yaratdığına görə, biznes nümunələri də dəyişməyə başladı.
Ticarət mərkəzlərinin sayı çoxaldı: II Dünya Müharibəsinin
sonunda olan 8 mərkəzin sayı 1960-cı ildə 3840-a çatdı. Bir çox
sənaye sahələri də iri şəhərləri tərk edərək, əhalinin nisbətən az
olduğı sahələrə köçdü.
DƏYIŞIKLIK
İLLƏRİ:
1960-CI VƏ 1970-Cİ
İLLƏR
1
^
^
^ \
illər Amerikada tez-tez razılıq dövrü kimi
X . y
w' V/
“ C'itəsvir olunur. Əksinə, Prezident Con F. Kennedi öz
prezidentlik kampaniyası dövründə daha fəal keçirdiyi onillikdə
demişdi ki, o, amerikalılardan «Yeni Sərhəd» çağırışlarını qəbul
etməyi xahiş edəcəkdir. Kennedinin böyük nəticələr verə biləcək
iqtisadi təkliflərinin çoxu qəbul olunmadı; amma o təkliflərdən biri
əsasında Sülh Korpusu yaradıldı. Bu korpus Amerika könüllülərini
okeanın o tayına göndərirdi ki, onlar inkişaf edən ölkələrə öz
ehtiyaclarını ödəmək işində yardım etsinlər.
Kennedinin başqa bir məqsədi isə Birləşmiş Ştatların kosmosu
tədqiq proqramını elə şəkildə sür’ətləndirmək idi ki, bu sahədə
Birləşmiş Ştatlar Sovet İttifaqını ötüb keçsin. Federal xərclərin
artması - genişləndirilmiş kosmos proqramından tutmuş Vyetnam
Müharibəsində Amerika rolunun eskalasiyasma və başqa yeni və ya
genişləndirilmiş federal proqramlara qədər, onillikdə inkişafa təkan
verdi.
Yeni ictimai rifahın yaxşılaşdırılmasına yönəldilmiş bir sıra
proqram Kennedinin xələfi Lindon B. Consonun hakimiyyəti
dövründə yaradıldı. O, «Yoxsulluğa qarşı» müharibə e’lan etdi;
yoxsul və çoxyaşlılara tibbi yardım göstərmək proqramı və bə’zi
başqa faydalı təşəbbüslər göstərdi.
1960-cı illər elə bir dövrdür ki, bu dövrdə Amerika xalqı təbiət
və insanlarla bağlı olaraq, ətraf mühit haqqında öz narahatçılığım
ifadə etməyə başlayır. Bu, təbiətin mühafizəsindən tutmuş havanın
və suyun çirklənməsi təhlükəsinin qarşısını almağa qədər olan bir
sahəni əhatə edir. Federal hökumət həyat səviyyəsini müdafiə etmək
üçün bir sıra qanunlar qəbul etmişdir.
Lakin 1960-cı illərin sonunda sabit şəkildə davam edən
inflyasiya iqtisadiyyatın çiçəklənməsinə zərbə vurdu.
1973-1974-cü illərdə ərəb nefti embarqosu qiymətləri sür’ətlə
artırdı və Birləşmiş Ştatların hər tərəfində kasadlıq yaratdı.
Embarqoya son qoyulduqdan sonra belə qiymətlər aşağı düşmədi.
42
AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ
Bu da inflyasiyaya təkan verdi və nəticədə işsizlik səviyyəsinin
yüksəlməsinə səbəb oldu. Onilliyin qalan illəri inflyasiyanın ardıcıl
şəkildə artması, federal büdcə çatışmamazlığının yüksəlməsi, xarici
rəqabətin güclənməsi, yüksək dərəcədə işsizlik və daimi tələblə
səciyyələndirilir.
IQTISADIYYAT
1980-Cİ
VO
1990-CI
İLLORDO
İ ^ Q ^
* ildə Amerika xalqı federal hökumətin 1970-ci
X
y
O
illərdəki siyasətindən narazı qaldığını
Prezident Ronald Reyqana səsvermə yolu ilə ifadə etdi. Reyqanm
iqtisadi proqramı əlavə-ehtiyat (səplayd-sayd) iqtisadi nəzəriyyə-
sinə əsaslanırdı. Həmin nəzəriyyə daha ciddi və daha uzun müddət
işləməyə ruhlandırmaq üçün minimum vergi normalarını azaltmaq
imtiyazı verirdi. Bu da öz növbəsində daha bol qənaətə və
investisiyaya gətirib çıxarırdı ki, bu hal daha artıq məhsul istehsalı
ilə nəticələnir və əlavə-ehtiyat iqtisadi nəzəriyyəsinə müvafiq
olaraq, bütövlükdə iqtisadiyyatı tənzimləyirdi.
Lakin ölkəni idarə məsələsində Reyqanm mərkəzi mövzusu
onun federal hökumətin həddən artıq böyüməsinə və öz iradəsini
həyata keçirmək üçün hər şeyə hazır olmasına inam idi. 1980-ci
illərin əvvəllərində Reyqan hökuməti bir sıra vergilərin azalmasına
nail oldu, eyni zamanda, sosial proqramlarda da vergilərin ciddi
şəkildə azaldılmasım təklif etdi. Prezident olduğu müddət ərzində
Reyqan həm də istehlakçıya, iş yerinə və mühitə tə’sir göstərə
biləcək hökumət qayda-qanunlarının azaldılması və ya tam yox
edilməsinə nail olmağı öz öhdəsinə götürmüşdü.
1982-ci ildə bütün ölkədə mallara tələb ciddi şəkildə
azalmışdı. Biznes müflisləşməsi keçən ilə nisbətən 50 faiz
artmışdı. Ən çox zərər çəkənlər fermerlər idilər, çünki kənd
təsərrüfatı malları ixracı süquta uğrayır, buğdanın qiyməti aşağı
düşür və gəlir faizi norması artırdı.
Lakin tələbin azalması neft məhsullarına qiymətin aşağı
düşməsi və pula və kreditə Federal Ehtiyatın ciddi nəzarəti ilə
birləşərək, ciddi şəkildə artan inflyasiyanın qarşısını almağa
kömək etdi. 1983-cü ildə iqtisadiyyat yenidən inkişaf yoluna
qədəm qoydu və Birləşmiş Ştatlar II Dünya Müharibəsindən bu
tərəfə arasıkəsilməyən iqtisadi inkişafın ən uzun sürən
dövrlərindən birinə daxil oldu. 1983-cü ildən 1987-ci ilə qədər
illik inflyasiya norması 5 faizdən aşağı olaraq qaldı.
43
Dostları ilə paylaş: |