Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə8/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   ...   4   5   6   7   8   9   10   11   ...   48

III HİSSƏ: AMERİKA İQTİSADİYYATININ TARİXİ PERSPEKTİVİ 
xeyli kömək almışlar. Hökumət hesabına çəkilən Çemberlend Payk 
(1818) və Eri Kanal (1825) kimi milli yollar onlara öz kənd 
təsərrüfatı məhsullarını bazara gətirməkdə böyük kömək edib. 
Federal hökumət çoxsaylı kənd təsərrüfatı kollecləri açıb ki, orada 
gənclərə kənd təsərrüfatı sahəsində biliklər tə’lim edilsin, kənd 
təsərrüfatı təcrübə stansiyalan və cürbəcür xidmət agentlikləri 
yaradıb. Bunlann hamısı fermerlərin təhsilini artırmaq və onların 
müstəqillikləri qayğısına qalmaq üçün nəzərdə tutulmuşdu. 
Bu dövr amerikalıları iqtisadi işlərdə iştirak etmək yolu ilə öz 
vəziyyətlərini yaxşılaşdırmaq haqqında ümumi arzuya tam şərik 
çıxırdılar. Bu məqsədə necə nail olmaq haqqında müxtəlif 
mövqelərdə olan adamlar 19-cu əsrdə bir sıra siyasi və iqtisadi 
mübarizələrdə iştirak etmişlər. Bu mübarizələrin nəticələri həm 
fərdiyyətçiliyin, həm də hökumətin işə qarışmasının müəyyən 
dərəcədə əhəmiyyətli olduğunu göstərir. 
1829-cu ildə Əndryu Cəkson prezident olanda kasıbların və 
yenicə varlananların çoxu bir fərdiyyətçi kimi, onu idealizə etdilər, 
çünki 
0
, prezidentlik həyatına sərhəd ərazisində taxta və ağac 
parçalarından quraşdırılmış bir kabinetdə qədəm qoydu. Prezident 
Cəkson 1816-cı ildə fəaliyyətə başlamış Birləşmiş Ştatlar Federal 
Bankının əleyhinə çıxdı. Cəkson inanırdı ki, onun bu hərəkəti Qərbə 
qarşı Şərqin təzyiqə mə’ruz qalmış mənafeyinə kömək edəcək. 
Prezidentliyə ikinci dəfə seçilərkən Cəkson Bankın fəaliyyətinin 
yenidən 1836-cı ilə qədər uzadılmasının əleyhinə çıxdı. Konqres 
1833-cü ildə Cəksonu müdafiə etdi və bu yolla da ikinci Milli 
Bankın sonuna məharətlə çıxdı. Cəkson Birləşmiş Ştatlar hökuməti 
depozitlərini onun siyasi müttəfiqlərinin nəzarət etdikləri dövlət 
bankına qoymağı üstün tutdu. 
Cəksonun bu hərəkətləri 1834-cü və 1837-ci illərdə baş vermiş 
kəskin biznes hay-küylərinin sür’ətlənməsinə kömək etdi. Əslində 
sənaye sektoru olan Şərq pulla tə’minedilmənin vaxtaşırı 
ləngiməsindən əzab çəkirdi; halbuki Qərbdə dövlət bankında federal 
depozitlər kənd təsərrüfatı bölgələrində pulun daha da çoxalmasına 
gətirib çıxarır, torpaq alverinə və qiymətlərin inflyasiyasına təkan 
verirdi. Eyni torpaq sahəsi bir çox hallarda dəfələrlə satılır və hər 
dəfə də mənfəət verirdi: torpaq satışından əldə edilən Birləşmiş 
Ştatlar Xəzinə gəliri 1834-cü ildə 5 milyon dollardan 1836-cı ildə 20 
milyon dollara qədər artdı. Lakin bu hay-küyə iqtisadi bəlanın 
toxumunun cücərməsi xas idi. 
32 


AMERİKA İQTİSADİYYATININ OSAS CƏHƏTLƏRİ 
1835-ci ildə ilk təbil həyəcanı məhsul az olduğu üçün buğdanın 
Avropadan idxal edilməsinin vacibliyi ilə bağlı olaraq çalındı. İdxal ilə 
əlaqədar olan bir neçə qurum iqtisadi depressiyadan qorxaraq, 
müştərilərə borcların vaxtının uzadılmasından imtina etdilər. 1836-cı 
ildə dövriyyədə olan pulun məbləği artıq aşağı olanda, Xəzinə qanun 
qoydu ki, hökumətdən alınan torpağın pulu qızıl və gümüşlə ödənilsin. 
Lakin bu qiymətli əlvan metallar çox az idi, çünki xaricdən alınan 
malların qiymətlərini ödəmək üçün xaricə göndərilirdi. Milli maliyyə 
sisteminə inam kökündən sarsılmışdı, hətta çox zəifləmişdi və Qərb 
bankları bağlanmağa başlamışdı. 
Bu müddət ərzində ingilis tacirləri Amerikada satdıqları mallardan 
heç bir mənfəət götürə bilməmişdilər və buna görə də onlardan çoxu 
müflisləşmişdi. İngiltərədə pambıq zavodları bağlandı və Amerika 
plantatorları gördülər ki, onların bazarları əldən çıxır. 1837-ci ilin 
yayında biznes iflicləşdi; bu, 1840-cı illərin əvvəllərində biznesə inama 
oxşar bir proses bərpa olunana qədər davam etdi. 
Lakin iqtisadiyyatda zaman-zaman baş verən «1837-ci ilin Təşvişi» 
kimi pozuntu hallan bütün 19-cu əsr boyu Birləşmiş Ştatların sür’ətli 
iqtisadi yüksəlişinə təkan verə bilmədi. Cəksondan sonra seçilən 
prezidentlər də Qərbdən idilər, ya da kənd əhval-ruhiyyəsini təmsil 
edən adamlarla ittifaqa girib, mərkəzi hakimiyyətə münasibətdə 
Cəksonun inamsızlıq hissini bölüşdürürdülər. 
İQTİSADI EKSPANSİYA. 
GENİŞLƏNDİRİLMİŞ 
BAZARLAR 
1 Q və 19-cu əsrlərdə Avropada baş vermiş Sənaye İnqi- 
JLO“v/llabı Birləşmiş Ştatlara böyük tə’sir göstərdi. Yeni 
kəşflər və kapital investisiyası yeni sənaye sahələrinin yaradılma- 
sına və iqtisadi yüksəlişin genişlənməsinə gətirib çıxardı. Məsələn, 
nəqliyyat sahəsində inkişaf ticarətin artmasına təkan verdi. 
Eri kanalının çəkilməsinin başa çatması ilə bağlı olaraq, 
1825-ci ildən Nyu-York Siti Böyük Göllər bölgəsi ilə əlaqə 
yaratdı, müxtəlif ştatların hökumətləri nəqliyyatın ölkə daxilindəki 
sisteminin qurulmasını istiqamətləndirmək işində fəal rol 
oynamağa başladı. Ştat hökumətlərinin bizneslərə buraxdığı borc 
pul 1830 və 1860-cı illər arasında kanallar çəkmək və yol pulu 
almaq üçün vergi məntəqələri tikmək işini ümumi bir işə çevirdi. 
33 


III
 
HİSSO:
 AMERIKA 
İQTİSADİYYATININ
 
TARİXİ
 
PERSPEKTİVİ 
Bu ilkin cəhdlər tez-tez korrupsiya və iqtisadi fəlakətlə nəticələnirdi, 
lakin uğurları uğursuzluqlarından daha çox olurdu. 
Qayıqlara buxar mühərrikləri uyğunlaşdırıldıqdan sonra çay 
nəqliyyat işləri də təkmilləşdi. Buxar gəmiləri çayla üzü yuxarı da, 
yə’ni çayın axanna qarşı da üzə bildiyi üçün, malların bazarlara 
daşınmasına sərf olunan vaxt əhəmiyyətli dərəcədə azaldı. 
Kanallar və yol pulu almaq üçün vergi məntəqələri tikilişində 
olduğu kimi, dəmir yolların çəkilməsi işinə də ilk illərdə hökumət 
böyük yardım edirdi. Buna baxmayaraq, nəqliyyatın bir çox başqa 
fomralarmdan fərqli olaraq, dəmir yollar eyni zamanda bir sıra 
ölkədaxili və Avropa xüsusi investorlarının diqqətini cəlb etdi. 
Dəmir yol çəkilişi külli məbləğdə kapital tələb edir və hər bir 
mənfəətin realizə olunması üçün uzun müddət vaxtın keçməsi tələb 
olunur. Bununla belə kənd yerlərində yaşayan mühafizəkar adamlar 
bu cür dəmir yol səhm paylanm almaqda böyük rub yüksəkliyi 
nümayiş etdirir və əksər hallarda öz fermalarını və ya bizneslərini bu 
yolda qurban verirdilər. Gələcəkdə mənfəətlər əldə etmək ümidinə 
və daha yaxşı bir dövlət qurmağa kömək işinə aludə olaraq, onlar 
eyni zamanda dəmir yollara yardım üçün ştat vergilərinə və yerli 
vergilərə müsbət səs verirdilər. Daha sonra, Vətəndaş Müharibəsinin 
varisinin hissəsi kimi, federal hökumət o adamlara geniş torpaq 
sahəsi verdi ki, onlar milli dəmir yol sistemində hələ çəkilməmiş yol 
sahələrini çəkməyi və’d edirdilər. Heyrətə gətirəcək bir haldır ki, 
son nəticədə dəmir yol çəkənlərə 53 milyon hektar torpaq sahəsi 
verildi. Sakit okeanın Şimal sahilindəkilər 17 milyon hektar. Cənub 
sahilindəkilər 10 milyon hektar, bu sahilləri birləşdirən mərkəz isə 8 
milyon hektar torpaq sahəsi aldı. Amerika bu yolla özünün 
«dənizdən bərq vuran dənizə» əlaqəsini yaratdı. 
Amerika dəmir yollarına kapital qoyuluşunda Avropa da 
təəccüb doğuracaq dərəcədə iştirak fürsətini əldən vermədi. Bir 
zamanlar xarici investorlar altı vacib dəmir yol xəttində səhmlərin 
əsas hissələrini öz əllərində saxlayırdılar. 1849-cu ildə qızılın kəşfi 
ilə bağlı olaraq. Birləşmiş Ştatlar xaricdən dəmir yol üçün əlavə 
maşınlar və mallar gətirməyi maliyyələşdirməkdən ötrü daha geniş 
imkanlar əldə etdi. 
Dəmir yol çəkilişi ilə bağlı səs-küy sui-istifadə hallarına da 
gətirib çıxardı. Heç bir şübhəsi olmayan alıcılar öz dəmir yol 
səhmləri üçün bə’zi hallarda çox böyük məbləğdə pul ödəyirdilər 
34 


Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə