III HISSO: AMERİKA İQTİSADİYYATININ TARİXİ PERSPEKTİVİ
qayıqlarda seyrə çıxar, bədxərcliklə hazırlanmış ziyafətlər verər,
dəbdəbəli mülklər tikdirər və Avropa bədii sənət xəzinəsindən
ölməz əsərlər alarmışlar.
Bunun əksinə olaraq, Con D. Rokfeller və Henri Ford kimi
adamlar puritanlara məxsus keyfiyyətlər nümayiş etdirmişlər. Onlar
özlərinin kiçik şəhərlərə məxsus dəyərlərini və həyat tərzlərini
olduğu kimi saxlamışlar. Kilsələrə ibadətə getdikləri üçün onlar
başqaları qarşısında məs’uliyyət hissi keçirmişlər.
Onlar nümayiş etdirmişlər ki, insana bütün uğurları şəxsi ləyaqət
qazandırır; onların uğurları isə işə inam və qənaətcil olmağın
nəticəsidir. Bir qədər sonra onların varisləri Amerikada insanlığa
məhəbbət təmsil edən ən geniş fondlar yaradacaqdır.
Avropada yuxarı silkə mənsub olan təfəkkür sahibləri ticarətə,
ümumiyyətlə, həqarətlə baxdıqları halda, müxtəlif sinif
qurumlarının axını nəticəsində qurulmuş cəmiyyətdə yaşayan
amerikalıların əksəriyyəti pul qazanmaq ideyasını böyük ruh
yüksəkliyi ilə qarşıladılar. Onlar biznes müəssisəsi riskindən və
narahatçılığından, eyni zamanda, daha yüksək həyat səviyyəsindən
və sərf etdikləri qüvvə üçün potensial əvəz alacaqlarından sevinir və
biznesin gətirdiyi uğurları açiq şəkildə bəyan edirdilər.
Lakin 1930-cu illərdə Böyük Depressiya dövründə Amerika
idealı kimi, sahibkar obrazı öz şöhrətinin çoxunu itirdi. Həlledici
dəyişiklik korporasiyaların yüksəlişi ilə (əvvəlcə dəmir yolların,
sonra başqalarının) gəldi. Çox az biznes maqnatlan qaldı. Onları
«texnokratlarla» əvəz edirdilər ki, onlar da korporasiyalar başçıları
oldular. Bu icraçılar ümumi fəaliyyətin bütün anlarında bilicilər
kimi, sənaye maşınının vacib dişciklərinə çevrildilər. Yüksək əmək
haqqı alan menecer biznes maqnatını əvəz etdi. Korporasiyanın
yüksəlişi öz növbəsində mütəşəkkil əmək hərəkatının jmksəlməsinə
təkan verdi ki, bu hərəkat da biznesin gücünü və tə’sirini
tənzimləyən bir qüvvə kimi xidmət edirdi.
iri biznes başçıları bu gün ictimai həyatın bir sıra sahələrinə
müdaxilə edirlər. Onlar ancaq korporasiyanın taleyini idarə etməklə
qalmır, həm də onların birliklərindəki idarələrdə universitet hamiləri
kimi çalışırlar. Bu yeni korporasiya başçıları milli və dövlət siyasəti
məsələlərini hökumətin rəsmi nümayəndələri ilə müzakirə üçün
Vaşinqtona uçurlar. Onlar milli iqtisadiyyatın vəziyyəti və
Amerikanın başqa ölkələrlə əlaqəsi məsələləri qayğısına qalırlar.
Onlar Birləşmiş Ştatlar hökumətinə'
38
AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ
tə’sir göstərir, lakin nə açıq, nə də gizli şəkildə Birləşmiş Ştatlar
hökumətinə nəzarət etmirlər.
HÖKUMƏTİN İŞƏ
i^n’ənəvi olaraq. Birləşmiş Ştatlar hökumət başçılarının
MÜDAXİLƏSİ
əksəriyyəti istəmirlər ki, nəqliyyat sahəsi müstəsna olmaqla, federal hökumət özəl
sektorun işlərinə ciddi şəkildə müdaxilə etsin. Ümumiyyətlə, daxili işlərə qarışmamaq
haqqında müddəa federal hökumətin roluna öz tə’sirini göstərib. Bu müddəa, hökumətin
qanun və qaydam müdafiə etməklə bağlı yaranan zəruri hallar müstəsna edilməklə,
hökumətin iqtisadiyyatla bağlı müdaxiləsinə qarşı çıxır. Bu mövqe 19-cu əsrin
sonlarında kiçik biznes, ferma, daha sonra əmək hərəkatları hökumətin onların adından
işə müdaxilə etməsini xahişə başladıqdan sonra dəyişdi.
19-cu əsrdən sonra orta sinif inkişaf etdi. Bu inkişaf say-seçmə
biznes nümayəndələri üçün də, Orta Qərbdə və Qərbdə fermerlərin və
aşağı səviyyəli fəhlələrin bir növ radikal səciyyə daşıyan hərəkatları
üçün də arzu olunan hal deyildi. «Tərəqqipərvərlər» kimi tanınan bu
adamlar hökumətə xeyir-dua verdilər ki, biznes təcrübələrinin
tənzimlənməsində fəal şəkildə işə qarışaraq, rəqabətə və azad
müəssisələrə təhlükəsizlik tə’min etsin.
Dəmir yollar işlərini tənzimləyən qanun 1887-ci ildə qəbul edildi
(Ştatlararası Ticarət Aktı) və başqa bir qanun - iri fınnalarm fərdi
sənaye sahəsinə nəzarətini qadağan edən qanun isə (Şerman Antitrest
Aktı) 1890-cı ildə qəbul edildi. Lakin bu qanunlar 1900-cü və 1920-ei
illər arasında olan dövrə qədər, tərəqqipərvərlərin fikrinə görə, inam
təlqin edənlər hakimiyyətə gələnə qədər məcburi şəkildə icra edilmirdi.
Bu müddət ərzində bir sıra bugünkü tənzimləyici agentliklər, o
cümlədən, Ştatlararası Ticarət Komissiyası, Orzaq və Dərman
Administrasiyası və Federal Ticarət Komissiyası yaradılıb.
Tərəqqi dövrünün ən yüksək nöqtəsi 1901-ci il ilə 1920-ci il
arasında olsa da, hökumətin iqtisadiyyata müdaxiləsi «Yeni kursun»
nəticəsi kimi, 1930-cu illərdə əhəmiyyətli dərəcədə artdı. 1929-cu ilin
səhm bazarının müflisləşməsi ölkə tarixində bir çox ciddi iqtisadi
pozuntulara, Böyük Depressiyaya gətirib çıxardı. Yeni kurs Prezident
Franklin D. Ruzveltin çətin vəziyyəti yüngülləşdirmək cəhdi idi. Yeni
kurs qanunvericiliyi federal hakimiyyət səlahiyyətini bütün sahələrdə,
xüsusilə, bank işləri,
39
III HİSSD; AMERİKA İQTİSADİYYATININ TARİXİ PERSPEKTİVİ
kənd təsərrüfatı, ictimai tə’minat və xalqın rifah halının
yaxşılaşdırılması sahələrində artırırdı. Bu qanunvericilik əmək
problemlərinə diqqəti tə’xirəsalınmaz şəkildə artırdı - əmək haqqı,
iş saatları, işsizlərə təqaüd və təhlükəsizlik üçün minimum
standartlar müəyyənləşdirdi və polad, avtomobil və kauçuk
sənayeləri kimi sahələrdə həmkarların Amerika hüquqlarının
genişlənməsində katalizator rolu oynadı.
Amerika həm də irimiqyaslı sənaye sahələri, banklar, səhm
bazarları, sığorta şirkətləri və kredit birlikləri də daxil olmaqla,
istehsal və maliyyə mənbələri şəbəkəsini inkişaf etdirdiyi üçün belə
problemlərlə üz-üzə gəlirdi. Bu inkişafla birgə kənd təsərrüfatı
müasir sistemi və ciddi təşkil olunmuş işçi qüvvəsi də inkişaf edirdi.
Sonra 11 Dünya Müharibəsi gəldi.
İkinci Dünya Müharibəsi dövründə Birləşmiş Ştatlar hökuməti
iqtisadiyyata əvvəllər heç vaxt olmadığı tərzdə müdaxilə edirdi.
Müharibə İstehsalı İdarəsi yaradıldı ki, ölkənin ərzaq istehsalati
imkanlarını əlaqələndirsin və bu yolla hərbi sahələrə aid mallar
istehsalına birincilik tə’min edilsin. Müştərilər üçün istehlak malları
istehsal edən zavod və fabriklər öz işlərini dəyişərək, müxtəlif hərbi
sifarişlər icra edirdilər. Avtomobil istehsalçıları tanklar və
təyyarələr hazırlamaqla Birləşmiş Ştatlan «demokratiya arsenalına»
çevirirdi. Artmaqda olan milli gəlir və çox az tapılan istehlak mallan
əsasında inflyasiyam cilovlamaq cəhdi ilə yenicə yaradılmış
Qiymət Administrasiyası idarəsi bir sıra yaşayış evlərində mənzil
vergilərinə, şəkərdən tutmuş benzinə qədər istehlak mallannm
norma üzrə bölüşdürülməsinə nəzarət edir və, başqa sözlə, çalışırdı
ki, qiymətlərin yüksəlməsinin qarşısını alsın.
MÜHARIBƏDƏN
SONRAKI
İQTİSADİYYAT;
1945-1960-CI
İLLƏR
A
merikalılann çoxu qorxurdu ki, son qoyulmuş müharibəyə
çəkilən hərbi xərclərlə bağlı olaraq. Depressiyanın bir
zamanlar yaratdığı çətin günlər bir daha geri qayıda bilər. Lakin
istehlak tələblərinə cavab verərək, müharibədən sonrakı dövrdə
Birləşmiş Ştatlar iqtisadiyyatı, müstəsna olaraq, ciddi iqtisadi
yüksəliş keçirir. Ölkənin milli məhsul istehsalının ümumi dəyəri
1940-cı ildə 200 milyard dollar olduğu halda, 1950-ci ildə
300 milyard dollar, 1960-cı ildə isə 500 milyard dollardan da
çox oldu. Eyni zamanda, müharibədən sonra doğumun artması
və onun «uşaq bumu» adı ilə məşhur olması istehlakçıların sayım
40
Dostları ilə paylaş: |