AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ
tənbəki, düyü və indiqo kimi ticarət məhsullan istehsalı yüksəlirdi;
Nyu-York, Pensilvaniya, Nyu Cersi və Delavare kimi mərkəzi
koloniyalar ümumi məhsulu və xəz dəriləri gəmilərə yükləyib, müxtəlif
yerlərə göndərirdilər. Hər üç bölgədə həyat səviyyəsi çox yüksək idi -
İngiltərənin özündə fəhlələrin həyat səviyyəsindən yüksək idi. Lakin
koloniyalar əldə etdikləri mənfəətləri nümayiş etdirməkdə yavaş
tərpəndikləri üçün, bir çox ingilis kapital investorlan kənara çəkildilər
ki, kolonistlər arasında sahibkarlara geniş fəaliyyət meydanı açılmış
olsun.
Bunun nəticəsi kimi, 1770-ci ildə Şimali Amerika koloniyaları
iqtisadi və siyasi mə’nada yaranmaqda olan özünüidarə hərəkatının bir
hissəsi olmağa hazır idilər. Bu hərəkat 1 Ceymsin (1603-25) dövründən
İngiltərənin siyasətində aparıcı mövqe tuturdu. Müzakirələr
koloniyalara vergi qoymaq və başqa məsələlər ətrafında gedirdi.
Bununla belə çox az amerikalı İngiltərə hökuməti ilə artan narazılığın
koloniyaları müstəqilliyə apara biləcəyini fikirləşirdi. Daha doğrusu,
onlar ümid edirdilər ki, İngiltərəyə verilməli olan vergilərin müəyyən
edilməsi və tənzimlənməsi onların özünüidarənin daha böyük miqyasda
tələbini ödəyəcəkdir. 17-ci və 18-ci əsrlərdə İngiltərə siyasətindəki
hay-küy kimi, Amerika İnqilabının səbəbləri də siyasi və iqtisadi
səbəblər idi; inqilabı yaranmaqda olan orta sinfin nümayəndələri
edirdilər. Onlar ingilis filosofu Con Lokkun «Mülki hökumət haqqında
ikinci traktat»mdan (1690) götürdükləri «həyat, azadlıq və mülkiyyət
üçün müstəqil hüquq» şüarı ilə qışqırırdılar. Lakin 1775-ci ilin
aprelində tam siyasi aynlığa gətirib çıxara biləcək bir hadisə baş verdi.
Massaçusetsin Konkord şəhərində kolonial ordunun ambarmı ələ
keçirmək və kolonial qiyamın qarşısını almaq əzmində olan Britaniya
əsgərləri kolonial milis əsgərləri ilə üz-üzə gəliblər və kimsə (onun kim
olduğunu heç kəs bilmir) İstiqlaliyyət uğrunda Amerika Müharibəsində
ilk atəş açıb. Müharibə 1783-cü ildə sülh müqaviləsi bağlanana qədər
davam edib. Həmin müqavilə eyni, zamanda, 1783-cü ildə Birləşmiş
Ştatlar adlanan yeni dövlətin müstəqilliyini e’lan edib.
YENİ
DÖVLƏTİN
İQTİSADİYYATI
i Q
* ildə qəbul olunmuş və bu günün özündə də
X / O / “wl fəaliyyətdə olan Birləşmiş Ştatlar Konsti-
tusiyası bir çox mə’nada dahi yaradıcı insanlann bəhrəsidir.
29
III HİSSO: AMERİKA İQTİSADİYYATININ TARİXİ PERSPEKTİVİ
Konstitusiya müəyyən etdi ki, iqtisadi bir xartiya kimi, Mendən
Corciyaya, Atlantik okeandan Missisipi Vadisinə qədər bütün ölkə
birləşmiş və ya «ümumi» bazardır. Ştatlararası ticarətdə heç bir tarif
və ya vergi olmamalıdır. Konstitusiya müəyyən etmişdi ki, federal
hökumət xarici ölkələrlə Amerika ticarətini, eyni zamanda,
ştatlararası ticarəti tənzimləyə bilər; vahid müflisləşmə qanunları
tə’sis edə bilər; pul kəsə bilər və onun dəyərini tənzimləyə bilər;
çəki və ölçü standartlarını müəyyən edə bilər; poçt idarələri
yaradaraq, poçt yolları sala bilər; dövlət patentləri və müəlliflik
hüquqlarıni müəyyənləşdirə bilər. Sadalananlar arasında sonuncu
müddəa «zehni mülkiyyətin» zərariliyinin e’tiraf edilməsinin ilkin
olmasına dəlalət edir. Bu elə bir hal idi ki, 20-ci əsrdə ticarət
danışıqları aparmaq üçün böyük əhəmiyyət kəsb etdi.
Ölkənin «Bani Atalar»mdan biri və Corc Vaşinqtonun
xəzinədarlıq katibi Aleksander Hamilton elə iqtisadi inkişaf
vasitələrini təbliğ edirdi ki, həmin vasitələrlə federal hökumət açıq
borcvermə və hamilik tarifi yolu ilə yenicə fəaliyyətə başlayan
istehsalata qayğı göstərsin. O, eyni zamanda, tə’kid edirdi ki, federal
hökumət milli bank yaratsın və İnqilabi Müharibə dövründə
koloniyalar etdikləri ictimai bordan öz öhdəsinə götürsün. Yeni
hökumət Hamiltonun təkliflərindən bə’zilərini qəbul etdi, lakin
tarifləri Amerika xarici siyasətinin mahiyyətcə əsas hissəsinə
çevirdi. Bu vəziyyət, demək olar ki, 20-ci əsrin ortalarına kimi
davam etdi.
İlk Amerika fermerləri milli bankın varlılara yoxsulların həyatı
hesabına xidmət edəcəyindən qorxduqlarına baxmayaraq, Birləşmiş
Ştatların ilk Milli Bankı 1791-ci ildə imtiyaz aldı və 1811-ci ilə
qədər davam etdi. Hamilton inanırdı ki, Birləşmiş Ştatların iqtisadi
yüksəlişi dəniz nəqliyyatının, istehsalatın və bank işlərinin
inkişafına kapital qoymaq yolu ilə baş verəcək. Hamiltonun siyasi
rəqibi Tomas Ceferson öz fəlsəfi müddəalarını adi adamları siyasi
və iqtisadi istibdaddan qorumağın vacibliyi ilə əsaslandırırdı. O,
xüsusən kiçik fermerləri «ən qiymətli vətəndaşlar)) kimi tə’rif
edirdi.
1801-ci ildə Ceferson prezident oldu və desentralizasiya
məsələlərinə və aqrar demokratiyaya daha çox qayğı göstərdi.
30
AMERİKA İQTİSADİYYATİNIN OSAS CDHƏTLORİ
CƏNUBA VO
QƏRBƏ DOĞRU
HƏRƏKƏT
E
li Uitninin 1793-cı ildə xam pambığı çiyiddən və başqa lazım
olmayan itkilərdən təmizləmə üçün kəşf etdiyi pambıqtə-
mizləmə maşını kətan bazarlarını məşhurlaşdırdı. Cənubda
plantatorlar əsasən Qərbə doğru hərəkət edən kiçik fermerlərin
torpaqlarını ahrdilar. Qul əməyi ilə becərilən nəhəng plantasiyalar
tezliklə bir sıra ailənin əsaslı şəkildə varlanmasına səbəb
oldu.
Bir sıra amerikalının fikrinə görə, Qərbə doğru axın fərdiyyət-
çilik irsini və elə bir ən’ənəni nümayiş etdirir ki, bu ən’ənə
dunnadan yüksələn həyat səviyyəsi və gələcəyə nikbin baxışla
xarakterizə olunur.
Bu səpkidə olan köçlər məskunlaşanların üç dalğasından ibarət
olub. Birinci dalğa zamanı ən ilkin fərdi qruplar öz həyat və
yaşayış tərzlərinin ovçuluqdan və bahqtutmadan asılı olduğu üçün
gəliblər. Kənd təsərrüfatı işləri ilə məşğul olmaq onların peşələri
olmayıb və kənd təsərrüfatında istifadə etdikləri heyvanlar ancaq
at, inək, bə’zən donuz və, güman ki, bir sıra hallarda toyuq-cücə
olub. Bunun da nəticəsində onların həyat səviyyəsi aşağı olub.
Köçənlərin növbəti dəstəsi torpaqları pulla satın alıblar,
tarlaları meşələrdən və kol-kosdan təmizləyərək, yollar salıblar və
daimi məskunlaşıblar. Onların fermalan tam şəkildə olmasa da,
əsasən, müstəqil idi.
Sonuncu dalğa isə onlardan əvvəl gələnlərdən və eyni
səviyyədə, yaxud daha geniş maddi imkanlan olan adamlardan
ibarət idi və belələrinin çoxlu kapitalı var idi. Onlar yüksəlməkdə
olan çoxlu dəyərlər yaradır və onlan inkişaf etdirir, eyni zamanda
səmərəli biznes haqqında düşünürdülər. Onlar öz fermalannm
bütün fəaliyyətini bazara doğru yönəltməyə çalışırdılar və onlar
elə yarı-kənd icmaları qururdular ki, bu icmalar keçmişdə
adamların heç vaxt təsəvvürünə belə gətirə bilmədikləri yüksək
həyat səviyyəsi standartı yaradırdı.
QEYRİ-MÜOYYƏN
İQTİSADİYYAT:
1820-1860-Cl İLLƏR
1820
:
■ci illərdə Amerika əhalisi hələ də müvafiq imkanlara
və tərəqqiyə nail olmaq niyyəti ilə Qərbə doğru
hərəkəti davam etdirirdi. Belə adamları bə’zən ciddi şəkildə
müstəqil olan və hər cür hökumət nəzarətinə və ya müdaxiləsinə
qarşı ciddi müxalifətdə olan adamlar kimi qələmə verirdilər.
Lakin, əslində, onlar hökumətdən ya bilavasitə, ya da bilvasitə
3l
Dostları ilə paylaş: |