Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə3/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   2   3   4   5   6   7   8   9   ...   48

II HİSSO: BİRLƏŞMİŞ ŞTATLAR İQTİSADİYYATI NECƏ FƏALİYYƏT GÖSTƏRİR 
Birləşmiş Ştatlar bə’zən müxtəlif dövrlərdə ciddi işsizlik və ya, 
əksinə, əsasən işçi qüvvəsi çatışmamazlığı hallan keçirdiyinə 
baxmayaraq, mühacirlər işin bol olduğu zamanlarda gəlirdilər. 
Birləşmiş Ştatlar iqtisadiyyatı kifayət dərəcədə sür’ətlə inkişaf 
edirdi ki, o, yeni gələnləri işlə tə’min edə bilsin. Bu işçi qüvvələri 
kənd təsərrüfatında çalışanlara ödənilən əmək haqqından bir qədər 
də az ödənilən sahələrdə məhsuldar əməklə məşğul olurdular. Öz 
doğma yurdlannda qazandıqlarından daha artıq qazandıqları üçün 
mühacirlər hər yerdə artaraq, güzəranlarını yaxşılaşdırdıqları kimi, 
ölkənin iqtisadiyyatı da inkişaf edib çiçəklənirdi. 
Başqa bir amil də hər bir iqtisadi sistemdə vacib olan faydalı 
əməyin keyfiyyətidir ki, bu da işçilərin nə dərəcədə fəal işləməsi və 
onların nə dərəcədə peşəkar olması ilə müəyyənləşdirilir. Protestant 
əmək etikası bu tələbi tam müdafiə edirdi. Texniki və peşə təhsili də 
daxil olmaqla, təhsilin inkişafına verilən ciddi fikir Amerika 
iqtisadiyyatının uğurlanm tə’min edirdi. Azadlıq sahəsində yeni 
təcrübəni sınaqdan keçirdiyi üçün fəxr edən bir ölkədən ötrü, 
təcrübə apannaq, həyatı dəyişdirmək və texnologiya üçün 
investisiya qoymaq çox əhəmiyyətli bir şey idi. 
Lakin bol təbii mənbələrin varlığı, eyni zamanda bacarıqlı və 
əzmkar işçi qüvvəsinin olması iqtisadi sistemin quruluşunda olsa- 
olsa ancaq yeganə bir hissə hesab oluna bilər. Mənbələr imkan 
daxilində o sahələrə yönəldilməlidir ki, həmin sahələrdə onlar daha 
məhsuldar olsun. Amerika iqtisadiyyatında bu vəzifələri müəssisə 
rəhbərləri bazarlardan aldıqları siqnallar əsasında ifa və icra 
edirdilər. 
Mənbələrin ən böyük hissələri əsas investisiya üçün faydalı 
olmalıdır. Amerikada sahibkarlar pul toplayır və sonra layihədə 
nəzərdə tutduqları sahələrə pul qoyurlar - müvafiq mallar alırlar, 
işçilər icarə edirlər və istehsal məhsulları satırlar - onlara belə gəlir 
ki, qoyulan puldan daha artıq gəlir əldə edəcəklər. Bütün bunların 
həcmi alıcı tələbi kimi tanınan malları və xidmətləri satın alan 
adamların arzu və ehtiyaclarını ödəmək əsasında müəyyənləşdirilir. 
Birləşmiş Ştatlarda korporasiya sübut etmişdir ki, kapital 
qoyuluşu üçün pul fondları toplanması ən uyğun yoldur. 
Korporasiya aksionerlər kimi tanınan adamların könüllü birliyidir 
ki, belə adamlar məhdud şəkildə məs’uliyyəti olan biznes 
müəssisəsi təşkil edirlər. 
14 


AMERIKA 
İQTİSADİYYATININ
 
OSAS
 
COHOTLƏRI 
Bir halda ki, birinci kapital sahibkarlıq investisiyası qoyulmuşdur
yeni biznesi - zavodu və ya başqa tədbirləri - idarə etmək üçün kimsə 
də’vət olunmalıdır. Müasir Amerika tərsanələrdə mal yükləyənlərə 
rəhbərlik edən baş fəhlədən başlamış biznesin uğurla və tə’sirli şəkildə 
getməsi işinə nəzarət edən icra başçısına qədər idarəetmə komandaları 
şəbəkəsi yaratmışdır. Yaxşı idarəetmə bir sıra hallarda uğurlu və 
uğursuz işlər arasındakı fərqi müəyyən edə bilir. 20-ci əsrin 
əvvəllərindəki Amerikada deyirdilər ki, idarəetmə ciddi sistematik 
təhlil əsasında qurulmalıdır; «elmi idarəetmə» əsil hərəkata çevrildi. 
Lakin bir qədər sonra idarəetmə haqqında görüşlər daha çox 
müxtəlifləşdi. 
QARIŞIQ İQTİSADİYYAT; 
BİRLƏŞMİŞ ŞTATLAR 
SİSTEMİ 
B
 
irləşmiş Ştatlar iqtisadi sistemi xüsusi mülkiyyət sistemindən 
biridir. Azad müəssisə sistemi kimi, bu sistem dövlət 
planlaşdırma sistemindən və istehsal vasitələrinin ümumi 
mülkiyyətdən tam asılı olduğu sosialist iqtisadi sisteminə qarşı 
qoyula bilər. 
Lakin bununla belə, hökumət müəyyən dərəcədə həmişə 
Birləşmiş Ştatlar iqtisadiyyatının tənzimlənməsi və 
istiqamətləndirilməsi işinə qanşmışdır. Eyni zamanda Birləşmiş 
Ştatlar vətəndaşları kim üçün işləyəcəklərini və nə alacaqlarını 
seçmək işində daim azad olmuşlar. Ən vacibi də budur ki, 
amerikalılar iqtisadi siyasətə rəhbərlik edənləri səsvermə yolu ilə 
seçirlər. 
Birləşmiş Ştatlar iqtisadi sistemində istehlakçılar, istehsalçılar 
və dövlət özü əsasən qiymət sistemi ilə bağlı olaraq, gündəlik 
müvafiq qərarlar qəbul edirlər. Bu üç qrupun dinamik qarşılıqlı 
əlaqəsi iqtisadiyyatın fəaliyyətini təşkil edir. Bazarın aparıcı 
qüvvəsi isə istehsalçıların və istehlakçıların qarşılıqlı əlaqələri ilə 
müəyyənləşdirilir; bu isə tədqiqatçılara imkan vermişdir ki, onlar 
Birləşmiş Ştatlar iqtisadi sistemini «bazar iqtisadiyyatı» 
adlandırsınlar. 
Bir qayda olaraq, istehlakçılar xərclədikləri pula dəyən ən 
yaxşı mal axtarır, istehsalçılar isə satmalı olduqları mala ən yaxşı 
qiymət qoymağa və ondan mənfəət götürməyə çalışırlar. Hökumət 
federal, ştat və yerli səviyyələrdə təhlükəsizliyə nail olmağa, 
ölçülüb-biçilmiş rəqabətə tə’minat verməyə çalışır və özəl 
müəssisələrin təklif etdiyi xidmətlərdən daha yaxşı və üstün 


If HİSSO: BİRLƏŞMİŞ ŞTATLAR İQTİSADİYYATI NECO FƏALİYYƏT GÖSTƏRİR 
olduğuna inanılan bir sıra ictimai xidmət tədbirləri həyata keçirir. Bu 
ictimai tədbirlərin bə’zilərinə ədliyyə administrasiyası, təhsil (bir 
çox özəl tədris ocaqları və tə’lim mərkəzləri olduğuna baxmayaraq), 
poçt (telefon istisna edilməklə) xidməti, yol sistemi, ictimai 
statistika mə’lumatları və, əlbəttə, milli müdafiə daxildir. 
Bu sistemdə iqtisadi qüvvələrin azad olduğu bir şəraitdə malların 
və xidmətlərin qiymətini tələb və təklif müəyyənləşdirir. Sahibkarlar 
öz bizneslərini inkişaf etdirməkdə azaddırlar. Nəzəri cəhətdən, 
keyfiyyət və qiymət baxımından başqaları ilə rəqabətə girə biləcək 
mal və xidmət təklif edə bilməsələr, onlar bazardan 
uzaqlaşmalıdırlar. Deməli, biznesdə xalqa ən yaxşı mal təklif 
edənlər və ən yaxşı xidmət göstərənlər qala bilərlər. Təcrübədə, 
hökumət tənzimləmələri sırf rəqabət naminə işə qarışa bilər ki, 
qiymət və gəlir sabitliyi, bölgə inkişafı və ya ətraf mühiti mühafizə 
kimi başqa dövlət siyasi məqsədlərinin həyata keçirilməsinə təkan 
versin. Eyni şəkildə, biznes də qiymətləri dəqiqləşdirmək üçün və ya 
başqa monopolist təcrübələr üçün, mənfəəti artırmaq naminə sırf 
rəqabətə qoşula bilər. 
Birləşmiş Ştatlarda adamların çoxu eyni zamanda həm 
istehlakçı, həm də istehsalçılardir; onlar eyni zamanda hökumət 
qərarlarının verilməsinə kömək edən seçicilərdir. İstehlakçılar, 
istehsalçılar və hökumət üzvləri arasında çulğalaşma durmadan 
dəyişir, bu da statik iqtisadiyyatdan daha çox dinamik iqtisadiyyatla 
nəticələnir. Bir neçə il əvvəl istehlakçılar özlərinin narahat 
olduqlarını bildirdilər; buna cavab olaraq, hökumət istehlakçilarm 
mənafelərini müdafiə və ümumi ictimai rifah halını yaxşılaşdırmaq 
üçün müvafiq agentliklər yaratdı. 
Birləşmiş Ştatlar iqtisadiyyatı başqa yollarla da dəyişib. Əhali və 
işçi qüvvəsi dramatik şəkildə fennalardan şəhərlərə, tarlalardan 
zavodlara və hər şeydən də əvvəl, xidmət sahələrinə axışıb gəlirdi. 
Bugünkü iqtisadiyyatda şəxsi və ictimai xidmətlər göstərənlərin sayı 
kənd təsərrüfatı və sənaye malları istehsal edənlərin sayından 
çoxdur. Statistika ilə məşğul olanlar müəyyən etmişlər ki, başqaları 
üçün işləyənlərin sayı özü üçün işləyənlərin sayından əhəmiyyətli 
dərəcədə çoxalmışdır. 
Ümumiyyətlə, üç növ biznes var: ancaq bir nəfərə məxsus 
biznes, müştərək bizneslər və korporasiyalar. Bunlardan birinci ikisi 
vacibdir, sonuncu qurum isə bir çox adamların qoyduğu kapitalı 
birləşdirmək əsasında böyük məbləğdə pul toplamaq 
16 


Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə