VI HİSSO: İQTİSADİYYATDA HÖKUMƏTİN ROLU
düşünmə tərzini bir müddətə inqilablaşdırdı. Keynes gəlir, qənaət,
çıxar, investisiya və gəlir faizi norması arasında qarşılıqlı əlaqə
müşahidə edirdi; o inanırdı ki, iqtisadiyyatda müvafiq yer tutan xüsusi
investisiyanın məbləği sistemin durğunluq dövründə olmasından və
ya genişlənməsindən asılı olmayaraq, aparıcı rol oynayır. Maliyyə
siyasəti yolu ilə iqtisadiyyata fəal tə’sir göstərməyin hökumətin
xüsusi vəzifəsi olduğunu təsdiq edənlərin birincisi Keynes idi. O,
hökumətin xərcləri və vergiləri azaltmasını iki məqsədin - yüksəlişin
və sabitliyin həyata keçirilməsində ilkin alət hesab edirdi.
Keynesin ideyalarının çoxu Prezident Franklin D. Ruzveltin Yeni
Kurs proqramına salındı. II Dünya Müharibəsindən sonra Keynesin
tam məşğuliyyət proqramını həm Birləşmiş Ştatlar, həm də bir çox
başqa ölkələr qəbul etdi. 1930-cu illərdə Böyük Depressiya dövründə
Keynes demişdi ki, «xalqlar öz yollarını geriyə, çiçəklənməyə
salmahdır.» O bilirdi ki, işsiz adamlara iş veriləcək və gəlirlər
bölüşdürələcək, beləliklə yoxsulların da xərcləməyə pulu olacaqdır.
İqtisadiyyatla necə məşğul olmağın yollarını göstərən bu
perspektiv hökumət üçün o dövrə qədər qəbul edilmiş roldan daha
geniş rol təklif edirdi. 1930-cu illərdən Amerika iqtisadiyyatçıları
arasında baş venuiş ikitirəlik bir çox hallarda onların Keynes
təhlilinin dəyər dərəcəsinin nəyə uyğun gəldiyi ilə bağlı olurdu.
1970-ci və 1980-ci illərdə Keynes siyasəti zərbə altında qaldı, çünki
bu siyasət «stagflation» adlanan dövrə təsadüf etdiyi üçün, onu açıq
şəkildə məs’uliyyətdə günahlandırırdılar, «stagflation» isə yüksək
inflyasiyanın və ləng yüksəlişin arzuedilməz birliyi deməkdir. Böyük
hökumət əleyhinə irtica ilə nəticələnən prosesdə keynesianizm yox
olmadı, lakin iqtisadi siyasətin formalaşdırılmasında, xüsusən
mühafizəkar administrasiya hakimiyyətdə olarkən, daha az tə’sirli rol
oynamağa başladı.
IQTISADI
SİYASƏTİN TƏ'SİS
EDİLMƏSİ
TTs
K
onqres 1946-cı ildə Məşğuliyyət Aktını qəbul edərkən,
bəyanat verdi ki, maksimum məşğuliyyət, məhsul və alıcılıq
qüvvəsinə təkan vermək federel hökumətin siyasəti olmalıdır.
AMERİKA İQTİSADİYYATININ OSAS COHOTLƏRİ
Konqres prezidentə səlahiyyət verdi ki, iqtisadi Məsləhətçilər
Şurasının (CEA) üç üzvünü tə’yin etsin, onlar iqtisadi şəraiti öyrənib
prezidentə məsləhətlər versinlər.
Bu akt bütün məşğuliyyət formalarını əhatə edirdi, lakin məqsədə
necə nail olmaq yollarını göstərmirdi. Qanun öz- özlüyündə azadlığı
və rəqabəti vacib məqsədlər kimi qəbul edirdi. Qanun təsdiq edirdi ki,
ölkə geniş iqtisadiyyatla məşğul olmaq üçün, hökumət idarə etdiyi
biznesə deyil, azad iqtisadiyyata əsaslanmalıdır.
İqtisadi Məsləhətçilər Şurası prezidentə iqtisadi problemlər
haqqında məsləhətlər verir və ona kömək edir ki, hökumət siyasətinə
istiqamət versin, çünki hansı hərəkətin tələb olunduğu haqqında qərarı
hökumət siyasəti qəbul edir. İqtisadi Məsləhətçilər Şurasının
müstəqim səlahiyyəti yoxdur, lakin o, gəlirdə, məhsul istehsalında və
məşğuliyyətdə dəyişikliklər üzərində müşahidələr aparır. Şura
prezidentə iqtisadi siyasəti təklif edir və Konqresə hesabata hazırlıqda
ona kömək edir.
Federal hökumətin əsas iqtisadi siyasət mə’muru xəzinə katibidir.
1789-cu ildə Konqresin yaratdığı Xəzinədarlıq iqtisadiyyat üçün
maliyyə (məxaric) və vergi siyasətinin formalaşdırılmasma və tövsiyə
edilməsinə, federal vergilərlə bağlı qanuni ölçülər götürülməsinə,
hökumət üçün maliyyə agenti kimi xidmət etməyə, xaricdən idxal
olunan mallardan gömrük almağa və gömrük qanunlarına riayət
olunmasına və metal və kağız valyuta istehsalına məs’uliyyət daşıyır.
FEDERAL BüDCO
T^ederal xərclər Birləşmiş Ştatlar iqtisadiyyatında hökumətin J/
əhəmiyyətli rollarından birini təşkil edir. Federal büdcə gələcəkdə
alınacağı gözlənilən gəlirin təhlilini və üzümüzə gələn ildə məxaricin
müfəssəl planım tə’min edir. Bu, qanun şəklinə salınmalıdır ki, illik
gəlirin toplanması və fondların xərclənməsi qanuniləşdirilsin.
Büdcə prezidentin nəzarəti altında hazırlanır, sonra müvafiq
dəyişikliklər edilməsi və təsdiq üçün Konqresə təqdim edilir.
Büdcə haqqında mə’ruzəni Xəzinədarlıq Departamenti edir və ilin
TT9
VI HİSSO: İQTİSADİYYATDA HÖKUMƏTİN ROLU
axırında büdcə müfəttişlər tərəfindən yoxlanılır. Milli
təhlükəsizliyin ehtisaslı sahələri müstəsna olmaqla, hər bir
vətəndaşın yoxlamaların nəticələri, ictimai fondlann necə alındığı
və xərcləndiyi ilə taniş olmaq hüququ var.
Büdcənin uğurlu mərhələləri - hazırlıq, vəkalət verilməsi,
yerinə yetirilməsi və yoxlama - büdcə dövrəsi kimi tanınır. Büdcə
illik fərdi gəlir vergisi, satış vergiləri
(ad valorem)
və biznes
vergisi kimi gəlir mənbələrinin əsas kateqoriyalarını göstərmək
üçündür. Xərcləri dövlət departamentləri və agentliklər sadalayır və
bir çox hallarda müəyyən sahələrə, məsələn, səhiyyəyə, təhsilə və
milli təhlükəsizliyə verilən məbləğ geniş şəkildə dəqiqləşdirilir.
Sənəd eyni zamanda hər bir proqram üçün istənilən məbləği
göstərir; əslində, bu məbləğ Konqresin səlahiyyət verdiyi məbləğlə
müqayisədə verilir. Bu məbləğlər nəzərdə tutulan üç il üçün
siyahıda göstərilir; bu ona görə belə edilir ki, onu oxuyan hər kəs
hər bir xüsusi proqram üçün xərclərin hansı istiqamətdə hərəkət
etdiyindən xəbər tuta bilsin.
Büdcəyə hazırlıq mürəkkəb bir prosesdir və, demək olar ki, bu
hazırlıq bir il əvvəl başlayır. Hökumətin hər bir agentliyi lazım olan
fondlar üçün ciddi sifariş verir və bə’zi hallarda bu sifarişləri maraq
qrupları da müdafiə edir. Konqresdən hər qrup üçün nə qədər xahiş
etmək və ümumi məbləğin nə qədər olacağı haqqında prezident son
qərarı qəbul edir.
Prezident büdcəsinin Konqresdə ilkin yoxlanışmı
Nümayəndələr Palatasının Pulburaxma Komitəsi aparır.
Yarımkomitələr vasitəsilə hər bir departament və büdcəyə dəxli
olan agentliklər dinlənilir. Fondlar üçün xahişləri sessiyalarda hər
bir agentliyin mə’murları müdafiə edir. Bir sıra hallarda büdcə
işlərinə Konqresdə çox müfəssəl baxılır. Konqres üzvləri pul
xərcləyənləri tez-tez çox ciddi sorğu-suala tuturlar.
Maliyyə qanun layihəsi sonra Nümayəndələr Palatasının bütün
üzvlərinə təqdim olunur, layihə orada qəbul edildikdən sonra Senata
göndərilir. Senatın Pulburaxma Komitəsi məsələni dinləyir və sonra
öz tövsiyələrini bütün Senata göndərir. Hər bir palatadan bir komitə
iki büdcə arasındakı fərqləri maddə-maddə barışdırmaq üçün
görüşür. Nəticədə layihə qanun şəklində təsdiq olunur və
120
Dostları ilə paylaş: |