peyğəmbərimizi
Səhabəni necə sevdi?
153
Bu, Peyğəmbərimizin Hz. Əliyə olan sevgisinə dair kiçik
bir epizod idi. Siz artıq bu misallardan Peyğəmbərimizin
Hz. Əlini necə bir sevgi ilə sevdiyini təsəvvür edin.
• Peyğəmbərimizin
Hz. Xədicəyə olan sevgisi
Peyğəmbərimiz möminlərə ana olma şərəfinə nail olan
həyat yoldaşlarını sevirdi. Ancaq onların arasında Hz.
Xədicənin daim xüsusi bir yeri olmuşdu. Peyğəmbərimizin
Hz. Xədicəyə qarşı bəslədiyi sevgi, eşq, sevda hər kəsi heyran
edəcək səviyyədə idi. On beş il nübuvvətdən əvvəl, on il
də ondan sonra düz iyirmi beş il bir yastığa baş qoyduğu
möhtərəm xanımı Hz. Xədicəni Peyğəmbərimiz yalnız
onunla yaşadığı müddətdə deyil, o vəfat etdikdən sonra da
heç unutmadı. Son nəfəsinə qədər də daim Xədicəni böyük
bir vəfa ilə xatırladı. Elə buna görə də Aişə anamız bir gün
belə deyəcəkdi:
“Doğrudur, onunla birlikdə eyni zamanda Peyğəmbəri mi
zin
evində yaşamasam da, Xədicəni qısqandığım qədər
heç bir həyat yoldaşını qısqanmadım. Çünki Peyğəmbərimiz
teztez onun adını xatırlayar, onu heç unutmazdı. Nə vaxt
evimizdə bir qoyun kəsilsə, ondan bir pay ayırıb Xədicənin
qohumlarına göndərərdi. Bir gün dözmədim və dedim ki: “Ya
Rasulullah! Allah indi sənə daha yaxşısını, daha gəncini və
daha xeyirlisini verib. Sən nə üçün yenə də “Xədicə, Xədicə”
deyirsən? Sanki dünyada Xədicədən başqa qadın yoxdu?”
Peyğəmbərimiz bu sözümdən xoşlanmadı və başladı Xədicənin
fəzilətlərini saymağa... “Onun kimi qadın görmədim...” dedi.
peyğəmbərimizi
Səhabə kimi Sevmək
154
Mən də artıq onun haqqında danışmadım.”
158
Hz. Aişə anamızın bu sözlərindən də görürük ki, Pey-
ğəmbərimiz Hz. Xədicəni necə çox sevmişdir. Ancaq Pey-
ğəmbərimizin həyatında bir hadisə də var ki, burada onu
qeyd etmək yerinə düşər. Hicrətin 8-ci ili, Peyğəmbərimiz
on min nəfərlik ordu ilə birlikdə Məkkəni fəth etmək üçün
ata-baba torpaqlarına girir. Bir anda dəvəsini Kəbədən
Hacun bölgəsinə doğru çevirir. Hər kəs maraqlı baxışlarla
hara getdiyinə baxarkən, Peyğəmbərimiz
Kəbədən
əv vəl Xədicənin qəbrinin yanına gəlir, orada bir müddət da-
yanır, dua etdikdən sonra yoluna davam edir.
Fəthdən sonra səhabə soruşur: “Ya Rasulullah! Evi-
nizə gedəcəksiniz, yoxsa sizə bir çadır quraq? Harada qala-
caqsınız?” Peyğəmbərimiz Hz. Əlinin qardaşı Aqili nəzərdə
tutaraq:
“Aqil bizə ev saxladı? Siz mənim çadırımı
Hacuna (Xədicəmin yaxınlığında) qurun.”
159
Bu sözü
ilə Peyğəmbərimiz çadırını Hz. Xədicənin qəbrinin yaxın-
lığında qurdurmaq istəyirdi. Bu davranışı belə, Onun sev-
dasını anlamaq və anlatmaq üçün kifayət deyilmi?!
• Peyğəmbərimizin
Hz. Aişəyə olan sevgisi
Peyğəmbərimizin xanımları arasında Hz. Xədicədən son-
ra Hz. Aişənin hər zaman xüsusi yeri olmuşdur. Bunu şəx -
sən Peyğəmbərimiz bildirmişdir. Demişdir ki:
“Aişənin
158.
Müslim, Fədailus-Səhabə, 1877; Tirmizi, 3875, 3876
159.
Buxari, Kitabul-Həcc, 34; İbn Sad, Təbaqat, c.2, s.136
peyğəmbərimizi
Səhabəni necə sevdi?
155
di gər qadınlara üstünlüyü, “tirit” yeməyinin digər ye
mək lərə üstünlüyü kimidir.”
160
Hz. Aişə anamızın özü
bunu çox yaxşı dərk edir, ondan sonra gələnlər də onun
xüsusi yeri olduğunu yaxşı dərk edirdilər. Bunu bilənlərdən
biri də Tabeunun böyüklərindən olan Məsruk idi. O, bir
gün belə deyəcək di: “Hz. Aişə, Allahın sevimli bəndəsinin
sevgilisidir.”
161
Hər qadının bəzən həyat yoldaşından soruşduğu kimi
bir gün Hz. Aişə
anamız da Peyğəmbərimizdən
soruşdu: “Ey Allahın Rəsulu! Məni sevirsənmi?” Pey ğəmbəri-
miz sanki bu nə sualdır demək istəyirdi: “Ey Aişə! Sevmə səm
yanında olardımmı? Əlbəttə ki, səni sevirəm.” - dedi. Ancaq
belə bir cavab Aişə anamızı razı salmayacaqdı. Bu səfər
Peyğəmbərimizin onu nə qədər sevdiyini öyrənmək üçün:
“Məni necə sevirsən, ya Rasulullah?” - deyə soruşacaqdı.
Bu suala Peyğəmbərimiz həm Hz. Aişənin, həm də bizim
ürəyimizin dərinliklərini titrədən səmimi və bir o qədər
də ədəbi ifadəylə: “Səni “kor düyün”
162
kimi sevirəm.” -
deyəcəkdi.
163
Hz. Aişə anamız bəzən: “Ya Rasulullah! “Kor
düyün” necədir?” - deyə soruşduqda, Pey ğəmbərimiz:
“İlk günkü kimi!” - deyərək həmişə bu halın davam
etdiyini bildirirdi. “Kor düyün” kimi sevmək... Hər halda
160.
Buxari, Kitabul-Ənbiya, 27; Müslim, Fədailus-Səhabə, 89; Tirmi-
zi, 3887
161.
Mustafa Fayda, TDV İslam Ensiklopediyası, c.2, s.202
162.
Kor düyün- möhkəm bağlanaraq açılması çətin olan.
163.
Əbu Nuaym əl-İsfahani, Hilyətul-Evliya, c.3, s.44
peyğəmbərimizi
Səhabə kimi Sevmək
156
Peyğəmbərimizə məxsus bir sevgi növüdür bu... Həyat
yoldaşını, xanımını “kor düyün” kimi sevmək... Əlavə sözə
ehtiyac yoxdu, yəqin ki...
• Sevgidə orta yol (Müvazinət və Ədalət)
Peyğəmbərimizin
başda xanımları, yaxınları ol-
maqla bütün səhabəyə qarşı bəslədiyi dərin sevginin necə
olduğuna dair az da olsa bəzi nümunələr verməyə ça-
lışdıq. Elə bu yerdə həqiqi sevgi üçün mühüm olan bir
xü susiyyəti də qeyd etmək istəyirəm. Bu mühüm xü su-
siyyət sevgidə orta yolu tutmaqdır. Sevgi, sahibinin gö-
zünü kor edir. Belə olduqda isə, mötədillik baxımından
müvazinət itə bilir. Bunun nəticəsində də çox ciddi nöq-
sanlar meydana çıxır. Məhz Peyğəmbərimiz bizə nə qədər
və hansı səviyyədə sevməyin lazım olduğunu öyrət diyi
kimi, sevginin əsas qaydası olan orta yola dair də çox
şey öyrədir. Yəni Peyğəmbərimiz sevginin mahiyyətini,
məzmununu öyrətdiyi kimi, bu sevgi yolunda necə gedilə
biləcəyini də öyrədir. Necə? Onlarla nümunənin arasından
Peyğəmbərimizin
mübarək hədislərindən birini qeyd
edərək bu işin necə olacağını öyrənməyə çalışacağıq.
Peyğəmbərimiz buyurur ki:
“Dostunu sevərkən ölçü
lü sev. Çünki bir gün düşmənin ola bilər. Düşməninə də
öl çülü şəkildə nifrət et. Çünki bir gün dostun ola bi lər.”
164
Peyğəmbərimizin bu hədisindəki xəbərdarlıq çox aydın
164.
Tirmizi, Birr, 60
Dostları ilə paylaş: |