peyğəmbərimizi
Səhabəni necə sevdi?
157
və sadədir. Bu hədis ilə Peyğəmbərimiz: “Sevginizdə həddi
aşmayın, ölçünü qaçırmayın. Düşmənliyinizdə də həddi
aşmayın, ədalətsiz olmayın.” - deyə xəbərdarlıq edir. Bəs
buradakı xəbərdarlıq Peyğəmbərimizin
yoldaşlarına,
dostlarına qarşı göstərdiyi o dərin sevgi və sevda ilə zid-
diyyət təşkil etmirmi? Həm yoldaşlarını, dostlarını ölü-
münə bir sevda ilə sevəcək, yeri və zamanı gəldikdə onlar
üçün əlindən gələni edəcək, hətta onlara görə ölümə
belə gedəcək, sonra da yuxarıdakı hədisdə olduğu kimi
“ölçülü davranın” - deyə xəbərdarlıq edəcəkdir. Burada
bir ziddiyyət yoxdurmu? İlk baxışda bir ziddiyyət olduğu
görünür. Ancaq deyilən sözün və o əməlin sahibi hər işində
doğru və dəqiq olan aləmlərin sultanıdır. O halda Onun
sözündə və əməlində ziddiyyət axtarmaq, Allah qoru sun,
mömin insanın imanında ziddiyyətin olması deməkdir.
Bəs bu hədisdə Peyğəmbərimizin bildirdiyi sevgidə və
düşmənçilikdə orta yol məsələsini necə başa düşməliyik?
Peyğəmbərimizin
bu mübarək sözünə bir neçə
fərqli prizmadan yanaşmaq olar. Ancaq bizim əsl mövzumuz
sevgi olduğu üçün, biz məsələyə bu yöndən baxacağıq.
Belə baxdığımızda bu hədisin bizə vermək istədiyi mesaj
aşağıdakı kimi olur: “İnsanlara qarşı sevgin ölçülməyəcək
qədər olsun. Ancaq sevginin mərkəzində ədalət olmalıdır.
Əgər mərkəzə ədaləti qoymadan sevərsənsə, o sevgini zülmə
çevirə bilərsən. Eynilə düşmənlik etdiyin insanlara qarşı da
nifrətinin mərkəzində ədalət olmalıdır. Əgər onda da əda-
lət olmasa, haqlı olsan belə zülmə qapı aça bilərsən.”
peyğəmbərimizi
Səhabə kimi Sevmək
158
Məhz hədisin bizə vermək istədiyi əsas mesaj budur.
Gəlin bu mesajın həyatda necə tətbiq ediləcəyinə dair nü-
munəni mesajın sahibinin həyatından bəzi rəvayətlərlə dərk
etməyə çalışaq. Peyğəmbərimizin
bu hədisi iki əsas
cümləyə ayrıldığı kimi, biz də iki misalla bunu anlamağa
çalışaq.
Hədisin ilk cümləsi nə idi? “Dostunu sevərkən ölçülü
sev. Çünki bir gün düşmənin ola bilər.” Burada “düşmənin
ola bilər” ifadəsini həm həqiqi mənada, həm də “düşmən
olduğun əməlləri işləyə bilər” şəklində başa düşə bilərik.
Biz “düşmən olduğun əməlləri işləyə bilər” şəklində başa
düşəcəyik və nümunəmizi də buna görə verəcəyik.
Peyğəmbərimiz
Üsamə bin Zeydi nəvələrindən
seçməz, Həsən və Hüseyni necə sevərsə, onu da elə sevərdi.
Əgər bir dizində Həsəni oturdurdardısa, digər dizinə də
Üsaməni oturdar:
“Allahım! Mən onları sevirəm. Nə
olar, sən də onları və onları sevənləri sev!”
165
- deyərdi.
Bu na görə də Üsamə Hücreyi-Səadətin sakinlərindən sa-
yılırdı. Tez-tez Hücreyi-Səadətə gedib gəlirdi. Uşaq ol-
duğu üçün bəzən üst-başı toz-torpaq içində, burnu axmış
halda o evə girəndə Hz. Aişə anamız bir az narahat olurdu.
Peyğəmbərimiz
Aişə anamızın narahat ol duğunu
gö rüb tez durub mübarək əlləri ilə Üsamənin üst-başını
təmizləyər, burnunu silər:
“Əgər Üsamə qız olsaydı,
onu bəzəyərdim, geyindirərdim, hətta onu özüm ərə
165.
Buxari, Fədaili Əshabin-Nəbi, 24
peyğəmbərimizi
Səhabəni necə sevdi?
159
verərdim.” - deyərdi.
166
Bir gün Üsamənin ayağı qapının qarşısında bir daşa
ilişmiş, yerə yıxılmışdı. Yerdəki daşlar da üz-gö
zü
nü
qanatmışdı. Üz-gözü qanlar içində evə girdikdə Pey ğəm-
bərimiz
tez ayağa qalxmış və onun qanlar içindəki
başını dəfələrlə öpmüş, əlləri ilə Üsamənin qanlarını,
üzündəki toz-torpağı təmizləmişdi.
167
Peyğəmbərimiz belə
sevərdi Üsaməni... Onun Üsaməyə qarşı olan sevgisini
də hər kəs bilirdi. Ancaq hər şeydə müvazinəti qoruyan
və orta yol tutan Hz. Peyğəmbər sevgisində də belə idi.
Sevdiklərinin səhv hərəkətlərini o sevginin xətrinə əsla
qəbul etməz, sevmədiklərinin də doğru hərəkətlərini əsla
sevməməsinin qurbanı etməzdi. O, sərraf dəqiqliyi ilə hər
zaman müvazinəti əsas alırdı.
Belə bir sevgi ilə sevib, nəvələrindən ayırmadığı Üsamə
bir gün Onun yanına bir xahişə gəlmişdi. Nə idi bu xahiş?
Məkkə fəthi əsnasında Əbu Cəhl və Vəlid bin Muğirənin
qəbiləsi olan Bəni Mahzumdan Fatimə adlı bir qadın oğur-
luq etmiş və bu qadına həd cəzası tətbiq edilməsinə qərar
verilmişdi. Məkkənin ən nüfuzlu qəbilələrindən biri olan
Bə ni Mahzum bu qadının cəzadan azad edilməsi üçün bə-
zi şəxslər vasitəsilə Peyğəmbərimizə söz göndərmək is-
təyirdilər. Dedilər ki: “Əgər Allah Rəsulunun
yanında
sözü keçən, Onun xətrini çox istədiyi bir nəfəri xahiş
üçün göndərsək, bəlkə qadını bağışlayar.” Bu fikri qəbul
166.
İbn Macə, 1976
167.
Tirmizi, 3818
peyğəmbərimizi
Səhabə kimi Sevmək
160
edən qəbilə üzvləri Onun yanına kimi göndərəcəklərini
düşündülər. Nəhayət Üsamə bin Zeydi göndərmək qərarına
gəldilər. Çünki onlar da yaxşı bilirdilər ki, Peyğəmbərimiz
həqiqətən də Üsaməni çox sevir və onu nəvələrindən
seçmir. Onlar dedilər ki: “Hər halda Allah Rəsulu Üsaməyə
olan bu sevgisinin xətrinə onun sözünü yerə salmaz və
qadını bağışlayar.” Bu düşüncələrlə qəbilə üzvlərindən bir
neçə nəfər Üsamənin yanına getdilər. Nə üçün gəldiklərini
və bu mövzuda onlara kömək etməsini xahiş etdilər. Üsamə
də onların xahişini qəbul etdi. Üsamə Peyğəmbərimizin
yanına getdi. Üsamə Allah Rəsulunun
yanına gələndə
hər dəfə olduğu kimi yenə də böyük sevgi ilə qarşılandı.
Peyğəmbərimiz onun gəlişinə o qədər sevindi ki, tez onu
öz yanında oturtdu, əlini ovuclarının arasına aldı və: “Ey
Üsamə! Nə yaxşı bu vaxtı bizi yad etmisən?” - deyə soruşdu.
Üsamə: “Ya Rasulullah! Bəni Mahzumdan oğurluq edən o
qadına həd cəzası verməyib onu bağışlamağı xahiş etmək
üçün bura gəldim.” - dedi. Üsamənin bu sözləri bir anda
evin atmosferini dəyişdi. Həmin ana qədər təbəssümdən
mübarək üzündə güllər açan Peyğəmbərimizin
si-
masında hiddət yarandı. Peyğəmbərimiz çox qəzəbləndiyi
zaman alnında bir damar şişərdi. Bu dəfə də belə oldu.
Dərhal Üsamənin əllərini buraxdı, ayağa qalxdı və Üsaməyə
dedi ki:
“Ey Üsamə! Sən Allahın qoyduğu cəzalardan
birinin tətbiq edilməməsi üçün vasitəçilik edirsən?”
Peyğəmbərimiz bu sözü bir neçə dəfə təkrar etdi. Üsamə
nə olduğunu və necə bir xəta etdiyini başa düşmüşdü, lakin
Dostları ilə paylaş: |