peyğəmbərimizi
Səhabəni necə sevdi?
149
mühüm rəvayətlərdən biridir.
• Peyğəmbərimizin
Hz. Ömərə olan sevgisi
Hz. Ömərə
qarşı Peyğəmbərimizin bəslədiyi
mə həbbətin necə olduğu hər birimizə məlumdur. Hətta
o sevgi hələ cahiliyyət dövründə başlamış və Hz. Ömərin
mü səlman olmasına vəsilə olmuşdu. Peyğəmbərimiz iman
köy nəyinin əyninə yaxşı yaraşacağı insanların hidayətləri
üçün dua edərdi. Məhz elə insanlardan biri də Hz. Ömər idi.
Pey ğəmbərimiz
:
“Ya Rəbb! İslamı iki Ömərdən biri
ilə gücləndir.” - deyə dua etmiş, o dua Ömərin ürəyindəki
qandalları açmışdı.
153
İki Ömərdən biri Xəttabın oğlu Ömər,
digəri isə onun dayısı Amr bin Hişam, yəni Əbu Cəhl idi.
Peyğəmbərimizin Hz. Ömərə
necə bir sevgi bəs-
lədiyinə dair bir nümunə verək. Bir gün Hz. Ömər Pey-
ğəmbərimizə belə demişdi: “Ya Rasulullah! Əgər icazə
versəniz, Ümrəyə getmək istəyirəm.” Peyğəmbərimiz onun
bu sözlərinə çox sevinmiş və Hz. Ömərə demişdi ki:
“Qar
daşım, get, yolun açıq olsun, ancaq duanda bizi də unut
ma!”
Hz. Ömər bu söz qarşısında çox sevinmiş və heyrətlə:
“Ya Rasulullah! Duaya möhtac olan bizik, biz Sənə necə
dua edəcəyik?!”-demişdir. Peyğəmbərimiz
təbəssüm
edə rək heç bir söz deməmişdir. Hz. Ömər
deyir ki:
153.
Əhməd bin Hənbəl, Müsnəd, 2/95; Tirmizi, 3681; Hakim,
Müstədrək, 3/83
peyğəmbərimizi
Səhabə kimi Sevmək
150
“Peyğəm bərimizin bu sözünün əvəzində mənə bütün dünyanı
versəydilər, o qədər sevinməzdim.”
154
Peyğəmbərimiz yoldaşlarına bəslədiyi məhəbbətin tə-
zahürü olaraq onlara qarşı belə ifadələr işlədirdi.
• -Peyğəmbərimizin
Hz. Osmana olan sevgisi
Peyğəmbərimizin Hz. Osmana olan sevgisinin necə
olduğunu Hüdeybiyədə görmüşdük. Ancaq xüsusi olaraq
Hz. Osmana
bəslədiyi məhəbbətin miqyasına dair
bu misalı verə bilərik: Təbbət surəsi nazil olduqda çıl-
ğı na dönən Peyğəmbərimizin əmisi Əbu Ləhəb həmin
günə qədər aralarında nişan olan Ütbə və Üteybə adlı iki
oğlunu məcbur edir ki, nişanlarını qaytarsınlar. Onlar
Peyğəmbərimizin qızları Ruqiyyə və Ümmü Gülsüm ilə
nişanlıydılar. Nişan qaytarıldıqda Hz. Osman o qızlardan
birini almaq istədi. Peyğəmbərimiz
də Ruqiyyəni ona
verdi. Çox xoşbəxt ailə idilər. On ilə yaxın davam edən bu
evlilikdən Həbəşistanda hicrətdə olarkən Abdullah adlı bir
övlad dünyaya gəlmişdi. Bədir qəzvəsinin olduğu günlərdə
Ruqiyyə anamız vəfat etmişdi. Peyğəmbərimiz Bədirdən
qayıdanda qızının vəfat etdiyini eşidib çox kədərlənmiş,
bir ata kimi ürəyi yanarkən belə, O, hüznünün ağırlığına
baxmayaraq Hz. Osmanı
təsəlli etməyi də öz üzərinə
götürmüşdü. Sonra digər qızı Ümmü Gülsümü də Hz.
Osmana vermişdi. O evlilik də yeddi il davam etmişdi.
154.
Əbu Davud, 1498; Tirmizi, 3562
peyğəmbərimizi
Səhabəni necə sevdi?
151
Hicrətin 9-cu ilində Ümmü Gülsüm anamız xəstələnərək
vəfat etmişdi. Hz. Osman yenə də acıların ən böyüyünü
yaşamışdı. Peyğəmbərimiz
də bir tərəfdən qızının
vəfatına kədərlənmiş, digər tərəfdən də yenə Hz. Osmanı
təsəlli etmişdi. Təsəlli edərkən də bu sözləri deyirdi:
“Vallahi, on qızım olsaydı və onu da ardarda vəfat
etsəydi, mən onları birbir Osmana verərdim.”
155
Bu söz Peyğəmbərimizin Hz. Osmanı necə bir sevgi ilə
sevdiyinin bariz nümunəsi deyilmi?
• Peyğəmbərimizin
Hz. Əliyə olan sevgisi
Peyğəmbərimizin Hz. Əliyə qarşı bəslədiyi sevgi elə
asanlıqla yazıla biləcək sevgi deyil. Hansını qeyd edək ki,
hansından başlayaq? Təkcə bir misalla Peyğəmbərimizin
özünə qardaş etdiyi kürəkəni, əmisinin oğlu və risalət
mübarizəsinin böyük qardaşı olan Hz. Əliyə bəslədiyi sev-
ginin miqyasını anlamağa çalışaq.
Hz. Əli
hicrət gecəsi Hz. Peyğəmbərin yatağında
oyanmaq üçün deyil, ölmək üçün yatmışdı. Allah
Əlini o amansız qılınclardan qorumuş, həmin gecə Hz. Əli
sağ-salamat səhəri açmışdı. Bir neçə gün sonra da öz ailəsini
və Peyğəmbərimizin ailəsini də götürüb Mədinəyə doğru
yola çıxmışdı. Çox çətin bir səfərdən sonra gəlib Mədinəyə
çatmışdı. Çatmağına çatmışdı, ancaq Hz. Əli sanki bitib
tükənmişdi. Bir an əvvəl Peyğəmbərimizə
çatmaq
155.
İbn Əsir, Usdul-Ğabə, c.3, s.579
peyğəmbərimizi
Səhabə kimi Sevmək
152
üçün dayanmadan yol gələn Hz. Əli xəstələnmiş, ayaqları
şişmiş və parçalanmış şəkildə yatağa düşmüşdü. O zaman
Hz. Əli iyirmi üç yaşlarında bir gəncdi. Peyğəmbərimiz
Kubada olduğu günlərdə tez-tez Əlini soruşurdu. Ağlı,
fikri daim Əlinin yanında idi. “Görəsən nə oldu, gəldimi,
başlarına bir iş gəlmədən sağ-salamat çatdılarmı?” - deyə
xəbər gözləyirdi. Peğəmbərimiz belə bir təlaşla gözləyərkən
Hz. Əlinin
Kubaya çatdığı xəbəri gəldi. Xəbəri
gətirən səhabə: “Ya Rasulullah! Əli gəldi, ənsardan bir
nəfərin evindədir. Ancaq sizin hüzurunuza gəlmək üçün
taqəti qalmayıb, ayaqları parçalanıb, özü də yatağa düşüb.”
- dedi.
156
Peyğəmbərimiz
bu xəbəri eşidən kimi dərhal
ayağa qalxmış: “O gələ bilmirsə, biz gedərik. Haydı, mənə
o evi göstərin.” - demişdi. Həmin səhabə Peyğəmbərimizi
Hz. Əlinin qaldığı evə aparmışdı. Peyğəmbərimiz evə
girən kimi Hz. Əlinin yanına getmişdi. Hz. Əli yatağa
düşmüş, ayaqları qanlar içində uzanaraq istirahət edirdi.
Hz. Əli gələn şəxsin Peyğəmbər olduğunu bilib tez ayağa
qalxmaq istəmişdi. Peyğəmbərimiz qoymamış, ayaqlarına
yaxın bir yerdə oturmuş, Əlinin ayaqlarını qucaqlamış,
gözləri dolmuş, mübarək əllərini Əlinin ayaqlarına sürmüş
və ona şəfa diləmişdi.
157
Səhabələr bu mənzərəni görüb
Peyğəmbərimizin göstərdiyi sevgiyə, Hz. Əliyə qarşı gös-
tərilən bu səmimi münasibətə heyran olmuşlar.
156.
İbn Əsir, Usdul-Ğabə, c.4, s.96
157.
İbn Əsir, Usdul-Ğabə, c.4, s.96; Hələbi, İnsanul-Uyun, c.2, s.233
Dostları ilə paylaş: |