peyğəmbərimizi
Səhabəni necə sevdi?
169
“Ömər bin Xəttabdır.”-dedi. Amr bin As “yəqin ki, üçün-
cü də mənəm” - deyə düşünərək bir də soruşdu: “Sonra
kimdir?” Verilən cavabda yenə Amrın adı yox idi, başqa bir
ad deyilmişdi.
178
Rəvayəti bizə nəql edən şəxsən hadisənin
qəhrəmanı olan Amr bin As olduğu üçün, üçüncü və sonrakı
adları qeyd etmir. Ancaq belə etiraf edir ki: “Hər dəfə so-
ruşduqda Peyğəmbərimiz
mənim adımı deyil, başqa
bir ad deyirdi. Məni lap axıra saxlamasından qorxduğum
üçün, artıq sual vermədim.”
179
Məhz Peyğəmbərimiz Amr bin Asın timsalında başda
bütün səhabəyə, sonra da digər bütün nəsillərə sevgidə nis-
bət və dərəcənin necə mühüm olduğunu bildirirdi.
Səhabədən Aiz bin Amrın rəvayət etdiyi hadisəyə
gəldikdə isə, həmin hadisə Məkkə Fəthində yaşanmışdır.
Hicrətin 8-ci ilində Peyğəmbərimiz Məkkəni fəth et-
mək üçün on min əsgər ilə birlikdə doğulub böyüdüyü,
son ra hicrət etmək məcburiyyətində qaldığı doğma tor-
paqlara gəldikdə, Məkkəyə yaxın yer olan Mərruz-Zəh-
randa qərərgah qurmuşdu. Orada Məkkə tərəfinin həmin
dövrdə lideri və komandiri olan Əbu Süfyan İslam əs-
gərləri tərəfindən tutulmuş, Hz. Abbasın himayəsi ilə
Allah Rəsulunun
qaldığı çadıra tərəf gətirilmişdi.
Yaxınlaşdıqları vaxt çadırın qarşısında Aiz bin Amr da içəri
girmək üçün gözləyirdi. Çadırın qarşısındakı növbətçi
Peyğəmbərimizin hüzuruna girdi və dedi ki:
178.
Buxari, Fədailul-Əshab, 4
179.
İbn Kəsir, əl-Bidayə, c.4, s.276
peyğəmbərimizi
Səhabə kimi Sevmək
170
“Ya Rasulullah! Əbu Süfyan ilə Aiz bin Amr içəriyə
girmək üçün icazə istəyirlər.” Hər kəs üçün adi bir icazə
cümləsi olan bu cümləyə Peyğəmbərimiz heç kimin ağlına
gəlməyəcək bir mesajı vermək üçün etiraz etdi və həmin
növbətçiyə dedi ki: “Əbu Süfyan ilə Aiz bin Amr yox,
Aiz bin Amr ilə Əbu Süfyan icazə istəyirlər, deməliydin.
Çünki müsəlman başqalarından daha izzətlidir. İslam
ucadır, heç bir şey onun qarşısına keçə bilməz.”
180
Bu, bir
nəbəvi tərbiyənin və əxlaqın öyrədilməsi, sevgidə nisbət və
dərəcənin göstərilməsi idi. Səhabə Peyğəmbərimizin
bu mesajlarını o qədər doğru anlamışdı ki, onlar da insani
münasibətlərdə daim bu qaydalara görə hərəkət etmişdi lər.
Son olaraq səhabənin bu məsələni necə doğru an la-
dıqlarına dair bir misal vermək istəyirəm:
Hz. Ömərin
xilafət dövrüdür. Bilal həmin dövrdə
Hz. Ömərin xilafət məqamının xidmətçisidir. Peyğəmbərin
müəzzini olan Bilal görür ki, dörd nəfər xəlifə ilə görüşmək
üçün çöldə gözləyir. Bu dörd nəfər kimdir? Ammar bin
Yasir, Süheybi-Rumi, Süheyl bin Amr və Əbu Süfyan... Hz.
Bilal içəri girir və deyir ki: “Ey Möminlərin Əmiri! Çöldə
dörd nəfər var, sizinlə görüşmək istəyirlər. Əvvəlcə hansını
çağırım?” Hz. Ömər nəbəvi tərbiyəni çox yaxşı öyrənmiş
bir şəxsiyyətdir. Əlbəttə o, Peyğəmbərimiz
kimi dav-
ranacaqdır. Bilirsinizmi nə deyir? “Əvvəlcə Ammar gəlsin,
sonra Süheyb, sonra Süheyl, sonra da Əbu Süfyan.”
Bilal çölə çıxır və içəri girmək üçün növbə gözləyənlərə
180.
İbn Hacər, Fəthul-Bari, c.3, s.261
peyğəmbərimizi
Səhabəni necə sevdi?
171
sıra ilə qəbul ediləcəklərini deyir. Adlar belə sıralandıqda
Əbu Süfyan çox əsəbiləşir və deyir ki: “Vallahi! Həyatımda
heç bu qədər aşağılandığımı xatırlamıram...” Əbu Süfyanın
bu sözlərinə cavab olaraq Süheyl bin Amr deyir ki: “Sakit ol,
ey Əbu Süfyan! Onlar bu din üçün canlarını verərkən, sən
və mən bu dinə qarşı idik. Əlbəttə, indi də üstünlük onların
olacaq və onlar bizdən irəlidə olacaqlar.”
181
Süheyl bin Amr məsələni başa düşən bir şəxs olaraq Əbu
Süfyana belə xəbərdarlıq edirdi. Bu rəvayətdə Hz. Ömərin
həssaslığı, sevgidə nisbət və dərəcənin əhəmiyyətini necə
doğru anladığının ən mühüm işarəsi idi. O, nəbəvi tərbiyə
aldığı üçün belə davranmış, o vaxt cəmiyyət içərisindəki
səviyyələrini deyil, İslam üçün göstərdikləri fədakarlıqlarını
və əziyyətlərini nəzərə almışdı.
181.
İbn Əsir, Üsdul-Ğabə, c.2, s.586
173
IV Bölüm
PEYĞƏMBƏRİMİZ
(sallallahu aleyhi və səlləm)
Ümmətini necə sevdi?
peyğəmbərimizi
Səhabə kimi Sevmək
174
175
Peyğəmbərimiz
ümmətini necə sevdi?
A
ləmlərə Rəhmət olaraq göndərilən Mübarək
Nəbinin
özü ilə eyni dövrü və məkanı
bölüşmə bəxtiyarlığını qazanan dostlarını, yol-
daşlarını necə bir sevgi ilə sevdiyini əvvəlki bölmədə gör-
dük. İndi isə Peyğəmbərimizin ümmətini necə sevdiyini
anlamağa çalışacağıq.
Kitabımızın əvvəlki bölmələrinin əsas mövzusu sevgi
olmasına baxmayaraq, fərqli mesajları da vardı. Bu bölmənin
də əsas mövzusu sevgidir. Ancaq bu bölümün digərlərindən
mühüm bir fərqi var. Nədir bu fərq, bilirsinizmi? Fərq bu-
dur: Xüsusilə bundan əvvəlki bölmənin əsas qəhrəmanları
ilk nəsil olan səhabələr, onların timsalında da biz idik. Yəni o
bölümədə Allah və Rəsulu birbaşa onlara xitab edir, onların
peyğəmbərimizi
Səhabə kimi Sevmək
176
timsalında bizə səslənirdilər. Biz də onların timsalında bi zə
verilən mesajları qəbul edib anlamağa çalışırdıq.
Bu bölümdə isə birbaşa bizə xitab olunur, ikinci planda
isə o çağda yaşayanlara xitab vardır. Bir sözlə, indi birbaşa
bizə verilən mesajları anlamağa və dərk etməyə çalışacağıq.
Belə olduğu təqdirdə isə əgər biz tam şəkildə əks etdirə
bilsək, verilən mesaj daha da fərqli olacaqdır. Yəni biz bu
sözlərin sahibi olan Peyğəmbərimizlə
sizin aranıza
köl gə və pərdə salmasaq, görəcəksiniz ki, bu bölmə bizə çox
şey verəcək, çox faydalı olacaqdır.
“Peyğəmbərimiz ümmətini necə sevdi?” başlığı ilə biz
Allah Rəsulunun
ümmətinə necə bir sevgi bəslədiyi ni
anlamağa çalışacağıq.
Peyğəmbərimizin həyatında “ümmət” dediyimiz za-
man çox şey eşidərik, elə deyilmi? Ümmət dedikdə, Pey-
ğəmbərimizin on üç il Məkkədə, on il Mədinədə nə zaman
çətinə düşəndə ilk ağlına və dilinə gələn kəlməni demiş
oluruq.
Ümmət dedikdə, bir bəşər olaraq Peyğəmbərimizin ça-
ta biləcəyi ən son hədd Sidrətul-Müntəhada belə cənnəti,
cəhənnəmi, hesabı, həşri görən kimi “Ah... Ah...” deyib in-
lədiyi bir kəlməni demiş oluruq.
Ümmət dedikdə, Peyğəmbərimizin
Sevrdə sadiq
dostu Əbu Bəkr
ilə düşmənlərinin nəfəslərini üs t-
lərində hiss edərkən, sonra məşəqqətlə Yəsribə doğru səfər
edərkən ağlından keçirib, dilindən düşürmədiyi bir kəlməni
demiş oluruq.
Dostları ilə paylaş: |