peyğəmbərimizi
ümmətini necə Sevdi?
177
Ümmət dedikdə, Peyğəmbərimizin ilk, son və tək
həcci olan Vida Həccində Ərəfatda, Müzdəlifədə, Minada
dualarında ən çox zikr etdiyi kəlməni demiş oluruq.
Ümmət dedikdə, Peyğəmbərimizin nə zaman və harada
dua edərsə, heç dilindən düşürmədiyi kəlməni demiş
oluruq.
Ümmət dedikdə, Peyğəmbərimizin
vəfatına ya-
xın günlərdə Allaha yalvarmasının ən çox mövzusu olan
kəlməni demiş oluruq.
Deməli, ümmət aləmlərə rəhmət olaraq göndərilən
Mübarək Elçinin nəfəslərinin sayı qədər dilə gətirdiyi bir
kəlməni xatırlamaq deməkdir...
İslam ümmətinin bu gün belə Hz. Peyğəmbərə bəslədiyi
məhəbbət və sevda hər cür tərifə layiq bir davranışdır. Hələ
də bu ümmətin içərisində az və ya çox səhabə dürüstlüyü ilə
özünü Peyğəmbərimizə
və Onun risalət mübarizəsinə
qurban edənlər varsa, bu belə Peyğəmbərimizin ümmətini
necə bir sevgi ilə sevdiyinin ən böyük dəlili deyilmi? Çünki
sevgidə əsas qaydalardan biri “Sevən sevilir” qaydasıdır.
Əgər Peyğəmbərimiz ümmətini böyük bir sevgi ilə sevmə-
səydi, ümmət Onu belə bir sevgi ilə sevə bilərdimi?
Həqiqətən Peyğəmbərimiz ümmətini, yəni bizi çox
sevdi. Bizi özünün ən böyük dərdi bildi, bizim üçün ömür
boyu çırpındı. Quranın ifadəsi ilə Rauf və Rəhim olan
182
o
peyğəmbər öz atalarımızdan, analarımızdan bizə daha
çox şəfqət və mərhəmət göstərdi. Belə olduğu üçün atalar,
182.
Tövbə, 9/128
peyğəmbərimizi
Səhabə kimi Sevmək
178
analar, həyat yoldaşları, övladlar, nəfslər Ona fəda edildi.
Əgər Allah Rəsulu
bizə bu saydıqlarımızdan daha
yaxın, daha sevimli, daha mərhəmətli olmasaydı: “Fədəkə
əbi və ümmi və nəfsi (Atam, anam, nəfsim sənə fəda olsun)”
deyilərdimi?
Elə isə gəlin, bir ömür boyu يِتَّمُأ...يِتَّمُأ “Ümməti...
Ümməti” deyən o hüznlərin peyğəmbərinin səsinə və
sədasına qulaq asaq. Baxaq görək bizi necə sevmiş, bizə
necə bir sevgi bəsləmişdir. Bir neçə rəvayət işığında bunu
anlamağa çalışaq.
Biz, Peyğəmbərimizə ümmət olmağı ən böyük şərəf
və nemət olaraq görməli və bu nemətə layiq olduğu şə-
kildə şükür etməliyik. Bir nemətə də şükür etməliyik ki,
Peyğəmbərimiz öz dövründə əsrlər sonrasına xitab edərkən
onu görmədən iman edən, səsini eşitmədən dəvətini qəbul
edənlərə “qardaşlarım” demişdir.
183
Ona ümmət olmaq bir
şərəf, Ona qardaş olmaq min şərəfdir.
• Peyğəmbərimizin
gecə ibadətlərindəki yal-
varış ları
Bizi özünə qardaş bilən Peyğəmbərimizin bir gecəsini
səhabədən Abdullah bin Amr
nəql edir. Deyir ki:
“Bir gecə mən Peyğəmbərimizin ibadətinə şahid oldum.
Allah Rəsulu həmin gecə iki Quran ayəsini özünə şüar
etmişdi.” Şəfqət və mərhəmətləri ilə Quranda yer alan
183.
Müslim, Təharət, 39; Nəsai, Təharət, 110; İbn Macə, Zöhd, 36
peyğəmbərimizi
ümmətini necə Sevdi?
179
iki peyğəmbə rin etdikləri iki dua Hz. Peyğəmbərin də o
gecə dilindədir. Bu Qurani dualardan birinin sahibi Hz.
İbrahimdir. Peyğəmbərimizin babası olan İbrahim
be-
lə yalvarırdı:
“Ey Rəbbim! Onlar (bütlər) həqiqətən, çox
insanı azdırıblar. İndi kim arxamca gəlsə, o, şübhəsiz
ki, məndəndir. Kim mənə qarşı çıxsa, (bilsin ki, tövbə
edəcəyi təqdirdə) Sən bağışlayan və rəhm edənsən!”
184
Ayənin mesajı çox açıqdır. Ancaq bir xüsusa diqqətinizi
yönəldək ki, Peyğəmbərimizin nə üçün xüsusilə bu ayəni
seçdiyini daha yaxşı başa düşək. Hz. İbrahim
bu
duasında deyir ki: “Ya Rəbbi! Bu bütlər çox insanları azdırdı.
Bir qismi mənə tabe oldu. Mənə tabe olanlara sənin vədin
məlumdur. Mənə qarşı çıxanlara gəldikdə isə, onları sənə
həvalə edirəm. Amma həvalə edərkən də, onları Əziz, Cəlil,
Cabbar, Qahhar, Müntəqim və ya qəzəbini dilə gətirən hər
hansı bir adına deyil, Ğafur (bağışlayan) və Rahim (rəhm
edən) adlarına həvalə edirəm.”
Bu dua ilə birlikdə Peyğəmbərimiz
Qurana Hz.
İsanın
diliylə düşən aşağıdakı duanı da oxumuşdu.
Hz. İsa deyir ki:
“Əgər onlara əzab versən, şübhə
yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları
bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət
sahibi, hikmət sahibisən.”
185
Hz. İsa bu duanı nə üçün
etmişdir, bilirsinizmi? Cavabı eyni surənin 116 və 117-ci
ayələrindədir: Allah Hz. İsaya deyir ki:
“Ey Məryəm oğlu
184.
İbrahim, 14/36
185.
Maidə, 5/118
peyğəmbərimizi
Səhabə kimi Sevmək
180
İsa! Sənmi insanlara: “Allahla yanaşı, məni və anamı
tanrı bilin!” demişdin?” Allah
, əlbəttə, bilirdi ki,
Hz. İsa belə bir sözü əsla deməyəcəkdi. Ancaq burada çox
mühüm bir mesajı çatdırmaq üçün Rəbbimiz belə deyir.
İnsanlar guya sevdikləri üçün Hz. İsanı və anasını tanrı
səviyyəsinə çıxardılar. Allah da insanlara sanki “ağlınızı
başınıza toplayın” - deyirmiş kimi Hz. İsadan soruşur: “Bir
halda ki, sən bunlara belə bir şey demədin, bəs nə üçün
bunlar belə böyük bir günah işləyirlər?” Sonra Hz. İsa
Rəbbimizin bu sualına cavab olaraq qövmünə nələr dediyini
bir-bir danışır:
“Nə qədər ki, onların arasında idim
(onları belə nalayiq hərəkətlər etməyə qoymurdum).
Ancaq indi heç nə edə bilmərəm.”
186
- deyir və sonra da
yuxarıdakı duanı oxuyurdu.
Peyğəmbərimizin onlarla dua ayəsinin içindən xüsusilə
bu iki ayəni seçərək gecə ibadətində oxumasının bəzi
mühüm səbəbləri vardı. Bu səbəbləri üç qrupa ayıraq:
1. Peyğəmbərimiz
xüsusilə öz xarakterinə daha
çox yaxın olan Hz. İbrahim və Hz. İsanın davranışlarını
özünə nümunə olaraq götürürdü.
2. Hz. İbrahimin və Hz. İsanın qövmlərinin azmalarının
eynisi Peyğəmbərimizin qövmündə də olduğu üçün,
xüsusilə o iki peyğəmbərin etdikləri duaları seçirdi.
3. Peyğəmbərimiz, sanki deyirdi ki: “Bir halda ki,
Allah onların sözlərini Qurana ayə olaraq yazmış, deməli,
o sözlərdən razı olmuşdu. Onlardan razı olan, məndən də
186.
Maidə, 5/117
Dostları ilə paylaş: |